Азярбайъан республикасы


 Ümumi təşkilati-texniki tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.3. Ümumi təşkilati-texniki tələblər

1.3.1.   Bu   Qaydalar   qüvvəyə   mindikdən   sonra   istismar

olunan obyektlər müvafiq dövlət nəzarət orqanları ilə razılaşdı-

rılmış   müddətdə   bu   Qaydaların   tələblərinə

uyğunlaşdırılmalıdır.

1.3.2. Bu və qüvvədə olan digər «Qaydalar»a, normalara

əsasən (uyğun) bütün müəssisələrdə əməyin təhlükəsizliyinə

dair peşələr və iş növləri üzrə təlimatlar olmalıdır.

1.3.3. Xarici dövlətlərdə istehsal olunmuş qazma və neft-

mədən və s. müvafiq avadanlıqların Azərbaycan Respublika-

sında tətbiqi Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə aparıl-

malıdır.


7


1.3.4. Neftqazçıxarma profili üzrə fəaliyyət göstərən və

yeni istismara verilən bütün obyektlər adı, nömrəsi və sahibi

göstərilmiş   yaxşı   görünən   yerdə   quraşdırılmış   trafaretlərlə

təchiz olunmalıdır.

1.3.5.   Eyni   obyektdə   bir   neçə   müəssisə   işlədikdə

(fəaliyyət   göstərdikdə)   işlərin   təşkili   və   aparılması   qaydası,

ümumi   rəhbərlik   bu   müəssisələrin   rəhbərləri   tərəfindən

təsdiqlənmiş   müəssisələr   arasında   qarşılıqlı   əlaqəyə   dair

müqavilə ilə müəyyən edilir (tənzimlənir), bir müəssisənin bir

neçə   bölməsi   tərəfindən   iş   aparıldıqda   isə   –   müəssisənin

rəhbərliyi   tərəfindən   təyin   edilmiş   qaydaya   uyğun

aparılmalıdır.

1.3.6. Yüksək istehsalat təhlükəsi olan yerlərdə işlər tap-

şırıq-buraxılış üzrə yerinə yetirilməlidir.

Idarə   və   müəssisələrdə   tapşırıq-buraxılış   tələb   edən

xüsusi təhlükəli işlərin siyahısı tərtib olunmalı, baş mühəndis

(müəssisənin   texniki   rəhbəri)   tərəfindən   təsdiqlənməlidir.

Təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxslər və tapşırıq-

buraxılış vermə səlahiyyəti olan şəxslər təyin edilməlidir.

Yüksək   təhlükəli   işlər,   belə   işlərin   təşkili   və   təhlükəsiz

aparılmasını   müəyyən   edən,   müəssisənin   texniki   rəhbərliyi

tərəfindən təsdiqlənmiş təlimatların tələblərinə uyğun olaraq

yerinə yetirilməlidir.

1.3.7.   Partlayış-yanğın   təhlükəli   obyektlərdə   baş   verə

biləcək qəzaların ləğv edilməsi planı işlənilməlidir. Planda ob-

yektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, qəzaların qarşı-

sının alınması və ləğvində, yanma və ya partlayışların baş ver-

məməsi   və   həmçinin   qəzanın   ləğvi   ilə   məşğul   olmayan

adamların   təhlükəsiz   təxliyəsi   üzrə   heyətin   çevik   hərəkəti

nəzərdə tutulmalıdır.

1.3.8.   Bədbəxt   hadisə   baş   verdikdə   zərərçəkən

(xəsarətalan) və ya hadisənin şahidi olmuş şəxs, hadisə yerini

olduğu kimi saxlamaqla (əgər bu  təhlükəyə  və qəzaya səbəb

8



olmazsa)   birbaşa   tabe   olduğu   rəhbərə   bu   haqda   məlumat

verməlidir.

1.3.9.   Istehsalat   obyektində,   işin   rəhbərinin   və   ya

obyektin rəhbərliyinin icazəsi olmadan kənar şəxslərin olması

qadağandır.

Iş   görülən   sahədə   bu   işlə   əlaqəsi   olmayan   şəxslərin

olması qadağandır.

1.3.10. Iş yerlərində və təhlükəli yerlərdə, müəssisənin

baş   mühəndisi   tərəfindən   təsdiqlənmiş   siyahı   üzrə   müvafiq

təhlükəsizlik   plakatları   və   nişanları   asılmalıdır

(quraşdırılmalıdır).

1.3.11. Istehsalat obyektləri və briqadaları təhlükəsizlik

səviyyəsini artırmaq üçün müvafiq vasitələrlə, quruluşlarla və

cihazlarla təchiz olunmalıdır.

1.3.12. Obyektlərdə avadanlıqların yerləşdirilməsi, onlara

təhlükəsiz   qulluğu   və   onların   təhlükəsiz   təmirini   təmin

etməlidir.

1.3.13.   Yeraltı   kommunikasiyalar   keçən   (çala)   quyular

möhkəm   qapaqlarla   örtülməli   və   onlar   düşüb-çıxmaq   üçün

pilləkənlə və ya divara vurulmuş dəmir pərçimlərlə (pillələrlə)

təchiz olunmalıdır.

1.3.14. Yerin səthindən keçən boruların, o cümlədən xən-

dəklərin və qanovların üstündən keçmək üçün eni 0,6 m olan,

hündürlüyü 1 m-dən az olmayan məhəccərli körpülər quraşdırıl-

malıdır.

1.3.15. Hər bir işçi, insan üçün hər-hansı bir təhlükəni

görərsə,   dərhal   həmin   təhlükəni   aradan   qaldırmaq   üçün

ondan   asılı   olan   tədbirləri   görməli   və   bu   haqda   birbaşa

tabeçiliyində   olduğu   rəhbərliyə   və   ya   bu   işlərə   məsul   olan

şəxsə,   əgər   dispetçer   xidməti   mövcuddursa   –   növbə

dispetçerinə məlumat verməlidir.

1.3.16.   Müəssisənin   istehsalat   bölmələrində

(obyektlərdə)   «Əmək   şəraitinin   vəziyyətinin   yoxlanılması

9



jurnalı»   aparılmalıdır.   Jurnalda,   müəssisənin   və   yuxarı

təşkilatın   rəhbərliyi   və   mühəndis-texniki   işçiləri,   əməyin

mühafizəsi   və   təhlükəsizlik   texnikası   şöbəsinin   işçiləri   və

həmçinin   nəzarətedici   və   yoxlayıcı   dövlət   orqanlarının

səlahiyyətli   nümayəndələri   tərəfindən   obyektlərdə   əməyin

mühafizəsi   üzrə   çatışmamazlıqlara   və   onların   aradan   qal-

dırılmasına dair müvafiq qeydlər aparılır. Jurnalın forması [36]

–da verilmişdir. 

1.3.17. Elektrik hava xəttlərinin altında hər hansı bir işin

aparılması qadağandır.

Müstəsna hallarda tikinti maşınları, avtokran və ya digər

mexanizmlərlə   hava   elektrik   veriliş   xəttlərinin   mühafizə

zonaları həddində işlər, bunun üçün tapşırıq–buraxılış vərəqəsi

və bu elektrik verici xəttlərini istismar edən təşkilatın rəsmi

yazılı icazəsi ilə [32, 33]–ün tələblərinə  əməl olunmaqla bu

işlərə cavabdeh iş icraçısının rəhbərliyi altında yerinə yetirilə

bilər.

Hava elektrik veriliş xəttlərinin mühafizə zonaları m-lə:



gərginlik

1000 V-a qədər

-2;

20 kV –a qədər



-10;

35 kV-a qədər 

-15;

110 kV –a qədər



-20;

150, 220 kV-a qədər

-25;

330, 500 kV-a qədər



-30;

750 kV-a qədər

-40;

1150 kV-a qədər



-55.

1.3.18. Yeni tikilmiş, yenidən qurulan  təhlükə potensiallı

obyekt   istismara   qəbul   edilməzdən   ən   azı   3   gün   əvvəl

Azdövdağtexnəzarət Komitəsinə məlumat verilməlidir.

10




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə