Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.6. Polad kanatlar 

1.6.1. Yükqaldırma mexanizmlərinin tellənməsi üçün isti-

fadə edilən polad kanatlar [7] –in tələblərinə uyğun olmalıdır.

Bu tələblər həmçinin yük kanatı, daşıyıcı və dartıcı kimi

istifadə edilən polad kanatlara şamil edilir.

Polad   kanatlardan   hazırlanmış   yük     ilməkləri   müəyyən

edilmiş tələblərə uyğun olmalıdır.

1.6.2.   Quyuların   tikilməsi   zamanı   tal   kanatının   ehtiyat

möhkəmlik   əmsalı   (kanatın   qırılma   qüvvəsinin   tal   kanatının

işlək ucunun gərilmə qüvvəsinə nisbəti) 3-dən az olmamalıdır.

Müstəsna   hal   kimi   ağır   qoruyucu   kəmər   buraxılan   və   qəza

işləri   görülən   zaman   bu   əmsalın   2-yə   endirilməsinə   icazə

verilir.

1.6.3. Quyuların təmiri üzrə qazma qurğuları və aqreqat-

larının tal sistemləri üçün müvafiq dövlət standartlarının tələb-

lərinə uyğun, istismar və kəşfiyyat   qazmaları üçün olan tal

kanatları tətbiq edilməlidir.

Azdövdağtexnəzarət   Komitəsinin   icazəsi   ilə   keyfiyyətcə

Azərbaycan   Respublikası   standartlarının   tələblərindən   aşağı

səviyyədə   olmayan,   xarici   ölkələrdə   istehsal   olunmuş   tal

kanatlarından istifadə etməyə yol verilir.

1.6.4.   Kanatların   birləşməsi   onun   sərbəst   ucunun

kouşdan   keçirilərək     hörülməsi   və   ya   3-dən   az   olmayaraq

vintvari sıxacla bərkitmək yolu ilə yerinə yetirilməlidir. Sıxaclar

arasındakı   məsafə   kanatın   diametrinin   6   mislindən   az

olmamalıdır.

1.6.5. Kanatın vəziyyətinə daima nəzarət edilməlidir. Ka-

nata  baxışın  tezliyi   işin  xarakteri  və  şəraitindən   asılı   olaraq

müəyyən edilməlidir. Çıxdaşetmə və kanatın dəyişdirilməsi 

7



ilə müəyyən edilmiş meyarlara uyğun olaraq aparılmalıdır.

Aşağıda göstərilən hallardan biri olduqda kanatdan istifa-

də etmək qadağandır:

27



-hörüklərindən  biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir

və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;

-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;

-kanatda dalğaya  və zənbiləbənzər şəkilli deformasiyalar

vardırsa, kanatın diametri  artıb və ya azalmışdırsa (yerli);

-diametri 20mm-ə qədər olan kanatın bir addımında qırıl-

mış   tellərin sayı bütün tellərin  sayının 5%-dən çox olarsa,

diametri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı

bütün tellərin sayının 10%-dən çoxdursa;

-kanatda burulma («juçok») vardırsa;

-səthi   yeyilmə,   korroziya   nəticəsində   kanatın   diametri

7% və daha çox azalmışdırsa;

-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nəti-

cəsində 40% və daha çox azalmışdırsa;

-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri

(rənginin   dəyişməsi,   yanıq)   və   ya   elektrik   qısa   qapanması

(elektrik qövsündən ərimə) izləri vardırsa.

1.6.6.   Qazma   qurğularında,   əsaslı   və   cari   təmirdə,

traktor-qaldırıcıda   və   digər   yerlərdə   calanmış   kanatlardan

istifadə edilməsi qadağandır.

1.6.7. Tal kanatlarının, həmçinin vışkaların, dorların qal-

dırılması üçün istifadə edilən kanatların, dartıcıların, qoruyucu

kanatların elektrik qaynağı vasitəsi ilə kəsilməsi qadağandır.

Kanatların   kəsilməsini   mühafizə   eynəkləri   (maska)   tətbiq

etməklə   xüsusi   tərtibatdan   (kanatkəsən)   istifadə   edərək

yerinə yetirmək lazımdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə