Азярбайъан республикасы


BÖLMƏ I ÜMUMI QAYDALAR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ I

ÜMUMI QAYDALAR

1.1. Qaydaların şamil olduğu sahələr, 

əhatə dairəsi və məqsədi

1.1.1.   Bu   Qaydalar   neft,   qaz   və   qazkondensat

quyularının qazılması, yataqlarının işlənilməsi, neftqazçıxarma

sənayesinin   istehsalat   və   texnoloji   proseslərinin

layihələndirilməsi,   qurğu,   avadanlıq,   alət   və   nəzarət-ölçü

cihazlarının (NÖC) konstruksiya edilməsi, bu işlərin görülməsi

üçün   kadrların   hazırlanması   ilə   məşğul   olan   mülkiyyət

formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlara, o

cümlədən   Azərbaycan   Respublikasının   ərazisində   və   Xəzər

dənizinin   Azərbaycan   Respublikasına   məxsus   sektorunda

fəaliyyət   göstərən   AR   DNŞ-in   tabeliyində   olan   yerli   neft-

qazçıxarma müəssisələrinə şamil edilir.

1.1.2. Əməyin təhlükəsizliyi üzrə normativ sənədlərə 5

ildə bir dəfə və həmçinin yeni texnoloji proseslər, qurğular,

maşın və aparatlar tətbiq edildikdə yenidən baxılmalıdır.

1.1.3.   Bu   Qaydalarda   əksini   tapmamış   məsələlər   üzrə

müvafiq   normativ-texniki   və   rəhbər   sənədlər   rəhbər

tutulmalıdır.

1.1.4. Bu Qaydalar qüvvəyə mindikdən sonra razılaşdır-

maq   və   təsdiq   üçün   müvafiq   təşkilatlara   təqdim   olunmuş

obyektlərin,   texnika   və   texnologiyaların   layihələri   bu

Qaydaların tələblərinə uyğun olmalıdır.

1.1.5.   Avadanlıqlara   (işlənilən   və   alınan),   texniki

vasitələrə   və   texnologiyalara   (o   cümlədən   Respublikaya

xaricdən   gətirilmiş)   olan   təhlükəsizlik   tələbləri   Bu   Qaydalar

təsdiq olunduğu andan qüvvəyə minir.

6



1.1.6. Bu Qaydalarda hər-hansı bir dəyişikliklərin və on-

lara   əlavələrin   edilməsi,   mütəxəssislər   tərəfindən   müvafiq

təkliflərə   baxıldıqdan,   lazımi   qaydada   razılaşdırıldıqdan   və

təsdiqləndikdən sonra həyata keçirilir.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə