Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə40/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

 Abid  Tahirli



 

124



 ~ 

 

 



Zamanımızın məsələləri 

 

Yalnız  Rusiya  yox,  bütün  dünya  müsəlmanlarının  ümumi 

problemlərini  araşdırmaq,  üzə  çıxarmaq,  onların  həlli  yollarını 

müəyyənləşdirmək 

İ.Qaspiralını 

hələ 


gənc 

yaşlarından 

düşündürmüş  və  bu  istiqamətdə  müəyyən  addımlar  atmışdır 

«Tərcüman»ın  1906-cı  il  may  nömrələrində  (№  50,  51,  52) 

«Zamanımızın  məsələləri»  adlı  məqaləsində  o,  bu  işi  «canımıza 

minnət,  bütün  ömrümüzə  bədəl  və  bərəkət»  kimi  qəbul  etdiyini 

yazır  və  Makaryada  keçirilmiş  (Nijni-Novqorod)  ümumrusiya 

müsəlmanlarının ilk məclisinin tarixi əhəmiyyətindən bəhs edir. O, 

bu  tədbiri  Rusiya  müsəlmanlarının  yeni  tarixinin  baş  səhifəsi 

adlandırır  və  qeyd  edir  ki,  bu  qurultay  elektrikgücü  kimi  millətin 

bütün  vücudunu  başdan-ayağa  gətirib  hərəkətləndirib  onun 

düşüncələrində  bir  neçə  ay  ərzində  beş-on  illik  dövrə  bərabər 

tərəqqi  əmələ  gətirdi.  Bu  tədbirin  keçirilməsinə  hazırlıq  xəbəri  və 

onun  təbliği  «Tərcüman»  vasitəsi  ilə  həyata    keçirilmişdi.  Bu  işi 

İ.Qaspiralı millətə «fəxri xidmət adlandırır» və ona bu işdə yardımçı 

olan  Əli  Mərdan  bəy  Topçubaşovun  (1865-1893)  və  Əbussuud 

Mirzə Əhmədovun adını qədirbilənliklə çəkir. 

Tədbirin keçirilməsi üçün rəsmi icazə ala bilməyən qurultay 

iştirakçıları böyük paroxod icarəyə götürür və «Ufa suyu üzərində» 

300 nəfərin iştirakı ilə Rusiya müsəlmanlarının birinci qurultayı öz 

işinə  başlayır.  İ.Qaspiralının  fikrincə,  bu  qurultay  müsəlmanları 

ayıltdı, millətin birləşməsinə və birgə iş  görülməsinə səfərbər etdi, 

millətin  maddi  və  mənəvi  tərəqqisi  yollarını  müəyyənləşdirdi  və 

onlar öz fəaliyyətlərində rusların tərəqqipərvər xadimləri, partiyaları 

ilə əməkdaşlığın faydalı olacağı qənaətinə gəldilər. 



 Bütün türklərin tərcümanı



 

125



 ~ 

 

Rusiya  müsəlmanlarının  II  qurultayı  irəliyə  doğru  daha  bir 



addım  atdı:  milli  partiya  qurulması  məsələsi  gündəliyə  gətirildi. 

«Bu millətə ən əvvəl lazım olan üç şeydir: milli düşüncə, milli dil, 

milli  təhsil.  Bunlar  bizdə  yoxdur,  lakin  gərək  olduğu  hər  kəsə 

aydındır.  Bu  hissin,  bu  duyğunun  səmərəsidir  ki,  millət  məclislərə 

can  atır,  toplanır»  -  yazan  İ.Qaspiralı  növbəti  III  qurultayın 

gündəliyini də bəyan edir. Dumadakı vəkillərə birliyimizlə mənəvi 

güc  vermək,  milli  partiyamızın  proqramını,  nizamnaməsini  və 

idarəsini vücuda gətirməkdən növbəti seçkilərdə daha fəal olmaq, az 

müsəlman  olan  vilayətlərdən  də  deputat  seçilməsinə,  elmin  və 

dünyəvi  təhsilin  geniş  yayılmasına  çalışmaqdan  və  islam  əhlinin 

düçar  olduğu  geriliyin  çarəsini  və  dərmanını  tapmaqdan,  köhnə 

adət-ənənələri  islah  etmək  və  indiki  tələblərə  uyğunlaşdırmaqdan 

ibarətdir. 

 

Müsəlmanların üçüncü qurultayı 



 

Birinci  Rus  inqilabından  sonra  çar  hökumətinin  müəyyən 

islahatlarından  və  imtiyazlarından  millətin  nəfinə  bacardıqca  daha 

çox  yararlanmaq  üçün  İ.Qaspiralının    xüsusi  fədakarlıq  etdiyi, 

əvvəllər üstüörtülü və ehtiyatla irəli sürdüyü fikirləri açıq və geniş 

bəyan  etməsi  Rusiya  müsəlmanlarının  qurultayları  ilə  bağlı 

yazılarında daha qabarıq görünür. Bu baxımdan 1906-cı il avqustun 

28-dən  31-dək  Nijni-Novqorodda  keçirilmiş  III  qurultaya  həsr 

olunmuş  irihəcmli  məqalə  də  («Tərcüman»,  28  avqust,  №  96,  30 

avqust,  №  97,  1  sentyabr,  №  98)  xarakterikdir,  diqqəti  çəkir. 

Müəllif  göstərir  ki,  əslində  müsəlmanların  qurultayını  keçirmək 

ideyası 15 il əvvəl ortaya çıxmışdı, lakin bir sıra bəzilərinin hədsiz 

ehtiyatlığı,  qorxaqlığı,  eyni  zamanda  hökumətin  mövcud  qanunları 



 Abid  Tahirli



 

126



 ~ 

 

həmin  dövrdə  bu  fikrin  reallaşdırılmasına  mane  olmuşdur. 



İ.Qaspiralı  sonra  I  və  II  qurultayın  keçirilməsi,  iştirakçıları  və 

gündəliyi, eləcə də əks-sədası və ictimai fikrə təsiri barədə söz açır, 

III qurultayın qəbul etdiyi qərarların xüsusi ilə əhəmiyyətli olanları 

sadalayır  ki,  bunların  da  içərisində  təhsil  islahatları  aparmaq 

(tədrisin ilk pilləsindən sonra ortaq türk dilində aparılması, müvafiq 

dərs  vəsaitlərinin  türk  dilində  nəşri  və  s.),  müsəlmanların  siyasi 

partiyasını  təsis  etmək,  Peterburqda  rusca  müsəlman  qəzeti 

buraxmaq,  islam  əhli  arasına  hökumət  tərəfindən  missionerlərin 

göndərilməsinə  son  qoymaq  və  s.  kimi  çox  ciddi  problemlərin 

həllini nəzərdə tutan qərarlar da vardı. 

İ.Qaspiralı  adı  çəkilən  məqalənin  sonrakı  hissəsində 

qurultaya hazırlıq və onun gedişi dövründə «Tan», «Vaxt», eləcə də 

«Novoye vremya»,  «Vulqar» qəzetlərinin tədbirlə bağlı dərc etdiyi 

məqalələri təhlil edir, dəyərləndirir, münasibətini bildirir. O, xüsusi 

ilə  «pisi  yaxşı,  yaxşını  pis»  kimi  təqdim  edən  «Novoye  vremya» 

qəzetinin  mövqeyini  kəskin  tənqid  atəşinə  tutur  və  «biz 

müsəlmanlar ministrə deyil, hətta kiçik bir rəsisə də ədəblə müraciət 

edərik,  lakin  ayaqlarına  yıxılmarıq.  Qarşısında  diz  çökdüyümüz 

Allahın ayaqları yoxdur» - yazaraq qurultayın keçirilməsinə hazırlıq 

dövründəki  problemlər  və  məclis  zamanı  baş  verən  intriqalar, 

onların  həlli  üçün  göstərilən  səylər,  fədakarlıqlar  barədə  oxucuda 

geniş  təsəvvür  yaradır  və  sonra  gur  səslə  bildirir:  «Tərcüman»  24 

ildən  bəri  meydandadır,  nədir,  necədir  –  bu  hər  kəsə  məlumdur. 

İlminskilərin 

nəzarətindən, 

missionerlərin 

iftirasından, 

Pobedonostsev (çarın yaxın adamı – T.A.) cənablarının iqtidarından 

və  əzəmətindən  qorxmayıb,  addım-addım,  iynə  ilə  daş  deşər  kimi 

xidmət  göstərmişdir,  qorxduğu  isə  iki  şey  vardı:  biri  başı  şapkalı 

molladır, digəri çalmalı mirzədir! 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə