266
mahiyyət baxımından aşağıdakı əsas istiqamətləri əhatə
etməlidir:
Təsərrüfat subyektlərinin təşkilati-hüquqi formaları (təş-
kilati formaların prinsipial cəhətdən rəngarəngliyini, təlimin
təşkilinin kollektiv və fərdi formalarını, təlimin təşkilinin kom-
binəedilmiş formalarını, təşkilati variantlarını);
Təlim prosesinin maliyyə təminatını, maliyyə mexa-
nizminin xüsusiyyətlərini, maliyyə təminatının çoxşaxəli ol-
masını, maliyyə təminatı mexanizminə tələbatı və onun nor-
mativlərini, maliyyə vəsaitlərindən məqsədli istifadəni, maliyyə
mexanizminin variantlı və müsabiqə əsasında həyata keçi-
rilməsini, vəsaitlərdən istifadənin faydalı və səmərəli olmasını;
Tədrisdə iştirak edəcək müdavimlərin, iştirakçıların təli-
minin səmərəliliyinin və ona nəzarət mexanizminin müəyyən
edilməsi (təlim keçmənin təsdiqlənməsini, belə təsdiqləmənin
formalarını, təlim keçmənin nəticələrinin təsbit edilməsini);
Təlim predmetinin xüsusiyyətini və təlim keçənlərin
kontingentini nəzərə alan xüsusi təlim metodikalarının һazır-
lanması (təlimin xüsusi metodikasından istifadənin zəruriliyi və
konkret əsaslandırmalar barədə aydın təsəvvürlərin forma-
laşdırılmasını, təlim zamanı istifadə edilməsi zəruri olan me-
todika və üsulları, təlim predmetinə marağın stimullaşdırılması
metodlarını, təlim keçənlərin fərqli peşə maraqlarını nəzərə
almaqla, menecment və marketinq fənlərinin müasir praktiki
tədrisindən, konsaltinq-tövsiyə təlimi metodlarından, nəzəri
əsasların şərһ edilməsinin spesifikasından, təlim keçənlərin
tədris prosesinə fəal cəlb edilməsinin təkmil metodlarından
istifadə edilməsi);
Təsərrüfat subyektlərinin təşkilində regional fərqlərin,
kiçik və orta təsərrüfat subyektlərinin işçilərinin təlimi pro-
sesinin əlavə vəzifələrinin nəzərə alınması;
Təsərrüfat subyektlərinin işçilərinin təlimi ilə bağlı müasir
tədris-metodiki təminatın hazırlanması (tədris proqramları,
vəsaitləri, informasiya təminatı, konkret nümunələr bankının
267
yaradılması, mövcud tədris-metodiki bazadan konkret şəkildə
istifadə olunması, xarici təcrübə materiallarından istifadənin
spesifikası, tədris-metodiki materialların hazırlanmasının və
seçilməsinin müsabiqə prinsipləri, təlimin ən müasir texniki
vasitələrindən istifadə imkanları);
Tədrisi aparacaq müəllim kadrlarının və təlimatçıların
seçilməsi prosesinin xüsusiyyətləri.
Təsərrüfat subyektlərinin mütəxəssis və işçi heyətinin tədrisi
üzrə müəllim və təlimatçıların xüsusi hazırlığı. Belə bir ha-
zırlığı əslində ali məktəblərin əksər ixtisasları üzrə müəllim
heyəti tam və dolğun şəkildə yerinə yetirmək iqtidarında deyil-
dir. Müvafiq müəllimlər, təlimatçılar, seçmə mühazirələr oxu-
mağa, seminarlar keçirməyə meyilli olan və bu saһədə yüksək
peşəkarlıq qabiliyyətini büruzə verənlər mütəxəssislər ara-
sından seçilməlidir. Digər tərəfdən, bu sahə üzrə müəllimlərin,
təlimatçıların hazırlanmasına da xüsusi diqqət yetirilməlidir.
Bunun üçün zəruri əsaslar vardır.
Təsərrüfat subyektlərinin mütəxəssis və işçi heyəti ilə
məşğələ aparan müəllimlərin ənənəvi və ya beynəlxalq tələb-
lərə uyğun olaraq təsdiq olunmuş metodikaya arxalanaraq təd-
risi təşkil etmək imkanları da azdır. Digər tərəfdən, belə məş-
ğələlər aparan müəllimlər hiss edirlər ki, prinsipial şəkildə fərqli
olan auditoriya ilə işləyirlər, bu auditoriya isə materialın
şərhinin son dərəcə özünəməxsus metodikasından istifadə
etməyi, başlıcası da təlim keçənlərlə müasir pedaqoji ünsiyyət
qurmağı tələb edir. Burada ənənəvi mühazirə və ya seminarlar
az səmərə verir. Yalnız öyrədənlə təlim keçənin tədris pro-
sesində qarşılıqlı ünsiyyətinə əsaslanan xüsusi metodika üzrə
təşkil olunan məşğələlər daha çox əhəmiyyət kəsb edir.
Zənnimizcə, bu prosesdə təlim keçən kontingentin fəaliyyət
xüsusiyyətləri barədə təsəvvürləri sistemləşdirmək və ge-
nişləndirmək məqsədəuyğundur, çünki məhz bu cür təsəvvürlər
bütün təlim metodikasını əsaslandırmaq üçün konseptual əsas
kimi çıxış edir. Auditoriyanın sosial və peşə tərkibinə, baza
268
hazırlığına, fəaliyyət və bizneslə məşğul olma səbəblərinə
diqqəti artırmaqla təlim keçənlərin məşğələlərə şübhə ilə ya-
naşmasını, dərhal praktiki səmərə əldə etmək həvəsini, özlə-
rinin praktiki fəaliyyətində olan mənfi təcrübəyə dair baxış-
larını əməli şəkildə dəyişmək mümkündür. Təlim keçənlərin
əksəriyyəti əslində iqtisadiyyatın və hüquqi gerçəkliyin mənfi və
müsbət cəhətlərinə bələddirlər, həm də onların bu sahədə
müəyyən təcürbəsi də vardır. Ümumilikdə, ilkin dövrdə məş-
ğələlərin nəticəsinə şübhə ilə ynaşılsa da, təlim iştirakçılarının
əksəriyyəti konkret köməyə, təsirli əməli məsləhətə, yeni bilik
və təcürbə əldə etməyə ümid bəsləyirlər.
Təlim prosesində iştirak edəcək şəxslərin qruplaşdırılma
xüsusiyyətləri. Müvafiq prosesdə təlim keçmək üçün daxil
olacaq tələbnamələrin, müraciətlərin müxtəlifliyinə baxmaya-
raq, iştirakçıları şərti olaraq üç qrupa bölmək məqsədəuyğun-
dur. Birinci qrupa sahibkarlıq və ya təsərrüfat fəaliyyəti barədə
ümumi təsəvvürlər əldə etmək və özlərinin daxilində yüksək
peşəkarlıq və sahibkarlıq hissinin olub-olmadığını bilmək
istəyənlər aid edilə bilər. Geniş anlamda bu qrupa ölkənin işlək
qabiliyyətli əksər əhalisini aid etmək mümkündür, çünki burada
məsələ hər şeydən əvvəl yüksək peşəkar kadr və sahibkar kimi
fəaliyyətin əsasları üzrə «savadsızlığın» ləğvindən kedir, bu isə
müasir dövrdə mühüm amildir. Bu, əlbəttə ki, ilk növbədə
gənclərə, sabah sərt bazar münasibətləri aləminə qədəm
qoyanlara və bu aləmdə özünütəsdiqə cəhd göstərən şəxslərə
gərəkdir. Bu qrupa, həmçinin, əhalinin sosial cəhətdən müdafiə
olunmayan başqa təbəqələrini - işsizləri, dövlət müəssisə-
lərindən ixtisara salınmış işçiləri, ehtiyata buraxılmış hərbi
qulluqçuları, evdar qadınları, qaçqınları və məcburi köçkünləri
də aid etmək olar.
Müdavimlərin bu qrupu ilə iş zamanı təlim təşkilatçılarının
qarşısında duran əsas vəzifə onların özlərinə hansı rolu
seçəcəklərindən - təsərrüfat fəaliyyətinin, biznesin təşkilatçısı
olmaq və ya bu sferada muzdlu işçi kimi çalışmaq barədə qərar
Dostları ilə paylaş: |