Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   29   30   31   32   33   34   35   36   37

114
Azadlıq  və haqq  yolunda  igidlik  ilə öz  həyatlarını  qurban  vermiş
Azərbaycan  oğulları  içərisində məsum  uşaqlar  da  vardır  ki,onların  kiçik,  incə
əzələlərinin  çəng  olmasından  dar  ağacları  belə lərzəyə gəlmişdir,  onlara  zillənən
həlqələnmiş  gözlər  qarşısında  dar  ağacının  izi  bu  uşaqların  boğazını  sıxıb,
dodaqlarını göyərdib, rənglərini soldurdu. Nəhayət, onlar çabalayıb can verdilər...
Dünyada  nə qədər  fikrə sığışan  müsibət,  işgəncə varsa, nə qədər əzab-
əziyyət varsa  Azərbaycan əhli öz dəhşətli tarixi boyu biri-birinin ardınca onlara
məruz qalmışdır...
Istərsə müharibə iştirakçısı  və ya  bitərəf  qüvvələr,  istərsə də xarici  və ya
daxili qüvvələr möhkəm iradəli və dərin, səbirli Azərbaycanda bir çox macəralar
törətmiş, ana vətənimizə təcavüz edərək iti caynaqları ilə onun mehriban sinəsini
yaralamışlar.  Bir  tərəfdən  həm  qalib, həm  məğlub  qoşunlar  Azərbaycanın  abad
yerlərini odlara yaxıb yandırmış, kül qalağına çevirmişlər. Digər tərəfdən isə daxili
nankor ünsürlər ana vətənimizə dəlicəsinə zərbə endirmiş, ismətli ana və qızlarının
ürəklərinə elə bir dağ vurmuşlar ki, onların kədərdən partlamış dodaqlarından hələ
də qan sızmaqda və nalələri eşidilməkdədir.
Hələ də Azərbaycan  qan  içindədir. Tehran  isə indi  Azərbaycanın  qanlı
cəsədinə nəzər  salır  və bu  al  qana boyanmış  bədənə rəhmli  nəzərlə baxır.
Tehrandakı  dillər, qələmlər  Azərbaycanın  qüssə və kədərlərini  açıb  izah  edir,
danışıqlar və yazılarında tərif, təhsin edici sözlər işlədirlər.
X                              X                                    X
Ancaq,  ey  qeyrətli  Azərbaycan  xalqı, ey  vətənin əsirlikdə yaşamış
igidlərinin oğul və qızları,
Ey azadlıq yolunun qorxmaz qəhrəmanı,
Ey tərifə belə ehtiyacı olmayan Azərbaycan.
Bu tərif, təhsinlərin hamısı verdiyin qurbanların qan bahasıdır,


115
Iran  fəzasında  yüksələn  bu  tərif, təhsin  səsləri  sənin  ölməz  cavanlarının,
mərd qocalarının, iradəli uşaqlarının,hələ də təsəlli tapmayıb, ovunmayan qadın və
qızlarının səsidir.
Indi eşitdiyin bu səslər onların səsidir.
Ayıl!
Qulaq as!
Ey Azərbaycan, ey Azərbaycanın demokratik qüvvələri, başını qaldır!
Tutalım ki, hazırda döşünə qədər fəlakət, bədbaxtlıq burulqanında batmısan,
bədəninə endirilmiş zərbələr nəticəsində təfəkkür qüvvəsini itirmisən və ən dəhşətli
ehtiyac  içərisində aciz  qalaraq  çapalayırsan,  tutalım  ki,  qışın  şaxtası  çılpaq
bədənini  dəhşətli  surətdə parçalayır: düşgün, pərişan  olmusan, ac-yalavac
qalmısan,  tutalım  ki,  həddən  artıq bədbəxt  olmusan, axı  müharibədə iştirak edən
ölkələr  sənin  tək  korluq  çəkməmişlər. Təqsirkar  olan  millətlər  sənin  tək əzab,
işgəncə görməmişlər. Dünyada ən ağır cəzaya layiq  olan zalımlar xilas olmuşlar,
sən isə hələ də giriftarsa... Tutalım ki, bədənin başdan ayağa deşilib yaralanmışdır.
Buna  baxmayaraq  sən  yenə də şərəfli  başını  qaldır!  Ölkədə yüksələn  bu  səmimi
tərif, təhsin, həmrəylik səslərinə qulaq as!..
Qoy, bu səslər sənin ürəyində, ruhiyyəndə güclü bir tufan, dərin bir intibah
hissi  törətsin...  Sən  zəifləmiş  bir  pəhləvan, gücdən  düşmüş  bir  qəhrəmana
oxşayırsanki, onu cəsarətləndirmək, yenidən ayağa üçün onun qeyrət, heysiyyət və
izətinəfsində təsir etməkdən güclü tədbir və vasitə ola bilməz. Hamıdan əvvəl sən
özün-özünə yardım  göstərməlisən.  Sən özün-özünə nicat  verəcəksən! Əgər  sənin
təbiətində olan  həyat  cövhəri  tükənmiş,  fəaliyyət  odu  təmamilə sönmüşsə,
keçmişdəki xasiyyətini itirmişsənsə, artıq səninlə vidalaşmaq lazımdır. Yox, sənin
damarlarında o parlaq cövhərdən azacıq da olsa, o qeyrət odundan qığılcım qədər
də olsa hələ qalmamışdır.
Ey Azərbaycan demokratiyası, qabaqda xoşbəxt gələcəyin  var, o bəxtəvər
və nailiyyətli gəkləcək üçün sənı və xalqına eşq olsun!
Sən yenilik (təcəddüd) və inkişafın geniş meydanının qəhrəmanısan, təcrübələr
görüb  sınaqlardan  çıxmısan.  Indi  isə sənin  qarşında  yeni  bir  dövr  açılmaqdadır.


116
Göstərdiyin  fədakarlığın  yüksək  səmərələrini  gördün.  Öz  qanını  tökdün,ayaqlar
altında əzildin.  Həyat  qüvvəsini  itirdin,buna  baxmayaraq  səni  istədiyin  məqsədə
çatdıran  şərafətli  yoldan  dönmədin.  Sənin  inad,  müqavimətin  nəticəsində ən
qüdrətli, güclü zülmkarlar və onlarla birlikdə zülm, qəddarlıq, işgəncə, əzab, dar
ağacı, zəncir və zindan – bunların hamısı biri-birinin ardınca məhv olub getdilər.
İstərsə yabancı  qəsbkarlar, istərsə də ikiüzlü  dostlar  öz  cəzalarına  çataraq  yox
oldular... Təhqirlər, təcavüzlər, hücumlar, mühasirələr, kütləvi  edam – bunlar
rəhmsizcəsinə səni  parçaladı, pərişan  etdi.  Lakin  məğlub  olmadın....  Dəfələrlə
yıxıldın,lakin  hər  dəfə yıxıldıqda  yenə təzə bir  qüvvə ilə ayağa  qalxdın,durub
müqavimət  göstərdin.  Hadisələr,  macəralar  sənin əzm  və iradənin  üstündən
keçərək  onu  tapdalamaq  istədi.  Lakin  onlar  keçib  yox  olduqdan  sonra,  yenə
canlandın, həyatını davam etdirdin.
Həyatında keçirdiyin bu dövr səndən fədakarlıq, canından keçmək tələb etdi,
sən isə hamısına dözdün, axar suyu belə sənin üzünə bağladılar, çörəksiz, azuqəsiz
qaldın, nəhayət məqsədinə nail oldun!
Mütləqiyyəti devirdin!
Sənin gördüyün bu iş pozmaq işi idi. Çürük, deşik-deşik olmuş köhnə binanı
uçurub  torpaqla  yeksan  etməli  idin,  onuda  elədin.  Bu  yıxıb, məhv  etmək  işini
həyata  keçirmək  üçün  od, qan, dəmir  və polad  lazım  idi.  Bu  iş  həm  maddi
mənbələr,  həm  də əzələlərinin  güclü  olmasını  tələb  edirdi, sən  isə o  təlabatın
hamısını yerinə yetirdin.
Indi, bir  tərəfdən  qarşında  biri-birinin  üstünə qalanmış  xərabələr, keçmiş
əmək  nəticələrinin  uçulub  dağılması  ilə bərabər ən  zəruri  olan  gündəlik  təlabat
durur  və hazırkı  dərdlərin  səbəbi  olan  fəlakət, bədbəxtliklərə qarşı  lazım  olacaq
saysız-hesabsız  tədbirlər  sənə xatırladılır.  Digər  tərəfdən  isə Tehranın  mütərəqqi
ziyalılarının səsini, Azərbaycan xalqının nəcib xislətləri haqqında deyilən tərif və
afərin  səslərini  eşidirsən.  Bu  ibrət  verici  mənzərəyə qarşı  artıq  düşünmək, ölçü


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə