Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

• Bütün türkl
ərin tərcümanı 

245
 ~ 
 
İ.Qaspiralı ideyalarına qarşı vaxtı ilə mücadiləyə girmiş İlminskinin 
yolu il
ə  gedir. Belə  olmasaydı,  A.İbrahimov  bugünkü  türk 
m
ətbuatında  gündən-günə  artan rus sözlərindən də  bəhs edərdi. 
Türk  xalqlarına  zorla  ayrı-ayrı  əlifbaların  qəbul etdirilməsi  hansı 
tarixi,  coğrafi,  iqtisadi  ayrılığın  və  hansı  həyati zərurətlərin 
n
əticəsidir?  -  bu suallara da cavab verərdi. Məqalənin sonunda 
C
əfər Seyidəhməd  bu nəticəyə  gəlir:  çarlıq  ölmüş,  fəqət rus 
imperializmi qızıl rəngə boyanaraq, daha qorxunc və daha qəti bir 
şəkildə köhnə yolu ilə gedir və türk dillərini təməlindən yıxmaqla 
m
əşğuldur. 
Göründüyü kimi, mü
əllif sovetlərin dil, əlifba siyasətini ifşa 
etm
ək  üçün  İsmayıl  Qaspiralının  ölməz irsi və  ideyasından 
m
əharətlə bəhrələnmiş və istəyinə nail olmuşdur. Məqalədə hazırda 
Sovet rejimi v
ə ideologiyasının türk xalqlarının dili, əlifbası xüsusi 
il
ə  müştərək  dil  ideyasının  üzərinə  amansızcasına  hücuma  keçdiyi 
q
eyd olunsa da, İ.Qaspiralı ideyasının daha canlı, daha perspektivli 
v
ə həmişəyaşar olduğu qabarıq vurğulanır. 
Az
ərbaycanlı  mühacirlərin Türkiyədən  çıxarılması,  onların 
siyasi, n
əşri fəaliyyətinin dayandırılması ilə bağlı Sovet Rusiyasının 
inadkar,  israrlı  tələblərindən  sonra  meydana  çıxan  çox  sayda 
probleml
ərə, mühacirət həyatının  üzüntülərinə,  maddi  sıxıntılara, 
el
əcə  də  mənbələrin məhdudluğuna,  informasiya  kanallarının 
kasadlığına baxmayaraq, XIX əsrin sonu, XX əsrin əvvəlləri Rusiya 
müs
əlmanlarının  lideri  İsmayıl  Qaspiralının  həyatı,  fəaliyyəti, 
parlaq ideyaları daim mühacirlərin müraciət etdiyi mövzu olmuşdur. 
Yeri g
əlmişkən qeyd edək ki, 1934-cü ildə  Krımlı  Cəfər 
Seyid
əhmədin «Qaspiralı İsmayıl bəy» adlı sanballı əsəri İstanbulda 
n
əşr olunmuşdur.  


• Abid  Tahirli
 

246
 ~ 
 
«Az
ərbaycan yurd bilgisi» böyük xalq xadimi İ.Qaspiralının 
n
əşr  etdiyi  «Tərcüman» qəzetinin  50  yaşı  münasibəti ilə  xeyli 
material d
ərc etmişdir. «Dil guşəsi» adlı redaksiya məqaləsində (№ 
15, mart 1933) oxuyuruq: «H
ələ İsmayıl bəy  Qaspiralının 1881-ci 
ild
ən etibarən «türk dili birliyi» sahəsindəki müanidanə  (inadcıl  – 
T.A.)  çalışması  və  yazması  rusları  tamamilə  çaşdırmışdı.  Mahut 
missioner v
ə müstəşrik (şərqşünas – T.A.) İlminskinin proqramına 
uyğun  təsis edilmək istənilən ibtidai türk-rus məktəblərinə  qarşı 
İsmayıl  bəyin  türkçü  planı  rus  missionerləri  arasında  təlaşı 
artırmışdır.  Nəticədə  1919-cu ildə  «Kazan rus missionerləri 
qurultayı»  İsmayıl  bəyi həqiqi  bir  rus  düşməni və  rus  əleyhdarı 
olduğunu rəsmən elan etmişdir». 
Prof.dr. Fuad Köprülüzad
ənin, Cəfər Seyidəhməd Krımlının, 
X
əlil Xasməmmədlinin,  prof.dr.  Əhməd Cəfəroğlunun,  Həsən 
Abdullaoğlunun  «Azərbaycan  yurd  bilgisi»  jurnalının  1933-cü il 
aprel tarixli 16-
cı  nömrəsində  dərc  olunmuş  məqalələri 
qaspiralışünaslığın dəyərli materiallarındandır. 
Tanınmış  türkoloq Fuad Köprülüzadə  “İsmayıl  bəy 
Qaspiralı”  adlı    məqaləsində  yazır:  «1267-ci ildə  Krımın  «Avcı» 
k
əndində  doğulan  və  atasının  «Qaspra»  kəndində  dünyaya gəldiyi 
üçün «Qaspiralı» ləqəbi ilə şöhrət qazanan İsmayıl bəy nə böyük bir 
alim, n
ə bir şair, nə də bir filosofdur. Akçuraoğlunun çox doğru bir 
t
ərifini qəbul edərək deyə  bilərik ki, o, hər  şeydən  əvvəl və  hər 
şeyin fövqündə bir xalq xadimidir». F.Köprülüzadəyə görə, son 40 
il 
ərzində  çar  Rusiyası  daxilində  yaşayan  milyonlarla  türkün  milli 
v
ə  mədəni intibahında  ən böyük vəzifələri  İ.Qaspiralı  yerinə 
yetirmiş,  bütün  həyatını  bu  işə  həsr edərək minlərcə  maneəyə 
baxmayaraq, müv
əffəqiyyətlə  irəliləmişdir.  Türklərin son 50 illik 


• Bütün türkl
ərin tərcümanı 

247
 ~ 
 
milli intibah tarixini yazacaq salnam
əçi öz əsərində ona böyük yer 
ayırmaq məcburiyyətindədir. 
İ.Qaspiralının  həyat və  yaradıcılığı  ilə  oxucunu  tanış  edən 
F.Köprülüzad
ə onun bir çox maddi və mənəvi müşkilatı dəf edərək, 
1883-cü ilin aprelind
ən  buraxdığı  «Tərcüman» qəzetinin  yalnız 
Krımda deyil, Kazan, Qafqaz, Türkistan, Çin Türkistanı, Serbiyada, 
Rumıniyada,  Bolqarıstanda,  Osmanlı  imperatorluğunda,  bir  sözlə, 
bütün türk m
əmləkətlərində  böyük  əks-səda  doğurduğunu  yazır, 
eyni  zamanda  İ.Qaspiralının  yeni  üsullu  məktəb  açmaq,  qadın 
hüququnu qorumaq, qadınların təhsilə cəlb olunmasını təmin etmək 
istiqam
ətindəki xidmətlərini  vurğulayır  və  məqaləsini belə  bitirir: 
«Bütün h
əyatını türklüyün yüksəlməsinə sərf edən bu böyük adam 
Türk xalqının əbədi şükranlarına layiqdir». 
C
əfər Seyidəhməd  Krımlı  öz  məqaləsində  İ.Qaspiralını 
yalnız  türk  aləminin deyil,  bütün  islam  dünyasının  yetişdirdiyi 
önd
ər şəxsiyyətlərindən biri hesab edir və onu «türk millətinin tarixi 
bir c
ərəyan, yarada bilmədiyi, hər tərəfin  qorxunc  bir  qaranlıqda 
çapaladığı  bir  dövrdə  məfkurə  eşqindən qüvvət və  ilham alaraq 
parlayan v
ə  həqiqi  bir fecir –  işıq  müjdələyən  varlığa»  bənzədir. 

əllif  yazır  ki,  yaşadığı  mühitin  fikri  və  ruhi hürriyyətini təmin 
etm
ək məqsədilə  ortaya  atılan  və  ruhundakı  ilahi  gücün 
böyüklüyünd
ən cəsarət alan İ.Qaspiralı təkbaşına islam dünyasının 
tarixind
ə dönüş etməyə və heç olmazsa bu sahədə bir başlanğıc və 
sağlam bir cığır açmağa atılmışdı. 
«Qaspiralının  idealı  məfkurəsi nə  idi?» Cəfər Seyidəhməd 
Krımlı  bu  sualı  cavablandırarkən  yazır  ki,  onun  məqsədi  islamın 
Q
ərb mədəniyyəti və  siyasəti önündə  düşdüyü  ağır  vəziyyətdən, 
islam dünyasının mübtəla olduğu dərdlərə çarə axtarmaqdan ibarət 
idi.  İ.Qaspiralı  islamçılığı,  panislamistliyi,  milliyyətçiliyi rədd 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə