Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

75
görsünlər.  Məhv  olsun  bu  xalqı  qorxaq və sürətsiz  etməyə çalışanlar,  onu
tənbəllik  və ətalətə salanlar!  Azadxah  cəmiyyət  yaşasın  və var  olsun!”.
Xiyabaninin  bu  nitqlərindən  çox  aydın  şəkildə məlum  olur ki,  bunlar
bolşevikləırin  və Leninin  hayqırdıqları  kimi  sadəcə olaraq  boş-boş  şüarlar
deyil.    Bu    sözlərin,    kəlmələrin,    cümlələrin    hər    birinin    arxasında    dərin
mənalar,    məntiqli    və hikmətli    ifadələr    durur.    Xiyabani    siyasi  və ictimai
xadiim,  eyni  zamanda  peşəkar  bir  publisist  olmaqla  yanaşı  yüksək  səviyyəli
bir    natiqdir.    Onun    hər    bir    kəlməsində insan    psixologiyasına    nüfuz    edə
biləcək  təlqin  vardır. Xiyabani  eyni  zamanda  olduqca  nikbindir  və xalqı da
daim nikbin  olmağa  səsləyir.  Bir  çoxlarına  bəllidir ki,  İslam  aləmində şəhid
olmaq    olduqca    böyük    şərəf    sayılır  və şəhidlərin    sorğu-sualsız    behiştə
getdikləri də hamıya  məlumdur..Onu da  qeyd  etmək  lazımdır ki,  şəhid  sözü
ancaq  müsəlmanlara  aiddir.  Hansısa  bir  dinsizi  və yaxud  müsəlman  olmayan
bir    kimsəni    şəhid    hesab    eləmək    küfrdür.    Şəhidlərə yüksək    qiymət    verən
Xiyabani,  şəhid  olmağın  nə qədər  müqəddəs  bir  iş  olmağını  dilə gətirərək,
valideynlərə,    xüsusilə də analara    övladlarını,    şəhid    və yaxud    qazi    olmaq
ruhunda  tərbiyə etməyi  tövsiyə edir.  Xalqımızda  belə bir  zərbi-məsəl  vardır
“Qəm    qəm    gətirər”... Tarixdən    və yaşadığımız    həyatdan    məlumdur  ki,
pessimizm  insana  bədbəxtçilikdən  başqa  heç  bir  şey  verə bilmir. Əgər  biz
İslam    alimlərinin    kəlamlarına  da    müracət    etsək,    İslamın    pessimizmə olan
münasibətinin  olduqca  mənfi  olduğunu  görərik.  Bəşəriyyətin  inkişaf  proqramə
və hidayət  qaynağı  müqəddəs  Qurani-Kərim də öz  işıqlı  ayələrində insanı
daim  nikbin  olmağa,  gələcəyə inanmağa,  Allahdan  ümidi kəsməməyə çağırır.
Atalarımızda  belə bir  misal da  vardır  “Hagüman  şeytandır”.  İnsan  hətta  ölüm
ayağında    olarkən    Uca    Yaradandan    ümidini    kəsməməli,    həyatının    işıqlı
olcağına    inanmalıdır.    Ölüm    haqdır.    Hamıya    məlumdur    ki,    Uca    Xaliqdən
başqa  hamı  ölümə məhkumdur.  Lakin  ölüm  həyatın  bitməsi  demək  deyildir.
Ölüm  bu  dünyadan  o  biri  dünyaya  açılan  bir  qapıdır.  Bu  dünyada  yaxşı
əməllər  sahibi  olmuş  insan, ələlxüsus da  şəhidlər,  bu  qapıdan  keçib  daha
rahat,  daha  gözəl  bir  həyata  qədəm  qoyurlar.  Şübhəsiz ki,  müctəid  dərəcəsinə


76
yüksəlmiş    Şeyx    Məhəmməd    Xiyabani    daim İslam    ehkamlarının əsasında
hərəkət  etdiyi  üçün  şəhidlik  zirvəsinin  nə demək  olduğunu olduqca  gözəl
anlayırdı,  eyni  zamanda  nikbinliyin  insan  psixologiyasına  nə qədər  müsbət
təsir  etdiyini,  keçdiyi  İlahiyyat  dərslərindən  və həyat  təcrübəsindən  olduqca
məntiqli  surətdə dərk  eləyirdi.
Çox    təəsüflər    olsun  ki, 70    illik    sovetlər    dönəmində,    Xiyabaninin
çıxışlarındakı    İslam    dininə olan    münasibəti    və mövqeyi,    Xiyabani
tədqiqatçıları    tərəfindən    qayçılanmışdır.    Odur  ki, əlimizə onun    dini-fəlsəfi
baxışlarından çox  az  material  gəlib  çatmışdır.  Lakin  bununla  belə ilahiyyatdan
xəbəri  olmayan  tədqiqatçılar  “şəhid”  sözünün  mənasını  anlamadıqlarına  görə,
onun  sırf  iman  gətirənlərlə,  müttəqilərlə və yaxud  təqva  sahibləriylə bağlı
olduğunu  dərk  etməyərək,  onu  qayçılamamışlar. Bu da  bizə bir  işıq  ucu  qədər
də olsa  Xiyabanini  publisistikasını  xarakterizə etməyə imkan  yaratmışdır.
Xiyabani    zamanın    irəli    sürdüyü    bir    sıra    ictimai    vəzifələrin    yerinə
yetirilməsi  sahəsində mətbuatın  böyük əhəmiyyətə malik  olduğunu  dəfələrlə
göstərmişdir.    Ümumiyyətlə,    mətbuata    dair    qiymətli    fikirlər    Xiyabani
publisistikasında    mühüm    yer    tutur.  O,    1275  (1858)-ci    ildə “Əxbari-
Darüssəltənəyi-Azərbaycan”,    “Ruznaməyi-Millətin-Məmləkəti-Azərbaycan”  və
“Vəqaeyi-şəhri-məmləkəti-Azərbaycan”    adları    ilə yayılmış    “Azərbaycan”
qəzetindən    və “Əkinçi”dən    başlayaraq    Qafqazda    və İranda    çıxan    bütün
mətbuat    orqanlarına    yaxşıca    bələd    idi.    “Əkinçi” qəzeti    hələ Xiyabani
doğulmamışdan  bir  neçə il əvvəl  bağlansa da  Xiyabaninin  bu  haqda  məlumatı
vardı. Hamıya  məlumdur ki,  Xiyabaninin  yaşadığı  dövrdə İranda  yüzdən  artıq
mətbuat    orqanı    var  idi    və bunların əksəriyyəti    onun    doğulub    boya-başa
çatdığı  Təbriz  şəhərində yerləşirdi.  Bunlardan  Rza  Tərbiyətin  redaktorluğu  ilə
1324  (1906)    çıxan    “Azad”    qəzetini, Əliqulu    xanın    redaktorluğu    ilə çıxan
“Azərbaycan”  qəzetini, Əhməd  Mirzənin  redaktorluğu  ilə çıxan  “Bələdiyyə”
qəzetini    və bir    çox    başqalarını    gətirmək    olar.    Xiyabani    öz    çıxışlarında
İrandakı  mətbuat  orqanlarının  qarşısında  yüksək  vəzifələr  qoyur,  adamların
gözünün  açılması  və cəhalətdən  qurtarması  yolunda  fəaliyyət  göstərməyi  tələb


77
edirdi.  Xiyabani,  ona  və demokratik  qüvvələrə qarşı  qərəzli  mövqe  tutan
“Rəd”    və “İran”    qəzetlərin    tənqid    edərək,    bu    qəzetləri    günün    qarşıya
qoyduğu    və həllini    gözləyən    mühüm    ictimai    məsələlərdən    kənarda
durduğunu,  bunun əvəzinə öz  səhifələrini  böhtan  xarakterli,  eyni  zamanda
mücərrəd    yazılarla    doldurduğunu    qeyd    eləyərək,    onları    tənqid    edirdi.
Xiyabaninin ədəbi    görüşlərinə yersiz    təəsübkeşlik,    yalançı    millətçilik    və
nihilizm əhval-ruhiyyəsi,  başqa  xalqların  mədəni-elmi  uğurlarını  öz  xalqının
mədəniyyət  tarixi  hesabına  mənimsəmək  meyli  yabançı  idi.  Xiyabani  daim
İranda  vahid,  bölünməz  fars  mədəniyyətinin  və ədəbiyyatının  olmasını  yayan
irticaçı  fikir  və baxışlara  qarşı  çıxmışdır. O,  bir  sıra  şovinist  İran  alimlərinə
və azərbaycanlı  nihilistlərə qarşı  çıxaraq,  İran  dövləti  tərkibində ayrı-ayrı
xalqların  yaşadığını,  bu  xalqların  özlərinə məxsus ədəbiyyatı  və mədəniyyəti
olduğunu,  bu  irsa  dərindən  öyrənməyin  xeyirlərini  irəli  sürmüşdü.  Xiyabani
orta əsr ədəbiyyatı  tarixinə,  poetika  və ədəbiyyatşünaslıq  elminin  inkişafına
ümumi    bir    axın    kimi    baxmamışdır. Ədəbi-fəlsəfi    baxışlarının    yönü    və
məzmununa    görə ardıcıl    demokrat    maarifçi    olan    Xiyabaninin    qabaqcıl
düşüncə və ideyaları,  onun ədəbi  fəaliyyətində öz əksini  yeni  bir  biçimdə
tapa   bilmişdir.    Bəlkə də bütün   dünyaya  məlumdur  ki,    Azərbaycanın   qədim
paytaxtı  və mədəniyyət  mərkəzlərindən  biri  olan  Təbriz şəhərindən  saysız
hesabsız  elm  və hünər  sahibi  çıxmışdır.  Buna  misal  olaraq ilk  növbədə Şəms
Təbrizini,    Xətib    Təbrizini.    Agahi    Təbrizini,    Alim    Təbrizini,    Baba    Fərəc
Təbrizini,    Bədrəddin Əbdülmüəmmər    İsmayıl    Təbruzini,,    Vahidi Təbrizini,
Vuqun  Məhəmməd  Şərif  Təbruzini,  Qardaş  Təbrizini,  Qai  Mirzə Təbrizini,
Qəzali    Təbrizini,    Qəzənfər    Təbrizini,    Qəni    Təbrizini, Əbdülvahab Əmiri,,
Danişməndi,,  Daniş  Ağa  Mirzə Lütfəlini,,  Daniş  Hacı  Mirzə Nəcəfəlixanı,
Dərviş  Bülbülü,,  Dərviş  Gəncəli-Təbrizini,  Dərviş  Söhrab  Təbrizini,  Dərviş
Hüseyn    Hafizi,,    Divanəni,    Şərif    Təbrizini,    Mahmud    ibn Əbdülkərim    ibn
Yəhya  Şəbüstəri  Təbrizini,  Hümam  Təbrizini  və bəlkə də minlərcə başqalarını
göstərmək    olar.    Şübhəsiz    bu  da    güneyli    qardaşlarımızın, ələlxüsus  da
təbrizlillərin    elmə,    maarifə, ədəbiyyata,    fəlsəfəyə olan    dərin    marağını,    o


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə