Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə36/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

 Abid  Tahirli



 

112



 ~ 

 

bağlı  müddəalarının  qəbuledilməzliyini  vurğulayır.  İ.Qaspiralı 



əsərin sonunda  yeni icadların, kəşflərin, elmin faydasını, xidmətini 

inkar  etmədiyini,  eyni  zamanda  islamın  da  ciddi  islahatlara  və  bu 

yolla irəliləməyə ehtiyacı olduğunu yazır. 

 

 

Sosializm və ya Ģəriklik məzhəbi 

 

Bütün yaradıcılığı boyu İ.Qaspiralının əsərlərində insanlığın 

sahib  olduğu  mənəvi-ideoloji-dini  dəyərlərə  münasibət  qabarıq 

şəkildə  özünü  göstərir.  Bundan  əvvəl  bəhs  etdiyimiz  «Avropa 

mədəniyyəti» 

adlı  yazısında  əsasən  Avropa  (xristianlıq) 

mədəniyyəti  ilə  bağlı  mülahizələri  ilə  paralel  olaraq  sosialist 

ideyalarına da toxunan müəllif bu cərəyanın naqis cəhətlərindən az 

da  olsa,  bəhs  etmişdir.  «Sosializm  və  ya  şəriklik  məzhəbi»  adlı 

yazısında («Tərcüman» qəzeti, 1906-cı il, 30 yanvar, № 5;  9 iyun, 

№ 62; 14 iyun, № 64; 16 iyun, № 65; 19 iyun, № 66; 21 iyun, № 

67; 23 iyun, № 68; 26 iyun, № 69; 28 iyun, № 70; 3 iyul, № 72; 7 

iyul,  №  74;  10  iyul,  №  75;  12  iyul,  №  76)  adlı  irihəcmli 

məqaləsində  də  İ.Qaspiralı  əvvəlki  əsərində  olan  sosialist  ideyaları 

ilə  bağlı  irəli  sürdüyü  fikirlərini  bir  qədər  də  dərinləşdirmiş 

(«Avropa  mədəniyyəti»  adlı  yazısındakı  bəzi  parçaları  da  olduğu 

kimi  verməklə)  təhlil,  tənqid,  bir  qədər  də  dəqiq  ifadə  etsək,  təftiş 

etmişdir.  İ.Qaspiralını  narahat  edən  «islam  gəncləri»  arasında  bu 

axına qoşulanların sayının tədricən artmasıdır. Müəllif qeyd edir ki, 

sosialist ideyaları ilk baxışda cazibəlidir, çəkicidir, «çox xoş görülür 

şeylərdir:  müsavat,  ədalət,  mərhəmət,  haqq-ədalət  və  s.».  «Bu 

şeyləri  hər  kəs  sevər.  Bunlara  hər  kəs  meyl  edər»  -  deyə  yazan 

publisist islamın da təlqin, təbliğ etdiyi bu keyfiyyətlərlə sosializm 



 Bütün türklərin tərcümanı



 

113



 ~ 

 

ideologiyası arasında mahiyyətcə kəskin fərqlər olduğunu qeyd edir. 



Xüsusi  ilə  mülkiyyət,  irsiyyət,  ailə,  sərmayə  hüquqları  ilə  bağlı 

məsələlərdə  sosialist  ideyaları  qəbuledilməzdir  və  qeyri-insanidir. 

İ.Qaspiralı  sosializm  ideyasının  meydana  gəlmə  səbəblərinə  də 

toxunur,  Qərb  mədəniyyətinin,  iqtisadiyyatının,  sənayenin,  fəhlə-

kapitalist münasibətlərinin bu cür ideyanın  yaranması üçün münbit 

mühit  formalaşdırdığına  diqqəti  çəkir.  O,  Avropa  məişətində  və 

iqtisadiyyatında  baş  verən  proseslərə  işarə  vuraraq  yazır:  «Bu 

çürüklükdən  və  Avropa  mədəniyyətinin  nöqsanlarından  sosializm 

ideyaları  təvəllüd  etmişdir».  Sosialist  ideologiyasının  əmələgəlmə 

səbəblərini,  mahiyyətini,  prinsip  və  müddəalarını  açıqlayan 

İ.Qaspiralı  ondan  xilas  olmağın  yollarını  da  göstərir.  Dünyəvi 

məktəblər,  universitetlər  açmaq,  cəhalətə,  geriliyə  son  qoymaq, 

islami  dəyərlərlə  Avropanın  üstün  keyfiyyətlərinin  –  elmin, 

tərəqqinin  nailiyyətlərini  birləşdirmək.  Böyük  maarifçi  yazır: 

«Ümum  millətimiz  hazırda  fağır  haldadır.  Həm  də  bu  fağırlıq, 

çarəsizlik, zavallılıq yalnız malda, sərmayədə deyil, elmdə, bilikdə, 

fəndə, sənaye və hünərdə daha ziyadə ortaya çıxmaqdadır». İslamda 

maddi  və  mənəvi  bərabərliyin  bərqərar  olması  üçün  dolaşmaq, 

savaşmaq  yox,  haqq-ədalət  yolunu  tutmaq  lazımdır  –  qənaətinə 

gələn  İ.Qaspiralı  hər  kəsi  bu  yolların  açılmasına  xidmət  etməyə 

çağırır. 

 

Rusiyanın islam siyasəti 



 

Bir  çox  əsərində  Rus  hakimiyyətinin  müsəlmanlarla 

(türklərlə),  islam  dini  ilə  bağlı  siyasətini  təhlil  edən,  bəzi  hallarda 

kəskin  tənqid  edən  İ.Qaspiralı  «Rusiyanın  islam  siyasəti»  əsərində 

də  bu  mövzuya  toxunmuşdur.  «Tərcüman»ın  1910-cu  il  5  noyabr 



 Abid  Tahirli



 

114



 ~ 

 

tarixli  45,  12  noyabr  tarixli  46,  19  noyabr  tarixli  47,  26  noyabr 



tarixli 48, 26 dekabr tarixli 52, eləcə də, 1911-ci il 14 yanvar tarixli 

3-cü  nömrələrində  dərc  olunmuş  irihəcmli  məqalə  Le  Şatetyenin 

Parisdə nəşr olunmuş «Müsəlman siyasəti» adlı kitabından gətirilən 

sitatla  başlayır.  Fransız  müəllifin  fikrincə,  ölkəsinin  islam  dünyası 

ilə  dostluq  siyasəti  Fransanın  mənafeyi,  inkişafı  baxımından  həm 

iqtisadi,  həm  də  siyasi  cəhətdən  çox vacibdir. Diqqəti müəllifin  bu 

mövqeyinə çəkən İ.Qaspiralı yazır: «Fransa ilə Afrika müsəlmanları 

arasında qoca Ağdəniz var. Digər islam ölkələri ilə Fransa arasında 

daha  böyük  dənizlər,  qitələr  və  başqa  millətlər  mövcuddur.  Bu 

şəraitdə  belə,  fransızlar  müsəlmanlara  qarşı  yeritdikləri 

politikalarının  əsaslı  olub  olmadığını  lazım  gördükləri  halda, 

Asiyada  Altın  dağlarından,  Avropanın  Qaradəniz  sahillərinədək 

müsəlman  millətləri  və  dövlətləri  ilə  həmhüdud  və  hüdudu 

içərisində  20  milyon  islam  əhalisinə  malik  Rusiya  özünün 

müsəlman  siyasətini  zənn  edirəm  ki,    daha  ziyadə  araşdırmağa, 

təftiş  etməyə  borcludur».  Bir  çox  mətbu  orqanlarda  müzakirə 

predmetinə  çevrilmiş  «bəs  əslində  Rusiyanın  müsəlman,  yəni  Şərq 

siyasəti  necə  qurulmuşdur?»  -  sualını  cavablandırmadan  öncə 

İ.Qaspiralı  bu  siyasətin  Rusiya  üçün  həlledici,  taleyüklü  olduğunu 

önə  çəkir,  göstərir  ki,  Rusiya  böyükdür,  iqtidardır,  lakin  bununla 

bərabər   müsəlmanların   nəzər və  baxışlarına qulaq assa, bir zərəri 

yox, əksinə faydası olar. İ.Qaspiralı Yusif Akçuraoğlunun  «Türklər 

və slavyanlar» əsərinə istinadən hər iki xalqın tarixindən bəhs edir, 

türklərin  böyük  köçü  və  yeni  məskənləri  haqqında  yazır,  eyni 

zamanda  rusların  monqol-tatar  əsarətindən  xilası  və  ondan  sonra 

Rusiyanın öz sərhədlərini Şərqə doğru genişləndirilməsindən ətraflı 

bəhs  edir.  Qaspiralı  daha  sonra  İngiltərə,  Almaniya,  Fransa  kimi 

Qərb  dövlətləri  ilə  siyasətdə  uduzan  Rusiyanın  tədricən  taqətdən 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə