Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə34/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

 Abid  Tahirli



 

106



 ~ 

 

mənimsənilməsi  üçün  qarşıda  çox  ciddi  vəzifələrin  olduğunu,  ilk 



növbədə  isə  məktəb  probleminin  həllinin,  müəyyən  islahatların 

aparılmasının  vacibliyini  qeyd  edir.  Onun  fikrincə,  Kazan,  Ufa, 

Orenburq,  Həştərxan,  Daşkənd,  Bakı,  Nuxa  və  Baxçasaray  kimi 

müsəlman mərkəzlərindəki doqquz-on mədrəsədə kiçik dəyişikliklər 

aparılması  lazımdır.  Bu  zaman  mədrəsələrin  proqramlarına  elmi 

təhsil  verən  predmetlərin,  o  cümlədən  coğrafiya,  tarix,  riyaziyyat, 

hüquq və s. fənlərin əlavə olunmasının zəruriliyini qeyd edən təhsil 

islahatçısı,  dərslərin  tatar  dilində  keçirilməsinin  vacibliyini  də 

xüsusi  vurğulayırdı.  Müəllimlərin  seçilməsi,  onların  ehtiyaclarının 

ödənilməsi  problemlərinin  həlli  üçün  də  İ.Qaspiralı  mütərəqqi 

təkliflər  irəli  sürürdü.  Təhsildə  yerli  dilin  tədrisini  çox  vacib  amil 

hesab  edən  İ.Qaspiralı  öz  fikrini  əsaslandırmaq  üçün  «zəruri 

bilgiləri  və  hökumət  qərarlarını  tatar  dilində  xəbər  verən»  Tiflisdə 

nəşr olunan  «Ziyayi Qafqaziyyə»ni  misal  çəkir və  qeyd edir ki,  bu 

nəşrin  yerli  xalqa  böyük  yararı  olmaqdadır.  «Hər  hansı  söylənti 

yayıldığı  təqdirdə  bu  qəzet  onun  təkzibi  üçün  ən  yaxşı  vasitə 

olacaqdır»  -  yazan  müəllif  qəzetin  faydasının  açıq-aşkar 

göründüyünün  və  bu  barədə  artıq  danışmağa  ehtiyac  olmadığını 

bildirir. 

İ.Qaspiralıya  görə,  müsəlmanların  ruslarla  yaxınlaşmasına 

maneə  olan səbəblər  –  məlumatsızlıq, bundan  yaranan  güvənsizlik, 

müsəlmanlar  arasında  elmin,  biliyin  yalnız  rus  dilində  aparılması 

siyasəti,  mədrəsələrdə  elmi  fənlərin  tədris  edilməməsi,  türk  dilində 

qəzetin  olmaması,  məhkəmələrdə  tərcüməçilərin  yoxluğu  aradan 

qaldırılarsa,  faydalı  olardı  və  bütün  bunlar  nə  rus  dilinə,  nə  də 

Rusiya dövlətinin mənafeyinə zərər verməz. 

İ.Qaspiralı  bütün  bunlardan  sonra  təhsilli  türk  gənclərinə 

səslənir:  «Qardaşlar,  xalqın  bilgi  və  mədəni  səviyyəsinin 




 Bütün türklərin tərcümanı



 

107



 ~ 

 

yüksəldilməsi  işi  ilə  ciddi  məşğul  olun…  Öz  başını  öyrənmək  bir 



ləyaqətdir, amma bilməyənə öyrətmək daha böyük ləyaqətdir, yaxşı, 

xeyirli, müqəddəs bir işdir. Dinimiz insanlara üç şəkildə xeyir verilə 

biləcəyini göstərir: əməklə, sözlə, sədəqə ilə. Bunların hər biri üçün 

Allah  yanında keçərlidir, savabdır. Fəqir öz  yaxınına çalışması ilə, 

alim  öyrətməsi  ilə,  zəngin  sədəqə  verməsi  ilə  yardım  edə  bilər. 

Öyrənmişsinizsə, elmin və yaxşılığın qaydalarını əldə etmişsinizsə, 

onları  özünüzdə  saxlamayın,  yaxınlarınıza, soydaşlarınıza verməyə 

çalışın,  …kitabları  tatar  dilinə  çevirin,  fağır,  cahil  tatarlar  üçün 

yazın,  məktəblər  açmağa,  məktəbləri  yaxşılaşdırmağa,  sənət  və 

sənətkarlığı  yaymağa  çalışın».  Beləliklə,  əsərlə  bağlı  fikirlərimizi 

yekunlaşdırsaq, İ.Qaspiralının 1886-cı ildə qələmə aldığı «Rus-Şərq 

anlaşması»  adlı  məqaləsində  yazdığı  kimi,  «  Rusiya  sərhədləri 

içərisində  yaşayan  müsəlmanların  maariflənməsi  və  ruslarla  daha 

yaxın  əlaqələrin  qurulması  üçün  müəllif  gərəkli  tədbirlərdən  söz 

etmişdir  və  fikrimizcə,  istəyinə  tam  nail  olmuş,  tarixin  həmin 

mərhələsində bir maarifçi-islahatçı-publisistin yerinə yetirə biləcəyi 

ən böyük vəzifənin öhdəsindən layiqincə gəlmişdir. 

 

Rus-ġərq anlaĢması 

 

Xeyli müddət – 1871-1875-ci illər arasında özünün təbiri ilə 

desək,  «Qərb  və  Şərqdə  yaşamış  birisi»  kimi  şəxsi  gözləm  və 

intibaları»  (şəxsi  müşahidə  və  təəssüratları  –  T.A.)  nəticəsində 

Rusiyanın xarici siyasəti, xüsusi ilə Şərq ölkələri ilə münasibəti və 

bu  kontekstdə  Rusiya  müsəlmanlarının  vəziyyəti  ilə  bağlı 

formalaşmış fikirləri İ.Qaspiralı «Rus-Şərq anlaşması» adlı əsərində 

işıqlandırmışdır. Məqalə 1896-cı ildə «Tərcüman»ın rus variantının 

20-ci  nömrəsində  dərc  edilmişdir.  Əsər  dövlətlərarası  münasi-



 Abid  Tahirli



 

108



 ~ 

 

bətlərə,  Rusiyanın  tarixinə  və  həmin  dövrdə  həmsərhəd  olduğu 



ölkələrlə  əlaqələrinə  və  ilişgilərin  mövcud  durumu  və  perspek-

tivlərinə həsr edilsə də, yazını bütünlüklə rus-türk münasibətlərinin 

səmimi, etibarlı, güvənli təməllər üzərində qurulması naminə edilən 

təşəbbüs kimi də qəbul etmək olar. Bəziləri müəllifin mövcud şərait 

üçün  ən  məqbul  sayıla  biləcək  bu  addımına  müxtəlif  don 

geyindirməyə  cəhd  göstərsələr  də,  həmin  tarixdə  cərəyan  edən 

ictimai-siyasi  proseslər, xüsusi ilə  taleyinin çətin dövrünü  yaşayan, 

ətalət,  cəhalət  içində  boğulan  türkdilli  xalqların  mənafeyi 

baxımından bəlkə də İ.Qaspiralının təklifləri yeganə xilas yolu kimi 

dəyərləndirilməyə layiqdir. 

Bu  yazıda,  bundan  əvvəlki  əsərlərində,  elə  sonralar  da 

İ.Qaspiralının  bu  istiqamətdəki  səy  və  təşəbbüslərinə  qiymət 

verərkən  məhdud,  dar  çərçivədən,  yaxud  hay-küyçü,  yalançı 

millətpərvərlik  hisslərindən  yox,  tarixi  şəraiti,  durumu,  reallıqları 

nəzərə  alaraq  yanaşmalıyıq.  XIX  əsrin  ortalarında  isə  Rusiyadakı 

mövcud  mənzərə  bəlli  idi:  bir  tərəfdə  əsgəri,  silahı  ilə  dünyaya 

meydan  sulayan  –  imperiya  –  «Avropanın  jandarması»,  digər 

tərəfdən  həmin  imperiyanın  sərhədləri  içində  –  tarixi  torpaqlarında 

mövhumatın,  nadanlığın,  cəhalətin  içində  çapalayan  fağır,  kasıb 

müsəlmanlar.  Belə  düşüncə  və  həyat  tərzinə  mənsub  toplumun 

həmin vəziyyətdən çıxarılmasının yeganə yolu onun maariflənməsi, 

elm,  təhsil,  tərəqqi  ilə  gözünün  açılması  ola  bilərdi.  Bu  isə 

İ.Qaspiralının  da  yazdığı  kimi,  müsəlmanların  Rusiyada  özlərini 

yabançı hiss etməməsi, rus insanı ilə təmas qurması,  yaxınlaşması, 

eyni zamanda məktəb islahatı aparılması, xalqın maariflənməsi yolu 

ilə reallaşa bilərdi. 

Əvvəlki yazılarında olduğu kimi, bu yazıda da İ.Qaspiralının 

məqsədi «hələ də sayı az olan təhsilli Rusiya müsəlmanlarının, mü-




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə