263
- müvafiq konsepsiyaları həyata keçirməyə qadir olan və
bunun üçün zəruri maddi-texniki, maliyyə, informasiya təmina-
tına malik təşkilati strukturun yaradılması;
- təsərrüfat subyektlərinin mütəxəssis və kadr heyəti üçün
təlimlərin keçirilməsində stimulların artırılması;
- yüksək ixtisaslı və peşəkar müəllimlərin, təlimatçıların
cəlb edilməsi, hazırlanması və yenidən hazırlanması üzrə sti-
mulların
müəyyən edilməsi;
- təlim-tədris və metodik təminatın (proqramların, tədris
və-saitlərinin və s.) müasir tələblər baxımından
tərtib edilməsi;
- tədris predmetinin xüsusiyyətləri və təsərrüfat sub-
yektlərinin mütəxəssis və kadr heyətinin təlim prosesinə cəlb
edilməsi metodikasının, qaydalarının hazırlanması;
- təsərrüfat subyektlərinin mütəxəssis və kadr heyətinin tə-
liminə nəzarət və onun səmərəsinin qiymətləndirilməsi üsulla-
rının müəyyən edilməsi.
Müvafiq tədris sistemi öz-özünə meydana gələ bilməz, təbii
seçmə, yaxud sınaqlar və səhvlər metodu ilə formalaşmaz.
Təsərrüfat subyektlərinin ehtiyac hiss etdiyi işçilərin təlimi üzrə
kifayət qədər təcrübəyə malik olan inkişaf etmiş ölkələrin prak-
tikası sübut edir ki, nəzərdən keçirilən sistemin formalaş-dırıl-
masının çoxlu sınanmış və səmərəli üsulları vardır. Lakin bu
imkanlardan istifadə zamanı məsələyə yeni baxımdan yanşılmalı
və hökmən ölkə üzrə bu sahədəki problemlərin həm xüsusiy-
yətləri, həm də inkişaf meylləri nəzərə alınmaqla, tədris sistemi-
nin təşkili və icrasının əsas istiqamətləri müəyyən edilməlidir.
Azərbaycan Respublikası iqtisadiyyatındakı keçid proses-
ləri nəzərə alınmaqla, ölkədə və regionlarda fəaliyyət göstərən
təsərrüfat subyektlərinin işçilərinin təlimi problemi təkcə
miqyasına görə deyil, həm də məzmununa və həll edilmə me-
todlarına görə mürəkkəb bir məsələdir. Bu amilin son dərəcə
dəqiq müəyyən edilməsi həmin subyektlərin işçi heyətinin təlim
sisteminin çox mühüm konseptual komponentidir, çünki məhz
xüsusiyyətçilik barədə təsəvvürlər nəzərdən keçirilən tədris
265
əllimin, təlimatçının özü bir qayda olaraq heç vaxt sahibkarlıq
və təsərrüfat fəaliyyəti ilə məşğul olmamışdır və buna görə də
bu sahə barədə onların bilik və təcrübəsi müxtəlif nəzəri və
praktiki mənbələr üzrə formalaşır.
Beləliklə, təsərrüfat subyektlərinin fəaliyyəti ilə bağlı pe-
şəkar mütəxəssis və işçi heyətinin hazırlanması zamanı tədrisə
ənənəvi yanaşma çox vaxt səmərəsiz olur. Xüsusilə, təsərrüfat
subyektlərinin fəaliyyətinin müxtəlifliyi, menecerlərin bilik və
ixtisas səviyyəsinə görə bir-birindən fərqlənməsi, təsərrüfat
fəaliyyətinin və biznesin təbiətən fərqli xarakteri və bunun nə-
ticəsi kimi subyektin inkişaf xüsusiyyətindən və səviyyəsindən
asılı olaraq təlimə tələbatın rəngarəngliyi tədrisə yanaşmanı
əsaslı şəkildə təkmilləşdirməyi tələb edir.
Peşəkar mütəxəssis və işçi heyətinin hazırlanmasının təşkili
prosesi. Müvafiq kontingentin hazırlanması
prosesində başlıca
amil ondan ibarətdir ki, təlimin nəticəsi olaraq hazırlanmış
heyətin sayı deyil, onların yaradıcılıq qabiliyyəti və uğurla fəa-
liyyət göstərməsi üzrə meyarlar önəmli götürülməlidir. Məhz bu
amil ali və orta təhsil müəssisələrinin uğurunun meyarı və onun
gələcəkdə davamlı şəkildə mövcud olmasının rəhni sayılmalıdır.
Bu məqsədə nail olmaq üçün həm tədris prosesinin təşkilinə,
həm də bütövlükdə təhsil müəssisələrinin vəzifələrinə yeni gözlə
baxmaq lazımdır. Əslində, müasir bazar mühitində yüksək
ixtisaslı mütəxəssis və peşəkar kadr hazırlanması proqramının
həyata keçirilmə prinsipləri bazar prinsipləri ilə eyni səpgidən
çıxış etməlidir. Hər şeydən əvvəl, bu amil göstərilən xidmət-
lərin, tədrisin, istehlakçının tələb və qavrama imkanlarının
yüksək səviyyədə təmin olunmasına istiqamətlənməlidir.
Təsərrüfat subyektlərinin mütəxəssis və işçi heyətinin pe-
şə-ixtisas səviyyəsinin müasir tələblər baxımından təkmil-
ləşdirilməsi və onların yenidən hazırlanması (ixtisas artırma)
prosesinin təşkili, yalnız xüsusi olaraq işlənib hazırlanmış tədris
proqramlarına deyil, həm də məqsədli formada tərtib edilmiş
tədris metodikasına əsaslanmalıdır. Bu məsələlərin həlli