Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə26/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

 Bütün türklərin tərcümanı



 

81



 ~ 

 

«Naşir-mühərririn  Bakıda  S.M.Qənizadə  və  N.Nərimanov, 



İrəvanda  F.Köçərli,  Naxçıvanda  M.T.Sidqi,  Şuşada  H.Vəzirov  və 

H.X.Qaradağı,  Qoridə  A.O.Çernyayevski  və  S.Vəlibəyov,  Tiflisdə 

M.H.Qayıbov  və  Ə.Axundzadə,  Teymurxanşurada  M.Ə.Talıbov, 

Peterburqda  Ə.Haqverdiyev  və  b.  ilə  yaradıcılıq  əlaqələri  diqqəti 

cəlb  edir». («Tərcüman»:  Dildə, fikirdə, işdə  birlik» məqaləsindən. 

«Ədəbiyyat qəzeti», № 26, 6 iyul 2001).  

«Qasprinskinin ölüm xəbəri Rusiyanın müsəlmanlar yaşayan 

bütün  vilayətlərində  olduğu  kimi,  Azərbaycanda  da  dərin  kədər 

doğurdu.  Qəzetlərin  həmin  günlərdə  çıxan  saylarında  bu  böyük 

şəxsiyyət  haqqında  müxtəlif  səciyyəli  yazılara  və  matəm 

tədbirlərinin  təsvirinə  geniş  yer  ayrılmışdı.  O  zaman  Bakıda  nəşr 

olunan  «Bəsirət»  qəzeti  N.Nərimanovun  «Bağçasarayda  imtahan 

meydanı»  məqaləsini  dərc  etdi  (13  sentyabr  1914,  №  21).  «İqbal» 

qəzeti  isə  sentyabrın  14-də  çıxan  nömrəsini  demək  olar  ki, 

bütövlükdə  İsmayıl  bəyə  həsr  etmişdi.  Qəzetin  ikinci  səhifəsində 

başda  İsmayıl  bəyin  portreti,  sağ  və  sol  tərəflərində  Sənətulla 

İbrahimovun  «Yasi-əzim:  böyük  və  tarixi  milli  matəm»,  Xəlil 

İbrahimovun  «Uful»,  Hüseyn  Rzanın  «İsmayıl  bəy  vəfat  etdi» 

məqalələri,  Məhəmməd  Hadinin  «Böyük  İsmayıl  bəy»  şeiri 

verilmişdi.  Bir  gün  əvvəl  Təzəpir  məscidində  keçirilən  və  Zeynal 

bəy  Səlimxanov  tərəfindən  maliyyələşdirilən  matəm  yığıncağından 

reportaj dərc olunmuşdu. 

Matəm günlərində nəşrə başlayan «Dirilik» jurnalının birinci 

sayında İsmayıl bəy Qasprinskiyə xüsusi yer ayrılmışdı. Jurnalın üz 

qabığında  və  6-cı  səhifəsində  böyük  millət  xadiminin  portreti, 

«Ustadi-əzim 

İsmayıl 

bəy» 


adlandırılan 

«Türk 


Yurdu» 

məcmuəsindən  götürülmüş  tərcümeyi-halı  və  Əlabbas  Müznibin 




 Abid  Tahirli



 

82



 ~ 

 

«Sevgili  atamız  İsmayıl  bəy»  şeiri  verilmişdi».  («Türk  yurdunun 



yolbaşçısı» məqaləsindən. «Xalq qəzeti», 17 oktyabr 1996). 

«Volqaboyunda,  Krımda,  Orta  Asiyada  milli  ədəbiyyatın 

irəliləyişinə  xidmət  göstərən  yazıçılarla  yanaşı  Qafqazda  yazıb-

yaradan Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Əbdülssəlam 

Axundzadə  və  Axund Yusif Talıbzadə  haqqında  portret  oçerk dərc 

etmişdi.  Bu  Rusiyanın  islam  türk  xalqlarının  yeni  dövr  vahid 

ədəbiyyat tarixini yaratmaq sahəsində ilk əməli addım və örnək idi. 

Burada  təməli  M.F.Axundov  tərəfindən  qoyulan  realist  sənət  və 

onun  yaradıcıları  əhatə  olunmuşdu.  Haqqında  söz  gedən  ədəbiyyat 

bütövlükdə  Azərbaycan  modeli  əsasında  yaranmışdı».  («Qaspiralı 

və Azərbaycan» məqaləsindən. «Ulduz» jurnalı, 1992, № 9-10). 

«Tərcüman»  (1883-1918)  XIX  əsrin  sonu,  XX  əsrin 

əvvəlində  Rusiya  müsəlmanları  mühitində  nəşr  edilən  qəzet  və 

jurnalların  ən  uzunömürlüsü,  geniş  miqyasda  yayılanı  və  ən  çox 

oxunanı  olmuşdur.  O,  bir  il  iki  ay  «Ziyayi-Qafqasiyə»,  səkkiz  il 

yarım  «Kəşkül»,  bir  il  doqquz  ay  «Şərqi-Rus»,  1905-ci  il 

inqilabından  sonra  Qafqazda,  Krımda,  Volqaboyunda,  Türkistanda 

çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları («Həyat», «İrşad», 

«Tanq», «Molla Nəsrəddin», «Vətən xadimi», «Nur», «Azad xalq», 

«Yıldız»,  «Əl-əsəri-Əl-cədid»,  «Əl-islah»,  «Fikir»,  «İdil»,  «Dan 

yıldızı», «Vaxt» və s.) ilə paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin 

oktyabrında  «Kəşkül»ün  bağlanmasından  1903-cü  ilin  martında 

«Şərqi-Rus»un nəşrə başlamasına qədər təxminən 12 il «Tərcüman» 

Rusiya  imperiyasının  müsəlman  əhalisinə  məxsus  yeganə  qəzet 

olmuşdur. 

Qazan,  Orenburq,  Qarasubazar,  Bağçasaray,  Uralsk,  Sibir 

tatarları  kimi  Cənubi  Qafqaz  türklərinin  həyatı,  əliqələmli 



 Bütün türklərin tərcümanı



 

83



 ~ 

 

Azərbaycan 



ziyalılarının  fəaliyyəti  həmişə  böyük  Krım 

«murza»sının diqqət mərkəzində idi. 

«Tərcüman»ın redaktoru kimi fəaliyyət göstərdiyi otuz bir il 

ərzində Azərbaycan həyatında elə bir əlamətdar hadisə olmamışdır 

ki,  İsmayıl  bəy  ona  münasibət  bildirməsin  və  elə  az-çox  tanınan 

ziyalı  yox  idi  ki,  qəzetdə  adını  zikr  etməsin.  İllər  bir-birini  əvəz 

edir,  ictimai  fikrin  inkişafında  təzə  meyllər  əmələ  gəldikcə,  ədəbi 

hərəkata  yeni  qüvvələr  cəlb  olunduqca  İsmayıl  bəyi  əhatə  edən 

adamların  tərkibi  dəyişir,  qələm  savaşında  «nozuhur»  adlar 

səslənirdi.  Ötən  əsrin  80-90-cı  illərində  böyük  millət  xadimi 

«qərbliləşmək», müasir Avropa elmlərini müsəlman-türk xalqlarına 

öz  ana  dillərində  öyrətmək  ideyasını  meydana  qoyub,  bunu  xalq 

həyatına  tətbiq  etmək  uğrunda  mübarizə  apararkən,  o,  «üsuli-

cədid»i  özünə  məslək  seçib  xalqın  maariflənməsi  yolunda  böyük 

səylə  çalışan  Səid  və  Cəlal  Ünsizadə  qardaşları,  Əbdüssəlam 

Axundzadə,  Molla  Hüseyn  Qayıbov,  Səfərəli  bəy  Vəlibəyov, 

Firudin bəy Köçərli,  Sultan Məcid  Qənizadə, Nəriman Nərimanov, 

Məhəmməd  Tağı  Sidqi  Səfərov  və  başqaları  ilə  sıx  əlaqə 

saxlamışdı.  Ədib  bunların  ictimai  fikrin  oyanışı,  siyasi  şüurun 

yüksəlişi  və  milli  mədəniyyətin  dirçəlişi  sahəsində  xidmətlərini 

qəzetdə  vaxtaşırı  işıqlandırıb  təbliğ  etməklə  müasir  tərəqqi 

ideyalarının 

inkişafına 

misilsiz 

xidmət 

göstərmişdir». 



(«İ.Qasprinskinin Ə.Hüseynzadəyə  «Açıq məktubu» məqaləsindən. 

«Ədəbiyyat qəzeti», 17 iyul 1992). 

«İsmayıl  bəy  Qasprinski  1906-cı  ilin  7  aprelində  Tiflisdə 

nəşrə  başlayan  «Molla  Nəsrəddin»  jurnalını  Azərbaycan  mətbuatı 

tarixində  orijinal  hadisə,  Rusiyanın,  Türk-müsəlman  xalqlarının 

ədəbiyyatında  satira  və  yumorun  dirçəlişinə  və  inkişafına  təkan 

verən  və  kömək  edən  yeni  istiqamət  kimi  bəyənib  təqdir  etdi. 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə