Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə15/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.8.3. Kimyəvi maddələr anbarı

1.8.3.1.   Anbarın   xidməti  heyəti  kimyəvi   maddələrin   və

reaktivlərin saxlanılması üzrə təhlükəsizlik tələblərini bilməlidir.

33



1.8.3.2. Anbarlarda kimyəvi maddələrin ən xarakterik xü-

susiyyətləri (oddan təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) gös-

tərilməklə onların yerləşdirilmə planı işlənilməlidir.

1.8.3.3.   Eyni   fiziki-kimyəvi   və   yanğın   təhlükəli

xüsusiyyətli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır.

Bu   məqsədlə   anbarlar   bir-birindən   yanmayan   bütöv

divarlarla   (arakəsmələrlə)   izolə   edilmiş   ayrıca   otaqlara

bölünməlidir.

1.8.3.4. Kimyəvi maddələr anbarlarında kimyəvi maddələ-

rin saxlanılması ilə əlaqəsi olmayan işlərin aparılması qadağandır.

1.8.3.5.   Güclü   təsiredici   zəhərli   maddələrin

saxlanılmasına,   yalnız   onlar   üçün   mövcud   olan   xüsusi

qaydalara ciddi riayət edilməklə yol verilir.

1.8.3.6.   Kimyəvi   maddələrlə   bağlı   işlər   səliqəli

aparılmalıdır ki, qablaşdırma materialı zədələnməsin.

Içərisində kimyəvi maddə olan hər bir taranın yazısı və

ya adı göstərilən birkası olmalıdır.

1.8.3.7. Hava, su, yanar maddələrlə kontaktda olarkən

öz-özünə   alışmaya   meylli   və   ya   partlayış   təhlükəli   qarışıq

əmələ gətirə bilən kimyəvi reaktivlər, bu tip kontaktda olma

imkanı, həmçinin həddən artıq yüksək temperatur və mexaniki

təsir tam istisna olmaqla xüsusi şəraitdə saxlanılmalıdır.

Güclü   təsirə   malik   oksidləşdiricilər   (maqnezium-xlorat,

kalsium xlorat-xlorid, hidrogen piroksid və s.) digər kimyəvi

maddə və reaktivlərdən tam izolə edilməklə saxlanılmalıdır.

1.8.3.8. Kimyəvi maddələrin çəkilib qablaşdırılması xüsusi

otaqlarda aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr

təcili yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma mate-

rialları   (kağız,   yonqar,   lif,   pambıq)   xüsusi   otaqlarda   saxlanıl-

malıdır.


1.8.3.9. Yanğın zamanı əriyə bilən kimyəvi maddələr sax-

lanılan   otaqlarda   ərintinin   sərbəst   axmasının   qarşısını   alan

qurğu (bortlar, panduslu kəndarlar) nəzərdə tutulmalıdır.

34



1.8.3.10. Şüşə qablar, çəlləklər, reaktivli barabanlar açıq

meydançalarda hər birində 100 ədəddən çox olmayan qruplar

halında yerləşdirilməli və bu qruplar arasındakı məsafə 1m-

dən az olmamalıdır. Hər bir qrupda məhsul yalnız müəyyən

növ üzrə saxlanılmalı və bu da uyğun işarəli  yazılarla qeyd

olunmalıdır.   Meydançalar   yaxşı   hamarlanmalı   və   səddlərlə

çəpərlənməlidir.   Açıq   meydançalardakı   reaktiv   dolu   şüşə

qablar günəş şüalarının təsirindən qorunmalıdır.

1.8.3.11. Azot və kükürd turşusunun saxlanılmasında on-

ların taxta, çubuq və digər üzvü mənşəli maddələrlə təmasda

olmasının qarşısı alınmalıdır.

1.8.3.12.   Turşular   saxlanılan   anbarlarda,   təsadüfən

tökülən turşunun dərhal neytrallaşdırılması üçün hökmən hazır

təbaşir, əhəng və ya soda məhlulu saxlanılmalıdır. Turşuların

saxlanılma yerləri nişanlanmalıdır.

1.8.3.13. Yükləmə-boşaltma işlərində istifadə olunan av-

tonəqliyyatın işin sonunda anbarların ərazisində saxlanılması

qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə