Xülasə Məqalənin məqsədi sistemləĢdirilmiĢ göstəricilər əsasında Azərbaycanın yuxarı



Yüklə 127,75 Kb.

tarix18.06.2018
ölçüsü127,75 Kb.
növüXülasə


99 

 

 



 

                           



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüksək gəlirli ölkəyə çevrilmək üçün Azərbaycanın 

üstünlükləri 

 

Elman Eminov, Namiq Nağdəliyev

 


100 

 

Xülasə 

Məqalənin  məqsədi  sistemləĢdirilmiĢ  göstəricilər  əsasında  Azərbaycanın  yuxarı 

orta  gəlirli  ölkələr  arasındakı  mövqeyinin  müqayisəli  təhlilini  aparmaq  və  bununla  da 

yüksək gəlirli ölkəyə çevrilmə imkanlarını müəyyən etməkdir. 

Əsas gəlinən nəticə odur ki, Azərbaycanın qrup daxilində ən gənc ölkələrdən biri 

olmasına  baxmayaraq,  göstəricilərin  bir  çoxu  üzrə  digər  ölkələrlə  müqayisədə 

əhəmiyyətli  üstünlüklərə  malikdir.  Növbəti  gəlir  qrupuna  keçid  üçün  ölkənin  əlveriĢli 

imkanları mövcuddur. 

 

Abstract 

The main purpose of the paper is to conduct analysis of Azerbaijan‟s comparative 

ranking  among  upper  middle-income  countries  on  the  basis  of  systemitized  indicators. 

Another  purpose  is  to  determine  Azerbaijan‟s  advantages  in  transforming  into  high 

income country. 

The  essential  finding  is  that  Azerbaijan  has  significant  advantages  on  many 

indicators in spite of the fact that the country is one of the youngest within upper middle 

income  group.  To  move  into  the  next  income  group  the  country  has  favorable 

opportunities. 

 

Açar sözlər: Gəlir qrupları, iqtisadi artımın sönməsi, orta gəlir tələsi, inkiĢaf fazaları

 

Key  words:  income  groups,  economic  growth  slowdown,  middle  income  trap, 

development stages 

 

 

 

 

Müəlliflərin e-mail ünvanı: 

elman_eminov@cbar.az

 

namig_nagdaliyev@cbar.az



  

 

 

 



101 

 

 



MÜNDƏRİCAT 

 

 

GiriĢ .................................................................................................................................. 102 

1. Gəlir qrupları və orta gəlir tələsi .................................................................................. 102 

2.Yuxarı orta gəlir qrupu və Azərbaycanın gəlir qruplarında hərəkəti ............................ 106 

3. Yuxarı orta gəlirli ölkələr arasında Azərbaycanın üstünlükləri ................................... 107 

Nəticə..............................................................................................................................111 

Ədəbiyyat .......................................................................................................................114 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



102 

 

 



GİRİŞ 

Ölkələrin  gəlir  səviyyəsi  arasındakı  fərqlər  uzun  illərdir  ki,  həm  akademik 

dairələr,  həm  də  siyasət  qurucuları  arasında  maraq  doğurmaqdadır.  Bəzən  ölkələrin  bir 

gəlir qrupundan  digərinə  keçidi  qısa  müddət  ərzində  baĢ  verir.  Lakin, ölkələr  də  vardır 

ki,  uzun  illər  eyni  gəlir  qrupunda  (“tələsində”)  qalır.  Tədqiqatlar  göstərir  ki,  ölkəmiz 

üçün artıq aĢılmalı olan bir hədd qalıb ki, o da yüksək gəlirli ölkəyə  çevrilməkdir. Bu 

baxımdan  ölkənin  malik  olduğu  üstünlüklərin  qiymətləndirilməsi  “Azərbaycan-2020: 

Gələcəyə  BaxıĢ” ĠnkiĢaf  Konsepsiyasında qoyulan  hədəflərin  realizasiyası  kontekstində 

aktualdır. 

Məqalənin  birinci  hissəsində  gəlir  qrupları  və  orta  gəlir  tələsi  haqqında  məlumat 

və  təhlil  nəticələri  verilir.  Ġkinci  hissədə  Azərbaycanın  da  yer  aldığı  yuxarı  orta  gəlirli 

ölkələr haqqında iqtisadi, coğrafi, tarixi məlumat öz əksini tapır, eyni zamanda təqribən 

ötən  yarım  əsrdə  Azərbaycanın  gəlir  qruplarında  hərəkəti  göstərilir.  Sonuncu  bölmədə 

isə  Azərabycanın  54  yuxarı  orta  gəlirli  ölkə  arasında  üstünlükləri  və  tədqiqatın  əsas 

nəticələri təqdim olunur. 

 

1.



 

Gəlir qrupları və “orta gəlir tələsi” 

1.1.


 

Gəlir qrupları və inkiĢaf fazaları. 

Yüksək  gəlirli  ölkəyə  çevrilməklə  əhalinin  yüksək  maddi  rifahını  təmin  etmək, 

dayanıqlı  və  yüksək  keyfiyyətli  iqtisadi  inkiĢaf  xəttini  təqib  etmək  yəqin  ki,  bütün 

ölkələr qarĢısında dayanan ən mühüm vəzifələrdən biridir. Lakin, qeyd edilən hədəflərə 

nail olmaq heç də asan deyildir. Son qlobal böhrandan sonra iqtisadi artım paradiqmaları 

və  makroiqtisadi  siyasət  çərçivəsi  haqqında  yenidən  düĢünmək,  üstünlükləri  adekvat 

qiymətləndirmək mühüm vəzifəyə çevrilmiĢdir. 

Bəzi  xalqların  rifahının  yüksək,  digərlərinin  isə  aĢağı  olması  barədə  hipotezaları 

əsaslandırarkən ingilis iqtisadçısı Lionell Robbins-in (1935) yanaĢması maraq doğurur: 

“Ġqtisadiyyat  müəyyən  baĢlanğıc  və  son  fazalar  arasında  çoxlu  sayda  alternativlər 

üzərində insanların davranıĢlarını öyrənən elmdir”. ĠnkiĢaf fazaları haqqında hazırda ən 

müasir  yanaĢmalardan  biri  Rostow  (1960)  tərəfindən  irəli  sürülmüĢ  və  Harvard 

universitetinin professoru Micheal M Porter-in (2002) modifikasiya etdiyi yanaĢmadır.

20

 

Qeyd  edək  ki,  bu  yanaĢma



 

2002-ci  ildən  etibarən  Dünya  Ġqtisadi  Forumu  tərəfindən 

ölkələrin rəqabət qabiliyyətinin müəyyən edilməsində istifadə olunur.  

                                                           



20

 The Global Entrepreneurship and Development Index: A Brief Explanation


103 

 

Dünya  Ġqtisadi  Forumu  ölkələrin  rəqabət  qabiliyyətini  institutların  keyfiyyəti, 



iqtisadi siyasət və ölkə iqtisadiyyatının məhsuldarlığını müəyyənləĢdirən digər amillərin 

toplusu  kimi  təyin  edir.  Məntiqi  nəticə  odur  ki,  qeyd  edilən  3  istiqamət  üzrə  keyfiyyət 

meyarlarını yüksəltmədən rəqabət qabiliyyətini artırmaq, bununla da daha yüksək gəlir 

qrupuna keçid mümkün deyil.  

Hazırda ölkələrin gəlir qrupları üzrə sərhədlərini müəyyən edərkən Dünya Bankı 

(DB)  və  Asiya  ĠnkiĢaf  Bankının  (AĠB)  təsnifatına  istinad  olunur.  Asiya  ĠnkiĢaf  Bankı 

1990-cı  ilin  qiymətləri  ilə  adambaĢına gəliri 2000$-dan  aĢağı  olan ölkələri  aĢağı gəlirli 

ölkə, 2000-7250 $ olan ölkələri aĢağı orta gəlirli ölkə, 7250-11750 $ olan ölkələri yuxarı 

orta gəlirli ölkə, 11750 $-dan yuxarı olanları isə yuxarı gəlirli ölkə hesab edir.  

Dünya Bankının təsnifatına görə isə cari qiymətlərlə bu sərhədlər müvafiq olaraq 

1025$-dək,  1026-4035$, 4036-12475  $  və  12476  $-dan  yuxarı  təĢkil  edir.  Qeyd  etmək 

lazımdır  ki,  gəlir  qruplarının  hər  iki  bölgüsü  DB-nın  borc  əməliyyatı  kateqoriyaları 

(operational lending categories) əsasında müəyyən edilmiĢdir

21

. Eyni zamanda Bank hər 



hansı  bir  ölkə  üzrə  adambaĢına  gəliri  hesablayarkən  məzənnə  və  tsiklik  dəyiĢmələri 

hamarlamaq üçün üç ilin ortasını götürür (Atlas metodu). 

 

 

1.2.



 

Orta gəlir tələsi 

Əslində ölkələrin gəlir qrupları üzrə hərəkəti nəzəri və empirik baxımdan iqtisadi 

artımın  sönməsi  və  ya  artım  templərinin  qorunması

 

məsələsidir.  Ġqtisadi  nəzəriyyə  və 



dünya ölkələrinin iqtisadi tarixi göstərir ki, ölkələr gəlir pillələrində irəlilədikcə iqtisadi 

artım templəri aĢağı düĢür.  

Eichengreen (2011) sürətli böyüyən iqtisadiyyatların artım tempinin nə vaxt aĢağı 

düĢməyə  baĢladığını araĢdırmıĢdır.  Müəllifin  araĢdırması göstərir ki,  adambaĢına gəliri 

10000$-dan  yüksək  olan  ölkədə  adambaĢına  orta  ÜDM-in  7  illik  artımı  əvvəlki  dövrlə 

müqayisədə  2%  bəndindən  aĢağı  olarsa,  bu,  iqtisadi  artımın  aĢağı  düĢməyə  baĢlaması 

deməkdir.  Empirik  hesablamalar  isə  göstərir  ki,  2005-ci  il  qiymətləri  ilə  adambaĢına 

gəlir  səviyyəsi  16740$-a  çatdıqda,  adambaĢına  artım  3.5%  bəndi  və  daha  çox  aĢağı 

düĢməyə baĢlayır.  

Emal  sənayesində  məĢğulluq  ümumi  məĢğulluğun  23%-nə  və  adambaĢına  gəlir 

bençmark  ölkənin  (texnoloji  sərhəddəki  ölkə  -  technological  frontier)  58%-ə  çatdıqda 

artım templəri sönməyə baĢlayır. 

Cheng və  Zhangın  tədqiqatları  da  (2013) Çin və  Hindistan  üçün  oxĢar  nəticələrə 

                                                           



21

 http://data.worldbank.org/about/country-classifications/a-short-history 


104 

 

gəlməyə  əsas  verir.  Belə  ki,  proqnozlara  görə  Çin  və  Hindistanda  yaxın  illərdə  orta 



iqtisadi  artım  tempi  2%  bəndi  aĢağı  düĢərək  8%  və  6%  təĢkil  edəcəkdir.  Göründüyü 

kimi,  iqtisadi  artımın  gəlirlərin  artımına  paralel  olaraq  aĢağı  enməsi  qaçılmazdır.  Bu 

mənada əsas məsələ artımın aĢağı düĢmə tempinin qarĢısının alınması yox, onun tsiklik 

trayektoriyadan  çox  kənarlaĢmasının  qarĢısının  alınmasıdır.  Əks  halda  ölkələrin  orta 

gəlir tələsinə (OGT) düĢməsi baĢ verir.   

“Orta gəlir tələsi” ifadəsi ilk dəfə Gill və Kharas tərəfindən 2007-ci ildə istifadə 

edilmiĢdir

22

. Müəlliflərə görə aĢağı əmək haqqına malik kasıb ölkələr ilə sürətli texnoloji 



dəyiĢikliyə  məruz  qalan  varlı  ölkələr  arasında  mövqe  tutan  ölkələr  OGT-ə  düĢmüĢ 

ölkələrdir.  Asiya  ĠnkiĢaf  Bankına  görə  isə  OGT-ə  düĢmüĢ  ölkə  o  ölkədir  ki,  emal 

sənayesi ixracında ĠnkiĢaf EtmiĢ Ölkələrlə istehsal faktoru üstünlüyü zəminində rəqabət 

apara  bilmir.  Nəticədə  belə  ölkələr  resurs  əsaslı  artım  modelindən  məhsuldarlıq  əsaslı 

artım modelinə vaxtında keçid edə bilmirlər.  

Ohno-ya  görə  (2009)  birbaĢa  xarici  investisiya  qəbul  edən  az  sayda  ölkələr  1-ci 

pillədə  dayanırlar.  Digər  qrup  ölkələr  insan  kapitalını  inkiĢaf  etdirə  bilmədiklərindən 

ikinci  pillədə  qalırlar.  Ġqtisadi  tarix  göstərir  ki,  ölkələrin  bir  çoxu  görünməz  “ĢüĢə 

tavanları”nı qırıb ikinci pillədən üçüncü pilləyə keçid edə bilməmiĢlər.Bu fenomen məhz 

OGT adlandırılır.  

Agenor-a  (2012)  görə  ölkələr  inkiĢafın  ilkin  fazasında  aĢağı  gəlirli  ölkələr 

texnologiya  idxal  etməklə  əmək  tutumlu,  aĢağı  dəyərə  malik  məhsullar  istehsal  edirlər. 

Bu  yolla  ilkin  mərhələdə  iĢçi  qüvvəsinin  aĢağı  məhsuldarlığına  malik  kənd 

təsərrüfatından nisbətən yüksək məhsuldarlığa malik sənayeyə keçidi baĢ verir. Ölkə orta 

gəlir  səviyyəsinə  keçdikdən  sonra,  iqtisadiyyatın  qeyri-məhsuldar  və  qeyri-ticari 

sektorlarında iĢçi  qüvvəsi bahalaĢır, nəticədə iqtisadiyyat  malik olduğu  yeganə  rəqabət 

üstünlüyünü  itirir.  Bu  mərhələdən  sonra  adambaĢına  düĢən  gəliri  artırmaq  mümkün 

olmur,  ölkə  OGT-ə  düĢmüĢ  olur.  Bu  məsələ  haqqında  danıĢarkən,  iqtisadiyyatın 

strukturu,  iĢçi  qüvvəsinin  bahalığı  kimi  amillərlə  yanaĢı,  institusional  mühitin  diqqətə 

alınması  xüsusi  əhəmiyyət  kəsb  edir.  OGT-ə  düĢməmək  üçün  institutların 

“inklüzivliyi”nin

23

 təmin olunmasına məhz inkiĢafın ilk mərhələsində baĢlanılmalıdır. 



 

 

 

                                                           



22

 Gill, I., and H. Kharas. 2007. An East Asian Renaissance. The World Bank, Washington, DC. Gerschenkron, 

A. 1962. Economic Backwardness in Historical Perspective: A Book of Essays. 

23

  Mülkiyyət  hüquqlarının  qorunması,  azad  bazar  və  dövlət  tənzimlənməsi,  əhalinin  böyük  hissəsinin  təhsil  və  səhiyyəyə 

çıxışı 


105 

 

 



Qrafik 1. Artım fazaları və tələ 

 

Mənbə: Dünya İqtisadi Forumunun məlumatları əsasında müəlliflər tərəfindən tərtib olunmuşdur 

AĠB  124  ölkə  arasında  1950-2010-ci  illəri  əhatə  edən  tədqiqat  aparmıĢdır. 

Tədqiqat əsasında ölkələr üzrə aĢağı gəlir qrupundan aĢağı orta gəlir qrupuna, aĢağı orta 

gəlir  qrupundan  yuxarı  orta  gəlir  qrupuna  keçidin  median  göstəricisinin  28  və  14  il 

olduğu müəyyən edilmiĢdir. Bunun əsasında müəyyən edilmiĢdir ki, əgər ölkə aĢağı gəlir 

qrupu  və  aĢağı  orta  gəlir  qrupu  arasında  28  ildən  çox  qalarsa  aşağı  orta  gəlir  tələsinə 

düĢür. Əgər ölkə aĢağı orta gəlir qrupu ilə yuxarı orta gəlir qrupu arasında 14 ildən çox 

qalarsa,  yuxarı  orta  gəlir  tələsinə  düĢmüĢ  hesab  edilir.  BaĢqa  ifadə  ilə  müvafiq  gəlir 

qruplarında tələyə düĢməmək üçün adambaĢına real iqisadi artım tempi orta illik hesabla 

4.7% və 3.5% təĢkil etməlidir.  

Hazırda  54  yuxarı  orta  gəlirli  ölkənin  (YOGÖ)  hər  2-dən  1-i  yuxarı  orta  gəlir 

tələsindədir. Tələdə olan ölkələrin ən çoxu və ya 12-i Amerika qitəsindədir. Cəmi 5 ölkə 

Avropa və Okeaniyanın payına düĢür, yerdə qalan 10 ölkə isə Afrika və Asiyadadır (bax. 

Əlavə 1). 

 



106 

 

2. Orta gəlir qrupu 

Dünya  Bankının  ölkələrin  gəlir  qrupları  üzrə  təsnifatına  əsasən  hazırda  dünyada 

54 aĢağı orta gəlirli və 54 yuxarı orta gəlirli ölkə mövcuddur. YOGÖ-in 19-u və ya hər 3 

ölkədən biri Amerika qitəsində, 12-i (22%) Afrikada, 10-u Asiyada, 10-u Avropada, 3-ü 

isə  Okeaniyada  yerləĢir.  Sözügedən  gəlir  qrupunun  ən  “qoca”  üzvü  1955-ci  ildə  qrupa 

düĢən  Venesuela,  ən  “gənci”  isə  2010-cu  ildə  qrupa  daxil  olan  Ekvador,  Tunis, 

Türkmənistan,  Maldiv,  Çin,  Tayland  və  Ġordaniyadır.  Azərbaycan  bu  gəlir  qrupuna 

2009-cu ildə daxil olmuĢdur. Azərbaycan 5-ci ildir ki, YOGÖ  qrupundadır. Bu müddət 

Amerika  qitəsi  ölkələrində  ortalama  22  il,  Afrikada  18,  Asiyada  12,  Avropada  12, 

Okeaniyada isə ortalama 16 ilə bərabərdir (bax: Əlavə 1). 

Ölkənin iqtisadi inkiĢaf tarixinə nəzər salsaq görərik ki, Azərbaycan ilk dəfədir ki, 

YOGÖ  liqasındadır.  Belə  ki,  1975-ci  ildə  Azərbaycan  aĢağı  gəlirli  ölkə  statusundan 

qurtulmuĢ  və  aĢağı  orta  gəlirli  ölkə  statusunu  qazanmıĢdır.  Ölkə  müstəqilliyin  ilk 

illərində baĢ vermiĢ iqtisadi tənəzzüllə əlaqədar aĢağı gəlirli ölkəyə çevrilmiĢ, sonradan 

sürətlə orta gəlirli ölkələr cərgəsinə daxil olmuĢdur. 

Dünya  Bankının  hesablamalarına  görə  hazırda  yüksək  gəlirli  ölkə  sərhəddi 

(threshold)  1989-2009-cu  illər  ərzində  orta  illik  hesabla  3.46%  artmıĢdır

.

  Belə  bir  orta 



illik artım tempinin yaxın  dövrdə də davam edəcəyini fərz etsək, o zaman Azərbaycan 

adambaĢına  gəlirin  10-12%  artımı  halında  2020-ci  ilədək  yüksək  gəlirli  ölkəyə  çevrilə 

bilər. 

Qrafik 2. Azərbaycanda AQP məzənnə üzrə ÜDM, ABġ dolları 

 

Mənbə: DSK (Xalqa həsr olunan illər nəşri) və Conference Board məlumatları əsasında hesablama 

0

2000



4000

6000


8000

10000


12000

14000


16000

18000


20000

22000


24000

26000


AdambaĢına Milli Gəlirin 7% artımı ssenarisi

AdambaĢına Milli Gəlirin 12% artımı ssenarisi

AĢağı 

gəlirli 


ölkə 

Orta (aĢağı) 

gəlirli ölkə 

AĢağı 


gəlirli 

ölkə 


Orta (aĢağı) 

gəlirli ölkə 

Orta (yuxarı) 

gəlirli ölkə 




107 

 

 



3. Yuxarı orta gəlirli ölkələr arasında Azərbaycanın üstünlükləri 

Ġqtisadi tarix göstərir ki, iqtisadi artımın davamlılığının təmin edilməsi mürəkkəb 

bir  vəzifədir.  Ölkələrin  gəlir  qruplarında  irəliləməsi  də  məhz  iqtisadi  artımın 

davamlılığına  istinad  edir.  Ölkələr  gəlir  qruplarına  xas  “tələ”lərə  o  halda  düĢürlər  ki, 

iqtisadi artım səviyyələri və müddəti bir gəlir qrupundan digərinə keçidi təmin etmir. Bu 

mənada tələdən qaçmağın yolu iqtisadi artımın aĢağı düĢməsinin qarĢısının alınması və 

onun  davamlılığına,  fasiləsizliyinə  nail  olmaqdır.  Bəs  onda  iqtisadi  artım  tempinin 

azalmasının  (growth  slowdown)  determinantları  nədir?  Ölkə  hansı  Ģərtləri  yerinə 

yetirməlidir ki, iqtisadi artım və onun fasiləsizliyi təmin edilsin?  

Aiyar,  Duval,  Puy,  Wu  və  Zhang

24

  tərəfindən  iqtisadi  artımın  azalmasının 



determinantları  sistemləĢdirilərək  müəyyənləĢdirilmiĢdir.  Müəlliflər  tərəfindən  bu 

sahədə  mövcud  ədəbiyyat  təhlil  edilmiĢ,  xüsusilə  probit

25

  spesifikasiyasından  istifadə 



edilməklə 7 kateqoriya üzrə 42 göstəricilər sistemi formalaĢdırılmıĢdır. Sonra müəlliflər 

tərəfindən 54 YOGÖ üzrə məlumatların əlyetərliyi nəzərə alınaraq, təklif olunan amillər 

modifikasiya olunmuĢ, 6 kateqoriya və 21 alt göstərici üzrə yenidən qruplaĢdırılmıĢdır 

(bax:  Əlavə  2).  Ümumilikdə,  üstünlüklərin  qiymətləndirilməsi  zamanı  bu  göstəricilər 

sistemindən  istifadə  olunmuĢdur.  Bu  zaman  hər  bir  kateqoriyanın  müvafiq  göstəricisi 

üzrə  Azərbaycanın  54  YOGÖ  arasında  mövqeyinin  müqayisəsi  aparılır  və  sonda  bu 

müqayisə əsasında ölkə üçün üstünlük matrisi qurulur. 

 

3.1. Demoqrafiya 

BMT-nin  məlumatlarına  əsasən  2005-2010-cu  illərdə  54  YOGÖ-nin  30-da 

qadınların  nəsilvermə  əmsalı  2-dən  yüksək,  digərlərində  isə  2-dən  aĢağıdır. 

Azərbaycanda bu nisbət pozitiv zonada olmaqla, 2-yə bərabərdir. Bu göstərici ən yüksək 

Anqola  (6.5)  və  Qabonda  (4.3),  ən  aĢağı  isə  Bosniya  (1.3)  və  Rumıniyada  (1.2)  qeydə 

alınmıĢdır.  

Nəsilvermə  üzrə  dinamika  özünü  paralel  olaraq  əhali  artımı  proqnozlarında  da 

göstərir. Proqnozlara əsasən gələcək 10 il ərzində Azərbaycan əhalisi orta illik 1% artım 

nümayiĢ etdirəcəkdir. Bir sıra yuxarı orta gəlirli ölkələrdə orta illik əhali artımı 2%-dən 

yüksəkdir  ki,  bu  da  adambaĢına  iqtisadi  artımın  sürətini  məhdudlaĢdırır.  9  ölkədə  isə 

(Kuba,  Serbiya,  Rusiya,  Bosniya,  Rumıniya,  Belarusiya,  Litva,  Latviya,  Bolqarıstan) 

əhali artımı mənfidir ki, bu da əmək ehtiyatları qıtlığı yaratmaqla ümumi iqtisadi artıma 

mənfi təsir edir.  

                                                           

24 BVF WP 13/71, Growth Slowdowns and the Middle-Income Trap 

25 İndikatorun standart normal paylanmasını göstərir 




108 

 

Eyni  zamanda  “demoqrafik  dividend”  adlandırılan  asılılıq  nisbəti  (dependency 



ratio – 15-64 yaĢlı əhalinin 65+ yaĢlı əhaliyə nisbəti) və “çatıĢmayan qadınlar” kimi də 

tələffüz  edilən  cins  nisbəti  (kiĢi  qadın  nisbəti)  üzrə  də  Azərbaycan  qrup  daxilində 

əlveriĢli hesab oluna biləcək mövqedədir. Belə ki, asılılıq nisbəti üzrə Azərbaycan qrup 

daxilində  ən  yaxĢı  mövqeyə  sahib  11-ci  ölkədir.  Azərbaycanın  göstəricisi  ən  pis 

mövqeyə malik Latviyadan 3.3 dəfə yaxĢıdır. Azərbaycan kiĢi qadın nisbətinin isə 100-ə 

ən  yaxın  olduğu  ilk  10  ölkə  arasındadır.  Əgər  bu  nisbət  Azərbaycanda  98.4%-ə 

bərabərdirsə, kiĢilərin ən çox olduğu Çində 107.4%, qadınların ən çox olduğu Latviyada 

isə 84.1% təĢkil edir

26



 



3.2. İqtisadi mühit və institutlar 

Azərbaycan  Dünya  Bankının  Doing  Business  hesabatına  əsasən  YOGÖ  arasında 

islahat  bençmarkı  ilə  (distance  to  frontier)  məsafəsi

27

  ən  minimal  olan  ölkələr 



arasındadır.  Belə  ki,  ümumi  indeks  üzrə  ölkə  YOGÖ  arasında  30  ölkədən  bençmark 

səviyyəyə daha yaxındır. 

Qlobal Rəqabətlik Ġndeksinin institutlar alt göstəricisinə görə isə Azərbaycan qrup 

daxilində  14-cü  yerdədir

28

.  Azərbaycanın  mövqeyi  ilə  institutlar  göstəricisi  üzrə  qrup 



daxilində ən yaxĢı mövqeyə malik Çili və Malayziyanın mövqeyi arasında məsafə cəmi 

35 pillə təĢkil edir. Ən pis mövqeyə malik Venesuela və Əlcəzairdən isə Azərbaycan 81 

pillə  irəlidədir.  Ölkənin  mövqeyi  hətta  Türkiyə,  Braziliya,  Qazaxıstan,  Rumıniya  və 

Rusiyadan yaxĢıdır. 



 

3.3. İnfrastruktur 

Ölkəmizdə  infrastrukturun  müasirləĢdirilməsi  və  yenidən  qurulması  məqsədilə 

qoyulan iri həcmli investisiyalar sayəsində qlobal Rəqabətlik Ġndeksinin infrastruktur alt 

göstəricisinə  görə  Azərbaycan  qrup  daxilində  bençmark  ölkələrinə  sürətlə 

yaxınlaĢmıĢdır

29

.  Hazırda,  ölkəmiz  orta  sıralarda,  yəni  20-ci  yerdə  qərarlaĢmıĢdır. 



Azərbaycanın  bu  göstərici  üzrə  aldığı  qiymət  (3.94,  maksimum  7)  bençmark  ölkə  olan 

Malayziyanın  mövqeyinə  (5.09)  29%  yaxın,  autsayder  olan  Livanın  göstəricisindən 

(2.46) isə 60% yüksəkdir.  

 

 



                                                           

26

 

http://esa.un.org/unpd/wpp/Excel-Data/population.htm 

27

 Hər bir göstərici üzrə ən yaxşı ölkə təcrübəsi bençmark kimi götürülür və bunun əsasında ölkələrin bençmarka 

olan yaxınlığı hesablanır. Rəqəmin 100-ə yaxınlaşması bençmarkla aradakı fərqin kiçildiyini göstərir. 

28

 54 YOGÖ-dən ölkədən 38-i siyahıda var. Amma əsas aparıcı ölkələr siyahıda yer alır

 

29

 54 YOGÖ-dən ölkədən 39-u siyahıda var. Amma əsas aparıcı ölkələr siyahıda yer alır 


109 

 

3.4. Makroiqtisadi və maliyyə sabitliyi 

Qlobal Rəqabətlik Ġndeksinin makroiqtisadi mühit alt göstəricisi və eyni zamanda  

xarici borcun Milli Gəlirə aĢağı nisbəti göstəriciləri üzrə Azərbaycan YOGÖ arasında 5-

ci yerdə qərarlaĢmıĢdır. Ölkə üzrə xarici borcun Milli Gəlirə nisbəti YOGÖ-in eyni adlı 

göstəricisindən 2 dəfəyə yaxın əlveriĢlidir.  

Azərbaycan  böhran  öncəsi  (fakt)  və  böhran  sonrası  (proqnoz)  dövr  üzrə  orta 

inflyasiyanın aĢağı səviyyəsinə görə YOGÖ arasında orta mövqelərdədir. Qeyd olunan 

dövrdə 5.2%-lik inflyasiyanın (qrup ölkələri üzrə orta 5.5%) iqtisadi artım baxımından 

məqbul  hesab  edilməsi  ölkəyə  ciddi  üstünlük  qazandırır.  Belə  ki,  bir  sıra  tədqiqatlar 

Azərbaycanda  iqtisadi  artım  üçün  təhlükəsiz  inflyasiya  səviyyəsinin  məhz  5-7% 

olduğunu göstərir.  Qrup  daxilində  cəmi  5  ölkədə  (Anqola,  Argentina,  Ġran,  Venesuela, 

Belarusiya) inflyasiya ikirəqəmlidir, 4 ölkədə isə 7%-dən yuxarıdır. 

1995-ci  ildən  sonrakı  mərhələdə  ölkənin  bank  sektorunda  maliyyə  sabitiliyi 

yüksək  səviyyədə  qorunmuĢdur.  Lakin,  YOGÖ-in  bir  neçəsində,  hətta  bəzi  qabaqcıl 

ölkələrində belə bir sıra bank böhranları baĢ vermiĢ, bəzilərində həm böhranın müddəti, 

həm  də  iqtisadiyyata  vurduğu  zərər  əhəmiyyətli  olmuĢdur.  Bank  kapitalının  bank 

aktivlərinə  görə  də  Azərbaycan  qrup  daxilində  ilk  5-likdədir.  Azərbaycanda  bank 

kapitalı bank aktivləri nisbəti dünya və YOGÖ üzrə orta göstəricidən 1.5 dəfə yüksəkdir. 

Azərbaycanda  yüksək  inklüziv  iqtisadi  artımın  qeydə  alınması  gələcək  artım 

prosesinə  daha  çox  məhsuldar  qüvvələrin  cəlbi  üçün  əlveriĢli  zəmin  formalaĢdırır. 

Məlum  olduğu  kimi,  inklüziv  artım  bir  iqtisadi  inkiĢaf  strategiyası  olaraq  iqtisadi 

artımdan  hər  kəsin  bərabər  faydalanmasını  nəzərdə  tutur.  Ġnklüziv  artım  yoxsul  əhali 

təbəqəsinin  də  iqtisadi  artımdan  yararlanmasını,  həm  də  əhalinin  yoxsulluqdan  çıxaraq 

iqtisadi artıma töhvə verə biləcək səviyyəyə çatmasını hədəfləyir.  

BVF-un mütəxəsisləri ölkələrin inklüziv artımının ölçülməsi ilə əlaqədar yeni bir 

metodologiya  təklif  edirlər.  Həmin  metodologiyaya  uyğun  olaraq,  ölkələrin  inklüziv 

artımı  konsentrasiya  əyrisinə  əsasən  hesablanmıĢdır

30

.  Ümumilikdə,  metodologiya  bir 



tərəfdən  adambaĢına  ÜDM-in  artımını,  digər  tərəfdən  isə  gəlir  bərabərsizliyinin 

dəyiĢməsini  nəzərə  alır.  Əsas  ideya  ondan  ibarətdir  ki,  ölkə  gəlir  bərabərsizliyini 

azaltmaqla  daha  çox  insanı  artım  prosesinə  cəlb  edir  və  nəticədə  iqtisadi  artımın 

inklüzivlik səviyyəsi yüksəlir.  

Hesablamalara görə Azərbaycan 1995-2008-ci illərdəki inklüziv artıma görə qrup 

daxilində  Maldiv  adaları  ilə  yanaĢı  lider  mövqedədir.  Ġnklüziv  artımın  birinci  elementi 

                                                           

30

  İnklüzivliyin  digər  ölçülməsi  metodu  AİB  ekspertləri  tərəfindən  ideya  kimi  təklif  olunan,  BVF  ekspertləri 

tərəfindən isə hesablanan imkan funksiyasıdır (opportunity  function). 



110 

 

olan adambaĢına artıma görə isə Azərbaycan mütləq liderdir, ikinci element üzrə isə ölkə 



YOGÖ arasında 12-cidir.  

YOGÖ arasında digər 18 ölkədə ikinci element ya sıfıra bərabərdir, ya da sıfırdan 

kiçikdir  ki,  bu  da  gəlir  bərabərsizliyinin  pisləĢməsi  hesabına  iqtisadi  artıma  nail 

olunduğunu göstərir.

31

 

 



3.5. Ticarət və kapital açıqlığı 

Azərbaycan  de-jure  maliyyə  açıqlığını  ölçən  Chinn-Ġto  indeksinə  görə  YOGÖ 

arasında ilk 30-luqdadır. Ölkənin indeks üzrə aldığı qiymət neytrala yaxındır ki, bu da 

qrup  daxilində  bençmark  olan  Kosta  Rikadan  (+2.44)  və  autsayder  olan  Anqoladan  (-

1.86)  təqribən  bərabər  məsafədədir

32

.  BVF-nun  hesablamaları  göstərir  ki,  dünyada  ən 



yüksək  qlobal  inteqrasiya  səviyyəsinə  malik  regionlar  Avropa  və  Asiyadır.  Bu  region 

ölkələrində  həm  idxal-ixrac  əməliyyatlarının  ÜDM-də  payı,  həm  də  qlobal  ticarət 

dövriyyəsində region ölkələrinin payı yüksəkdir. 

Üstünlük matrisi (bax: Əlavə 2)

 

Müəyyən olunmuĢ göstəricilər əsasında aparılmıĢ müqayisələr üstünlük matrisinin 



tərtib  olunmasına  imkan  verir.  Üstünlüyün  dəqiq  identifikasiyası  bir  neçə  parametr 

əsasında aparılır və göstərici üzrə aĢağıdakı Ģərtlərin təmin olunması nəzərdən keçirilir: 

i)

 

Hər  bir  göstərici  üzrə  ölkə  YOGÖ  arasında  hansı  səbətə  düĢür  –  ilk  səbət, 



axırıncı, yoxsa orta? 

ii)


 

Ölkənin hər bir göstərici üzrə aldığı qiymət qrup daxilində bençmarka nə qədər 

yaxındır, autsayderdən nə qədər uzaqdır? 

iii)


 

Ölkənin  hər  bir  göstərici  üzrə  aldığı  qiymət  sıranın  median  və  ya  ortasına  nə 

qədər yaxındır? 

iv)


 

Ölkənin mövqeyi əsas rəqib ölkələr (qonĢu ölkələr, MDB və ġ.Avropa ölkələri) 

ilə müqayisədə nə qədər yaxĢı və ya pisdir? 

Bunun  əsasında  müəyyən  edilmiĢdir  ki,  21  göstəricidən  19-da  və  ya  90%-i  üzrə 

Azərbaycan 54 YOGÖ arasında üstünlüyə malikdir. Üstünlüyə malik 19 göstəricinin 7-si 

və  ya  37%-i  üzrə  üstünlük  yüksək,  8-i  (42%-i)  üzrə  orta,  4-ü  (21%-i)  üzrə  aĢağı  kimi 

qiymətləndirilir.  BaĢqa  ifadə  ilə,  hər  3  göstəricinin  2-də  üstünlük  ya  yüksəkdir,  ya  da 

orta səviyyədədir. 



 

 

 

                                                           



31

 Yalnız 54 YOGÖ-dən 38-i haqda məlumat var 

32

 Mənbə: 

http://web.pdx.edu/~ito/Chinn-Ito_website.htm

 , indeksin müsbət qiyməti açıqlığın artmasını göstərir 


111 

 

NƏTİCƏ 

Müəyyən  edilmiĢ  və  sistemləĢdirilmiĢ  göstəricilər  əsasında  Azərbaycanın  yuxarı 

orta  gəlirli  ölkələr  arasındakı  mövqeyinin  müqayisəli  təhlili  aparılmıĢ,  mümkün 

üstünlüklər tapılmıĢ və aĢağıdakı nəticələr əldə edilmiĢdir: 

1.

 

Azərbaycan  54  yuxarı  orta  gəlirli  ölkə  arasında  qrupda  olan  ən  gənc 

ölkələrdəndir. Bu isə baĢqaları ilə müqayisədə ölkənin növbəti gəlir qrupuna 

keçid imkanlarını əhəmiyyətli artırır; 

2.

 

Üstünlüyün müəyyən edilməsi üçün istifadə olunan 21 göstəricidən 19-da və 



ya  90%-də  Azərbaycan  qrup  daxilində  üstünlüyə  malikdir.  Üstünlüyə  malik 

19 göstəricinin 7-si və ya 37%-i üzrə üstünlük yüksək, 8-i (42%-i) üzrə orta 

kimi qiymətləndirilir; 

3.

 

Mütləq  üstünlüyün  olmadığı  göstəricilərin  heç  biri  üzrə  ölkə  autsayder 

mövqeyə malik deyil.  

 

 



112 

 

Əlavə 1: 54 Yuxarı Orta Gəlirli Ölkə 



Region 

Qrupa 

daxil 

olduğu il 

Region 

Qrupa 

daxil 

olduğu il 

Region 

Qrupa 

daxil 

olduğu il 

Region 

Qrupa 

daxil 

olduğu il 

Region 

Qrupa 

daxil 

olduğu il 

Amerika 

Afrika 

Asiya 


Avropa 

Okeaniya 

Venesuela* 

1955 


Anqola 

Ġordaniya 



2010 

Çernoqoriya 

2005 

Amerikan 



Samoası 

1990 


Panama 

Qabon 



1974 

Malayziya 

1979 

Makedoniya 



2008 

Palau 


1996 

Ekvador 


2010 

Namibiya 

2008 

Türkmənistan 



2010 

Serbiya 


2006 

Tuvalu 


2004 

Kolumbiya 

2008 

Əlcəzair 



2008 

Azərbaycan 

2009 

Rusiya* 


2004 

 

Peru 



2008 

Bostsvana 

1991 

Ġran 


1984 

Bosniya 


2007 

 

Dominikan R. 



2008 

Tunis 


2010 

Qazaxıstan 

2006 

Rumıniya 



1985 

Kosta Rika 

1986 

Cənubi Afrika 



1973 

Türkiyə* 

1997 

Belarusiya 



2007 

Meksika 


1974 

Surinam 


2005 

Tayland 


2010 

Litva* 


1991 

Seynt Lusia 

1986 

Maldiv 


2010 

Çin 


2010 

Latviya* 

1991 

Antiqua və Barbuda* 



1980 

SeyĢel* 


1979 

Livan 


1997 

Bolqarıstan 

2006 

Seynt Vinsent və 



Qrenada 

1996 


MavriĢis 

1992 


 

Dominika 

1999 

Liviya 


1985 

Argentina 

1964 

 

Braziliya* 



1984 

Çili* 


1993 

Uruqvay* 

1986 

 

Yamayka 



2007 

 

Kuba 



2007 

Qrenada 


1997 

Cəmi:      19 

 

12 

 

10 

 

10 

 



54 

Mənbə: Dünya Bankı məlumatları əsasında müəllif hesablamaları 

Qeyd: Qırmızı rəngdə olan ölkələr yuxarı orta gəlir tələsinə düşmüş ölkələrdir 

*Bu ölkələr üzrə adambaşına Milli Gəlir 10 mindən yuxarıdır və Yüksək Gəlirli Ölkəyə çevrilmə astanasındadırlar


113 

 

Ədəbiyyat  

1.

 

B.  Eichengreen,  D.  Park,  K.  Shin  (2011),  „When  fast  growing  economies  slow  down: 



International evidence and implications for China‟, NBER Working Paper 16919. 

2.

 



S.  Aiyar,  R.  Duval,  D.Puy,  Y.  Wu,  L.Zhang  (2013),  „Growth  Slowdowns  and  the  Middle-

Income Trap‟, BVF Working Paper 13/71. 

3.

 

J. Felipe (2012), „Tracking the Middle-Income Trap: What is It, Who is in It, and Why? Part 



1‟, ADB Working Paper 306. 

4.

 



Gill,  I.,  and  H.  Kharas  (2007),  „An  East  Asian  Renaissance‟,  The  World  Bank,  Washington, 

DC.  Gerschenkron,  A.  1962.  Economic  Backwardness  in  Historical  Perspective:  A  Book  of 

Essays. 

5.

 



P. Agénor, O. Canuto, „Middle-Income Growth Traps‟, World Bank policy research Working 

Paper 6210. 

6.

 

K. Cheng, L. Zhang (2013), „Is Emerging Asia Shifting to  Lower Trend Growth?‟,  Regional 



Economic Outlook: Asia and Pacific, Box 1.9. 

7.

 



J.  Bluedorn,  R.  Duttagupta,  J.  Guajardo,  N.  Mwase  (2013),  „The  Growth  Comeback  in 

developing economies: A New Hope or Back to the Future?‟, BVF Working Paper 13/132. 

8.

 

R.  Anand,  S.  Mishra,  S.  Peiris  (2013),  „Inclusive  Growth:  Measurement  and  determinants‟, 



BVF Working Paper 13/135. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə