Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə37/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

 Bütün türklərin tərcümanı



 

115



 ~ 

 

düşdüyünə, zəiflədiyinə işarə vuraraq yazır: «İndiki dəmir dövründə 



ağac komalarda ömür sürən, ağac araba ilə yol gedən, ayağı çılpaq, 

yaxud  çarıqla  gəzən  yalnız  ruslar  ilə  müsəlmanlardır».  Rusiyanın 

xarici və daxili siyasətinin belə acınacaqlı mənzərə yaratdığını qeyd 

edən  müəllif  göstərir  ki,  sadə  rus  xalqı  ilə  müsəlmanlar  arasında 

düşmənçilik,  dözümsüzlük,  soyuqluq,  nigarançılıq  yoxdur,  lakin 

«rəsmi  Rusiya»ya  gəlincə,  bu  belə  deyildir.  Rəsmi  Rusiya 

müsəlmanları heç vaxt müdafiə etməmiş, daim günahkar olsa belə, 

xristianlığın  mənafeyini  qorumuşdur.  İ.Qaspiralı  qərəzli  rus 

mətbuatını, rus rəsmilərini qınayır və dövlətin müsəlman siyasətinin 

dəyişdirilməsinin tarixi zərurət olduğunu vurğulayır. 

 

 

Rusiyada mətbuat və islam nəĢrləri 

 

Yaşadığı  dövrdə  mətbuatın  tərəqqiyə  təkanverici  qüvvə 

olduğunu  anlayan  İ.Qaspiralı  Rusiya  müsəlmanlarının  nəşrinə  nail 

olmaq  üçün  fədakarlıqla  çalışmışdır.  Onun  «Rusiyada  mətbuat  və 

islam nəşrləri» adlı  yazısını da («Tərcüman», 1884-cü il, 8  yanvar, 

№  1)  bu  qayğının  bariz  nümunəsi  hesab  etmək  olar.  Bu  analitik 

məqalə, həm də mətbuat tarixini araşdırmaq baxımından dəyərli və 

diqqətçəkəndir.  Müəllif  XIX  əsrin  II  yarısında  Rusiyadakı 

müsəlman  nəşrləri  haqqında  müəyyən  təəssürat  yaratmaq  üçün 

konkret  faktlara  müraciət  edir:  «Rusiyada  türk  dilində  dörd  qəzet 

nəşr  olunmaqdadır.  Tiflisdə  «Ziya»,  «Kəşkül»  Azərbaycan 

şivəsində  və  Daşkənddə  «Türkistan  qəzeti»  (1870-ci  ildən  rus 

dilində  çıxan  «Türkestanskie  vedomosti»  rəsmi  qəzetinin  özbəkcə 

variantı)  sart  şivəsində  nəşr  olunur.  «Tərcüman»  isə  Baxçasarayda 

rusca  və  Krım  türkcəsində  çıxmaqdadır.  Bu  qəzetlərin  dördü  də 



 Abid  Tahirli



 

116



 ~ 

 

kiçik  formatlıdır».  Sonra  müəllif  qəzetin  naşirləri,  redaktorları 



barədə  məlumat  verir,  qeyd  edir  ki,  «Ziya»  qəzeti  Səid  Ünsizadə, 

«Kəşkül»  Cəlal  Ünsizadə,  «Türkistan  qəzeti»  Nikolay  Petroviç 

Ostroumov  tərəfindən  buraxılır.  Ərəb  hərfləri  ilə  basmaxanaların 

(nəşriyyatların)  sayı  8-dir:  Peterburqda  Akademiya  basmaxanası, 

Kazanda  Universitet  basmaxanası  və  daha  iki  qeyri-rəsmi 

basmaxana,  Daşkənddə  Vilayət  basmaxanası,  Tiflisdə  Ünsizadə 

basmaxanası və digəri də Baxçasarayda «Tərcüman»ın basmaxanası 

fəaliyyət göstərir. «İslamların baş kitab bazarı»nın Kazan olduğunu 

vurğulayan İ.Qaspiralı burada nəşr edilən kitabların bütün Rusiyaya 

yayıldığını göstərir, eyni zamanda xarici ölkələrdə ərəb əlifbası ilə 

buraxılan kitabların  Rusiyaya demək olar ki,  gəlmədiyini təəssüflə 

yazır.  Maraqlı  və  diqqətçəkəndir  ki,  müəllif  1883-cü  ildə  Kazan, 

Peterburq, Tiflis, Baxçasarayda nəşr olunan bütün kitabların cəmisi 

haqqında,  onların  adı  və  tirajı  barədə,  nəşr  olunduğu  şəhər  barədə  

məlumat  verir.  Nəşrlərdən  2-si  Peterburqda,  5-i  Tiflisdə,  1-i 

Baxçasarayda,  qalanları  Kazanda  buraxılmışdır.  Az  qismi  əlifba, 

lüğət,  hekayədən,  əksəri  isə  dini  kitabdan  ibarət  olan  həmin 

nəşrlərin  ən  azı  100  nüsxə,  ən  çoxu  60.000  nüsxə  cəmi  703.000 

tirajla  çap  edilmişdir.  İ.Qaspiralı  sonuncu  rəqəmin  ilk  baxışda  çox 

göründüyünü,  lakin  digər  xalqların  nəşrləri  ilə  müqayisəolunmaz 

dərəcədə  az  olduğunu  yazır,  qeyd  edir  ki,  kitab  nəşri  yəhudi  və 

ermənilərdə  bizdən  3  qat  çoxdur,  ermənilər  isə  bizdən  5  dəfə  çox 

qəzet buraxır. 

Elmə,  sənətə  dair  kitabların  olmadığını  ciddi  qüsur  hesab 

edən  Qaspiralı  «çox  oxumaq,  çox  yazmaq  və  nəşr  etmək 

məcburiyyətindəyik»  -  deyə  həyəcan  təbili  çalır,  sonda  da 

xəbərdarlıq  edir:  tərəqqi  dövründən  geri  qalmamaq  istəyiriksə, 

dərdimizə çarə tapmalıyıq, artıq vaxtdır, sonra gec olacaq! 




 Bütün türklərin tərcümanı



 

117



 ~ 

 

 



Köhnəçilik – yeniçilik 

 

«Sosial həyatımızı bu gün ən çox zəhərləyən və millətimizin 

əksər işlərinə, xoş gələcəyinə sədd çəkən, ayaq çalan «köhnəçiliklə 

yeniçilik  tərəfdarlarının  arasındakı  mübarizənin  ifrat  dərəcədə 

olmasıdır» - bu cümlə ilə başlayan məqalədə («Tərcüman», № 19, 5 

may 1909) İ.Qaspiralı bu axınların müsəlman həyatında təzahürünü 

təbii  hesab  etsə  də,  onların  çəkişməsinin  həddən  artıq  kəskin 

olduğunu təqdir etmir. İki min il əvvəl 40 allaha iman edən qədim 

yunanlar  buna  şübhə  edən  və  yaradanın  bir  olduğunu  iddia  edən 

Sokratı  qətlə  yetirdi.  Odur  ki,  köhnəlik  çox  əski  zamanlardan  da 

«rahatlığı  pozdu»,  «adətləri  pozdu»,  «məzhəbi  pozdu»,  «dini 

pozdu» kimi adlar altında yeniliyə qarşı mübarizə aparmışdır. Buna 

aid  qədim  və  orta  dövr  Avropa  tarixindən  maraqlı  misallar  çəkən 

İ.Qaspiralı  bu  mübarizənin  bütün  dövrlərdə  keçmişdə,  indi  də 

olduğunu, gələcəkdə də olacağını qeyd edir, lakin bizim cəditçilərlə 

qədimçilər  arasında  mübarizənin  çox  şiddətli  şəkil  aldığını 

vurğulayır.  Rezin  qaloşu,  dəmir  yol  vaqonunu,  açıq  faytonu, 

botinkanı şeytan əməli, şarlatanlıq kimi anlayıb rədd edənlərə üzünü 

tutan  müəllif  «belə  mərəzə,  belə  vərəmə  dözmək  olarmı?  –  deyə 

fəryad qoparır. Belə bir zamanda «Tərcüman»ın çıxması və onun da 

məktəblərdə  islahat  aparmaq,  yeni  təhsil  sisteminə  –  üsuli  cədidə 

keçmək  ideyasını  irəli  sürməsi  «ictimai  fikri  dəniz  kimi 

dalğalandırdı,  qabartdı,  lərzəyə  gətirdi.  «Tərcüman»  kimdir  ki, 

məktəb bəyənmir?» Bütün müqavimətlərə, çətinliklərə baxmayaraq, 

«Tərcüman»  millətin  düşüncəsini  hərəkətə  gətirib  yeni  üsulu,  ta 

Kaşqara  qədər,  Rusiyanın  və  Asiyanın  hər  tərəfində  müəllimləri, 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə