Азярбайъан республикасы


 Dietilenqlikolla əlaqəli işlər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.9.3. Dietilenqlikolla əlaqəli işlər

40



1.9.3.1.   Qaz   qurudulma   qurğularında   nasos   təsərrüfatı

(DEQ vurulması üçün) partlayış yanğın təhlükəli otaqların ava-

danlıq   və   qurğularına   olan   tələblərə   və   o   cümlədən

aşağıdakılara cavab verməlidir:

a) DEQ təzyiqlə (püskürdülməsində) vurulmasında və da-

xildə   vurma   işlərində   istifadə   olunan   nasoslar   bir-birindən

bütöv divarla ayrılmalıdır;

b)   naqillər   və   elektrik   mühərrikləri   partlayışdan

mühafizəli olmalıdır.

1.9.3.2.   Nasos   yerləşən   otağın   döşəməsi   nefti   özünə

hopdurmayan quru, təmiz və yanmayan materialdan olmalıdır.

1.9.3.3.   Təmirdən   qabaq,   nasosdan   əvvəl   və   sonra

yerləşən siyirtmələri bağlamaqla (qapayıcılar quraşdırılmaqla)

nasos boru kəmərindən  açılmalıdır (təcrid olunmalıdır).

1.9.3.4. Yeni gətirilmiş DEQ, avtosisterndən stasionar tu-

tuma,   boşaltma   meydançasından   azı   10   m   məsafədə

quraşdırılmış   boşaltma   dayağı   və   nasos   vasitəsi   ilə

vurulmalıdır.

1.9.3.5.  DEQ-in   verilməsi   dayandırıldıqda   texnoloji   xətt

açılmalı və eyni vaxtda işıq siqnalizasiyası işə düşməlidir.

1.9.3.6. DEQ-in regenerasiya (bərpaedici) qurğusu texnolo-

ji   avadanlıqdan   (yanğından)   təhlükəsiz   məsafədə

yerləşdirilməlidir.

1.9.3.7.   Təmirdə   olan   regenerator   ancaq   boru

kəmərindən açıldıqdan sonra sökülməlidir.

1.9.3.8. Regeneratora  baxış  və onun təmiri  mühəndis-

texniki   işçinin   rəhbərliyi   ilə   azı   iki   fəhlədən   ibarət   heyətlə

yerinə yetirilməlidir.

1.9.3.9.   DEQ-in   regenerasiya   qurğularının   odluğundakı

yanma   prosesinə   təhlükəsiz   və   rahat   nəzarət   etmək   üçün

baxış pəncərəsi olmalıdır.

1.9.3.10. Məşəl söndüyü halda DEQ-in regenerasiya qur-

ğusu texnoloji xətdən ayrılmalıdır.

41



1.9.3.11.   Odluğun   buxarlandırıcısını   ağacın   ucuna

sarınmış əski ilə və ya buna bənzər digər üsullarla yandırmaq

qadağandır.

Yandırılma fitil vasitəsi ilə yerinə yetirilməlidir.

1.9.3.12.  Qaz  kəmərində  təzyiq  qəflətən  enərsə  və ya

qalxarsa,   qaza   kondensat   düşərsə,   buxarlandırıcıda

temperatur yüksələrsə və texnoloji prosesin pozulduğu digər

hallarda odluqda yanma dayandırılmalıdır.

1.9.3.13. Qızdırıcının istismarı [12]–in tələblərinə uyğun

aparılmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə