Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə25/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

 Abid  Tahirli



 

78



 ~ 

 

maariflənməsində  əvəzsiz  yeri  olan  böyük  naşir  İsmayıl  bəy 



Qasprinskinin  məşhur  «Tərcüman»  qəzetinin  fəaliyyəti  və  tarixi 

üzərində uzun illərdən bəri apardığı araşdırmaları ümumiləşdirərək, 

qiymətli  bir  tədqiqat  əsərini  («Qasprinskinin  «canlı»  tarixi  (1883-

1914) yaradıb və «Tərcüman»ın say-seçmə sayları ilə bir yerdə nəşr 

etdirib».  («Tərcüman»da  Azərbaycan  mədəniyyəti»  məqaləsindən. 

«525-ci qəzet», № 147, 26 iyul 2001). 

«Krım-tatar  xalqı  sürgün  olunduğu  səbəbindən  uzun  illər 

davamında  İsmayıl  bəy  Qasprinskinin  ədəbi  irsi  onlar  tərəfindən 

araşdırılmadı.  1999-cu  ildə  Krım-tatar  ədəbiyyatşünası  İsmayıl 

Həsən  oğlu  Kərim  türk  dünyasının  bənzərsiz  dahilərindən  olan 

İsmayıl bəy Qasprinskinin həyatı və yaradıcılığı ilə bağlı doktorluq 

dissertasiyasını  Alma-Ata  şəhərində  müdafiə  etdi.  İsmayıl  Həsən 

oğlu  Kərim  elə  həmin  ildə  də  böyük  naşirin  məşhur  «Tərcüman» 

qəzetinin  fəaliyyəti  və  tarixi  üzərində  uzun  illərdən  bəri  apardığı 

araşdırmaları 

ümumiləşdirərək 

qiymətli 

bir 


tədqiqat 

– 

«Qasprinskinin  ömürlüyü»  (1883-1914)  əsərini  yazdı  və 



«Tərcüman» qəzetinin say-seçmə sayları ilə bir yerdə nəşr etdirdi». 

(«Zamanlara qalib gəlmiş böyük türkçü» məqaləsindən. «Ədəbiyyat 

qəzeti», 11 may 2001). 

«İsmayıl bəy Qasprinski ömrünün sonunacan türk-tatarların 

gələcək  talelərini  düşünüb  onların  qayğısına  qaldı.  Qələmi  ilə 

üsyana  qalxıb  «dildə,  fikirdə,  işdə  birlik»  şüarı  altında  türk 

xalqlarını birliyə səsləyən İsmayıl bəy Qasprinski mübaliğəsiz deyə 

bilərik  ki,  hələ  sağlığında  nəhəng  Avrasiya  qitəsində  yaşayan  türk 

xalqları  arasında  tanınıb,  bu  xalqların  və  Şərq  müsəlmanlarının 

dərin hörmətini və məhəbbətini qazanıb. 

1893-cü ildə Buxara əmiri mir-Səid Əbdül Əhəd xan İsmayıl 

bəyi  digər  mükafatlarla  yanaşı  Üçüncü  dərəcəli  Dan  Ulduzu  Qızıl 




 Bütün türklərin tərcümanı



 

79



 ~ 

 

Ordeni  ilə,  1894-cü  ildə  Türkiyə  Sultanı  Abdulla  Xəlilxan 



Dördüncü  dərəcəli  Mecdie  Ordeni,  1904-cü  ildə  İran  şahı 

Müzəffərəddin Şah Üçüncü dərəcəli Günəş və Aslan Ordenilə təltif 

etmişlər. 

Mədəni  ictimai  və  siyasi  fəaliyyətinə  görə  1910-cu  ildə 

İsmayıl  bəy  Qasprinskinin  namizədliyi  «Revu  edu  monde  musul-

man» adlı fransız məcmuəsinin heyəti tərəfindən Nobel mükafatına 

təqdim  edilib».  («Türk  dünyasının  zəkası»  məqaləsindən.  «525-ci 

qəzet», 24 mart 2001). 

 

 

Fəlsəfə  doktoru  Mənzər  İbrahimova:  «Rusiyada  türk 



qadınları  hərəkatı  Azərbaycan  və  tatar  xalqlarının  tarixi  və  mədə-

niyyətində  təsadüfi  mövzu  deyil.  Şərq  qadınının  emansipasiyasının 

Rusiya  imperiyasında  yaşayan  türk  xalqlarının  milli-azadlıq 

hərəkatı  ilə  bir  çox  türk  xalqlarının  taleyində  mühüm  rol 

oynamışdır.  İllər  ötdükcə  bu  hərəkatın  tarixi  haqda  yeni-yeni 

bilgilərə  yiyələnirik:  tək  bədii  əsərlərlə  deyil,  həm  də,  məsələn, 

Türkiyədə  nəşr  edilmiş  «Şəfiqə  Qaspiralı  və  Rusiyanın  türk 

qadınları hərəkatı (1893-1920)» kimi memuarlarla tanış oluruq. 

Qeyd  etmək  lazımdır  ki,  kitab  həm  XX  əsrin  əvvəllərində 

baş  vermiş  hadisələrə,  onların  iştirakçılarına,  bu  dövrün  görkəmli 

türk xadimlərinə dair geniş məlumatlarla zəngindir. Bu işdə doktor 

Şəngül  Hablemitoğlunun  və  doktor  Nəcip  Hablemitoğlunun 

xidmətləri  əvəzsizdir.  Onlar  Şəfiqə  xanım  Qaspiralının  mənəvi 

zənginlik  dünyasının  oxuculara  çatdırılmasında  əllərindən  gələni 

əsirgəməyiblər. Kitabın ilk nüsxəsi ilə tanışlığımıza imkan yaratdığı 

üçün  həmvətənimiz  Ramiz  Abutalıbova  öz  minnətdarlığımızı 




 Abid  Tahirli



 

80



 ~ 

 

bildirmək  istərdik».  («Fədakar  türk  qadını  –  Şəfiqə  xanım 



Qaspiralı» məqaləsindən. «Respublika» qəzeti, 23 yanvar 2000). 

 

 



Fil.e.d.  prof.  Xeyrulla  Məmmədov:  «Tərcüman»  XIX  əsrin 

sonu, XX əsrin əvvəllərində rusiyalı müsəlmanlara, birinci növbədə 

türk-tatar  qövmünə  xidmət  göstərmək  məqsədilə  yaradılan  dövri 

mətbuat  orqanlarının  ən  məşhuru,  ən  şöhrətlisi  və  uzunömürlüsü 

olmuşdur. Əsrin əvvəlində Cəlil Məmmədquluzadənin Tiflisdə nəşr 

etdiyi  satirik-yumoristik  «Molla  Nəsrəddin»  jurnalı  istisna  edilmək 

şərtilə  Rusiya  imperiyasının  islam  etiqadlı,  türk  soylu  vətəndaşları 

arasında «Tərcüman» qədər geniş miqyasda yayılan kütləvi şəkildə 

oxunan,  şüurlara  qüvvətli  təsir  göstərən  və  ən  nəhayət,  zamanına 

görə  ətrafına  nisbətən  çoxlu  oxucu  və  abunəçi  toplayan  ikinci  bir 

dövri mətbuat orqanı təsəvvürə gətirmək çətindir». 

«Tərcüman»ın  nəşr  olunduğu  vaxt  kəsiyində  onun 

səhifələrində  Azərbaycan  qədər  tez-tez  zikr  olunan  ikinci  bir 

məntəqə  yoxdur.  Onun  Bakıdan,  Şəkidən,  Şamaxından,  Şuşadan, 

İrəvandan, Qoridən, Tiflisdən, Gəncədən, Ordubad və Naxçıvandan 

daimi müxbirləri vardı. 

H.Zərdabi, 

Ə.Topçubaşov, 

S.Vəlibəyov, 

F.Köçərli, 

N.Nərimanov,  S.M.Qənizadə,  M.T.Sidqi  və  başqaları  redaksiya  ilə 

sıx  əlaqə  saxlayır,  baş  redaktorla  müxtəlif  məsələlərə  dair  fikir 

mübadiləsi edirdilər. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlini  əhatə  edən  otuz  illik  bir 

mərhələdə  Qafqaz  müsəlmanlarının  həyatında  baş  verən  mühüm 

hadisələr 

«Tərcüman»ın  səhifələrində  əks  olundu.  Qəzet 

Azərbaycan mühitinin səlnaməsi oldu. («Tərcüman»da Azərbaycan 

ədəbiyyatı» məqaləsindən. «Ədəbiyyat qəzeti», 17 noyabr 2000). 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə