Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

• Abid  Tahirli
 

258
 ~ 
 
t
ərcümə  olunan  əsərlərin bir-birindən fərqi nədir,  faydası  nədir, 

əllif nə deyir, düşüncəsi nədir, toplumun mühakiməsinə çıxardığı 
m
əslək nədir, roman nədir, hekayə nədir? – tənqid bunları açacaq, 
anladacaqdır. 
Ədəbi-tənqidi  görüşlərinin  ən cazibədar cəhətinin bədii 
ədəbiyyata millilik amilinin aparıcı olduğunu irəli sürən İ.Qaspiralı 
Osmanlı ədəbiyyatında tənqidin yerini qeybətin tutduğunu yazır və 
bunu  aslanın  yuvasını  zəbt  etmiş  tülküyə  bənzədir. Sonra da sual 
edir ki, t
ənqid  lazımdır,  amma  tənqidçi kim olacaq? Tənqidçidən 
m
əsuliyyətlilik, prinsipiallıq, hazırlıqlıq, cəsurluluq tələb edildiyini 
diqq
ətə  çatdırmaq  üçün  yazır:  «Bu belə  işdir  ki,  çörəkçilikdən və 
vaqon kömürçülüyünd
ən  daha  ağırdır…».  İ.Qaspiralı  irsində 
t
ənqidlə,  onun  qarşısında  qoyulan  vəzifələrlə  bağlı  müddəaları 
ümumil
əşdirsək, aşağıdakı qənaətlər hasil olar: 
- t
ənqid ədəbiyyatın, düşüncə və əməlin mizanı və ölçüsüdür 
ki, mütl
əq lazımdır; 
- t
ənqidin mətləbi gerçəyin ortaya çıxarılmasıdır; 
- t
ənqid hər əsərin, hər fikrin, hətta hər işin həqiqi dərəcəsini 
t
əyin və zahir edir
-  t
ənqid  bir  ziyadır  ki,  gözəl  düşüncə  və  əməl onun 
say
əsində təyin edilir; 
-  t
ənqid yoxdursa, gözəl  düşüncənin,  əməlin fəna, yaxud 
əksinə  eybəcər  düşüncənin, pis əməlin gözəl görünməsi  ehtimalı 
var; 
-  t
ənqid hər tərəfə  baxan  bir  gözdür,  yaxşı  görərsə,  çox  iş 
gör
ər; 
-  t
ənqid ən əvvəl əsərin dilinə göz edər: dil sadə, anlaşıqlı, 
t
əsirli, qüdrətli, obrazlı olmalıdır; 


• Bütün türkl
ərin tərcümanı 

259
 ~ 
 
-  bir mövzudan iki q
ələm  sahibi  iki  cür  yazar.  Bunların 
göz
əlini, istifadəyə  yararlısını  müəyyənləşdirmək tənqidə, 
t
ənqidçiyə məxsusdur; 

ədəbi tənqidin  meydanı  çox  genişdir:  əsərin dili, üslubu, 
s
ənətkarlıq səviyyəsi, məzmunu, ideyası araşdırılır, bəyan və təyin 
edilir, istifad
əyə yararlılığı müəyyənləşdirilir; 

əsər var ki, qayət gözəl və  süslü dil ilə  yazılır,  fəqət 
istifad
əyə yararsızdır, əsər var ki, dili qabadır, gözəl deyildir, fəqət 
fikri çox d
əyərlidir – bunları tənqid üzə çıxarır; 
-  t
ənqidin ictimai həyata təsiri daha güclüdür: pis 
düşüncələri,  əməlləri, köhnə,  ziyanlı  adət-ənənələri rədd edib
ictimai şüuru oyandıran tənqiddir; 
-  t
ənqid obyektiv, tərəfsiz  olmalıdır,  günəş  şüası  kimi 
qaranlıqda görülməz şeyləri aşkar edir; 
- t
ənqidçinin tərəzisi böyükdür: hər şeyi çəkər, ölçər. 
Türk  xalqları  üçün  ortaq,  həm də  sadə, hər kəs tərəfindən 
anlaşılan  ədəbi  dil  uğrunda  mücadilə  aparan  İ.Qaspiralı  tənqidin 
dilinin d
ə  terminlərlə,  uğursuz  əcnəbi sözlərlə  yükləməyin qəti 
əleyhdarı  olmuşdur.  O,  ədəbi-tənqidi dildə  işlənən bütün sözlərin
h
ətta Avropa dillərində  «kritik»,  ərəblərdə  «tənqid»  kimi  işlənən 
sözl
ərin də  türkcəsinin  tapılmasına  çalışmışdır.  «Tənqid»i ölçü və 
ya «ç
əki» sözləri ilə  tərcümə  etmək istəyirəm  –  yazan (Tənqid, 
yoxsa 
ölçü)  İ.Qaspiralının  fikrincə, ilk vaxtlar bu söz bəlkə  bir 
q
ədər qaba görünər, lakin işləndikcə belə olmadığı üzə çıxacaq: «Bu 
dediyimi ç
əkiyə alınız: haqqım olub-olmadığını fikrə çəkiniz, əgər 
ç
əkiniz  doğru  olub  yanlışım  çəki ilə  meydana qoyularsa, bu 
ç
əkinizdən  çox  razı  olaram».  İ.Qaspiralı  elçixanələrdəki  əsgəri 
m
əmurlara  «ateşe  militer»,  «ateşe  neval»  deyilməsinə  qarşıdır. 
Yaxud, o «t
əyyarə» kəlməsinin  «uçquç»  kimi  işlədilməsini təklif 


• Abid  Tahirli
 

260
 ~ 
 
edir. Bununla bel
ə İ.Qaspiralının fikrincə, türkləşmiş ərəbcə sözlər 
çipçiy fransız istilasından daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək 
ki, termin problemi dilçil
əri  ədəbiyyatşünasları,  tənqidçiləri daim 
düşündürmüşdür. «Təravətsiz, soyuq peşəkar nəfəsindən söz düzü-
mü, söz sırası pozulan, epitet çuvalının, termin xurcununun ağırlığı 
altında əzab çəkən cümlələr» (Yaşar Qarayev. Meyar şəxsiyyətdir. 
Bakı.  Yazıçı,  1988.  «Tənqidçi təfəkkürü və  tənqidin dili» 
m
əqaləsindən, səh.356) bu gün də sahənin ciddi problemlərindəndir.  
Osmanlı  yazıçıları  və  onların  bədii  əsərləri haqqında 
İ.Qaspiralının qələmə aldığı məqalələr onun ədəbi-tənqidi görüşləri 
bar
ədə  təəssüratı  xeyli  zənginləşdirir.  Rəcaizadə  Əkrəmin 
İstanbulda  çıxan  «İqdam»  qəzetində  dərc  olunmuş  «Saimə»  adlı 
hekay
əsi haqqında resenziyada («Tərcüman», 30 mart, № 13, 1897) 
əsəri «gözəl hekayə» kimi təqdim edir və  bunu deməyə  əsası 
olduğunu  yazır:  «Çünki  «Saimə»  bulvar  qızının,  yaxud  kafe 
bülbülünün hekay
əsi deyil, milli bir hekayədir». Tənqidçi Osmanlı 
h
əyatının,  məişətinin mənzərəsini parlaq boyalarla, real əks 
etdirildiyini, faci
ələrlə  dolu həyata məhkum olan Saimənin,  atası 
«çiç
ək maraqlısı, kitab və mütaliə həvəslisi Sadıq əfəndinin, talesiz 
anası  Səadət  xanımın  iztirablarını,  qəlb  çırpıntılarını  inandırıcı 
şəkildə  oxucuya  çatdırıldığını  və  əsərin dərin tərbiyəvi təsirini 
m
əmnunluqla  vurğulayır.  İ.Qaspiralı  özünün  tənqidçi tələblərinə 
ciddi riay
ət edir. Əsərin süjeti, kompozisiyası, obrazları, dili barədə 
dolğun  təhlil  aparır.  Hekayənin dilini təqdir edir: «Dili sadədir və 
sad
əliyi ilə  bərabər  yaraşıqlı  və  ləzzətlidir. Ümidvarıq  ki,  bu 
hekay
əni oxuyanlar dil və  təsvirlər cəhətdən ləzzət  alıb  məmnun 
qalacaqlar». Bununla bel
ə,  İ.Qaspiralı  hekayədə  yol verilən yersiz 
terminl
ərə və xoş olmayan ifadələrə də rast gəldiyini vurğulayır və 
bu  qüsurlara  göz  yummur.  Şübhə  etmir ki, yazıçı  bu  termin  və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə