Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

66
birinci  dəfə İran  dövlətinin  Tuflisdəki  konsulu  Mirzə Hüseynxan  vasitəsilə
İran  dövlətinin  nəzərinə çatdırdım.  Sonra  hicri-qəməri  1280(1863)-ci  ildə bu
əlifbanın bir nüsxəsini İstambula apardım”. Mirzə Fətəli  həmin  il  səfər  ayının
20-də İstambul  səfərində yeni əlifba  layihəsini  Osmanlı  dövlətinin  baş  naziri
Fuad  paşaya  təqdim  etmişdir. Bu  layihə o vaxt  İstambulda  çıxan  “Məcmuəyyi-
fununi-cəmiyyəti-Osmaniyyə”  (Osmanlı    cəmiyyətinin    elmlərinin    məcmuəsi”)
adlı    jurnalın  14  nömrəsində çap    edilmişdir.  (“Məcmueyi-fununi-cəmiyyəti-
Osmaniyyə”  aylıq  jurnaldır ki,  hicri-qəməri 1279-cu il  məhərrəm  ayının 1-də
(1862,  29  iyun)  İstambulda    türk    dilində çıxmışdır.    Mirzə Fətəlinin əlifba
layihəsi bu  jurnalın  2-ci  nömrəsində çap  edilmişdir.  Bu  illüstrasiyalı  jurnalın 4
illik kolleksiyası  müəllifin    şəxsi    kitabxanasında    saxlanılır).    Mirzə Fətəli
İstambulda    ikən    Osmanlı    dövlətində İran    səfiri    olan    Mirzə Hüseynxanın,
onun  bu  təşəbbüsünün  boşa  çıxmasına  səbəb  olmuş  və heç  bir  nəticə əldə
etmədən    Qafqaza    qayıtmışdır.    Onun    ikinci əsərindən    məlum    olur  ki,
İstambuldan  qayıtdıqdan  sonra,  o  oğlunun  vəfatı ilə əlaqədar bir  müddət əlifba
məsələsi    ilə məşğul    ola    bilməmişdir.  Bu    zaman    Mirzə Mülkümxan    yeni
əlifba    düzəldərək    Parisdə çap etdirmiş    və bir    nüsxəsini    Mirzə Fətəliyə
göndərmişdir.  Mirzə Fətəli  ancaq  bundan  sonra  yenidən  fəaliyyətə başlamış
və öz əlifba  layihəsini  digər  iki  risalə və təklifləri  ilə birlikdə-birinci  risalədə
əvvəl    irəli    sürdüyü    layihə,    Münif    paşanın    çıxışı    və Sultan Əbdüləzinin
fərmanı,  ikinci  risalədə isə qədim  yazıların  qısa  tarixi  və düzəltdiyi əlifbanın
üstünlükləri-hamısı    öz    xətti    və imzası    ilə hicri-qəməri  1285  (1867)-ci  ildə
İranın    maarif    nazirliyinə təqdim    etmişdir.  Bu    yazıları ədib  Etizadüssəltənə
“Sipahsalar”    məscidi    kitabxanasına    bağışladığı    kitablar    içərisində o
kitabxanaya  vermiş  və indi də orda “Məqul-Mənqul”  insututu  kitabxanasında
saxlanmaqdadır.  Mirzə Fətəlinin    təxminən    140  il    bundan    qabaq    göstərdiyi
təşəbbüsü    bir    sıra    maarifpərvər    şəxsiyyətlər    də davam    etdirmiş,    müxtəlif
məqalələr    və kitablar    yazmış,    hər    biri    yeni əlifba    düzəltmişdirsə,    ancaq
onlardan    heç    birei    tənqid    edilən    nöqsanları    və çatışmamazlıqları    aradan
qaldıra  bilməmiş,  buna  görə də təşəbbüslər  müvəffəqiyyət  qazana  bilməmişdir.


67
Əlifba    məsələsi    ilə maraqlanan    bu    şəxsiyyətlərdən ən    məhşuru    Mirzə
Mülkümxandır.    O,    tərtib    etdiyi    yeni əlifbadan    başqa    “Məbdəi-tərəqqi”
(“İnkişaf  mənşəyi”) və “Şeyx  vəzir”  adlı  iki  kitabça  yazmış,  bundan əlavə
Sədinin  “Gülüstan” əsərini  və Həzrət Əli əleyhəssalamın hikmətli kəlamlarını
düzəltdiyi əlifba    ilə yazıb,    hicri-qəməri  1302-1303  (1884-1885)-cü    illərdə
Londonda  nəşr  etdirmişdir. “Gülüstan”ın  girişində qeyd  etdiyinə görə o  bu
yolda  25 il əmək  sərf  etmişdir.  Onu  da  qeyd  etmək  lazımdır ki, bir  çox
hallarda  bizim  tədqiqatçılar  uydurma  erməni  mənbələrinə əsaslanaraq,  Mirzə
Mülkümxanı  səhvən  Mirzə Melkumxan  kimi  qeyd  edərək  onun  milliyətcə
erməni    olduğunu    yazırlar.    Lakin    bu    tamamilə
səhvdir.    Hamı    bilir  ki,
damarlarından    erməni    qanı    axan    bir    insan    heç    zaman    müsəlmanların
maariflənməsi  üçün  bu  qədər əziyyətlərə qatlaşmaz..  Bundan əlavə Mirzə
Rzaxan Ərfəüddövlə və Qafqazın  Şeyxülislamı  Axundzadə də bu  mövzuda
“Risaləyi-rüşdiyyə”    və “Kitabi-müəllimül-ətval”    adlı    kitablar    yazıb,    hicri-
qəməri 1296-1297 (1878-1879)-ci  illərdə Tiflisdə nəşr  etdirmişdir.  Şeyxülislam
Axundzadə və Hacı    Mirzə Həsən    Rüşdiyyə Təbrizi    yazdıqları    “Kitabi
müəllimül-ətval”  və “Vətən  dili” əsərlərində Mirzə Fətəlinin  yeni  fikrindən
ilham  alaraq,  təzə oxumağa  başlayan  uşaqların  təlimi  üçün  daha asan  yollar
təklif  etmişlər. Hicri-qəməri  XIII (XIX) əsrin  axırlarında  İstambul  və Trabzon
şəhərlərində diplomatik  korpusun  heyətində olan  Mirzə Rzaxan  Bəkişli  və
Xarici    uşlər    nazirliyinin    birinci    müavini    Mirzə Hüseynxan  da    yeni əlifba
düzəltmiş, “Əlifbayi-behruzi”  və “Nümunəyi-əfkar”  adlı  iki əsəri  hicri-qəməri
1299  (1881)    və 1303  (1885)-cü    illərdə
İstambulda    nəşr  etdirmişdir.
Müstəşarüddövlə ləqəbi  ilə məhşur  olan  Mirzə Yusifxan  Təbrizi  də yeni
əlifba    tərəfdarlarından    olmuş    və bu    ideyanın    həyata    keçirilməsi    uğrunda
böyük  səy  göstərmişdir.  O,  hicri-qəməri 1297 (1879)-ci  ildə Məşhəd  şəhərində
yaşadığı    zaman    yeni əlifba    haqqında    məhşur    alimlərin    fikirlərini    yazılı
şəkildə toplamışdır. Bu  barədə hicri-qəməri 1297 (1879)  ildə çıxan  “Əxtər”
qəzetinin  22-ci  nömrəsində geniş  məlumat  verilir”  Mirzə Nəsrulla  Müctəhid
bu  barədə aşağıdakı  rəyi  vermişdir:


68
“Yazıda    dəyişiklik    yaratmağa,    yeni    yazı    sistemi    düzəltməyə
ümumiyyətlə icazə verilir  və bu  barədə nəinki  maneə yoxdur,  bəlkə tədris  və
təlimin  asanlaşdırılmasına  və mətnin  düzgün  oxunmasına  səbəb  olarsa,  ona
daha  üstünlük  verilir.  Bir  adam  bu  dəyişikliyi  yabançı  xalqlara  təqlid  hesab
edərsə,    düzgün    və məntiqi    deyildir,    buna    görə də bu    növ    təqlid    haram
sayılmır,  necə ki,  somavar  işlətməyə icazə verilir”.
Müstəşarüddövlə hicri-qəməri 1303  (1885)-cü  ildə “Müsəlman  yazısının
islah  edilməsi”  adlı  yaxşı  bir  kitabça  yazıb,  nəşr  etdirmişdir.  Hindistanın
Bombey    şəhərində “Əncüməni-daniş”    üzvləri  də hicri-qəməri  1308  (1890)-ci
ildə yeni əlifba    düzəldərək    “Xətti-danişi-insaniyyət”    adlı    bir əsər    nəsr
etmişlər.  Bu  zaman  Mirzə Lütfəliağa  Müctəid  Təbrizi  və “Mütəlle”  təxəllüslü
Mirzə Kazımxan  Alabrağuşlu  da  ayrıca  olaraq yeni əlifbalar  düzəltmiş  və
kitabçalar  yazmışdır.
Hicri-qəməri  1321  (1903)-cü    ildə Tiflisdə
“Şərqi-Rus”    qəzetinin
redaktoru  Məhəmməd  Şahtaxtlı əlifbanın  dəyişdirilməsi haqqında  bir  kitab
yazmış,  türk  dilində çıxan  bu  qəzetdə öz əlifbasını  tanıtdırıb  qəbul  etdirməyə
çalışmışdır.  Mirzə Əliməmmədxan  Üveysi də bu  iş  uğrunda  səy  göstərən
şəxslərdən  olmuşdur.  O,  hicri-qəməri 1331 (1912)-ci  ildə İstambulda  “Rahi-
nov”  (“Yeni  yol”)  adlı  bir əsər  çap  etdirmişdir.
Yetmiş  il  müddətində çağırılmamış  qonaq  kimi  həyatımıza  daxil  olan
kiril əlifbasının    ucbatından    biz    çox    vaxt  Güney    Azərbaycanda    yaşayıb
yaradan  sənətkarlarımızın əsərlərini  oxuya  bilməmişik.  Bu  baxımdan  müctəid
Xiyabaninin  də sovetlər    dönəmində leninçilərin    istədikləri    kimi    “montaj”
edilən  publisistikasının əsil  mahiyyətini  anlaya  bilməmişik..  Gah  onu  Qulam
Məmmədlinin    yazdığı    İslam    dinindən siyasət    kimi    istifadə eləyən    bir
şəxsiyyət  kimi,  ya da rus  mədəniyyətinə meyl  göstərən  ictimai  xadim  kimi
tanımışıq.    Məsələ burasındadır  ki,    Xiyabaninin    də əlifba    məsələsinə öz
baxışları  olmuşdur. Bu əsərin əvvəllərində qeyd  olunduğu  kimi  Xiyabaninin
dünyəvi  elmlərə marağı  ilk  dəfə Mirzə Fətəli  Axundzadənin bədii  irsi  ilə
tanış  olandan  sonra  artmışdır.  Azərbaycan ədəbiyyatı  tarixindən  məlumdur ki,


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə