Азярбайъан республикасы


D.   Qida bloku və mətbəx (kambuz)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə205/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   201   202   203   204   205   206   207   208   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D.   Qida bloku və mətbəx (kambuz)

12.11.5. Gecə-gündüz iş görülən DNQT-də lazımı miq-

darda   ərzaq,   su   ehtiyatı   olmalıdır.   DNQT-də   azaldılmayan

ehtiyatın həcmi normadan az olmamalıdır.

12.11.6. Qida blokunda yerləşdirilmiş elektrik mexanizm-

ləri   və   avadanlıqlarla   təhlükəsiz   işləmək   üçün   onların

yaxınlığında   təlimatlar   olmalıdır.   Təlimatlar   oxunmaq   üçün

rahat olan yerdən asılmalıdır.

12.11.7.   Mətbəxdə   elektrik   cihazlarının,   elektrik   mexa-

nizmlərinin dəyişilməsi, təmiri və düzgün istismarına nəzarət

DDÖ-nün (ÜQQ) elektrotexniki heyətinin üzərinə düşür.

Qida blokuna xidmət edən heyətə avadanlıqları, elektrik

mexanizmlərini və elektrik cihazlarını təmir etmək qadağandır.

451



12.11.8. Qida məhsulları və içməli su (qəza ehtiyatları)

xüsusi   ayrılmış   yerlərdə   saxlanılmalı   və   bu   işə   məsuliyyət

daşıyan şəxs tərəfindən təzələnməlidir.

12.11.9.  Gəmilərdən  DDÖ-ə (ÜQQ) ərzaqların  boşaldıl-

ması qaldırıcı qurğuların köməyi ilə yerinə yetirilməlidir.

12.11.10. Mətbəx (kambuz) və anbarlar müxtəlif yarus-

larda   yerləşdikdə,   ərzaqların   anbarlardan   mətbəxə   və

mətbəxdən anbara daşınması liftin və yaxud digər yükqaldırıcı

qurğuların köməyi ilə yerinə yetirilməlidir.

12.11.11. Anbarlardan  ərzaqlar  qulplu  ağzı  bağlı  rahat

qablarda daşınmalıdır.

12.11.12. Avtomatik bağlanan qapalı soyuducu kamera-

lardan ərzaqların daşınmasını iki nəfər yerinə yetirməlidir. On-

lardan   biri   kameraya   daxil   olmalı,   digəri     isə   kameranın

bayırında (yanında) dayanmalıdır.

12.11.13.Kambuz inventarı, qabları və alətləri ştat (onlar

üçün ayrılmış) yerlərdə saxlanılmalıdır:

-ət doğranılan taxtaların üstü vaxtaşırı qaşınmalıdır;

-ət çapılan kötüklərin üstü mütəmadi olaraq qaşınmalı,

lazım gəldikdə isə onların üst qatı mişarla kəsilməlidir.

12.11.14. Ət çapılan kötük bərk özüldə yerləşdirilməli və

bərkidilməlidir. Kötüyün yanında baltanı qaldırmaq və vurmaq

üçün kifayət qədər yer olmalıdır.

12.11.15. Qida blokunun heyəti saz alətlə təmin olunma-

lıdır. Alətlər saz olmadıqda (bıçaq, balta, konserva açanlar və

s.) onları ya təmir etməli, ya da təzəsi ilə əvəz etmək lazımdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə