Microsoft Word Proqnozlar[1]. doc



Yüklə 389,3 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü389,3 Kb.
#65082


 

 

Xəzər Universiteti 

İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi 

 

 

 

 

 

AZƏRBAYCANDA   QISA VƏ ORTA 

MÜDDƏTLİ 

 MAKROİQTİSADİ  PROQNOZLAR

  

 

 

 



Buraxılış №5 

 

 



 

 

 



 

 

 



 

İyun - Dekabr 

2007 

 

 



 

 

 




 

Xəzər Universiteti 

İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi (İBTTM) 

 

 

Buraxılış -5

 

 

AZƏRBAYCANDA İSTEHLAKÇI VƏ BİZNES 

GÖZLƏMƏLƏRİN   DƏYİŞİMİ 

 

İnkişaf edən ölkələrin cari iqtisadi durumunun təhlili və  gələcək inkişafının 

proqnozu onların idarə edilməsində mühüm rol oynayır. Son illər Azərbaycanın 

iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın mühüm hissəsini neft istehsalının 

artımı  təmin edir. Ölkəmizin inkişaf tempinin dəyişkən xarakter daşıdığını  və 

tədricən azaldığını  nəzərə alsaq, qısa və orta müddətli proqnoz verilməsi xüsusi 

maraq kəsb edir. 

Hər hansı bir iqtisadiyyatın inkişafında obyektiv faktorlarla bərabər bir sıra 

subyektiv amillər də rol oynayır. Bu baxımdan proqnozların verilməsində mühüm 

faktorlar kimi istehlakçı  və bizneslərin subyektiv gözləmələrini xüsusilə qeyd 

etmək olar. Məsələ ondan ibarətdir ki, gözləmələr yaxın gələcəyə dair qərarlara, bu 

qərarların nəticələri isə öz növbəsində sabahın iqtisadi durumuna  təsir göstərir. 



İBTTM 2005-ci ildən Azərbaycanda istehlakçı  və biznes gözləmələrinə dair 

sorğular keçirir. Bu dövr ərzində inkişaf nöqteyi-nəzərindən ölkəmizdə mühüm 

hadisələr baş verib. Bu dəyişiklərin sorğuların nəticələri ilə  əlaqəsini araşdırmaq 

iqtisadi durum baxımından maraqlıdır. 

Biznes gözləmələri indeksi (BGİ) ötən üç il ərzində baza müddətinə (2005-ci 

ilin III-IV rübləri) nisbətən geniş diapazonda variasiya edib. Məsələn, 2006-cı ilin 

I-II rüblərində 2,4 faiz enib, 2006-cı ilin III-IV rüblərində 0,8, 2007-ci ilin 1-2 

rüblərdə 8,7 faiz artıb və nəhayət son iki rübdə 0,3 faiz enib. İndeksin 2007-ci ilin 

birinci yarısındakı yüksək artımı 2006-cı ilin ümumi daxili məhsulun (ÜDM) 

mühüm dərəcədə artması və bu artımdan sonrakı eniş  isə artım tempin azalması və 

artımdan irəli gələn gözləmələrin qismən doğrulmamağı ilə  əlaqələndirmək olar. 

Ümumiyyətlə, geniş miqyaslı dəyişim ÜDM-in artım tempi, seçkilərin təsiri, enerji 

daşıyıcılarin qiymətlərinin artımı və tam doğrulmamış ümidlərlə bağlıdır. 

BGİ-nin dəyişim qanunauyğunluğu ondan ibarətdir ki, stabil iqtisadiyyatı olan 

və yaxud da stabil inkişaf edən ölkələrdə BGİ-nin və ÜDM-in dəyişimləri bir-

birinə oxşar olur. Azərbaycan üçün biz bunu 2006-cı ilin ortalarından müşahidə 

edirik. 

 

 

 

 

 



 

 


Şəkil 1. BSİ və ÜDM-in artımı 

 

 

 

 



 

Şəkil 1-dən göründüyü kimi, BSİ  və ÜDM-in dəyişmə dinamikası  tədricən uzlaşmağa 

başlayır və 2007-ci ilin sorğusuna görə, BSİ-nin artımı ÜDM-in artımını qabaqlayır. 

 

Sorğuya uyğun olaraq biznesin gözləmələrində istehsal həcmi, satış  və 



investisiyalara uyğun dəyişikliklər baş verir. Dəyişiklərin dinamikası göstərir ki, 

sorğularda itirak edən kiçik və orta bizneslərin rəyinə uyğun olaraq makroiqtisadi 

inkişaf ilə biznes mühiti arasında müəyyən uyğunsuzluq mövcuddur. 

İstehlakçı gözləmələri indeksi (İGİ) 2006-cı ilin ikinci yarısından başlayaraq 

artmağa başlayıb. 2007-ci ilin birinci yarısında baza ilinə nisbətən  ən yüksək 

qiymət –11,3 faiz  əldə edilib və bundan sonra göstərici tədricən 7,8 faizə  qədər 

azalıb. Bu indeksin dəyişim xarakteri ÜDM-in və ev təsərrüfatların maliyyə 

vəziyyətinin dəyişim forması ilə uyğundur. Respondentlərin fikrincə, onların cari 

maliyyə vəziyyəti və iş tapmaq imkanlarında ciddi dəyişiklər yoxdur. Buna uyğun 

olaraq ümumi makroiqtisadi inkişafın tempi yüksək olsa da, yüksək gözləmələrin 

doğrulmamağı müşahidə olunur. Bütövlükdə baza ilə nisbətən ümumi nikbinlik 

artsa da, gözləmələr və reallıq arasında kifayət qədər fərq var. 



 

Professor Fuat Rəsulov 

 

 

 



 

İqtisadi və Biznes Tədqiqatları  

və Təhsili Mərkəzi, Direktor 

 

 

 

BŞİ və  ÜDM

128.3


125.2

129.4


139.5

128.7


126.4

136.3


134.4

136.2


125

100.0


105.0

110.0


115.0

120.0


125.0

130.0


135.0

140.0


145.0

(3-4)Q05


(1-2)Q06

(3-4)Q06


(1-2)Q07

(3-4)Q07


%

BŞİ


ÜDM Artımı


 

İSTEHLAKÇI  RƏYİ 

 

 

(Sorğular Yaponiyanın Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə keçirilib) 

 

Respondentlərin sayı:  800 nəfər 



Sorğular keçirilib: Bakı, Sumqayıt, Ləkəran,  Şəki, Zaqatala, Gəncə, Tovuz 

və Quba şəhər və qəsəbələrində. 

 

 

Sorğuların nəticələri (Qısa xülasə): 



 

 

1. Maliyyə vəziyyəti 

 

 

 



Yanvar-iyul 

2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Yaxşılaşacaq 



46.1  36.4 

 

Dəyişməyəcək 



39.0  48.8 

 

Pisləşəcək 



14.9  14.8 

 

 



 

 

 

 

Yaxşılaşıb 



 28.5  

 

Dəyişməyib 



 54.9  

 

Pisləşib 



 16.6  

 

Əhalinin maliyyə vəziyyətinə gəldikdə isə keçən 6 ayla  mügayişədə gəlirlərin 



artmasına baxmayaraq, hazırkı maliyyə vəziyyəti respondentləri tam qane etmir, 

amma respondentlər gələcək 6 ayda maliyyə vəziyyətlərinin yaxşılaşacağına inanırlar. 

Respondentlərin 28.5% təsdiqləib ki, maliyyə  vəziyyəti yaxşılaşıb, bu isə  hər 4 

nəfərdən biri deməkdir. Eyni zamanda , keçən dövrlə müqayisədə “maliyyə 

vəziyyətim pisdir” cavabını verənlərin də sayı biraz artıb: 2007-ci ilin ortalarında – 

13.8%, 2007-ci ilin dekabr ayında isə - 16.6%.  Cədvəldən göründüyü kimi, gələcək 

6 ayla bağlı düşüncələr müxtəlif olsa da, daha çox müsbət tendensiyalıdır. Bu 

göstəricilərdə ölkədə gedən müsbətyönümlü iqtisadi prosseslər öz təsirini göstərib.  

 

 

 



 

 

 



 

Şəkil 2. “İndiki maliyyə vəziyyəti”- illər üzrə dinamika. 


İndiki maliyyə vəziyyəti:

14,3


19,7

57,2


54,3

58,8


57,1

62,6


21,6

26,0


19,1

23,8


17,9

20,1


19,5

21,2


0

10

20



30

40

50



60

70

(3-4) Q05



(1-2) Q06

(3-4) Q06

(1-2) Q07

(3-4) Q07



%

Yaxşı


Qənaətbəxş

Pis


 

Qeyd: Q-kvartal deməkdir. (3-4)Q05- deməkdir “2005-ci il, 3-4-ci kvartallar”

 

 

Respondentlərin 62,6%-nin fikrincə, indiki maliyyə  vəziyyəti “Qənaətbəxş”, 



19,5%-nin fikrincə, “Pis”, 17,9%-nin fikrincə isə “Yaxşı”dır. Ümumiyyətlə, bu 

tipli sualları analiz edərkən, istehlakçıların standart anlayışlarına diqqət yetirmək 

lazımdır. Bəzən ola bilər ki, daha az qazancı olan ev təsərrüfatı özünün maliyyə 

vəziyyətini yaxşı, daha çox qazancı  və iddiaları olan ev təsərrüfatı isə özünün 

maliyyə vəziyyətini pis olaraq qiymətləndirsin. 

 

2. İş tapmaq imkanları 



 

 

 



Yanvar-iyul 

2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 2007-

cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Yaxşıdır 39.2 



 

38.3 

 

Qənaətbaxşdir 42.6 



 

49.7 

 

Pis 18.2 



 

12 

 

 



 

 

 

 

Yaxşılaşıb  



12.5 

 

 

Dəyişməyib  



42.9 

 

 

Pisləşib  



44.6 

 

 

Nəticələrdən aydındır ki, respondentlər bütövlükdə əmək bazarının vəziyyətindən 



narazıdırlar, amma 38.3% gələcək 6 ayda iş tapmaq imkanlarının yaxşılaşacağına 

inanırlar.   Qeyd edmək lazımdır ki, işsizlik ölkədə, əsasən, “friksion” xarakter 

daşıyır, bu isə ölkədəki mövcud olan peşə hazırlığı sisteminin zəifliyini göstərir. 

 

 



 

Şəkil 3. “Gələcək iş tapmaq imkanları”- illər üzrə dinamika. 


Gələcək 6 ayda iş tapmaq imkanları:

20,8


29,3

37,6


39,2

38,3


36,5

48,6


40,2

42,6


49,7

15,9


22,0

22,2


18,2

12,0


0

10

20



30

40

50



60

(3-4) Q05

(1-2) Q06

(3-4) Q06

(1-2) Q07

(3-4) Q07



%

Yaxşılaşacaq

Dəyişməyəcək

Pisləşəcək

 

Respondentlərin 38,3%-i gələcək 6 ayda iş tapmaq imkanlarının 



yaxşılaşacağına, 49,7%-i dəyişməyəcəyinə, 12%-i isə pisləşəcəyinə inanır. Gələcək 

iş tapmaq imkanları haqqında respondentlərin rəyləri prinsipcə müsbət 

tendensiyalıdır. Onu da nəzərinizə çatdıraq ki, əvvəlki sorğulardan fərqli olaraq, 

Gİİ  İRİ-ni təşkil edən komponentlər arasında  ən çox (5,3%)  artma göstərərək 

126.3 qiymətinə malik olmuşdur.  Əvvəlki sorğulardan fərqli olaraq, İRİ-ni təşkil 

edən komponentlər arasında Gİİ ən çox (5,3%)  artma göstərərək 126.3 qiymətinə 

malik olmuş və GMV-ni qabaqlayaraq ən yüksək qiymətə malik olmuşdur.. 

İndi isə hazırkı və gələcək iş tapmaq indikatorlarını analiz edək. 

 

Şəkil 4. Hazırki və gələcək iş tapmaq indikatorları 

 

Qrafikdən göründüyü kimi, 2005-2007-ci illər  ərzində  gələcək iş tapmaq 



imkanlarınin artımı davam edib amma son dövrdə hazırki iş tapmaq imkanları isə 

azalmışdır. 

 

 

İş tapmaq imkanı indikatorları



57,6

61,4


68,5

78,7


67,9

106,8


107,3

115,5


120,9

126,3


0

20

40



60

80

100



120

140


(3-4)05

(1-2)06


(3-4)06

(1-2)07


(3-4)07

Hİİ


Gİİ


 

3. Qiymətlərin dəyişimi və inflyasiya 

 

 

 



Yanvar-iyul 

2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Artacaq 



73.3  85.5 

 

Dəyişməyəcək 17.2 



 

9.5 

 

Azalacaq 



9.5  5.0 

 

 



 

 

 

 

Artıb 



 92.1  

 

Dəyişməyib 



 6.2  

 

Azalıb 



 1.6  

 

Qiymətlərin artmasına gəldikdə isə respondentlərin böyük əksəriyyəti keçən 



6 ayda qiymətlərin artdığını təsdiqləyir və gələcək 6 ayda da qiymətlərin artımını 

gözləyirlər. Eyni zamanda, onlar ümid edirlər ki, qiymətlərin artım tempi azalacaq. 

ÜDM sürətlə artan zaman inflyasiyanın idarə olunması mürəkkəb bir 

problemdir və onun həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir. 

Aydındır ki, ÜDM-in, M2-nin və büdcə  xərclərinin misli görünməmiş sürətilə 

artımı inflyasiyanın artımına güclü təkan vermişdir. 

  

4. Pulun qənaəti, borc verilmə və alınması 

 

 

 Yanvar-iyul 



2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Pula  qənaət etmişəm 45.5 



51.2  

 

Banka pul qoymuşam 7.0 



4.2  

 

Borc pul almıçam 29.2 



23.0 

 

 

Borc pul vermişəm 13.4 



10.1 

 

 

Respondentlərin 51.2%-i pula qənaət edib, 4.2%-i banka pul qoyub, 23,0%-i 



borc pul alıb, 10,1%-i borc pul verib. Müşahidə dövrü ərzində pula qənaət edən 

respondentlərin sayı keçən dövrə nisbətən artıb. Sözsüz ki, 2007-ci ilin yanvarında 

ki Tarif Şurasının qərarı və sonrakı baş verən inflyasianın nəticəsi olaraq müşahidə 

dövrü ərzində pula qənaət edən respondentlərin sayı ilin birinci yarısında azalmış, 

ancaq sonraki dövr yenidən artmışdır. Eyni zamanda,  keçən dövrlərə nisbətən, 

banka pul qoyan respondentlərin faiz göstəricisi  nisbətən azalıb.  

 

 

 



 


 

 

5. Uzun müddətli əşyalar almaq üçün uyğun vaxtdırmı? 



 

 

 Yanvar-iyul 



2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Bəli 24.4 



23.1 

 

 

Xeyr 55.0 



46.5 

 

 

Deməyə çətinlik çəkirəm 19.8 30.4   

 

 

 

 

 

 

Alınıb: 



   

 

Mobil 



telefon 

18.6 19.9 11.2 

 

Qızıl-gümüş 7.9 



7.5 

 

Səyahətə çıxmaq 



7.3 6.9 9.9 

 

Kompüter 8.1 



8.2 

13.6 

 

Televizor 



5.6 6.6 5.6 

 

Paltaryuyan maşın 



7.8 7.4 6.3 

 

Soyuducu/kondisioner 4.1 



3.8 4 

 

Ev təmiri 6.9 



7.2 

14.3 

 

Torpaq sahəsi 



4.2 4.0 4.8 

 

Maşın 



3.0 3.4 6.1 

 

Mebel 



5.8 5.1 5.9 

 

Respondentlərin əksəriyyəti hesab edir ki, cari vəziyyət onların 



uzunmüddətli əşyalar alması üçün münasib deyil (46.5%). Təkcə 23.1% hesab edir 

ki, uyğun vaxtdır. Eyni zamanda  hansı əşyalara və xidmətlərə üstünlük verilməsi 

kifayət qədər maraqlıdır.  

Gördüyünüz kimi, “mobil telefonlar”birinci yerdə durub. Sonra  isə  

kompüter, qızıl, paltaryuyan maşın, ev təmiri, səyahətə çıxmaq və s. gəlir. Ancaq 

gələcək 6 ayın proqnozlarına baxaraq vacib dəyişikləri müşahidə edirik. Mobil 

telefonlara, qızıla, paltaryuyan maşınlara maraq azalan da,  marag 

kompyuterlərə,ev təmirinə, səyahətlərə (geyd edək ki burada həm xarici, həm də 

daxili səyahətlər nəzərdə tutulur), yenidən maşınlara, və mebelə xeyli artır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



Biznes Gözləmələri 

 

(Sorğular Yaponiyanın Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə keçirilib) 



Respondentlərin sayı:  200 şirkət 

Sorğular keçirilib: Bakı, Sumqayıt, Ləkəran, Şəki, Zaqatala, Gəncə, Tovuz və 

Quba şəhər və qəsəbələrində. 



 

       Sorğu hesabatı Azərbaycanda 2007-ci ilin ikinci yarısında mövcud olan və 2008-ci 

ilin birinci yarımilliyində gözlənilən biznes şəraiti haqqında biznes qurumlarının rəy və 

fikirlərini ümumiləşdirir.  

Sözsüz ki, həm yüksək templi inflyasiya, həm manatın möhkəmlənməsi həm də 

enerji daşıyıcılarının qiymətinin artması yerli istehsalçılara öz mənfi təsirini 

göstərməyə bilməzdi.  İqtisadiyyatın qeyri-neft sektorların artım templəri neft 

sektoruna nisbətən o qədər də yüksək olmamış və bu da öz növbəsində qeyri-neft 

sektorundan toplanmış informasiya əsasında hesablanan Biznes Şəraiti İndeksinin 

(BŞİ)  nisbətən daha kiçik artımına səbəb olmuşdur.  BŞİ-nin  əvvəlki dövrə 

nisbətən azalması biznes qurumlarının Azərbaycandakı biznes şəraitinə  və yaxın 

gələcəkdəki iqtisadi vəziyyətə dair inamlarının tədricən azaldığını  və ümidlərinin 

qismən də olsa, doğrulmadığını əks etdirir.   

BŞİ-nin səkkiz komponentin hamısında azalma müşahidə olunmuşdur. 

Müqayisə üçün qeyd edək ki, ötən dövrdə ancaq bir komponentdə cüzi azalma 

müşahidə olunmuş, digər bütün komponentlər nəzərəçarpacaq qədər artmışdı. 

 

Sorğuların nəticələri (Qısa xülasə): 

1. İstehsal/satış/xidmət həcmi 

 

 

 Yanvar-iyul 



2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Artacaq 



51.9  37.1 

 

Dəyişməyəcək 



41.8  58.4 

 

Azalacaq 



6.3  4.6 

 

 



 

 

 

 

Artıb 



 38.1  

 

Dəyişməyib 



 49.2  

 

Azalıb 



 12.7  

 

 

 


Şəkil 5. İstehsal güclərinin istifadəsi 

Hal hazırda  istehsal sahələri:

12,3


11,5

13,7


46,8

52,3


53,4

71,2


65,0

41,6


35,4

17,3


21,3

6,3


23,0

23,6


0,0

10,0


20,0

30,0


40,0

50,0


60,0

70,0


80,0

(3-4)Q05


(1-2)Q06

(3-4)Q06


(1-2)Q07

(3-4)Q07


%

Gücündən yuxarı səviyyədə işləyir

Tam gücü ilə işləyir

Gücündən aşağı səviyyədə işləyir

 

 

Keçən 6 ayla müqayisədə, istehsalın artımı barədə məlumat verən və ya artıma 



ümid edənlərin sayı azalıb.  Biznes qurumları mövcud istehsal güclərindən istifadə 

edilməsinə daha çox fikir verirlər. Respondentlərin 65% tam gücü ilə, 13.7% isə 

gücündən yuxarı səviyyədə işlədiyi barədə məlumat verib. Bu isə o demək dir ki, 

yaxın zamanda istehsalatda böyük artım gözləmək olmaz. Artım mümkündir yalnız 

yeni istehsalat müəssələrin açılması, yaxud mövcud şirkətlərdə istehsalat gücünü 

artırılması vasitəsilə. Bu nöqtəyi-nəzərdən, investisiya qoyuluşuna sahibkarların 

münasibəti maraq kəsb edir.  

 

2.İnvestisiya 

 

 

 Yanvar-iyul 



2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Artacaq 



62.0  54.8 

 

Dəyişməyəcək 



32.7  41.6 

 

Azalacaq 



5.3  3.6 

 

 



 

 

 

 

Artıb 



 39.1  

 

Dəyişməyib 



 54.3  

 

Azalıb 



 6.6  

 

Respondentlərin 39.1% investisiya xərclərinin artdığını, 54.8% isə gələcək altı 



ayda artacağını güman edirlər. Eyni zamanda, təşkilatların 6.6 %-də investisiyalar 

azalıb. Ümumiyyətlə, yerli kompaniyalarda investisiyalarin artımı müşahidə 

olunur. Özəl və dövlət sektorlarına, xüsusilə, qeyri-neft sektoruna qoyulan 



investisiyaların həvəsləndirilməsi və stabilləşdirilməsi istiqamətində xüsusi 

tədbirlərin həyata keçirilməsi investisiya axınının artmasını təmin edə bilər.  



       

 

3. Satışlar 

 

 

 Yanvar-iyul 



2007-cı ildə 

gözlənilirdi ki, 

İyul-dekabr 

aylarında 



İyul-dekabr 

2007-cı ildə 

təstiqləyiblər, 



Yanvar-iyul 

2008 

(Gözləntilər), %

 

Artacaq 



60.6  48.7 

 

Dəyişməyəcək 



34.6  48.7 

 

Azalacaq 



4.8  2.5 

 

Artıb 



 41.1  

 

Dəyişməyib 



 45.2  

 

Azalıb 



 13.7  

Şirkətlərın 41 %-dən çoxu satışların artımı haqqında məlumat verir. Eyni 

zamanda, 48.7 % isə artımı gözləyir. Buna baxmarayaq satışların artımına dair 

ümidlər əvvəlki dövrə nisbətən daha aşağı səviyyədədir.    



                               

4. İşçi sayı və maaşlar   (Yanvar-iyul 2008) 

 

Şəkil 6. İşçi sayı  

 

 



Respondentlərin böyük qismi – 57,7%-i hesab edir ki, işçilərin sayı 

dəyişməyəçək. Eyni zaman, baxmayaraq ki  33.5%-ə yaxını 6 ayda  işçilərin  

maaşlarının artacağını bəyan edirlər, 65.5% maaşlarının artırılmasını planlaşdırmır.  

 

Nəticə 



Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycanın makroiqtisadi inkişafında baş 

verən müsbət tendensiyaları əks etdirir

.

 

 

 



  İşçi sayı gələcək 6 ayda: 

36,5


 

57,7


5,8

 

0,0



 

10,0


 

20,0


 

30,0


 

40,0


 

50,0


 

60,0


 

70,0


 

Artacaq


 

Dəyişməyəcək

Azalacaq

 

(1-2)Q08




 

Xəzər Universiteti  

İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi (İBTTM) 

 

 



Azərbaycan üzrə bəzi makroiqtisadi 

qöstəricilərin 

ortamüddətli (2008-2011-ci illər) proqnozları. 

 

İnkişafımız: Reallıq və Gözləmələr  

 

 



İnsanların  əksəriyyəti gələcəyə ümidlə baxır və hesab edirlər ki, bu gün nail 

olmayanı sabah əldə etmək olar, arzularına nail olmaq üçün onlar müxtəlif planlar 

düzüb qoşurlar. Ayrı-ayrı  şəxslər və ailələr səviyyəsində bu məsələlərin həlli 

miqyas baxımından qismən sadə xarakter daşıyır.  

Müəssisə, təşkilatlar və xüsusilə dövlət səviyyəsində  gələcəyin proqnozu və 

proqnoz  əsasında inkişaf planların hazırlanması çox ciddi bir problemdir. Keçid 

dövrü yaşayan və eyni zamanda iqtisadiyyatı misli görünməmiş sürətlə artan 

Azərbaycanda  əsaslandırılmış proqnozların hazırlanması  əhəmiyyətlik və 

mürəkkəblik baxımından müstəsna xarakter daşıyır. 

Məlumdur ki, 2006-cı ildə ÜDM-in artımı 36,6%, son üç il ərzində isə orta 

artım 28%  təşkil etmişdir. Bu görünməmiş artım tempindən başlayaraq, artım 

tədricən azalır və 2011-ci ilə qədər ekspertlərin fikrincə artım tempinin 2-3% qədər 

enməsi gözlənilir. Neft ÜDM-i yüksək artım templərinə malikdir, lakin qeyri-neft 

sektorunun artım tempi neft sektorunda mövcud olan artımla müqayisəolunmaz 

dərəcədə aşağıdır. ÜDM-in yüksək artımı eyni zamanda inflyasiyanın sürətli artımı 

ilə müsayiət olunur. Ötən üç il ərzində inflyasiya 9,6%-dən 18%-ə qədər artmışdır. 

Proqnoz baxımından iqtisadyyatımızın aşağıdakı xüsusiyyətləri qeyd etmək 

olar: 


•  neft istehsalının və ÜDM-in 2005-ci ildən başlayaraq sürətli artımı;  

•  sürətli artımın müvəqqəti xarakteri;  

•  keçid dövründə iqtisadi inkişafa dair məhdud həcmli etibarlı məlumatın əldə 

edilməsi imkanları; 

•   investisiyaların qeyri-müntəzəm xarakteri;  

•  qeyri-neft sektorun inkişafına dair uzun müddətli proqramın olmaması;  

•  ikirəqəmli inflyasiya və sürətlə artan büdcə xərcləri;  

•  ÜDM-in yüksək artım tempinin ancaq neftin hesabına təmin olunması;  

•  əlverişsiz biznes mühiti;  

•  Holand sindromunun ilk əlamətləri. 

 

 



 

 

 



Qeyri-adi inkişaf şəraiti proqnoz baxımından xüsusi bir yanaşma tələb edir. 

İndiyə kimi Azərbaycanın iqtisadi inkişafın proqnozu üçün Beynəlxalq Valyuta 

Fondu (BVF), İqtisadi  İnkişaf Nazirliyi (İİN) və digər təşkilatlar müxtəlif 

yanaşmalara əsaslanan bir sıra modellər tətbiq etmişlər. Hər bir modelin müəyyən 

üstünlük və çatışmazlıqları var. 

Məlumdur ki, ümumiyyətlə onlarla müxtəlif inkişaf modelləri mövcuddur. 

Lakin keçid dövrünü yaşayan Azərbaycanda məhdud həcmli etibarlı statistik 

məlumatın mövcudluğu proqnoz modelinin qurulma imkanlarını  məhdudlaşdırır. 

Belə şəraitdə qismən sadə modellərin işlənilməsi məqsədəuyğundur. 

Qeyd olunanları  nəzərə alaraq, Xəzər Universitetinin İqtisadi və Biznes 

Tədqiqatı  və  Təhsil Mərkəzində  (İBTTM) ölkəmizdə toplanılmış  və beynəlxalq 

təcrübəyə  əsaslanaraq simulyasiya yanaşmasına  əsaslanan proqnoz modeli 

işlənilmişdir. Modelin əsas üstünlüyü ondan ibarətdir ki, o dəyişkən iqtisadi mühiti 

nəzərə almaqla müxtəlif inkişaf ssenarilərini nəzərdən keçirməyə imkan verir. 

Model əsasında hər bir iqtisadi göstərici üçün gözlənilən qiymət və onun dəyişmə 

intervalı müəyyən edilir. 

Ssenarilərin sayı müxtəlif ola bilər, hər bir ssenari üçün əvvəlcədən bəzi 

mühüm amillər müəyyən olunmalıdır, məsələn dünya bazarın vəziyyətinin 

ölkəmizin inkişafı  üçün uyğunluğu, neftin qiymətləri, ölkəmizin iqtisadi siyasətin 

keyfiyyəti və s. 



Əlverişli inkişaf şəraiti: Əsaslandırılmış iqtisadi siyasət, münasib şərait, neftin 

hər barelin qiyməti 90$ və s. Bu ssenaridə neftin qiyməti sabit olaraq 90$ 

götürülüb, bunun əsas səbəbi 2007- ci ilin sonunda neftin qiymətinin bu səviyyəyə 

çatması idi. Modelin digər fərziyyəsi isə ondan ibarətdir ki, neft istehsalını istisna 

etməklə,  yaxın dörd ildə digər şərtlər təqribən eyni səviyyədə qalacaq. 

Əlverişsiz inkişaf şəraiti: Orta səviyyəli idarəetmə və iqtisadi şərait, neftin hər 

barelinin qiyməti 60$ və s. Məlumdur ki, 1990-cı ildən başlayaraq bu günədək 

neftin qiymətində eniş ancaq 1997-1999-cı illərdə müşahidə olunub. Çox güman 

ki, geopolitik vəziyyəti, digər ölkələrin inkişaf tempini və s. nəzərə alsaq, 

qiymətlərin ciddi enişin ehtimalı kifayət qədər aşağıdır. Bununla belə ekspertlərin 

rəyinə görə neft qiymətlərinin 60$ qədər enməsi inkişafi neft hasilatı ilə  təmin 

olunan ölkə üçün kritik xarakter daşıyır və  məhz bu səbəbə görə ssenaridə bu 

qiymət nəzərə alınıb. Bu ssenaridə eyni zamanda digər xoşagəlməyən əlamətlərin 

artımının mümkünlüyü da nəzərə alınıb. 

Hər iki ssenaridə qeyri-neft sektorunun ÜDM-də payının tədricən artması 

güman edilir, əlverişsiz ssenaridə 2011-ci ilə qeyri-neft sektorunun ÜDM-də 

payının 46-48% radələrində və  əlverişsiz  ssenaridə isə bu rəqəmin ancaq 40-42% 

olması fərz edilir. 

 

 



 

 



 

 

 

Cədvəl 1.  2008-2011-ci illər üzrə makroiqtisadi göstəricilərin proqnozu 

 

Makroiqtisadi göstəricilər 

Ssenari 

2008 2009 2010 2011 

Əlverişli 

30,5-31,1 35,5-36,1 37,9-38,5 39,6-40,5 

Sabit qiymətlərdə ÜDM, (mlrd. AZN) 

Əlverişsiz 27,4-27,0 30,6-31,1 32,5-33,0 33,2-33,8 

Əlverişli  22,7-23,7 13,6-14,3 9,5-10,0  3,0-3,2 

ÜDM-in real artımı,  %-lə 

Əlverişsiz 20,7-21,8 13,1-13,8 8,1-8,5  2,7-2,8 

Əlverişli 

18,5-18,9 21,2-21,6 21,4-21,9 20,9-21,5 

Sabit qiymətlərdə neft ÜDM-i (mlrd. 

AZN) 

Əlverişsiz  16,1-16,4 18,7-19,0 19,5-19,9 19,4-19,7 

Əlverişli 

12,2-12,6 14,1-14,6 16,4-16,9 18,6-19,2 

Sabit qiymətlərdə qeyri-neft ÜDM-i  

(mlrd. AZN) 

Əlverişsiz  10,3-10,6 11,6-12,0 12,6-13,0 13,5-14,0 

Əlverişli 

6,2-6,6 7,3-7,7 7,6-8.0 8,4-8,9 

Kənd təsərrufatın real artımı, %-lə 

Əlverişsiz 

5,4-6,0 6,2-6,7 6,7-7,3 7,6-8,2 

Əlverişli 

14,3-14,4 14,6-14,7 15,0-15,1 15,3-15,4 

Ticarətin real artımı,  %-lə 

Əlverişsiz 13.2-13.4 13,6-13,9 13,9-14,1 14,3-14,5 

Əlverişli 

7,2-7,6 9,0-9,5 9,2-9,6 8,3-8,7 

Tikintinin real artımı, %-lə 

Əlverişsiz 

6,5-6,9 8,4-8,9 8,3-8,9 7,9-8,4 

Əlverişli 

31,3-31,9 19,0-19,6 7,1-7,7  -(0,9- 

0,3) 

Sənayenin real artımı, %-lə 

Əlverişsiz 30,1-30,9 18,1-18,9 6,3-7,1  -(1,5-0,9) 

Əlverişli 

16,4-17,0 12,8-13,5 11,4-12.0 8,4-9,1 

İnflyasiya, %-lə 

Əlverişsiz 18.5-19,3 17,0-18,1 15,5-16,5 11,9-12,9 

Əlverişli 

7,6-7,8 9,0-9,1 9,8-10,0 10,2-10,5 

Büdcə xərcləri (mlrd. AZN) 

Əlverişsiz 

6,7-6,8 7,8-7,9 8,2-8,3 8,6-8,8 

 

 



Bəzi iqtisadi göstəricilər üçün BVF, Azərbaycan Respublikası  İqtisadi  İnkişaf 

Nazirliyi və  İBTTM tərəfindən hazırlanmış proqnozların müqyisəsi aşağıdakı 

cədvəldə verilib: 

 

 



Cədvə 2. Bəzi makroiqtisadi proqnozların  müqyisəsi 

 

ÜDM-in real artımı, %-lə  İnflyasiya, %-lə  Kənd təsərüfatın real artımı, %-lə 



İl 

İMF 

İİN 

İBTTM 

İMF İBTTM 

İİN 

İBTTM 

2008 23,1  22,3  22-23 

17  16,6-17,1  9,5 

6,2-6,6 

2009 13,6  14,5  13,4-14 

13  12,9-13,4  9,5 

7,3-7,7 

2010 4,5  6,2  9.5-9,9 

12  11,2-11,7  9,5 

7,6-8 

2011 -0,8  - 

3-3,2 

12  8,6-9,1 



8,4-8,8 

 

Hesabatlar göstərir ki, gələcək dörd il ərzində  əlverişli və  əlverişsis inkişaf 



istiqamətləri arasında bəzi göstəricilərdə mühüm fərq yarana bilər. Məsələn, ÜDM-

də bu fərq 7 mlrd.AZN, inflyasiyada 3.8 faiz, ÜDM-də qeyri-neft sektorun payında 

isə fərq 12.9 faizə çata bilər. 

 

 



 

 

 




 

NƏTİCƏ 

İqtisadiyyatın inkişaf mərhələsi, informasiyanın keyfiyyəti, modelin cavab 

verəcəyi suallardan asılı olaraq, artım və inkişafı proqnozlaşdırmaq məqsədilə 

müxtəlif yanaşma və modellərdən istifadə etmək olar. Bütün bu modellər mümkün 

olan situasiyalarda universal vasitə kimi istifadə oluna bilməz. Azərbaycan 

iqtisadiyyatının əldə etdiyi təcrubə bir daha göstərir ki, əksər hallarda digər ölkələr 

üçün yaradılan modellər yerli şəraitə uyğunlaşdırılanda münasib olmur. 

Bu sahədə  əldə edilmiş  təcrübəni ümumiləşdirərək simulyasiya modeli 

qurulmuşdur. Model iqtisadiyyatın iki inkişaf ssenarisinin simulyasiyası üçün 

istifadə edilmişdir – əlverişli və əlverişsiz iqtisadi şərait. 

Simulyasiya nəticəsində iqtisadi göstəricilərin interval qiymətləri müəyyən 

olunmuşdur. Model vasitəsilə proqnozlaşdırılmış göstəricilərin bir qismi BVF və 

İqtisadi  İnkişaf Nazirliyinin proqnozları ilə müqayisə edilmişdir. Proqnozlar 

kifayət qədər bir-birinə yaxındır. 

Proqnozların reallıq ilə uzlaşmasını  təmin etmək üçün iqtisadi indikatorların 

sayı, statistik məlumatın və simulyasiya prosedurlarının keyfiyyətinin artırılması 

zəruridir. Model əsasında alınmış proqnozlar dəyərləndirmək məqsədilə 

ekspertlərə təqdim olunmalıdır. 

Azərbaycanın inkişafının yüksək dinamikasını  nəzərə alaraq üç illik orta 

müddətli proqnozların verilməsi və hər bir ilin sonunda əldə edilmiş informasiyanı 

nəzərə alaraq proqnozun yeniləşdirilməsi məqsədəuyğundur. 

 

 



Professor Fuat Rəsulov 

 

 



 

 

İqtisadi və Biznes Tədqiqatları  



və Təhsili Mərkəzi, Direktor 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 389,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə