Азярбайъан республикасы


Çəpərlər (örtüklər, sipərlər)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Çəpərlər (örtüklər, sipərlər)

1.5.30.   Avadanlıqların,   aparatların,   mexanizmlərin   və

alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli

və   ya   örtüklə   bağlanmalıdır.   Belə   avadanlıqlar   çəpər

olmadıqda və ya açıq olduqda onların işə düşməsinin qarşısını

alan  bloklayıcı sistemlə  təchiz edilməlidirlər.

1.5.31. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat

olmalıdır.

18



1.5.32. Çəpərin və ya örtüyün konstruksiyası və bərkidil-

məsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna

etməlidir.

1.5.33. Ionlaşdırıcı şüalanma mənbəyi olan avadanlıq və

armatur  

124



-ün   tələblərinə   müvafiq   mühafizə   ekranı   ilə

təchiz edilməlidir.

1.5.34.   Neftqazçıxarma   obyektlərinin   bütün   potensial

təhlükəli   yerlərində   (açıq   tutumlar,   transmissiyalar   və   s.),

oraya bütün istiqamətlərdən yolu bağlayan çəpərlər olmalıdır.

Çəpərin   qapısının   açılmasını   və   ya   onun   götürülməsini

avadanlıq   və   ya   mexanizm   tam   dayandıqdan   sonra   etmək

olar.   Avadanlığın   və   ya   mexanizmin   işə   salınmasına   yalnız

çəpər   yerinə   qoyulduqdan   və   onun   bütün   sökülüb-yığılan

hissələri etibarlı bərkidildikdən sonra icazə verilir.

1.5.35.   Məhəccərli   çəpərin   hündürlüyü   1,25m-dən

(intiqalı   kəmərdən   olan   avadanlıqlar   üçün   1,5m-dən)   az

olmamalı,   çəpərin   aşağı   kəmərinin   (zolağının)   hündürlüyü

0,15m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə

0,40m-dən,   dirəklər   arasındakı   məsafə   isə   2,5m-dən   artıq

olmamalıdır.

Kəmər intiqallı avadanlıqlarda məhəccərli çəpərlər tətbiq

edilərkən, intiqal kəməri qırılan zaman yaranacaq təhlükənin

qarşısını   almaq   məqsədilə   hər   iki   qasnağın   (şkiv)   xarici

tərəfində metal sipərlər quraşdırılmalıdır.

Əgər təhlükəli zonadan 0,35m-dən artıq məsafədə çəpər

qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hə-

rəkət   edən   hissələrinə   girişi   bağlamaq   üçün   məhəccərli

çəpərdən istifadə etməyə icazə verilir.

1.5.36. Avadanlıqların hərəkət edən elementlərinin torşə-

killi   çəpərinin   hündürlüyü   1,8m-dən   az   olmamalıdır.

Hündürlüyü   1,8m-dən   az   olan   mexanizmlər   tam   olaraq

(üstdən   də)   çəpərlənməlidir.   Torun   gözcüklərinin   ölçüləri

30x30mm-dən   artıq,   məftilinin   diametri   isə   2   mm-dən   az

19



olmamalıdır.   Torşəkilli   çəpərin   metal   çərçivəsi   (karkası)

olmalıdır.

1.5.37.   Kənarı,   hərəkət   edən   və   yaxud   fırlanan

detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m

yuxarı   olarsa,   aşağı   hissəsi   açıq   olan   örtüklərdən   istifadə

etməyə icazə verilir.

1.5.38. Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az

olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri ol-

malıdır.

1.5.39.   Tez-tez   nəzərdən   keçirilməsi   və   xidmət

göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri  və

ya tezçıxarıla bilən lyukları olmalıdır.

1.5.40. Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən,

çıxarılan   hissələri   və   tərtibatları   olan   bütöv   metal   sipərlərlə

(örtüklərlə) örtülməlidirlər.

1.5.41.  Mexanizmlərin və aqreqatların hərəkət edən hissə-

lərinin çıxıntılı detalları (o cümlədən valların işgilləri) və hərəkət

edən   birləşmələr   bütün   hərəkətləri   boyu   örtüklə   bağlanmalı-

dırlar.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə