Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə29/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

 Abid  Tahirli



 

90



 ~ 

 

institutunu  açmağa  qərar  verdi.  Əcəba,  bu  millət  qərarı  necə 



qarşılayacaq?  Əcəba  millət  özünün  30  illik  müəllimini  bu  gün  də, 

sabah  da  müəllim  olmaq  sifəti  ilə  görmək  istəyirmi?  Millət  və 

İsmayıl  bəy  adı  ata  və  övlad  kəlmələri  kimi  yaxın  və 

mütərəqqifdir».  («Milli  xəzinəmiz»  məqaləsindən.  «Tərcüman», 

1915, № 202). 

 

 



Fevzi  bəy  Altuk:  «Krım  gəncliyinin  əksəriyyəti  və  xüsusilə 

xaricdə  təhsil  alanlar  Krımda  dil  birliyi  məfkurəsi  ilə  Turanda 

yaşayan  qövmlərin  həyat  və  istiqbalına  xidmət  edən  və  bu  əməlin 

hasil  olması  üçün  dəfələrlə  İstanbul,  Misir  və  Hindistanda  olmuş 

İsmayıl  bəy  Qasprinskinin  ətrafında  toplaşır  və  onunla  həmfikir 

olaraq çalışırdılar». 

«Artıq  Dünya  müharibəsinin  olacağı  əsnada  Hindistan 

səyahətindən  qayıdan  mərhum  ustadın  İstanbulda  əlini  öpərək  son 

dəfə  vidalaşdığımız  zaman:  Övladım  Şərqin  həyat  günəşi  bu 

yaxınlarda  doğacaq,  onun  dadlı  hərarəti  və  parlaq  ziyası  ilə 

millətimiz  inkişaf  edəcəkdir.  Bunu  görə  bilmək  bəxtiyarlıqdır. 

Lakin bu ziya gözlərinizi qamaşdırmasın. İstiqbalın və həyatın yolu 

çox  tikanlıdır.  Bu  tikanlar  ayağınıza  batmasın  deyə  ələ  düşən 

fürsətlərdən  daima  istifadə  etməlisiniz  demişdir».  («Krım  gəncliyi 

və Rus inqilabı» məqaləsindən. «Krım» qəzeti, İstanbul, 1918). 

 

 



A.K.Hatif:  «Rusiya  müsəlmanları  üçün  bir  böyük  mürşid 

vəzifəsini  görmüş  olan  mərhum  İsmayıl  bəy  Qasprinski  Krımda 

«Tərcüman»  qəzetini  nəşrə    başlamışdı.  Bu  qəzetin  vəsaiti  çox  az 

idi.  Ancaq  mərhum  İsmayıl  bəy  hər  cür  əngəllərə  sinə  gərdi, 




 Bütün türklərin tərcümanı



 

91



 ~ 

 

qəzetini  davam  etdirməyə  müvəffəq  oldu.  Mərhumun  milli 



fəaliyyətini  bütövlükdə  ifadə  və  təsvir  etmək  mümkün  deyildir. 

Ancaq,  o  zamanlar  yuxarıda  göstərilənlər  tərəfindən  çalışmamış 

olsaydı,  bu  gün  Rusiya  türklərində  görünən  milli  intibahın  hasil 

olmamış, yaxud geri qalmış olacağını söyləmək türk dünyasına həsr 

etdiyi  xidmətin  böyüklüyünü  təqdir  üçün  kafidir.  Mərhum 

fəaliyyətində hər vaxt iki nöqtəni önə çəkirdi: 

Birincisi:  Şimalda  və  Cənubda  yaşayan  bütün  Rusiya 

müsəlmanlarının eyni millət olduğu və Osmanlı Türkləri ilə din və 

qan qardaşı olduqlarını isbat etmək. 

İkincisi:  Hər  tərəfdə  mədrəsələri  islah  etmək  və  yeni 

məktəblər açmaqla maarifin tərəqqisinə nail olmaq». («Göy Bayraq 

altında milli fəaliyyət» məqaləsindən. İstanbul, 1918). 

 

 

Doktor  Rza  bəy  Nur:  «Son  dövrdə  Krımda  İsmayıl  bəy 



Qasprinski  yetişib  nəşr  etdirdiyi  «Tonquç»  və  «Tərcüman» 

qəzetləri,  kitablar  və  açdığı  məktəblərlə  Krım  tatarlarını 

oyandırmışdır. Bu şəxs otuz illik cəsarət, fədakarlıq və uca bir milli 

hisslə  Krım  tatarlarının  gözlərini  açmışdı.  Onun  yapdığı  oyanma 

nuru  hətta  rus  hökmü  altındakı  bütün  türklərə  də  çatmışdır.  Bu  ali 

şəxs  türk  tarixinin  oyanma  dövrünə  xidmət  edən  böyüklərdəndir. 

Krım tarixinin bu dövründə mütləq bu ulu adama bir yer vermək və 

ondan  hörmətlə  bəhs  etmək  lazımdır».  («Türk  tarixi»,  İstanbul 

1925, c.V, səh.63). 

 

 



Həsən  Səbri  bəy  Ayvazov:  «Onun  fikirlərini,  əməllərini 

baltalamaq,  öldürmək  artıq  mümkün  deyildir…  Çünki,  onlar 




 Abid  Tahirli



 

92



 ~ 

 

millətin  qanına,  ruhuna,  həyatına,  qəlbinə  girmişdir.  Türk-tatar 



milləti bu gün bunlarla nəfəs alır, bunlarla qidalanır, bunlarla ruh və 

həyat  bulur…».  («Yaşayan  ölülərdən  İsmayıl  bəy  Qasprinski» 

məqaləsindən. «Tərcüman», 1916, № 196). 

 

 



Sədri  Maksudi  bəy:  «İsmayıl  bəyin  vəfatı  ilə  hiss  etdiyim 

ağır  kədərimi,  dərin  iztirabımı,  bərk  fəryadımı  dışarı  çıxarmaq 

istəyirəm,  ancaq  qəlbimdən  mənəvi  yaşlar  axdığı  bir  zamanda  bu 

mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş 

bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu 

kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. 

Qasprinski  hamımızın  fikrində,  qəlblərimizdə  ən  böyük  bir 

yeri  tutan  bir  şəxsdir.  Hamımızın  milli  idealında  ən  nurani  bir 

nöqtədir.  Hər  birimizin  təvəssümü  fikri  tarixində  ən  məlum  bir 

alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, 

adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə 

onun  işləridir».  («Əməllər  ustadı»  məqaləsindən.  «Tərcüman», 

1914, № 202; «Yıldız» qəzeti). 

 

 



S.İbrahimov: «Hər millətin öz dili, öz duyğusu, öz diləyi, öz 

diriliyi olmadan yaşamayacağını hər kəsdən əvvəl İsmayıl bəy dərk 

etmişdir.  Mərhum  hər  milləti  milli  dinə,  milli  ədəbiyyata  və 

maarifə,  milli  həyata  malik  olmalarını  bütün  ömrü  boyu  təlqin 

etmişdir.  Özü  irqən  türk  olduğundan  təbii  olaraq  türk 

millətpərvərliyini meydana sürmüş və türklərə «bir dil, bir fikir, bir 

iş»  gərəkliyini  bir  qayə  olaraq  qəbul  etmişdir.  Bu  gündən  sonra 

«mərhum» - deyə yad edəcəyimiz İsmayıl bəy isə bütün Rusiya və 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə