Азярбайъан республикасы


 Radiasiya təhlükəsizliyi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə202/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   198   199   200   201   202   203   204   205   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

12.10. Radiasiya təhlükəsizliyi

444



12.10.1.   Radiasiya təhlükəsizliyinə dair bu Qaydalarda

əks olunmamış digər məsələlər (tələblər) Azərbaycan Respub-

likasının   «Əhalinin   Radiasiya   Təhlükəsizliyi   haqqında

Qanunu»nun, «Radiasiya  Təhlükəsizliyi  Normaları»nın  (RTN-

99), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin aidiyyatı rəhbər

sənədlərinin,   Beynəlxalq   Əmək   Təşkilatının   Azərbaycan

Respublikası   tərəfindən   19   may   1992-ci   ildə   ratifikasiya

olunmuş   115№-li   Konvensiyanın   «Əməkçilərin   ionlaşdırıcı

radiasiyadan müdafiəsi haqqında Konvensiya»nın və 114№ -li

Tövsiyəsinin «Əməkçilərin ionlaşdırıcı radiasiyadan müdafiəsi

haqqında Tövsiyə»nin və həmçinin [204]-ün tələblərinə uyğun

həll olunmalıdır.

12.10.2.   Sənaye-sanitariya   laboratoriyasının   ümumi

vəzifə və funksiyalarına uyğun olaraq onun nəzdində fəaliyyət

göstərən Radiasiya Nəzarəti Qrupu (RNQ) neftqazçıxarma və

qazma obyektlərində radiasiya nəzarətini həyata keçirir.

12.10.3.   Qrupun   işi   müəssisələrin   sifarişləri   üzrə

hazırlanır   və   Istehsalat   Birliyinin   rəhbərliyi   tərəfindən

imzalanmış illik plan əsasında keçirilir. 

12.10.4. Texnoloji proseslərin dəyişilməsi və qəzalar za-

manı nəzarət üçün RNQ plandankənar müayinə aparmalıdır.

12.10.5.   Işin   həcminin,   xarakterinin   və   dövriliyinin,   o

cümlədən   radiasiya   tədqiqatlarının   nəticələrinin   qeydiyyat

qaydasının   və   formasının   dəyişilməsi,   yalnız   Istehsalat

Birliyinin   icazəsi   ilə   həyata   keçirilməlidir.   Işin   həcmi

obyektlərdə   yaranmış   real   radiasiya   vəziyyətinin   uçotu

əsasında müəyyənləşdirilməlidir.

445



12.10.6. Obyektdə (nəzarət sahəsində) texnoloji güclən-

dirilmiş   təbii   radiasiya   fonu   aşkarlanan   zaman   aşağıdakı

tədbirlər   görülməlidir:   təhlükəli   zonada   «Radiasiya   təhlükəsi

var» təhlükəsizlik işarələri qoyulmalı; bu haqda obyektin və

sənaye-sanitariya laboratoriyasının  rəhbərlərinə,  sonuncu isə

öz   növbəsində   təxirəsalınmaz   tədbirlərin   görülməsi   üçün

Istehsalat   Birliyinin   müvafiq   bölmə   rəhbərinə   məlumat

verməlidir.

12.10.7.   Qrupun   heyəti   üçün   fərdi   ekvivalent   doza

təqvim   ili   ərzində   yol   verilən   həddin   (YVH)   qiymətindən

yüksək olmamalıdır.

12.10.8. On səkkiz yaşı tamam olmayan şəxslərə, hamilə

və   körpə   uşağı   olan,   habelə   yaşı   40-ı   ötmüş   qadınlara

ionlaşdırıcı şüa ilə əlaqəli işlərdə işləmək qadağandır.

12.10.9. Qrupun heyəti üçün nəfəs orqanları  vasitəsilə

radionuklidlərin fərdi illik daxilolmaları, ağ ciyərdə onun miq-

darı və iş zonasının havasında onların orta illik qatılığı RTN-99

(radiasiya təhlükəsizliyi normaları) ilə müəyyənləşdirilmiş YVH-

ni ötməməlidir.

12.10.10. Texnoloji gücləndirilmiş təbii radiasiya fonu aş-

kar   olunmuş   müəssisənin   (obyektin)   rəhbərliyi   təhlükəsiz   iş

şəraitinin yaradılması üçün müvafiq tədbirlər görməlidir.

12.10.11. Texnoloji gücləndirilmiş təbii fonlu zonada iş

zamanı radiasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksi, adam-

ların xarici şüalanmadan qorunmasını, havanın və iş yerlərinin,

dəri   örtüyünün   və   işçilərin   xüsusi   geyiminin   səthlərinin,

həmçinin obyektlərin istismarı və onlarda təmir işləri aparılan

zaman ətraf mühitin (atmosfer havası, yerin təki, bitki örtüyü,

su   mənbələri,   yeraltı   sular   və   b.)   çirklənməsinin   qarşısının

alınmasını təmin etməlidir.

446



12.10.12.   Texnoloji   gücləndirilmiş   təbii   radisiya   fonu

qeyd olunan obyektin ətrafında sanitar-mühafizə və müşahidə

zonası   müəyyən   edilməlidir   (qoyulmalıdır).   Zonanın   ölçüləri

hər bir konkret halda Dövlət Sanitar Nəzarəti orqanları ilə razı-

laşdırılaraq müəyyənləşdirilməlidir.

12.10.13. Xidməti otaqlarda və obyektin ərazisindəki mü-

şahidə zonası hüdudunda (bütün bədənin şualanması zamanı)

ekvivalent dozanın gücü [204]-ün tələblərinə uyğun olmalıdır. 

12.10.14. Qurğuların, boruların və digər metal konstruk-

siyaların (avadanlıqların) əlçatan səthindən 0,1 m məsafədə

qamma-şüalanmanın ekspozisiya dozasının gücü 1 mZv/saat

qədər   olduqda,   həmin   avadanlıqlar   yerləşən   otaqlara

(sahələrə) və onların yerləşməsinə xüsusi tələblər qoyulmur.

12.10.15.   Maye   radioaktiv   materiallarda   (məhlullar)

radionuklidlərin miqdarı mayelər üçün RTN-99 üzrə müəyyən-

ləşdirilmiş   normanı   ötərsə,   həmin   materiallar   bu   qaydaların

8.3.21 bəndinə uyğun olaraq basdırılmalıdır.

12.10.16. Radioaktiv çirklənmə ocağında və ya texnoloji

gücləndirilmiş təbii radiasiya fonunda yerləşən (işləyən) bütün

şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır.

12.10.17.   Tətbiq   olunan   fərdi   mühafizə   vasitələri

şüalanma   növünə   və   radioaktiv   maddənin   aqreqat   halına

uyğun olmalıdır.

12.10.18.   Ionlaşdırıcı   şüalanma   zonasında   işləyərkən

aşağıdakılar qadağandır:

işçilərin fərdi mühafizə vasitəsiz olması;

qida qəbulu, siqaret çəkmək, kosmetik vasitələrdən isti-

fadə.


12.10.19. Müəssisələrdə radioaktiv nəzarəti aparan RNQ-

in   işçiləri   fərdi   mühafizə   vasitələri   ilə   təmin   olunmalıdır

(yüngül   iş   ayaqqabısı,   əlcək,   məhrəba,   xüsusi   sabun,

birdəfəlik  burun  dəsmalı,  papaq,  xalat,  önlük,  eynək, nəfəs

orqanlarının fərdi mühafizə vasitələri və fərdi dozimetr).

447



12.10.20. Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi

mühafizə   vasitələri   radiasiya   təsirinə   məruz   qaldıqda,   onlar

dezaktivləşdirilməli   və   ya   utilizə   edilmək   üçün   Bakı   Icra

Hakimiyyətinin   nəzdində   olan   «Izotop»   xüsusiləşdirilmiş

kombinatına təhvil verilməlidir.

12.10.21.   Fərdi   mühafizə   vasitələrinin   və   dəri

örtüklərinin   radioaktiv   çirklənməsi   RTN-99   –da   göstərilmiş

səviyyədən çox olmamalıdır.

12.10.22. Çirklənmiş və dezaktivasiya olunmamış, zədə-

lənmiş və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə

etmək qadağandır.

12.10.23. Qəti olaraq qadağandır:

radiasiya şüa mənbəyini hətta rezin əlcəklərlə olsa belə

ələ götürmək;

radiasiya şüa mənbələrinin mühafizə örtüyünü açmaq;

radiasiya   şüa   mənbələrini   sənaye-sanitariya   laboratori-

yasına   və   Istehsalat   Birliyinin   digər   müəssisələrinə   nəql

etmək.


12.10.24.   Neftqazçıxarma   mədənlərinin   ərazisində

səthdə qamma şüalanmanın ekspozisiya dozasının gücü 120

mkR/saatdan   (1,2   mZv/saat)   artıq   olduqda   həmin   sahə

radioaktiv çirklənmə ocağına aid edilir.

12.10.25.   Ərazisində   texnoloji   gücləndirilmiş   təbii

radiasiya   fonu   olan   müəssisələrdə   radiasiya   dozimetrik

nəzarəti   həyata   keçirilməlidir.   Belə   müəssisələrdə,   xarici

mühitdə radiasiya şəraiti və həmçinin işçilərin şüalanma dozası

haqqında lazımi məlumatların əldə olunması təmin edilməlidir.

12.10.26.   Radiasiya   şüalanmasına   məruz   qalmış   və

sağlamlığına   zərər   dəymiş   işçilər   zərərdəymiş   işlərdən

kənarlaşdırılmalıdır.

448



12.10.27.   Yüngül   dərəcədə   zərərçəkmiş   işçilər   işdən

müvəqqəti   kənarlaşdırılmalı   (sağlamlıqları   bərpa   olunana

qədər),   ciddi   zərərçəkmiş   işçilər   isə   əvvəlki   əmək   haqqı   və

kompensasiya   ödəmələri   saxlanılmaqla   başqa   işə

keçirilməlidir.

12.10.28. Sağlamlıq üçün təhlükəli dozada şüalanmaya

məruz   qalmış   şəxslər   dərhal   ixtisaslaşdırılmış   tibb

müəssisəsinə göndərilməlidir.

12.10.29.   Işçilər   üçün   ionlaşdırıcı   şüalanma   dozasının

əsas həddləri cədvəl 9-da verilir:

Cədvəl

 9


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə