Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə27/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

 Abid  Tahirli



 

84



 ~ 

 

«Tərcüman»da verilmiş müxtəlif səpkili materiallardan görünür ki, 



jurnal 

fəaliyyətə 

başladığı  gündən  İ.Qasprinskinin  diqqət 

mərkəzində  olmuş,  onu  rəngarəng  publisistik  vasitə  və  üsullardan 

istifadə  etməklə  mərkəzi  Rusiyada,  xüsusilə  Krım,  Volqaboyu  və 

Sibir tatarları arasında təbliğ etmişdir.  

İ.Qasprinskinin  mülahizələri  «Molla  Nəsrəddin»  və 

mollanəsrəddinçilərin  tarixi  xidmətlərini  təsdiq  edən  vəsiqə  idi. 

Çünki  bunlar  ardıcıl  surətdə  «müsəlman  qardaşlar,  gedin  dərsə, 

gedin  sənətə,  məşğul  olun  ticarətlə,  çalışın,  vuruşun  və  özünüzü 

mədəni  millətlərin  cərgəsinə  daxil  edin»  -  deyən  («Molla 

Nəsrəddin»  jurnalı,  1908,  №  4),  böyüklüyü  və  əzəməti  bütün 

müsəlman, türk dünyası tərəfindən etiraf olunan maarif, mətbuat və 

ədəbiyyat  mürşidinin  dilindən  deyilmişdir».  («İ.Qasprinski  «Molla 

Nəsrəddin»  haqqında»  məqaləsindən.  «Azərbaycan  müəllimi»,  20 

may 1992). 



 

 

Fil.e.d.  prof.  Əziz  Mirəhmədov:  «Bir  çox  xalqlar  kimi, 

azərbaycanlılar  da  Qasprinskinin  qədir-qiymətini  hələ  yüz  il  əvvəl 

dərk etməyə başlamışlar. Mətbuatda onun «böyük ustad», «millətin 

fəxri» kimi ifadələrlə yad olunması bizə çox şey deyir. Heyif ki, bu 

hal otuzuncu illərdə kökündən dəyişmişdir. Bütün ölkəmizi bürüyən 

ədalətsizlik  Krım  dahisini  də  «binəsib»  qoymamışdır.  Onun  adı 

qadağalar  siyahısına  düşmüş,  nəinki  yaşadığı  ev,  dərs  dediyi 

məktəbin və nəşr etdiyi «Tərcüman» qəzetinin binası, hətta qəbri də 

dağıdılıb yerlə yeksan edilmişdir». 

Onun 1883-cü ildən başlayaraq nə az, nə çox 31 il Şərqi və 

Rusiyanın  məşhur  mətbuat  orqanlarından  sayılan  «Tərcüman» 

qəzetini  nəşr  etmək  üçün  göstərdiyi  müdriklik  və  qəhrəmanlığın 




 Bütün türklərin tərcümanı



 

85



 ~ 

 

qədrini  Azərbaycanda  hələ  XIX  əsrdə  başa  düşmüş  və  qiymətlən-



dirmişlər. 

Bizim belə mütəfəkkirlərimizdən birincisi bütün imperiyada 

ilk  müsəlman  qəzeti  «Əkinçi»nin  banisi  və  redaktoru  Həsənbəy 

Zərdabi  olmuşdur.  Tatar  alimi  Yusif  Akçura  düz  deyir  ki,  Zərdabi 

və  Qasprinski  hər  ikisi  Rusiya  müsəlmanlarının  milli  və  mədəni 

intibahı yolunda ən fəal, ən fədakar mücahidləri idi. 

Eyni  sırada  Əlibəy  Hüseynzadə  və  Sorbonna  məzunu, 

şərqşünas alim, publisist Əhmədbəy Ağayev (Ağaoğlu da), «Molla 

Nəsrəddin»  jurnalının  redaktoru,  dahi  yazıçı  Cəlil  Məmməd-

quluzadə  də  vardı.  Onlar  «Tərcüman»ın  25  illiyi  münasibəti  ilə 

İsmayıl  bəyə  təbriklərində  yazırdılar  ki,  biz  sizi  «qəhrəman  müba-

riz» sayır, qarşınızda baş əyir və sizdən nümunə götürürük. 

Bunlar  adi  yubiley  əhval-ruhiyyəsindən  doğan  təriflər 

deyildi.  Xeyr.  Bizim  mətbuatımız  və  arxivlərimiz  İsmayıl  bəylə 

əlaqələr  haqqında  bir-birindən  dəyərli  məqalələr  və  sənədlərlə 

zəngindir. 

İsmayıl  bəy  hər  şeydən  əvvəl,  o  zaman  Azərbaycanda 

yetişən gənc ziyalılara göstərdiyi müəllimlik qayğısı ilə ürəkləri fəth 

etmişdi.  O,  sonralar  böyük  dövlət  xadimi,  yazıçı  və  jurnalist  olan 

Nəriman  Nərimanovun,  maarifpərvər  yazıçı  Sultan  Məcid  Qəniza-

dənin,  habelə  Əhməd  Ağaoğlunun,  Cəlil  Məmmədquluzadənin 

fəaliyyətini  diqqətlə  izləyir,  onların  nailiyyətlərini  vaxtında  görüb 

qiymətləndirirdi.  İsmayıl  bəy  1887-ci  ildə  S.M.Qənizadəni  öz 

maarifpərvərlik  işinə  cəlb  etmişdi.  («Bağçasaray  fədaisi»  məqalə-

sindən. «Kommunist» qəzeti, 14 may 1991-ci il, № 90). 

 

 



 Abid  Tahirli



 

86



 ~ 

 

Fil.e.d. prof. Nazif Ələkbərli (Qəhrəmanlı):  «Hələ 1906-cı 

ildə  Firudin  bəy  Köçərli  özünün  «Azərbaycan  dövri  mətbuatının 

qısa icmalı» məqaləsində yazırdı: «Hazırda «Tərcüman» həftədə üç 

dəfə  çıxır.  Onun  məzmunu  xeyli  yaxşılaşmış  və  dili  Azərbaycan 

dilinə  uyğunlaşdırılmışdır.  Belə  ki,  indi  qəzet  az-çox  savadı  olan 

azərbaycanlılar  tərəfindən  asanlıqla  oxunur.  Ədalət  tələb  edir  ki, 

«Tərcüman»ın redaktoru cənab Qasprinskinin xidməti xüsusilə qeyd 

edilsin.  Həyatının  ağır  şəraitdə  keçməsinə  baxmayaraq,  o,  25  il 

ərzində rus müsəlmanlarının maariflənməsi  sahəsində qızğın  enerji 

ilə işləmiş və indi də işləməkdədir». («Azərbaycanın böyük dostu» 

məqaləsindən). 

 

 

Sevgi Kafalı: «Türk fikir həyatının zirvələrindən biri İsmayıl 

bəy Qaspiralıdır. Başqa bir sözlə Türk fikir həyatının miladlarından 

biridir.  Tarixi  xronologiyada  bir  milad  vardır.  Bir  millətin  fikir 

həyatında  isə  bir  dənə  «milad»  ola  bilməz.  Tarixi  hadisələri  necə 

«miladdan  öncə  –  miladdan  sonra»  deyə  ayırmaq  olursa,  İsmayıl 

bəy Qaspiralını da Türk fikir həyatında bir milad qəbul etmək lazım 

gəlir.  Bu  təsbitə  görə  belə  söyləmək  də  mümkündür.  İsmayıl  bəy 

Qaspiralıdan  öncə,  İsmayıl  bəy  Qaspiralıdan  sonra…».  («İsmayıl 

bəy Qaspiralının fikir dünyası və Qərb Türklüyü» məqaləsindən). 

 

 



Prof.dr. Vilayət Muxtaroğlu: «Tarixi torpaqları çar Rusiyası 

və  SSRİ  tərəfindən  işğal  edilən  Türk  xalqlarının  bir  çox  tanınmış 

ədəbi,  ictimai  və  siyasi  xadimləri  kimi,  tatar  Türklərinin  böyük 

övladı,  Türk  birliyi  idealının  qurucularından  və  fikir  atalarından 

olan  Qaspiralı  İsmayıl  bəyin  (1851-1914)  adı  da  uzun  illər  öz 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə