Азярбайъан республикасы


 Işçilərə olan tələblər.  Öyrədilmə və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.4. Işçilərə olan tələblər.  Öyrədilmə və

təlimatlandırma

1.4.1.  Neftqazçıxarma  (qazma) sənayesində işlərə  yaşı

18-dən az  və 62-dən çox olmayan, tibbi müayinədən keçmiş

və ya tibbi əks göstərişi olmayan şəxslər buraxılırlar. Qalan

hallarda (yaşı 62-dən çox olduqda) tibbi müayinənin müsbət

nəticəsinə görə işçilərin ağır və zərərli işlərdən başqa digər

işlərdə işləməsinə icazə verilir.

1.4.2. Müəssisəyə yeni işə qəbul olunmuş işçilər və həm-

çinin başqa işə yeni bir sənət üzrə keçirilənlər əvvəlcədən təh-

lükəsizlik

 

texnikasına



 

dair


 

öyrədilməli

 



təlimatlandırılmalıdırlar.   Bu   haqda   müvafiq   jurnalda   həm



təlimatlandırılanın,   həm   də   təlimatçının   imzası   ilə   qeydlər

aparılmalıdır.

1.4.3.   Işçilərin   sərbəst   olaraq   işə   buraxılması   üçün

öyrədilmənin,   təlimatlandırmanın   keçirilməsinin,   biliyin

yoxlanılmasının və işə buraxılmanın təşkili və qaydası [96, 36]

tələblərinə uyğun olmalıdır. 

1.4.4.   Obyektlərdə   işə,   təhlükəsizlik   texnikası   üzrə

təlimatlandırılmış,  istehsalat  təlimi  keçmiş və müəssisə üzrə

verilmiş   əmrə   əsasən   həmin   struktur   bölmə   üçün   təyin

olunmuş   komissiya   tərəfindən   bilikləri   yoxlanılmış   işçilər

buraxılırlar.   Komissiyanın   sədri,   təhlükəsizlik   texnikasına

cavabdeh bölmənin texniki rəhbəri təyin olunur. Komissiyanın

tərkibinə   təhlükəsizlik   texnikası,   mexanika,   energetika

xidmətlərinin mühəndis-texniki işçiləri, usta və ya obyektdə bu

işlərə məsul olan rəhbər daxil olmalıdır.

1.4.5. Işçilərə, onlardan iltizamnamə almaqla, rəhbərlik

tərəfindən peşələr üzrə təhlükəsizlik texnikasına dair təlimatlar

keçirilməlidir.

1.4.6. Qazma, mənimsəmə və quyuların təmiri, geofiziki

və   həmçinin   neft   və   qazın   hasilatı   və   hazırlanması   işlərinə

11



rəhbərlik etmək üçün həmin sahələr üzrə müvafiq  təhsili olan

(mütəxəssis) və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış

şəxslər buraxılırlar. Bu tələb həmçinin xarici ölkələrdən olan

mütəxəssislərə də aiddir.

1.4.7.   Fəhlə   peşələri   üzrə   işləyən   ali   və   orta   ixtisas

təhsilli mütəxəssislərin, o cümlədən ali və orta ixtisas təhsil

müəssisələrinin   praktikantlarının,   sərbəst   olaraq   işə

buraxılması   üçün,   fəhlə   peşələri   üzrə   müvafiq   vəsiqələri

olmalıdır.

1.4.8.  Əsas peşələrin  fəhlələri,  tələb  olunan səviyyədə

öyrədildikdən,   iş   yerində   təcrübə   keçdikdən,   bilikləri

yoxlanıldıqdan, istehsalat təlimi keçdikdən sonra və müəyyən

işlərin   yerinə   yetirilməsi   hüququnu   verən   vəsiqəsi   olduqda

onlara sərbəst işləməyə icazə verilir.

1.4.9.   Kompleks   briqadaların   işçilərinin   (işin

xüsusiyyətinə   görə   bir   neçə   peşə   üzrə   iş   görən)   müvafiq

ixtisasları   (kvalifikasiyası)  olmalı   və  həmçinin   əsas  və   əlavə

(əvəzçi) peşələr üzrə icazəsi olmalıdır.

1.4.10. Müəssisənin işçiləri fərdi mühafizə vasitələrindən

(FMV) təyinatı üzrə düzgün istifadə etməyi bacarmalı, həyəcan

siqnalları   üzrə   hərəkət   (davranış)   qaydalarını   bilməli   və

bədbəxt   hadisələr   zamanı   xəsarətalanlara   həkiməqədər   ilk

yardım   etməyin   üsul   və   qaydalarını   mükəmməl   bilməli   və

onları tətbiq etməyi bacarmalıdır.

1.4.11. Işçilərin təhlükəsiz iş görülməsinə dair biliklərinin

yoxlanılması hər il keçirilməlidir.

Yeni texnika, texnologiya, avadanlıq və ya təhlükəsizlik

texnikası qaydaları  tətbiq  edildikdə,  həmçinin xəsarətalmaya

səbəb olmuş və ya olmamış fövqəladə hadisə baş verdikdə

müvafiq   işçilərə   təhlükəsizlik   texnikası   üzrə   növbədənkənar

təlimat keçirildikdən sonra onların bilikləri yoxlanılmalıdır. Bu

haqda müvafiq jurnalda qeydlər aparılmalıdır.

12



1.4.12. Müəssisələrdə işçilər vaxtaşırı olaraq (Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş

müddətdə) yerinə yetirdikləri işlər və peşələr nəzərə alınmaqla

tibbi müayinədən keçməlidirlər.

1.4.13. Elektrik qurğuları və avadanlıqlarına xidmət edən

işçilər «Istehlakçıların elektrik qurğularının texniki istismar Qay-

daları»nda və «Istehlakçıların elektrik qurğularının istismarında

təhlükəsizlik texnikası Qaydaları»nda nəzərdə tutulmuş həcmdə

və müddətdə təlimatlandırılır və onların bilikləri yoxlanılır.

1.4.14. Elektrotexnoloji qurğulara xidmət edən və elekt-

rikləşdirilmiş   aqreqatları   işə   salan   və   açan   (dayandıran)   və

həmçinin   elektrik   alətləri   ilə   işləyən   işçilər   təhlükəsizlik

texnikasına  dair  müvafiq  təlimat  keçməli  və onların  elektrik

təhlükəsizliyi üzrə ən azı II qrupu olmalıdır.

Köməkçi avadanlıqların (transformatorlar, tezliyi dəyişən-

lər, mühafizə-açıcı quruluşları və s.) şəbəkəyə qoşulmasını və

açılmasını   qrupu   III-dən   az   olmayan   elektrotexniki   heyət

yerinə yetirməlidir.

1.4.15. Qazanxanalara, yükqaldırıcı kranlara, təzyiq altın-

da işləyən qablara və digər spesifik avadanlıq və qurğulara xid-

mət edən işçilər müvafiq Qaydaların tələblərində nəzərdə tutul-

duğu həcmdə və müddətdə təlimatlandırılır və bilikləri yoxlanı-

lır.

1.4.16. Neft, qaz və qaz - kondensat quyularının qazılması



və istismarı, layihələndirilməsi və tikintisi, neft, qaz və qaz -

kondensatın nəqli və saxlanılması ilə məşğul olan müəssisələrin

və həmçinin yardımçı müəssisələrin rəhbərlərinin və mühəndis-

texniki işçilərinin bu Qaydaların və bununla yanaşı müvafiq nor-

mativ sənədlərin tələblərini bilmələrinə dair bilikləri yoxlanılma-

lıdır.


Biliklərin yoxlanilması [36] uyğun aparılmalıdır.

13




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə