Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

• Abid  Tahirli
 

264
 ~ 
 
«Əksəriyyəti Paris məişətini və  Fransız  ictimai  fikrini  təsvir edən 
romanların  Osmanlı  məişətinə  təsiri ola bilərmi?.. Parisin 
Marqaritası,  Jozefini,  Lizası  və  onların  tayları  harada,  İstanbulun 
Ayşə, Fatma mübarəkləri  harada?  Onların  arasında  dağlar var, 
deyilmi? Avropa 
ədəbiyyatının  qədrini bilmədiyimizi,  ona  qarşı 
olduğumuzu  zənn etməyin. Qətiyyən! Söyləyəcəyim ancaq budur 
ki,  iki  Fransız  romanından  bir  milli  hekayə  mənfəətlidir». Yeri 
g
əlmişkən, Rusiya müsəlmanlarının  mövcud  ağır,  acı  vəziyyətini, 
c
əhalət,  mövhumat,  laqeydlik,  durğunluq  halını  nəzərə  alan və 
bundan  çıxış  yolunu  arayan  İ.Qaspiralı,  fikrimizcə,  haqlı  olaraq 
şəraitə  uyğun  olaraq  ədəbiyyata «ədəb,  əxlaq, hünər və  elm 
intişarına  xidmət edən qələm  əsərləri» tərifini  vermişdi 
(«Ədəbiyyatı cədidə» adlı məqalə. «Tərcüman», 1888-ci il, № 13). 
İ.Qaspiralı  təəssüflə  yazır  ki,  bizim  məşhur  Avropa  əsərlərini 
mütali
ə  etmək  zamanımız  irəlidədir, səbr etməliyik. O, Qərb 
ədəbiyyatı nümunələrinin Şərqdə mütaliəsinin və onun ictimai fikrə 
t
əsirinin  mümkünlüyünü,  Şərq  xalqlarının  həyat və  təfəkkür 
t
ərzində  Avropalılarla  müqayisədə  «müştərək  hallardan  müştərək 
olmayan hallar daha ziyad
ə  olmadığı»  vəziyyətdə  məqbul hesab 
edir. Mü
əllif fikrini əsaslandırmaq  üçün  Qərb  ədəbiyyatının  geniş 
yayılmış  nümunələrindən çoxlu sitatlar gətirir. «La dame o 
Kamelya»  adlı  romanı  parisli  qadın  oxuyanda  gözləri  yaşaracaq, 
İstanbullu xanım güləcək. Parisli müsyö «nə böyük, nə heyrətamiz 
bir varlıq» - deyəndə, İstanbullu bəy əfəndi «dəlimi bu, nədir belə? 
– dey
əcək. Qoca ərinə xəyanət edib cavan aşiq tapmış bir madama 
parisli  «maşallah,  bax,  məhəbbət belə  olar»  -  dedikdə, istanbullu 
b
əyin dərhal «məlunun  boğazına  ip  salın»  -  deyəcəyi  şübhəsizdir. 
İ.Qaspiralı  Avropa  ədəbiyyatını  birmənalı  rədd etmir. Milli ədəbi 
irs
ə  köklü və  konseptual münasibəti ilə  fərqlənən tənqidçi  yazır: 


• Bütün türkl
ərin tərcümanı 

265
 ~ 
 
«Teatr v
ə  roman  düşməni  deyilik.  Lakin  Şekspir,  Höte,  Volter, 
Skott,  Şatobrian,  Spilhagen,  Molyer  və  bunlara bənzər ünlü 
yazarların  əsərlərini demirəm,  amma  Osmanlıların  Pol  de  Kok, 
Qaburyo  kimi  yazıçıların  əsərləri ilə  gün keçirmələrini caiz 
görmürük».  Ədəbiyyatda  milli  maraqların  və  xarakterlərin bədii 
ifad
əsinin tərəfdarı olan İ.Qaspiralı bu qənaətini belə əsaslandırır ki, 
Pol de Kok v
ə  onun kimilərinin  əsərləri bir əsrlik və  bir 
m
əhəlləlikdir.  Şekspir və  onun kimilərinin  əsərləri  dünyanın  hər 
t
ərəfinə, bütün əsrlərə, bütün millətlərə xidmət edir. O, yazır: «Bir 
«Hamlet» il
ə  bir  «Otello»  beş-on  fransız  melodramından  çox 
faydalıdır». 
Osmanlı  ədəbiyyatının  da  parlaq  nümunələrinin yarana-
cağına  inanan,  ümid edən səriştəli tənqidçi  İ.Qaspiralı  əmindir ki, 
vaxt g
ələcək İstanbul qəzetləri 5 sətirlik yazıya on sətirlik mədhiyyə 
yazmağı tərgidib «bu əsər yaxşıdır, bu əsər şor və gopdur» - deməyə 
c
əsarət tapacaqdır. 

əllif məqalədə  Osmanlı  qəzetlərində  (o vaxt Osmanlıda 
türk, 
ərəb,  fransız,  rum,  erməni və  s. dillərdə  140-a qədər qəzet 
çıxırdı  –  T.A.) dərc olunan materiallara, ədəbi nümunələrə  diqqət 
yetirir, t
əhlil süzgəcindən keçirir. Həftəlik nəşrlər sırasında ən çox 
b
əyəndiyi «qayət məlumatlı  və  ziyalanmış  mühüm fikirli, məsləyi 
xaricind
ə  qələm çəkməz  bir  zat  olan  Şəmsəddin Sami bəyin» 
«H
əftə» məcmuəsinin  adını  çəkir. «Həftə» məcmuəsinin dili sadə
açıq,  divanxana  dilindən və  müşkil  şivədən  uzaqdır.  Odur  ki,  bu 
m
əcmuəni oxuyan sadə  istanbullu Volter və  Russo kimi filosofun 
yazdıqlarını rahatlıqla anlaya bilir. «Osmanlı mətbuatı» adlı yazıda 
(17 sentyabr 1895, № 35) İ.Qaspiralı tərcümə ədəbiyyatı barədə söz 
açır, eyni zamanda tərcümə ədəbiyyatı ilə bağlı tənqidin qarşısında 
duran v
əzifələri göstərir. Qeyd edir ki, son illər Osmanlıda Şekspir, 


• Abid  Tahirli
 

266
 ~ 
 
Höte,  La  Fonten,  Şiller,  Bayron,  Hüqo,  eləcə  də  rus  ədiblərindən 
Qriboyedov,  Puşkin,  Tolstoy,  Lermontov  kimi  şair  və  yazıçıların 
əsərləri tərcümə  edilmişdir.  Bunları  təqdir edən  İsmayıl  Qaspiralı 
t
əəssüflə  yazır  ki,  Osmanlı  ədəbiyyatının  tərəqqisinə  bir amil 
əngəldir. Bu tənqidin, təhlilin yoxluğudur. «Tənqid» adlı yazısında 
(8, 22, 29 oktyabr, № 38, 40, 41; 5 noyabr, № 42, 3 dekabr 1895; 7, 
14, 28 yanvar, № 1, 2, 4, 1896) İ.Qaspiralı qeyd edir ki, son illər 
İstanbulda  nəşr  olunan  ədəbi  kitabların  yarısı  tərcümə 
romanlarından  ibarətdir. Onun fikrincə, roman, xüsusi ilə  tərcümə 
edilmiş roman vaxt keçirmək, könül əyləndirmək üçün olmamalıdır. 
T
ərcümə  olunan  roman  oxucunun  düşüncəsinə, tərbiyəsinə  təsir 
etm
əyə, onun məlumatlandırılmasına xidmət etməlidir. Mövzularına 
gör
ə  romanları  üç  növə  bölən (fikir, psixoloji və  tarixi romanlar) 
İ.Qaspiralıya  görə  romançı  gözəl və  işlək qələm, zəngin  düşüncə 
fikirl
əşdiyini mahir rəssam kimi, lakin fırça ilə yox, qələmlə təsvir 
etm
əyi bacaran istedad sahibi, insanın daxili, ruhi dünyasını duyan 
olmalıdır.  Yoxsa,  filan  Jozefinanın  filan  Alfredlə  olan  sevişməsini 
v
ə  ya  bizim  Fatmalardan  birinin,  bizim  Süleymanların  birinə 
yaşmaq arxasından çəkdiyi ah-ufları hekayə etmək, roman yazmaq 
deyildir.  İ.Qaspiralı  Takerey,  Hüqo,  Spilhagen,  Puşkin,  Tolstoy, 
Filamaryon,  Jül  Vern  kimi  yazarları  təqdir etsə  də, Pol de Kok, 
Qaburyo v
ə hətta Emil Zolya, Pol Berje kimi romançıları rədd edir 
v
ə  yazır  ki,  onların  vasitəsi ilə  Qərb həyat tərzini  tanımaqdansa 
tanımasaq,  onların  yazdıqları  ilə  əylənməkdənsə  əylənməsək 
yaxşıdır. Onlardansa, aşağı səviyyəli milli hekayələri oxumaq daha 
əfzəldir.  İ.Qaspiralı  «bayağı  roman  tərcümələrini  yağmur  kimi 
yağdırmanın», təsadüfi əcnəbi əsərlərinin tərcümə edilməsinin qəti 
əleyhinə  çıxır  və  fikrini  əsaslandırmaq  üçün  bu  cür  əsərlərin 
obrazlarının  xarakterini,  həyat və  düşüncə  tərzini  nümayiş  etdirən 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə