Азярбайъан республикасы


 Qurğular, avadanlıqlar, mexanizmlər və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.5. Qurğular, avadanlıqlar, mexanizmlər və

alətlər

1.5.1. Yenidən işlənilmiş, modernləşdirilmiş və təkmilləş-

dirilmiş qurğuların, avadanlıqların və alətlərin işlənilməsi və is-

tifadə edilməsi AzDƏMTTETI tərəfindən sənaye təhlükəsizliyi

ekspertizası aparıldıqdan sonra və Azdövdağtexnəzarət Komi-

təsinin icazəsi ilə həyata keçirilməlidir.

1.5.2.   Qurğuların,   avadanlıqların,   mexanizmlərin,

alətlərin, nəzarət ölçü cihazlarının istismarı   

180


-ə müvafiq

tərtib   edilmiş   istismar     üzrə   təlimatlara   uyğun   yerinə

yetirilməlidir.   Xaricdə   istehsal   olunmuş   qurğu,   avadanlıq   və

alətlər  istehsalçı  firmaların  texniki  sənədlərinə  uyğun olaraq

istismar edilməlidir.

1.5.3. Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri,

avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə

vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.

1.5.4. Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün

iş   rejimlərində   nəzərdə   tutulmuş   son   yol   verilən

parametrlərdən   kənaraçıxma   hallarında   partlayış   təhlükəli

mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və

prosesin   təhlükəsiz   dayandırılmasını     və   ya     təhlükəsiz

vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və

qəzaların qarşısını alan  sistemləri olmalıdır.

1.5.5. Təhlükəli istehsalat obyektlərində istifadə olunan

yükqaldırma   maşın   və   mexanizmlərin   görünən   yerində

(oxunan) yükqaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın

tarixi   göstərilməlidir.   Təzyiq   altında   işləyən   qablarda,   buxar

qazanlarında icazə yerilən təzyiq, növbəti texniki yoxlamanın

tarixi və qeydiyyat nömrəsi göstərilməlidir.

1.5.6.   Avadanlıq,   onun   normal   işini     təmin   edən,

istehsalçı   zavodun   layihəsinə   və   quraşdırma   (istismar)   üzrə

14



təlimatlarının   tələblərinə   uyğun   olaraq   möhkəm     özül

üzərində qoyulmalıdır.

1.5.7. Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar

prosesində   titrəyişə   məruz   qalan   avadanlıqlar   və   boru

kəmərləri)   layihədə   titrəyişi   azaldan,   avadanlıqların

yerdəyişməsini   (qəzaya   səbəb   ola   biləcək),   dağılmasını   və

kipliyinin   pozulmasını   istisna   edən   tədbirlər   nəzərdə

tutulmalıdır.

1.5.8.   Yenidən   quraşdırılmış,   təkmilləşdirilmiş

(modernləşdirilmiş),   əsaslı   təmir   edilmiş   avadanlıqların

istismara   buraxılması   müəssisənin   əmrinə   əsasən   həyata

keçirilməlidir.

1.5.9.   Quraşdırma,   texniki   yoxlama   və   ya   istismar

zamanı   avadanlıqda   texniki   istismar   və   təhlükəsizlik

qaydalarının   tələblərinə   uyğunsuzluq   aşkar   edilərsə,   o,

istismardan   çıxarılmalıdır.   Onun   istismarına,   aşkar   edilmiş

çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra icazə verilir.

1.5.10. Avadanlığın konstruksiyasında dəyişiklik, bu ava-

danlığı istehsal və layihə edən təşkilatın və onun istehsalına

icazə  vermiş Dövlət  orqanının  razılığından  sonra  edilə  bilər.

Modernləşdirilmiş avadanlığın istifadəsinə sənaye təhlükəsizliyi

ekspertizasının müsbət rəyi olduqda icazə verilir.

1.5.11.   Işləyənlər   üçün   təhlükə   mənbəyi   olan

avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə

çəpər   və   mühafizə   qurğularının   səthləri   müvafiq   siqnal

rəngində olmalıdır.

1.5.12. Avadanlıqların (aparatlar, boru kəmərlərinin mü-

vafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı

texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat

əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq

üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli

olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır.

15



1.5.13. Avadanlığın gərginlik altına düşə bilmə ehtimalı

olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi ilə birləş-

dirilmək   üçün   görünən   konstruktiv   element   nəzərdə

tutulmalıdır. Bu elementin yanında «Yer»in rəmzi işarəsi təsvir

edilməlidir.

1.5.14. Avadanlığın xarici səthinin və  istilikdən izolə örtü-

yünün  temperaturu, tətbiq olunan ən çox partlayışyanğın təhlü-

kəli məhsulun öz-özünə alışma temperaturundan çox  olmama-

lıdır. 

Istismar zamanı konstruksiyanın elementlərinin və boru

kəmərlərinin   səthlərinin   temperaturu   45

0

C-dən   artıq   olarsa,



həmin   yerlər   çəpərlənməli   və   ya   xidmət   heyətinin   təmasda

olma ehtimalı olan sahələr istilikdən izolə olunmalıdır.

1.5.15. Nasos və ya kompressorların vurucu və sorucu

boru   kəmərlərində   qoyulmuş   bağlayıcı,   kəsici   (ayırıcı)   və

qoruyucu   qurğular   nasosa   (kompressora)   maksimum

yaxınlaşdırılmalı, xidmət üçün  rahat və təhlükəsiz olan zonada

yerləşdirilməlidir.

1.5.16. Boru kəmərlərində quraşdırılmış bağlayıcı arma-

turlarda   (siyirtmələrdə,   kranlarda)   «Açıqdır»   və   «Bağlıdır»

vəziyyət göstəriciləri olmalıdır.

Quyularda, kameralarda və ya xəndəklərdə (qanovlarda)

yerləşdirilmiş bağlayıcı armaturun quyuya və ya xəndəyə (qa-

nova)   xidmət   heyəti   üzvlərinin   düşmədən

(enmədən)armaturun açılmasına (bağlanmasına) imkan verən

rahat intiqalı olmalıdır.

1.5.17.   Mərkəzdənqaçma

  nasoslarının

 



kompressorların vurucu boru kəmərlərində əks klapan və ya

nəql   edilən   maddələrin   əks   (geriyə)   istiqamətdə

yerdəyişməsinin   qarşısını   alan   digər   qurğu,   lazım   gələrsə

qoruyucu klapan da nəzərdə tutulmalıdır.

1.5.18. Tezalışan və yanar mayelərin vurulması üçün isti-

fadə edilən nasoslar (onların iş parametrlərinin pozulması haq-

16



qında)   xəbərdaredici   siqnalverici   vasitələrlə   təchiz

edilməlidirlər. Təhlükəsiz iş parametrlərinin son həddi texnoloji

reqlamentlər   və   avadanlıqların   istismarı   üzrə   təlimatlarla

müəyyən edilməlidir.

1.5.19. Stasionar texnoloji boru kəmərləri quraşdırıldıq-

dan, habelə qaynaqlama tətbiq etməklə təmirdən sonra kipliyə

sınanılmalıdır. Korroziya və temperatur prosesləri nəzərə alın-

maqla sınanılmanın dövrülüyü və şərtləri layihə ilə müəyyən

edilir. Sınanma təzyiqi işçi təzyiqdən 1,25 dəfə artıq olmalıdır.

1.5.20.   Bucurqadların,   kranların   və   digər   yükqaldırma

mexanizmlərinin   yükqaldırma   məhdudlaşdırıcıları,   habelə

yükün və mexanizmin öz-özünə hərəkətinə imkan verməyən

etibarlı əyləc qurğuları və təsbitləyiciləri olmalıdır. Bu tələblər

əl talına (bucurqadına) şamil edilmir.

1.5.21.   Avadanlıqların,   mexanizmlərin  dəstində   işin   ra-

hatlığını və təhlükəsizliyini təmin edən, tezyeyilən və tez-tez

dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün

xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır.

1.5.22. Maşın və avadanlıqların bərkidici bənd və hissələ-

rində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan

tərtibatlar (əks qaykalar, şplintlər, pazlar və b.) olmalıdır. Isti-

fadənin   zəruriliyi   və   tərtibatların   tipləri   layihə   konstruktor

sənədləri ilə müəyyən edilir.

1.5.23.   Qurğular,   avadanlıqlar,   mexanizmlər,   alətlər

nasaz   vəziyyətdə   və   ya   təhlükəsizlik   quruluşları   (bloklayıcı,

təsbitləyici,   siqnalverici   tərtibat   və   cihazlar)   nasaz   olduqda,

habelə   işçi   parametrləri   pasportdakından   fərqli   olduqda

onların istismarı qadağandır.

1.5.24.   Avadanlığın   təmiri   yalnız   onu   elektrik

şəbəkəsindən açdıqdan, qalıq təzyiqini buraxdıqdan, hərəkət

edən hissələr dayandırıldıqdan və təsadüfən onları hərəkətə

gətirən   ağırlıq   qüvvəsi   və   ya   digər   amillərə   qarşı   tədbirlər

17



görüldükdən sonra aparılmalıdır. Işəsalma qurğusunda mütləq

«Işə salmayın, adamlar işləyir» plakatı asılmalıdır.

1.5.25.   Qazma,   neft-mədən   avadanlıqları,   həmçinin

energetik   qurğular   və   polad   konstruksiyalar   dövri   olaraq,

dağıdıcı   olmayan   üsulla   [255,   256]–ya   uyğun   sınaqdan

(defektoskopiya) keçirilməlidir.

1.5.26. Avadanlıqların, alətlərin, polad konstruksiyaların

siyahısı və sınaqdan keçirilmə müddətləri Azdövdağtexnəzarət

Komitəsi ilə razılaşdırılmaqla, onları istismar edən təşkilat tərə-

findən müəyyən edilməlidir.

1.5.27. Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının

istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korrozi-

ya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul

edilməlidir. 

Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) onu

işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilir və

istismar üzrə olan təlimatda nəzərə alınır.

1.5.28. Texniki quruluşların, avadanlıqların və qurğuların

təhlükəsiz   istismar   müddətinin   artırılması   mümkünlüyünün

təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirir.

1.5.29. Təhlükəli istehsalat obyektlərində istifadə edilən

istismar avadanlıqlarının, alətlərin və polad konstruksiyaların

sertifikatlaşdırılması müəyyən edilmiş qaydada həyata keçirilir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə