226
daha yaxĢıdır).
Bu tipdən olan yeniyetmələr müxtəlif
məsələlər üzrə məsləhətlərə çox
ehtiyac
duyurlar.
Ancaq
onlarla
münasibətdə nəzakətli və ehtiyatlı
olmaq gərəkdir.
20-ci tip
E: 16 – 20 ; N: 16 – 20
Hərəkətlərində
çox
nümayiĢkaranədir, kiminsə dərdinə
Ģərik olan deyil. Özünü kolektivə
qarĢı qoymağı xoĢlayır. Duyğuları
kasaddır.
Özünə
lazım
olan
məqsədlərə çatmaqda çox inadkardır.
Nüfuzludur. Münasibətlərində çox
zaman saxtadır. Öz xeyrini güdəndir.
Onunla münasibətdə olarkən mənfi
keyfiyyətlərini qızıĢdırmamaq üçün
həlim və səbrli olmaq məsləhətdir.
YoldaĢlarının ona müsbət təsirinə
nail olmaq üçün onu kollektiv
tədbirlərinə və yarıĢlara cəlb etmək
faydalı ola bilər. Bu, onun enerjisini
müsbət istiqamətə yönəldər. Onun
birincilik iddiası və mübarizə əzmi
faydalı formaya düĢər.
Estetik tərbiyəyə ehtiyacı var. Güclü
lideri olan müsbət sosial qruplara
cəlb edilməsi onun üçün faydalı
olar.
21-ci tip
E: 12 – 16; N: 8 – 12
Çox enerjili və xoĢxasiyyətdir.
Kollektivin sevimlisidir.Hesab olunur
ki, bu tip yeniyetmələr xoĢbəxtdirlər.
Həqiqətən də onlar çox vaxt istedadlı
olurlar,dərslərini asanlıqla oxuyurlar,
artistik
qabiliyyətləri
olur,
az
yorulurlar. Lakin bu keyfiyyətlər
bəzən neqativ nəticələrə də səbəb ola
bilir. Yeniyetmələr hər Ģeyi asanlıqla
əldə olunmasına vərdiĢ edirlər, buna
görə də dərsə can yandırmağa,
çətinliklərə qarĢı mübariz olmağa
öyrəĢmirlər. Hər Ģeydən əlləri tez
soyuyur.
Dostluqda
daimi
ola
bilmirlər. sosial intellekt cəhətdən
zəif olurlar.
Ciddi və qayğıkeĢ münasibət tələb
olunur. Kollektivdə lider mövqeyinə
yaramırlar. Birdəfəlik tapĢırıqların
öhdəsindən daha yaxĢı gəlirlər.
TapĢırıqların yerinə yetirilməsini
ciddi yoxlamaq lazımdır. Onun üçün
maraqlı olan bir məqsəd tapıb
(məsələn, xarici dil öyrənmək) onun
enerji
və
qabiliyyətini
oraya
yönəltmək lazımdır. Lakin bu zaman
tapıĢırığın icrasına mütləq ciddi
nəzarət edilməsi tələb olunur.
Bu, bir tərəfdən qarĢıya qoyulan
vəzifənin icrasına, digər tərəfdən isə
yeniyetmənin
nizam
intizama
alıĢdırılmasına kömək edərdi.
22-ci tip
227
E: 8 – 12; N: 8 – 12
Çox passiv və biganə tipdir. Özünə
inamlıdır. Ətrafındakılara qarĢı sərt
və tələbkardır. Kinlidir. Çox zaman
passiv inadkarlıq nümayiĢ etdirir.
Çox xırdaçı və hər Ģeyə qulp
qoyandır.
Mühakiməli
və
soyuqqanlıdır. BaĢqalarının rəyinə
biganə yanaĢır.
VərdiĢ etdiyi həyat tərzini və
məiĢətdə monotonluğu dəyiĢməyi
xoĢlamır. Nitq intonasiyası ifadəli
deyil.
Estetik cəhətdən səviyyəsizdir.
Elə bir rəy formalaĢdırmaq gərəkdir
ki,guya onunla ünsiyyət tərbiyəçi
üçün maraqlıdır. Tez-tez onun
səhhəti,
məiĢət
detalları
ilə
maraqlanmaq lazımdır. Ona tapĢırıq
verərkən xüsusi səliqəlilik tələb edən
iĢlər (məsələn, jurnalda qeydlər
aparmağı və s.) seçmək lazımdır.
TapĢırığı yerinə yetirdikdən sonra
çalıĢqanlığını tərifləmək lazımdır.
MəĢğuliyyət seçməkdə ona məsləhət
vermək lazımdır (yaxĢı olar ki,
idman və ya bədii özfəaliyyətin qrup
deyil fərdi növləri ilə məĢğul olsun).
23-cü tip
E: 16 – 20; N: 8 – 12
Ünsiyyətcil, fəal, təĢəbbüskardır.
Eyni zamanda özü-özünü idarə edə
bilir. QarĢıya qoyduğu məqsədə nail
ola bilir. ġöhrətpərəstdir. Lider
olmağa
meyllidir,
təĢkilatçılıq
bacarığı var. Ətrafdakılar tərəfindən
səmimi
hörmət
və
etibar
qazanmıĢdır. Xasiyyəti mülayim,
yolaverəndir, estetik zövqlüdür, fəal
görsənir, amma minimal dərəcədə.
Ona liderlik imkanları yaratmaq
lazımdır.
Fərdi
və
ictimai
tapĢırıqların yerinə yetirilməsində
ona kömək etmək və nəzarət etmək
lazımdır ki, öhdəsinə həddindən
(gücü
çatandan)
artıq
yük
götürməsin (məsələn, tədris, istehsal
və ictimai sahələrdə)
24-cü tip
E: 12 – 16; N: 4 – 8
Fəal, mütənasib tipdir. Enerjilidir. Orta
dərəcədə
ünsiyyətcildir.Dostlarının
sayı az olsa da, onlara ürəkdən
bağlanandır.
Səliqə-səhmanlıdır.
QarĢısına məqsədlər qoymağı və
onların həllinə nail olmağı bacarır.
Rəqabətçiliyə meylli deyil. Bəzən tez
inciyir.
Ətrafındakılarla
sakit,
etibarlı
münasibətlərə
üstünlük
verir.
Onunla dəqiq iĢgüzar münasibətlər
qurmaq məsləhət görülür.
25-ci tip
E: 8 – 12; N: 4 – 8
228
Fəal, bəzən qızğın, bəzən də
qayğısız-Ģən tipdir. Çox zaman sakit
və biganə olur. TəĢəbbüskar deyil,
çox zaman göstəriĢə əsasən hərəkət
edir. Sosial kontaktlarda passivdir.
Dərin emosional yaĢantılara meyilli
deyil. Monoton, əziyyətli iĢdən
çəkinmir.
Onunla sakit-iĢgüzar münasibətlər
qurmaq məsləhətdir.
Onun üçün fərdi məĢğuliyyətlər
tapmaq və ya məsləhət görmək daha
yaxĢıdır.
Ġnzibati iĢlərin də öhdəsindən yaxĢı
gəlir.
26-cı tip
E: 4 – 8; N: 8 – 12
Sakitdir, müvazinətlidir, səbirli və
səliqəlidir. Xırdaçı və Ģöhrətpərəstdir.
Məqsədyönlüdür.
Möhkəm
prinpislərə sahibdir.
Hərdən dəymədüĢər olur.
Ona etibarlı münasibət bəslənməsini
xoĢlayır. ĠĢdə sakit tempi bəyənir.
Yaxın dostluq etməyə meyilli deyil.
Səliqəliliyini və icraçılığını sinif
qarĢısında təqdir etmək yaxĢı nəticə
verər.
Öz qüvvəsinə inamını artırmaq üçün
ona kömək etmək lazımdır.
27-ci tip
E: 4 – 8; N: 12 – 16
Müvazinətli – melanxolikdir. Zərif
duyğuludur. Bir Ģeyə tez bağlanandır.
Sakitdir,
etibarlı-səmimi
münasibətləri
xoĢlayır.
Yumoru
qiymətləndirir. Ümumən nikbindir.
Hərdən çaĢqın vəziyyətə, bəzən
depressiyaya düĢür. Çox zaman sakit
düĢüncəli olur.
Onun üçün sakit fəaliyyət Ģəraiti
yaratmaq lazımdır. Bu zaman ciddi
vaxt və iĢ reqlamentinə yol vermək
lazım deyil.
Estetik və ədəbi-bədii xarakterli
tapĢırıqlar onun daha çox ürəyindən
olar.
28-ci tip
E: 8 – 12; N: 16 – 20
Melanxolikdir,
Ģöhrətpərəstdir.
Ciddi və inadkardır. Bəzən məyus
və həyəcanlı ovqatı olur. Məhdud
saylı adamlarla dostluq edir. Tez
inciyən deyil, ancaq bəzən çox
vasvası olur. Prinsipial məsələlərin
həllində
müstəqildir,
lakin
emosional məsələlərdə çox vaxt
yaxın adamlarından asılı olur.
Səyləri onun özünüqiymətləndirməsini
yüksəltməyə, özünə inam duyğusunu
möhkəmləndirməyə
yönəltmək
məsləhət görülür.
Dostları ilə paylaş: |