Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

51
yolların    axtarışı,    yeni    elmlərə münasibətdə İslam    dininin    mövqeyinin
müəyyənləşdirilməsi, torpaq islahatı,  iqtisadi  məsələlər,  rabitə vasitələri,  vergi
sisteminin  nizamlanması,  mülkiyyət  məsələləri  və şübhəsiz ki,  ilk  növbədə
azadlıq,  hüriyyət  arzusu əhatə edirdi.
Xiyabaninin  publisistikası  şah üsul-idarəsinin  milli  təfəkkürün  inkarına
söykəndiyi  bir  zamanda,  Azərbaycan  xalqını  qoruyan  sipər  kimi  idi.  Xiyabani
publisistikası    xalqına    imperializmin    cazibə qüvvəsinə qarşı    müqavimət
göstərməkdən  ötrü  mənəvi  güc  bəxş  edirdi.
Xiyabani  ictimai  və siyasi  baxışlarını  fəlsəfə əsasında irəli  sürür,  bütün
çıxışlarında  hadisələri  bir  siyasətçi  kimi  deyil,  bir  filosof  kimi  təhlil  edirdi.
O,  Güney  Azərbaycan  milliyətçi  hərəkatının  lideri  olmaqdan əlavə,  həm də
Azərbaycanın ən  görkəmli  publisistlərindən  biri  sayılır.  Onun  düşüncəsinin
mərkəzində “Təcəddüd” (müasirləşmə) məfhumu  dayanırdı.  O,  hətta  üsyanın
həyata  keçirilməsini  nəzəri  cəhətdən  işləyib  hazırladığı  “Təcəddüd” məsləki
əsasında  təşkil  etmişdi. “Təcəddüd” yenilikçi  məsləki  imperializm  ağalığına,
şah  hakimiyyətinin  zülmünə,  feodal  geriliyi  və istibad  qalıqlarına,  ictimai
ədalətsizliyə qarşı  üsyan  edən  siyasi  və demokratik  azadlıqlar,  həqiqi  xalq
hakimiyyəti və s. kimi  inqilabi-demokratik  tələblər  irəli  sürən,  nəhayət  Güney
Azərbaycanın milli  huquqları  uğrunda mübarizə aparan  bir əqidə,  siyasi-nəzəri
bir  cərəyan  idi.  Bu  cərəyan  siyasi  mübarizədə nə sağ,  nə də sol  olmayan,
Xiyabaninin  dəfələrlə təkrar  etdiyi  “Qara  xətt”  götürən  radikal  xırda  burjua
platforması    idi.    Həmin    cərəyan    iri    burjuaziya    və torpaq əsilzadələrindən
başqa  bütün  sinif  və təbəqələri  vahid  bir  cəbhədə birləşdirmək  imkanı  verən
və o  vaxt  üçün  məqbul  sayılan  düzgün  hərəkət  xətti  idi.
“Ey əziz    Azərbaycan,    sən    bir    iti    gözsən  ki,    İran    səninlə Avropa
mədəniyyətinə baxır”-deyən    Xiyabani,    Təbrizdən    başlamış    üsyanın    bütün
İrana  yayılacağını  və bu  işdə Azərbaycanın, ələlxüsus  Təbrizin  mühüm  rol
oynayacağını  söyləyitdi. “Təbriz  İrana  nicat  verəcəkdir”  kəlıamı  doğma  diyarı
Azərbaycanın  vurğunu  və fədaisi  olan  Xiyabaninin  səmimi  sözləri  idi.  İyun
ayının  23-də o  deyirdi:  “Bu  gün  Təbrizdə hökumət  demokratların əlindədir.


52
Bu  demokratik  hökumət  Təbrizdən  başlayacaq  və İranın ən  ucqar  şəhərlərinə
də şamil  olacaqdır.  Biz  yavaş-yavaş  bu  ali  məqsəsimizə çatacağıq.  Bütün
idarə və məqamlar  bizim  nəzarətimiz  altında  olacaq”.
Bununla  da    Xiyabani    gələcək    demokratik    quruluşda  bütün    İranda,
əslində hakimiyyət    başında    məhz    azərbaycanlıları    görmək əzmini    ifadə
etmişdir.
İranda    müasirləşmə, qərbləşmə ilə sinonimdir    və qərbləşmə milli
dəyərlərin    inkarı    kimi    başa    düşülür.    Xiyabaniyə görə isə “Təcəddüd”
cəmiyyət    və fərd    səviyyəsində müasir    dövrün    şərtlərini    mənimsəmək    və
zamanla    ayaqlaşmaqdır”    O, təcəddüdü    milli    dəyərlərin    üzərində qurulmuş
yeniləşmə prosesi  kimi  görürdü.  Xiyabaninin  düşüncəsində müstəqilliyin  çox
önəmli  yeri  var  idi.  Müstəqillik  olmayan  yerdə təcəddüddən  söhbət  gedə
bilməz.  Bir  humanist  və bütün  bəçəriyyəti  sevən  insan  kimi
Xiyabani  tək  öz  xalqının  deyil,  bütün  xalqların  müstəqil  olmasını  istəyirdi.
O,  çıxışlarının  birində hər  bir  xalqın  müstəqilliyinə xüsusi əhəmiyyət  verərək
“Bir    xalqın    şərafəti    üçün    birinci    şərt    onun    müstəqil    olmasıdır.    Müstəqil
olmayan  bir  xalqın əzmi  və fəaliyyəti  yoxdur”- demişdi.
Xiyabaninin    üzərində
dayandığı    xüsusi    problemlərdən    biri  də
Azadstanda    qadınların    ictimai    həyatda    iştirakı    məsələsi    idi.    O,    Güney
Azərbaycanda  (Azadstanda)  ümumiyyətlə bütün  İran  tarixində ilk  dəfə olaraq
belə aydınlığla  və yüksək  məqamda  qadınların  fəal sosial  qüvvəyə çevrilməsi
ideyasını    irəli    sürürdü.    Onun    bir    sıra    məqalələri    (“Dünyanın    məhşur
qadınları”,  “Dünya    qadınlarının    tərəqqisi”,  “Bizim    qadınlarımız”,    “Sabahkı
analarımız”  və s,) və nitqləri  məhz  bu  mühüm  problemə toxunurdu.  Məslən  o
deyirdi:  “İctimai  həyatdan  ayrı  yaşayan  qadınlar  aləmi  böyük əhəmiyyətə və
həyati  qüvvəyə malik  olan  bir  dünyadır.  Qadınlarımızın  ölkə müqəddəratında
və demokratiyanın  gələcəyində böyük  payları  vardır.  Qadınlarımız  öz  səy  və
qeyrətlərini,  qüvvət və qüdrətlərini  vətənin  və xalqın  xeyrinə olan  işlərə sərf
etməlidir”.


53
Xiyabaninin    təşəbbüsü    ilə üsyan    dövründə Təbrizdə pulsuz    qız
məktəbinin  açılması  bu  yolda  atılan  ilk  addımlardan  biri  idi.
Xiyabaninin ədəbi  fəaliyyəti əsasən  irticaçıların  yırtıcılaşdığı  bir  dövrə
təsadüf    edir.    Məhz    buna    görə də onun    publisistikasında    müstəmləkə
xalqlarının  çox  acınacaqlı  vəziyyəti,  imperialislərin  təkcə İranda  yox,  bütün
Şərqdə törətdiyi    fitnəkarlıqlar    xüsusi    yür    tutur.    Xiyabaninin    publisist
yazılarında  və çıxışlarında  İran  milli  azadlıq  hərəkatının  sadəcə icmalı  deyil,
bu  hadisələrin  xarakteri,  mahiyyəti  və istiqaməti  obyektiv  şəkildə izah  edilir.
Bilavasitə hadisələrin  içində olan  ictimai  xadimin  alovlu  sözləri  xalqı  daima
ölüm-dirim    mübarizəsində qətiyyətli,    cəsarətli,    sərvaxt    və həmrəy    olmağa
ruhlandırırdı.
Bu dövrdə Güney Azərbaycanda  ictimai  fikrin  inkişafında  “Təcəddüd”
qəzetinin  böyük  rolu  olmuşdu.  Geniş  xalq  kütlələri  arasında  qəzetin  nüfuzunu
təsəvvür    etmək    üçün,    onun    redaksiyasına    göndərilən    məktubları    nəzərdən
keçirmək  kifayətdir.  Kəndli,  şəhərli,  kargər, əsnaf,  ruhani və s.  Təbəqələrin
nümayəndələri    tərəfindən    yazılan    bu    məktublarda    geniş    xalq    kütlələrinin
“Təcəddüd”    qəzetinə səmimiyyəti    oxunmaqdadır.    “Təcəddüd”    1917-ci  ildən
etibarən  fəaliyyətə başlayandan  sonra, 137-ci  nömrədən  202-ci  nömrəyədək
rəsmən    Xiyabaninin    müdirliyi    və baş    mühərrirliyi    ilə çap    edilmişdi.    Öz
məzmunu  və istiqaməti  cəhətdən  İranda  çıxan  bütün  qəzetlərdən  fərqlənən
“Təcəddüd”ün əsasən    fars    dilində nəşr    edilməsi,    Xiyabaninin    Azərbaycan
dilini    intişar    etmək    yolunda  olan  tədbirlərə qarşı    bir    hərəkət    idi.    Hamıya
məlumdur ki, İranda,  Şah  İsmayıl  Xətainin  dövrünü  çıxsaq,  tarix  boyu  sayı
farslardan    artıq    olan azərbaycanlılara    bir    xalq    kimi    heç    bir    huquq
verilməmişdir.  Xiyabaninin  yaşadığı  dövrdə 1906-cı  ilin  dekabrından  Təbrizdə
nəşr  olunmağa  başlayan  “Azərbaycan”  adlı  satirik  jurnaldan və “Fəryad”  adlı
qəzetdən  başqa  İranda  ümumiyyətlə azərbaycanlılarla bağlı  nə bir  dərgi,  nə də
bir    ruznamə nəşr    olunmamışdı.    “Azərbaycan”    jurnalı  da    Məşrutə hərəkatı
dövründə yalnız  bir  il  müddətində fəaliyyət  göstərmişdi.  Şübhəsiz ki,  bütün
bunlar  da    Xiyabanini    düşündürməyə bilməzdi.  Ancaq “Təcəddüd”ün    fars


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə