Abid Tahirli
~
78
~
maariflənməsində əvəzsiz yeri olan böyük naşir İsmayıl bəy
Qasprinskinin məşhur «Tərcüman» qəzetinin fəaliyyəti və tarixi
üzərində uzun illərdən bəri apardığı araşdırmaları ümumiləşdirərək,
qiymətli bir tədqiqat əsərini («Qasprinskinin «canlı» tarixi (1883-
1914) yaradıb və «Tərcüman»ın say-seçmə sayları ilə bir yerdə nəşr
etdirib». («Tərcüman»da Azərbaycan mədəniyyəti» məqaləsindən.
«525-ci qəzet», № 147, 26 iyul 2001).
«Krım-tatar xalqı sürgün olunduğu səbəbindən uzun illər
davamında İsmayıl bəy Qasprinskinin ədəbi irsi onlar tərəfindən
araşdırılmadı. 1999-cu ildə Krım-tatar ədəbiyyatşünası İsmayıl
Həsən oğlu Kərim türk dünyasının bənzərsiz dahilərindən olan
İsmayıl bəy Qasprinskinin həyatı və yaradıcılığı ilə bağlı doktorluq
dissertasiyasını Alma-Ata şəhərində müdafiə etdi. İsmayıl Həsən
oğlu Kərim elə həmin ildə də böyük naşirin məşhur «Tərcüman»
qəzetinin fəaliyyəti və tarixi üzərində uzun illərdən bəri apardığı
araşdırmaları
ümumiləşdirərək
qiymətli
bir
tədqiqat
–
«Qasprinskinin ömürlüyü» (1883-1914) əsərini yazdı və
«Tərcüman» qəzetinin say-seçmə sayları ilə bir yerdə nəşr etdirdi».
(«Zamanlara qalib gəlmiş böyük türkçü» məqaləsindən. «Ədəbiyyat
qəzeti», 11 may 2001).
«İsmayıl bəy Qasprinski ömrünün sonunacan türk-tatarların
gələcək talelərini düşünüb onların qayğısına qaldı. Qələmi ilə
üsyana qalxıb «dildə, fikirdə, işdə birlik» şüarı altında türk
xalqlarını birliyə səsləyən İsmayıl bəy Qasprinski mübaliğəsiz deyə
bilərik ki, hələ sağlığında nəhəng Avrasiya qitəsində yaşayan türk
xalqları arasında tanınıb, bu xalqların və Şərq müsəlmanlarının
dərin hörmətini və məhəbbətini qazanıb.
1893-cü ildə Buxara əmiri mir-Səid Əbdül Əhəd xan İsmayıl
bəyi digər mükafatlarla yanaşı Üçüncü dərəcəli Dan Ulduzu Qızıl
Bütün türklərin tərcümanı
~
79
~
Ordeni ilə, 1894-cü ildə Türkiyə Sultanı Abdulla Xəlilxan
Dördüncü dərəcəli Mecdie Ordeni, 1904-cü ildə İran şahı
Müzəffərəddin Şah Üçüncü dərəcəli Günəş və Aslan Ordenilə təltif
etmişlər.
Mədəni ictimai və siyasi fəaliyyətinə görə 1910-cu ildə
İsmayıl bəy Qasprinskinin namizədliyi «Revu edu monde musul-
man» adlı fransız məcmuəsinin heyəti tərəfindən Nobel mükafatına
təqdim edilib». («Türk dünyasının zəkası» məqaləsindən. «525-ci
qəzet», 24 mart 2001).
Fəlsəfə doktoru Mənzər İbrahimova: «Rusiyada türk
qadınları hərəkatı Azərbaycan və tatar xalqlarının tarixi və mədə-
niyyətində təsadüfi mövzu deyil. Şərq qadınının emansipasiyasının
Rusiya imperiyasında yaşayan türk xalqlarının milli-azadlıq
hərəkatı ilə bir çox türk xalqlarının taleyində mühüm rol
oynamışdır. İllər ötdükcə bu hərəkatın tarixi haqda yeni-yeni
bilgilərə yiyələnirik: tək bədii əsərlərlə deyil, həm də, məsələn,
Türkiyədə nəşr edilmiş «Şəfiqə Qaspiralı və Rusiyanın türk
qadınları hərəkatı (1893-1920)» kimi memuarlarla tanış oluruq.
Qeyd etmək lazımdır ki, kitab həm XX əsrin əvvəllərində
baş vermiş hadisələrə, onların iştirakçılarına, bu dövrün görkəmli
türk xadimlərinə dair geniş məlumatlarla zəngindir. Bu işdə doktor
Şəngül Hablemitoğlunun və doktor Nəcip Hablemitoğlunun
xidmətləri əvəzsizdir. Onlar Şəfiqə xanım Qaspiralının mənəvi
zənginlik dünyasının oxuculara çatdırılmasında əllərindən gələni
əsirgəməyiblər. Kitabın ilk nüsxəsi ilə tanışlığımıza imkan yaratdığı
üçün həmvətənimiz Ramiz Abutalıbova öz minnətdarlığımızı
Abid Tahirli
~
80
~
bildirmək istərdik». («Fədakar türk qadını – Şəfiqə xanım
Qaspiralı» məqaləsindən. «Respublika» qəzeti, 23 yanvar 2000).
Fil.e.d. prof. Xeyrulla Məmmədov: «Tərcüman» XIX əsrin
sonu, XX əsrin əvvəllərində rusiyalı müsəlmanlara, birinci növbədə
türk-tatar qövmünə xidmət göstərmək məqsədilə yaradılan dövri
mətbuat orqanlarının ən məşhuru, ən şöhrətlisi və uzunömürlüsü
olmuşdur. Əsrin əvvəlində Cəlil Məmmədquluzadənin Tiflisdə nəşr
etdiyi satirik-yumoristik «Molla Nəsrəddin» jurnalı istisna edilmək
şərtilə Rusiya imperiyasının islam etiqadlı, türk soylu vətəndaşları
arasında «Tərcüman» qədər geniş miqyasda yayılan kütləvi şəkildə
oxunan, şüurlara qüvvətli təsir göstərən və ən nəhayət, zamanına
görə ətrafına nisbətən çoxlu oxucu və abunəçi toplayan ikinci bir
dövri mətbuat orqanı təsəvvürə gətirmək çətindir».
«Tərcüman»ın nəşr olunduğu vaxt kəsiyində onun
səhifələrində Azərbaycan qədər tez-tez zikr olunan ikinci bir
məntəqə yoxdur. Onun Bakıdan, Şəkidən, Şamaxından, Şuşadan,
İrəvandan, Qoridən, Tiflisdən, Gəncədən, Ordubad və Naxçıvandan
daimi müxbirləri vardı.
H.Zərdabi,
Ə.Topçubaşov,
S.Vəlibəyov,
F.Köçərli,
N.Nərimanov, S.M.Qənizadə, M.T.Sidqi və başqaları redaksiya ilə
sıx əlaqə saxlayır, baş redaktorla müxtəlif məsələlərə dair fikir
mübadiləsi edirdilər.
XIX əsrin sonu, XX əsrin əvvəlini əhatə edən otuz illik bir
mərhələdə Qafqaz müsəlmanlarının həyatında baş verən mühüm
hadisələr
«Tərcüman»ın səhifələrində əks olundu. Qəzet
Azərbaycan mühitinin səlnaməsi oldu. («Tərcüman»da Azərbaycan
ədəbiyyatı» məqaləsindən. «Ədəbiyyat qəzeti», 17 noyabr 2000).
Dostları ilə paylaş: |