Азярбайъан республикасы


Pilləkənlər və meydançalar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Pilləkənlər və meydançalar

1.5.42. Marş pilləkənlərinin mailliyi 60

0

-dən çox (rezer-



vuarlarda 50

0

-dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m-



dən, ağırlıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır.

Pillələr   arasındakı   hündürlük   üzrə   məsafə   0,25   m-dən

çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-5

0

 olmalıdır.



Pillələrin   hər   iki   tərəfinin,   hündürlüyü   0,15   m-dən   az

olmayan yan haşiyələri olmalıdır.

Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri

olmalıdır.

20



1.5.43. Marş pilləkənlərinin orta tamasası olmaqla iki tə-

rəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı

məsafə 2 m-dən çox olmamalıdır.

1.5.44.   Marş   pilləkənlərinin   quruluşu,   üstündə   hərəkət

edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və

2000N (200 kq) yükə davam gətirməlidir.

1.5.45. Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-

dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri ol-

malı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməli-

dir.   Qövslər   arasındakı   məsafə   0,80   m-dən   çox   olmamalıdır.

Qövsün pillələrdən  ən aralı nöqtəsi 0,70-0,80 m həddində olma-

lıdır.


Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan

məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.

Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı mə-

safə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.

1.5.46.   Tunel   tipli   nərdivanlar   və   pilləkənlər   2500   N

(250kq) yükə davam gətirməlidir.

1.5.47. Tunel tipli nərdivanların və pilləkənlərin yan his-

sələri   (tetiva),   keçid   meydançasına   çıxış   yerində   onun

üzərində   1m   hündürlüyündə   məhəccərlə   qurtarmalıdır.

Məhəccərlər   meydançaya   tərəf   əyilməli   və   ona   möhkəm

bərkidilməlidir.

1.5.48. Hündürlükdə yerləşən işçi meydançaların döşəmə

səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı

40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m

olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən

uzununa   tamasalı)   məhəccəri,   döşəmədən   1   sm-dən   çox

olmayan   hündürlükdə   yerləşən   hündürlüyü   0,15   m-dən   az

olmayan yan haşiyəsi (bortu) olmalıdır.

1.5.49. Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi

təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün-

21



tülərinin   axıb   getməsini   təmin   edən   metal   döşəmələri

olmalıdır.

1.5.50.   1   m-dən   çox   olmayan   hündürlükdə   yerləşən

meydançaların   hündürlüyü   1   m   olan   məhəccərli   çəpəri

olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən

çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə     0,4 m olan

üfqi tamasalarla bir-birinə birləşdirilməlidir.

Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşə-

mədən   1   sm-ə   qədər   hündürlükdə   yerləşən   yan   haşiyəsi

olmalıdır.

1.5.51.   Meydançalar   və   pilləkənlər   müntəzəm   olaraq

qardan, buzdan və çirkdən təmizlənməlidir.

1.5.52. Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin

hazırlanması qurğularında, rezervuar parklarında və s.) taxta

döşəməli meydançalardan istifadə etmək qadağandır.

1.5.53. Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə

qalxması  tələb  olunan  obyektlər  (yerlər)  pillələrlə,  0,75-dən

artıq   hündürlükdə   isə   məhəccərli   pilləkənlərlə   təchiz

edilməlidir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə