Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə45/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

 Abid  Tahirli



 

140



 ~ 

 

yeri  gəldikcə  və  xüsusi  ilə  mətbuatın  cəmiyyətdə  oynadığı  əvəzsiz 



roldan  bəhs  edərkən  Qafqaz  türklərinin  mədəni  həyatına  toxunan 

İ.Qaspiralı  bir  neçə  dəfə  Tiflisdə  Ünsizadə  qardaşları  tərəfindən 

«Ziyayi-Qafqaziyyə»  adlı  qəzetin  nəşr  olunduğunu  məmnunluq 

hissi  ilə  vurğulayır  və  bu  qəzetin  xalqa  çox  böyük  fayda  verdiyini 

dilə gətirir. 

1901-ci ildə yazdığı «Rusiya müsəlmanlarının mədəniləşmə-

sinin  başlanğıcı»  adlı  risaləsində  H.Zərdabi  tərəfindən  buraxılan 

qəzeti  «donmuş  və  buz  bağlamış  fikirlərə  ildırım  kimi  ziya  verən» 

qəzet  kimi  təqdir  edir,  «Zamanın  tarixçəsi»  («Tərcüman»,  №  2,  1 

fevral  1908)  məqaləsində  Məhəmməd  Ağa  Şahtaxtlının  «Şərqi-

Rus» qəzetinin nəşrə başlamasını Qafqaz müsəlmanlarının çoxdankı 

arzusunun,  səyinin  bəhrəsi  kimi  dəyərləndirir.  Bütün  bunlar  və  bu 

kimi  məsələlərlə  bağlı  yazdığı  məqalələrdə  İ.Qaspiralının  epizodik 

toxunduğu məqamlardır. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  İ.Qaspiralı  publisistik 

yaradıcılığında  müxtəlif  mövzularda  qələmə  aldığı  məqalələrdə 

Azərbaycanın,  Qafqaz  türklərinin  həyatına  bu  və  ya  digər  şəkildə 

100  dəfədən  çox  istinad  etmişdir!  Lakin  yuxarıda  sadaladığımız 

yazılarında onun mövzusu birbaşa Azərbaycanla, onun mətbu həyatı 

ilə əlaqədardır. 

«Tiflisdə  yeni  qəzet»  adlı  məqalədə  İ.Qaspiralı  Qafqazda 

türk dilində bir qəzetə böyük ehtiyac olduğunu və bunun nəşri üçün 

dəfələrlə  təşəbbüs  edildiyini,  nəhayət  M.A.Şahtaxtlının  redaktor-

luğu və naşirliyi ilə «Şərqi-Rus» qəzetinin nəşrə başladığını böyük 

sevinc  hissi  ilə  oxucularına  çatdırır.  İ.Qaspiralı  «Şərqi-Rus»u 

«Tərcüman»ın  rəfiqi  hesab  edir,  ümid  edir  ki,  məslək,  ideal 

cəhətdən  də  onlar  eyni  məqsədə  xidmət,  qulluq  göstərəcəklər. 

İ.Qaspiralı «Şərqi-Rus»da M.A.Şahtaxtlının əlifba islahatı aparmaq 




 Bütün türklərin tərcümanı



 

141



 ~ 

 

barədə  təşəbbüsünə  isə  kəskin  etirazını  bildirir  və  bu  fikri  «çox 



yanlış fikir» adlandırır, məsələyə dair öz mülahizələrini irəli sürür. 

Ötən  əsrin  əvvəllərində  ortaq  dil  problemi  geniş  diskus-

siyaya  səbəb  olmuşdu.  Münasibətlər  fərqli,  mövqelər  mübahisəli, 

baxışlar ziddiyyətli idi. İ.Qaspiralının fikri isə birmənalı və qəti idi: 

«cümlə  türk  milləti  üçün  ümumi  bir  ədəbi  dilin  vücud  tapacağına 

tam qənaətimiz var» (Lisan məsələsi). Müəllif sonra da bu qənaətin 

əsası olduğunu, «Tərcüman»ın Osmanlıda, Azərbaycanda, Kazanda, 

Sibirdə…  oxunduğunu,  anlaşıldığını,  qəzetə  də  o  dildə  xitab 

etdiklərini  qeyd  edir.  Müəllif  bu  yazısında  1905-1906-cı  illərdə 

Bakıda  nəşr  olunan  «Həyat»  qəzetinin  də  ortaq  dillə  bağlı 

diskussiyalara qoşulduğunu xəbər verməklə kifayətlənsə də, bundan 

4-5  ay  sonra  «Həyat»a  «Açıq  məktub»la  müraciət  edir.  Buradaca 

qeyd  edək  ki,  Rusiyada  nəşr  olunan  qəzetləri,  xüsusi  ilə  türk 

mətbuatını  diqqətlə  izləmək,  onların  toxunduqları  mövzulara, 

problemlərə  dair  münasibət  bildirmək  İ.Qaspiralıda  ənənə  şəklini 

almışdır.  «Açıq  məktub»  İ.Qaspiralının  qələmi  ilə  belə  rəyin  həm 

geniş  yayılmış,  həm  də  uğurlu  formalarından  birinə  çevrilmişdir. 

«Həyat»a açıq məktubdan məlum olur ki, redaksiya qəzetin bir illik 

nüsxələrini  cildlədib  İ.Qaspiralıya  göndərmişdir.  Bu  yüksək 

diqqətdən  təsirlənən  «Tərcüman»ın  naşiri  Qafqazda  bir  qəzetin, 

«Həyat»ın zühuru üçün 15-20 ildən bəri dua etdiyini gizlətmir və 20 

illik  həsrətinə  «Həyat»la  son  qoyulduğunu  böyük  sevinclə  bildirir. 

Məsafənin,  din  fərqliliyinin  və  dilsizliyin  insanlar  arasında  təfriqə 

salan  amil  olduğunu  yazan  İ.Qaspiralı  dilin,  ortaq  dil  probleminin 

üzərində  25  ildən  bəri  bu  məslək  üçün  yoldaş  gözləyirdim,  bunun 

üçün «Həyat»ın nəşri mənə təsəlli oldu – deyərək geniş dayanır. 

Türk  millətinin  bütün  problemlərinin  onun  ortaq  dilə  sahib 

olmadığından  yarandığını  yazan  İ.Qaspiralı  «ortaq  dil»ə  sahib 




 Abid  Tahirli



 

142



 ~ 

 

olmaq  uğrunda  çalışdığını,  «bu  etiqadla  ömür  sürdüyünü,  bu 



etiqadla  da  məzara  gedəcəyini»  yazır  və  ümumi  dilə  ehtiyacımızın 

olduğu  fikrinin  formalaşmasını  illər  boyu  fəaliyyətinin  səmərəsi 

kimi  dəyərləndirir.  Təcrübəli  publisist  «Həyat»a  tövsiyələrini  də 

verir: hər nə  yazsan, qələmini üç qəpiklik qara mürəkkəbə batırma, 

ürəyinə  batırıb  qanın  ilə  yaz.  Belə  olsa,  sözün  keçər,  vicdanlara 

yetər, əks halda səmərəsiz gələr, keçər gedər! 

«Dil  haqqında»,  «Dil  ətrafında»,  «Yenə  dil  ətrafında»  adlı 

məqalələr  də  həm  İ.Qaspiralının  Azərbaycan  mətbuatına  böyük 

diqqət,  önəm  verməsi,  həm  də  ortaq  dil  problemi  uğrunda  inadla, 

israrla, ardıcıl şəkildə mücadilə apardığının göstəricisi kimi diqqəti 

çəkir.  Elmi-texniki  tərəqqi  bir  yana  heç,  hissi,  ruhi,  romantik, 

psixoloji  bir  hekayə  yazmağa,  hətta  tərcümə  etməyə  belə  qadir 

dilimizin  olmadığı  halda,  «bir  arşın  tərəqqi  edə  bilməyəcəyik»  - 

qənaətində  olan  İ.Qaspiralı  «Tərcüman»  da  olmaqla,  «Həyat», 

«İrşad»  (Bakı),  «Ülfət»  (Peterburq),  «Vakit»  (Orenburq)  kimi 

qəzetləri,  bütün  ziyalıları  ədəbi  dil  uğrunda  çalışmağa  dəvət  edir. 

Şübhəsiz  ki,  İ.Qaspiralının  ideyası  hamı  tərəfindən  birmənalı 

qarşılanmırdı. Əgər İlminski kimi missionerlər, Pobedonostsev kimi 

məmurlar  bu  ideyada  imperiya  üçün  ciddi  təhlükə  görürdüsə,  cahil 

və  nadanlar  bu  ideyanın  mahiyyətini  dərk  etmir  və  anlamırdılarsa, 

bir qisim ziyalıların fikri və əqidəsinə görə isə bu ideya – ortaq dil 

ümumiyyətlə,  türk  dillərinin  ayrı-ayrılıqda  inkişafına  əngəl  ola 

bilər.  Məs.:  «İqbal»ın  (Bakı)  fikrincə,  türk  dillərinin  ayrı-ayrılıqda 

inkişafı daha məqsədəuyğundur və bu nəinki «türk dilinə bir nöqsan 

verməz,  əksinə  onun  daha  da  genişlənməsinə  xidmət  edər».  Öz 

mövqeyini  slavyan  xalqlarının  dillərinin  durumu  ilə  izah  edən 

«İqbal»a  İ.Qaspiralının  cavabı  təmkinli,  məntiqli  və  əsaslıdır:  ən 

qədim, ən saf, tarixi bir millətin övladları parçalanmış, böyük, qara 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə