Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə32/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

 Abid  Tahirli



 

100



 ~ 

 

adlı  qəzet  Tiflisdəki  ədəbi  məclisdə  İ.Qaspiralı  ilə  yerli  ziyalıların 



görüşünə  böyük  məqalə  həsr  etmişdir.  Bu  barədə  «Tərcüman»da 

dərc  edilmiş  «Ədəbi  məclis»  adlı  yazıda  (10  avqust  1886-cı  il,  № 

37)  İsmayıl  bəyin  və  qəzetinin  fəaliyyəti  təqdir  olunur,  yüksək 

qiymətləndirilir. 

«Zaqafqaziya  boyu»  adlı  yazıda  (23  dekabr  1901,  №  47) 

İ.Qaspiralı  Batum,  Ahıska,  Axalkələk,  Tiflis,  Şəki  və  Şamaxı 

bölgələrinə  səfərindən  bəhs  edir.  Şəki  əhalisini  «çalışqan,  maarifə 

həvəsli», «ticarətə, təhsilə rəğbətli» xarakterizə edən müəllif xüsusi 

ilə mahalın məktəb sahəsindəki nailiyyətləri alqışlayır. Məktəblərin, 

şagirdlərin  sayının  xeyli  artdığını  qeyd  edən  İ.Qaspiralı  ümid  edir 

ki, Şəkidə tezliklə qız məktəbi də açılacaq. 

Şamaxıdakı  vəziyyət  İ.Qaspiralını  ciddi  narahat,  pərişan 

edir.  O,  yazır:  «Bu  alimlər  və  şairlər  ocağını  (Şamaxı  nəzərdə 

tutulur  –  T.A.)  indi  cahillik  dumanı  bürümüşdür».  İnsanların 

qruplara  parçalanmasını,  «birinin  tikdiyini,  digərinin  yıxmaq 

istəməsi»,  məktəblərin  qədrinin  bilinməməsi  kimi  hallar  müəllifdə 

şəhərin mövcud durumu barədə pis təəssüratlar yaratmışdır. 

Fikrimizcə,  İ.Qaspiralının  səyahət  oçerkləri  həm  məktəb, 

pedaqoji  fikir  tarixinin,  yeni  təhsil  sistemi  və  problemlərinin 

araşdırılması,  həm  də  müəllifin  ideallarının  dəyərləndirilməsi 

baxımından daha geniş tədqiqata cəlb edilməlidir. 

 

 



Baxçasaray məktubları 

 

Bu  məktubları  30  yaşlı  İsmayıl  Qaspiralı  «Kiçik  mola» 

imzası ilə Krımda nəşr olunan «Tavrida» qəzetində (1880-ci il, № 9, 

1881-ci  il,  №  5,  7),  üzərində  bir  qədər  işlədikdən  sonra  isə  elə 




 Bütün türklərin tərcümanı



 

101



 ~ 

 

həmin  ildə  «Rusiya  müsəlmanları»  adı  ilə  «Tavrida»  da  (43-47 



nömrələrində)  rus  dilində  dərc  etdirmişdir.  Əsər  ilk  dəfə  tanınmış 

tədqiqatçı  Viktor  Yuryeviç  Gankeviç  tərəfindən  üzə  çıxarılmış, 

H.Nəcəfoğlu və Y.Akpinar tərəfindən türkcəyə çevrilmişdir. 

«Baxçasaray 

məktubları» 

İ.Qaspiralının 

ilk 

qələm 


təcrübələrindən  olsa  da,  gənc  publisistin  düşüncələrini,  məram  və 

planlarını  dəyərləndirmək  baxımından  böyük  əhəmiyyət  kəsb  edir. 

Bu əsərdə böyük maarifçi kimi onun gələcək fəaliyyətinin işartıları, 

hədəfləri görünür. Professor, doktor Y.Akpinar haqlı olaraq yazır ki, 

bu  əsər  İsmayıl  bəyin  bir  ömür  boyunca  təqib  edəcəyi  və  sadiq 

qalacağı  prinsipləri  göstərən  bir  proqram  olaraq  qəbul  edilə  bilər 

(İsmayıl  Qaspiralı.  Seçilmiş  əsərləri:  II.  Fikri  əsərləri.  Ötüken 

nəşriyyat  A.Ş.  İstanbul,  2004,  Yavuz  Akpinarın  kitaba  yazdığı 

«Giriş»dən, səh.20) İ.Qaspiralı Rusiyanın gələcək taleyinin slavyan-

türk  xalqlarının  münasibətlərindən  asılı  olduğunu  bildirir.  Bu 

münasibətlərin  hər  iki  xalqın  qarşılıqlı  səyi,  xoş,  qərəzsiz,  səmimi 

niyyəti  ilə  formalaşa  biləcəyini  vurğulayan  İ.Qaspiralı  rusların 

Rusiyanın  artıq,  həm  də  bir  müsəlman  dövləti  olduğunu, 

müsəlmanları  assimilyasiya  etmək  yox,  onları  da  eyni  hüquqlara 

sahib  qövm  kimi  qəbul  etmələrini,  müsəlmanların  isə  cəhalətdən 

xilas olmalarını, qanunların verdiyi hüquq və imtiyazlardan istifadə 

edərək  fəal  vətəndaş  statusu  qazanmalarını  zəruri  hesab  edirdi. 

Qarşılıqlı  kin-küdurət,  sayğısızlıq  unudulmalı,  bir-birinə  şübhə  ilə 

yanaşmağa  son  qoyulmalıdır.  Keçmişdən  qalan  ziyanlı  miras 

yaddan  çıxarılmalıdır.  Molla  (müəllif)  xatırlayır  ki,  biz  uşaq  ikən 

gecə  yatmayanda,  yaramazlıq  edəndə  anamız  «bax,  rus  gəlir» 

deyərək  bizi  qorxudar,  biz  də  yorğanı  dərhal  başımıza  çəkərdik. 

Yaxud,  ruslar  kəndimizə  vergi  yığmağa  gəlir,  «yeyib-içir,  bağırır, 

ixtiyarlarımızı  qaçmağa,  para  toplamağa  məcbur  edərdi». 




 Abid  Tahirli



 

102



 ~ 

 

İ.Qaspiralıya  görə,  ruslar  haqqında  belə  fikrin  formalaşmasına 



müsəlmanların  onlardan,  cəmiyyət  həyatından  kənar  qalması, 

müəllifin  təbirincə  desək,  «öz  aləmlərinə  çəkilməsi»  səbəb 

olmuşdur.  Çıxış  yolunu  böyük  maarifçi  yeni  tipli  məktəbdə, 

təhsildə,  cəhalətdən  uzaqlaşmaqda  görürdü.  İ.Qaspiralı  müsəl-

manların  tərəqqisi  üçün  öz  dillərində  yazılı  sözün  olmasını  bu 

problemin  həlli  üçün  yararlı,  zəruri  vasitə  hesab  edirdi.  O,  təəccüb 

və  təəssüflə  sual  edirdi  ki,  hansı  səbəbə  görə  müsəlman  əhalisinin 

məskunlaşdığı  quberniya  və  vilayətlərində  yerli  və  mərkəzi 

hökumətin  qərar,  qanunları  yerli  xalqın  dilinə  tərcümə  edilməsin, 

nəşr  olunmasın?  Müxtəlif  fərman  və  sənədlərin,  eləcə  də  elan  və 

reklamların yerli məmurlarda saxlanılmasının nə faydası? Uşaqlarla 

öz  dilində  danışmaqla  onların  səviyyəsini  qaldırmaq  mümkündür. 

İdarə  edənlərlə  idarə  olunanlar  arasında  da  eyni  sistem  tətbiq 

olunmalıdır.  İ.Qaspiralı  bunun  vacibliyini  yaxşı  anlayan  Qafqaz 

idarəçilərinin  təcrübəsini  təqdir  edir  və  göstərir  ki,  onlar  «Tiflisdə 

tatarca  «Ziyayi-Qafqaziyyə»  qəzetinin  nəşrini  anlayışla  qarşıla-

mışlar». 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  hələ  Moskvada  ikən  öz 

üzərində  qatı  rus  şovinizminin  ilk  zərbələrini  hiss  edən  İ.Qaspiralı 

istər  publisistik,  istərsə  bədii  əsərlərində  düşüncələrini  bir  qədər 

ehtiyatla,  belə  demək  mümkünsə,  rus  təbəəsi  mövqeyindən  qələmə 

alsa  da,  rus  şovinizminə  kəskin  nifrət  yazıların  ruhundan  duyulur, 

bəzən  isə  ayrı-ayrı  məmurların  timsalında  olsa  da,  açıq-aşkar  rus 

təzyiqinə,  müstəmləkəçilik  siyasətinə,  işğalına  qarşı  çıxır,  mənsub 

olduğu  millətin  nə  öz  tarixinə,  nə  də  gələcəyə  layiq  həyat  və 

düşüncə  tərzinə  uyğun  yaşamadığını  kədərlə  yazırdı.  Tarixi  şərait 

İ.Qaspiralıya  bir  yolu  diqtə  edirdi:  xalqı  maarifləndirmək  yolu  ilə 

ayıltmaq, sonrakı mərhələdə yeni vəzifələr ortaya çıxacaq. Bax, elə 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə