Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə42/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

 Abid  Tahirli



 

130



 ~ 

 

onun asılışı»  haqqında danışan  İ.Qaspiralı müsəlman dünyasındakı 



mövcud  problemlərin,  onu  yaradan  səbəblərin  aradan  qaldırılması 

yollarını  özünəməxsus  tərzdə,  əsaslı,  dərin  məntiqlə,  inandırıcı 

şəkildə çatdırır. 

 

Zamanın tarixi 



 

«Tərcüman»ın bir neçə nömrəsində (1908-ci il 1 fevral, № 8; 

5 fevral,       № 9; 8 fevral, № 10; 12 fevral, № 11; 15 fevral, № 12; 

19 fevral, № 13) «Zamanın tarixi» adlı məqaləsində İ.Qaspiralı son 

illər  müsəlman  həyatında,  düşüncələrində  bir  hərəkətin  olduğunu 

qeyd  edir  və  göstərir  ki,  yeni  ideyaların  yaranması,  yeni  qələm 

sahiblərinin,  yeni  adamların  ortaya  çıxması  bu  dirçəlişin  əlamətlə-

rindədir. Belə bir dövrdə  «cəmiyyət işlərində çalışanlar və  ya digər 

işlərdən  xəbər  və  məlumatı  olanlar  öz  bildiklərini  qeyd  etsələr, 

qələmə alsalar, bu millətin xeyrinə olar» - prinsipi ilə İ.Qaspiralı da 

zamanın tarixini yazmağı qərara alır. 

Müəllif göstərir ki, 3-4 il əvvəl Rusiya müsəlmanları «siyasi 

işlərdən çox uzaqda idilər», rus cəmiyyətində baş qaldıran hürriyyət 

hərəkatlarından  xəbərsizdilər,  mətbuat  sahəsində  yalnız  «Tərcü-

man»  fəaliyyət  göstərirdi.  Kazanda  və  Tiflisdə  qəzet  çıxarmaq 

təşəbbüsü  olsa  da,  bu  cəhd  o  vaxtlar  reallaşmamışdı:  bu  arzu 

Məhəmməd Ağa Şaxtaxtinskinin  (1846-1931) səyi  ilə 1903-cü  ildə 

həyata keçdi. «Şərqi-Rus» (1903-1905) nəşrə başladı. 

Peterburqda  Əli  Mərdan  bəy  Topçubaşov  (1865-1934)  ilə 

görüş zamanı Rusiya müsəlmanlarının ümumi  yığıncağının keçiril-

məsi  ilə  bağlı  qərar  qəbul  etdiklərini  yazan  İ.Qaspiralı  bu  ideyanın 

reallaşması üçün 1905-ci ilin may, iyun, iyul aylarında «Tərcüman» 

qəzetində ardıcıl çıxış etdiyini, tədbirin proqramı ilə bağlı müzakirə-



 Bütün türklərin tərcümanı



 

131



 ~ 

 

lərin açdığını yazır. Müəllif daha sonra qurultaya hazırlıq işlərindən 



və  çətinliklə  də  olsa,  qurultayın  paroxodda  öz  işinə  başlamasından 

və  onun  tarixi  qərarlarından,  Əli  Mərdan  bəy  Topçubaşov, 

Əbussuud  Mirzə  Əhmədov,  Yusif  bəy  Akçurin,  Mustafa  Mirzə 

Davudoviç, Əhməd bəy Ağayev və sair kimi xadimlərin qurultayla 

bağlı fəaliyyətlərindən geniş söz açır. Daha sonra İ.Qaspiralı Rusiya 

müsəlmanlarının  II  qurultayından,  orada  proqram,  fəaliyyət 

istiqamətləri ilə bağlı yaranan mübahisələrdən ətraflı söz açır. 

 

 

«Can alıb can verəcək məsələ» - ortaq dil problemi 

 

Dil problemi İ.Qaspiralı yaradıcılığının mayasıdır, qida mən-



bəyidir, onun təməlini təşkil edir. Publisistik, ədəbi, mətbu fəaliyyə-

tinin bütün mərhələlərində dil məsələsini gündəlikdə diqqətdə sax-

layan İ.Qaspiralı bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu 

kompleks halda dəyərləndirmiş və dili millətin «ən böyük və ən bi-

rinci  sərmayəsi»  kimi  qiymətləndirmişdir.  Dil  məsələsi  müəllifin 

irsində çoxplanlıdır: 

- ana dili; 

- ortaq türk dili

- qədim türk dili; 

- Osmanlı dili; 

- məktəb dili; 

- ədəbi dil; 

- küçə (avam) dili; 

- məişət dili; 

- şivələr; 

- ədəbi tənqidin dili




 Abid  Tahirli



 

132



 ~ 

 

- qəzet dili; 



- tərcümə dili; 

- rəsmi dil; 

- elm dili; 

- dinin dili; 

- dilin sadəliyi

- dilin anlaşıqlığı; 

- dilin təsirliliyi

- dilin obrazlılığı; 

- dil və imla; 

- dil və məsuliyyət. 

Hələ  «Tərcüman»  nəşrə  başlamazdan  bir  müddət  əvvəl  – 

1880-1881-ci  illərdə  qələmə  aldığı  «Baxçasaray  məktubları»  və 

«Rusiya  müsəlmanları»  adlı  əsərlərində  İ.Qaspiralı  Rusiya  müsəl-

manlarının həyat tərzi, təhsili, məşğuliyyəti, rus xalqı və iqtidarı ilə 

münasibətləri haqqında fikir və düşüncələrini qələmə alır, yeri gəl-

dikcə  həmin  məsələləri  kitab,  mütaliə,  məktəb,  təhsil  və  dil  prob-

lemləri  ilə  məharətlə  əlaqələndirirdi.  Savadsızlıq  və  cahilliyin  mü-

səlmanları  tez-tez  nöqsanlara  sürüklədiyi  fikrində  olan  müəllif  ba-

carıqlı müəllimin uşaqlarla onların anladığı dildə danışaraq tədriclə 

səviyyələrinin  yüksəldikləri  kimi,  idarə  edənlərlə  idarə  olunanlar 

arasındakı əlaqənin təməlində də bu sistemin tətbiqini lazımlı hesab 

edir  və  bunu  Qafqazı  idarə  edənlərin  yaxşı  başa  düşdüyünü  və 

Tiflisdə  tatar  dilində  «Ziyayi-Qafqaziyyə»  adlı  qəzetin  nəşrinin 

anlayışla qarşıladıqlarını yazır (Baxçasaray məktubları). 

«Baxçasaray məktubları»nda «tatar dilində yazılı sözün (qə-

zet mənasında – T.A.) məlhəm qədər yararlı olacağı, eyni zamanda 

rus dilindəki rəsmi materialların yerli xalqın dilinə tərcümə edilmə-

sinin vacibliyi ideyasını irəli sürən İ.Qaspiralı «Rusiya müsəlmanla-




 Bütün türklərin tərcümanı



 

133



 ~ 

 

rı»nda  «məktəbdə  tatar  dilinin  istifadə  edilməsinə  nəyin  əngəl  ola 



biləcəyini qətiyyən  anlamadığını və Rusiya müsəlmanlarının  tərəq-

qisi üçün dünyəvi təhsilin tatarca tədrisinin zəruriliyini qeyd edir. 

«Rus-Qərb anlaşması», «Sosializm və ya ortaqlıq məzhəbi» 

kimi  siyasi-fəlsəfi,  nəzəri,  ideoloji  mövzularda  da  yeri  gəldikcə  dil 

məsələsinə  toxunan  İ.Qaspiralı  dilin  bu  və  ya    digər  problemlərinə 

dair ayrıca çoxlu sayda məqalə həsr etmişdir. 

«Qədim  türk  dili»  («Tərcüman»,  №  47,  14  noyabr  1886), 

«Türk dili  şivələri»  (18 aprel  1888, № 14),  «İstanbul  qəzetləri»  (8 

iyul  1888,  №  22),  «Hizmət  qəzeti»  (27  oktyabr  1888,  №  37), 

«Mülahizə» (9 iyul 1890, № 24), «Dil sadəliyi» (30 aprel, № 17; 7 

may,  №  18,  1895),  «Dil  məsələsi»  (11  avqust,  №  31,  1896), 

«Osmanlı  qəzetlərindən»  (25  avqust,  №  33,  1896),  «İmla  bəhsi», 

«Osmanlı  dövlətinin  məişəti»  (16  mart  1897,  №  11)  adlı 

məqalələrdə  türk  dili,  onun  qolları,  eləcə  də  dövlətin  adı  ilə 

formalaşan Osmanlı dili, onun mövcud durumu, problemləri, xüsusi 

ilə ərəb, fars sözləri ilə ağırlaşdırılması, Osmanlı dövləti ərazisində 

nəşr  edilən  qəzetlərin  dil  baxımından  təhlili,  dəyərləndirilməsi 

böyük maraq doğurur. Müəllif «Osmanlı şivəsini qövmü bir dil yox, 

divanxanalar və məmurlar şivəsi» adlandırır və hesab edir ki, bu dil 

Kaşqarlı  bir  tatar  üçün  nə  qədər  çətin  və  anlaşılmazdırsa,  bir 

anadolulu  üçün  də  bəlkə,  o  qədər  çətindir.  Odur  ki,  bu  dillərin 

cilalanmasına və ortaq bir dilə ehtiyac vardır (Türk dili şivələri). 

Osmanlı qəzetlərindən ərəb, fars kəlmələri ilə mürəkkəbləş-

dirilmiş  mətnlərdən  sitatlar  gətirərək  onları  təhlil  edən  müəllif  bu 

qənaətə  gəlir  ki,  «türkcəni  unutmuş  İstanbul  yazıçı  və  katiblərinin 

dili»  təmiz  Anadolu  türkcəsi  ilə  müqayisədə  əcnəbi  dili  təsiri 

bağışlayır  (İstanbul  qəzetləri).  İ.Qaspiralı  doğma  türk  dilinin 

təəssübkeşi,  müdafiəçisi  və  qızğın  təbliğatçısıdır.  O,  «İqdam» 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə