Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə48/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

 Bütün türklərin tərcümanı



 

149



 ~ 

 

«Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla» - 



qənaətində olan Molla Abbasa görə hər bir Avropalının düşüncəsinə 

bu  şüar  hakim  olduğu  üçün  bu  ölkələrdə  tərəqqi  və  firavanlıq 

mövcuddur.  Molla  Abbas  elmi,  maarifi,  məktəbi  dünyanı  nura 

boyayan  günəşə  bənzədir,  bütün  geriliyin  səbəbinin  nadanlıqda, 

cahillikdə  görür.  Onun  fikrincə,  alim  nadanın,  bilən  bilməyənin 

buyruqçusudur.  Haqqa,  ədalətə  yüksək  dəyər  verən  Molla  Abbas 

yazır ki, malın çoxluğu insanı xoşbəxt edə bilməz, səadətin çeşməsi 

ədalətdir.  Elm,  təhsil,  tərbiyə  ədalətin  intişarına  xidmət  etmədikcə 

insan oğlu səadətdən uzaq qalacaqdır. Avropanı səyahət edən Molla 

Abbasın  hekayəti,  macəraları  oxucuda  böyük  maraq  oyadır,  onu 

əyləndirir, eyni zamanda düşündürür, qayğılandırır. Molla Abbasın 

Fransa  səyahəti  bir-birini  əvəz  edən  müxtəlif  hadisələrlə, 

unudulmaz  obrazlarla  zəngindir.  Daha  çox  yadda  qalanı, 

ibrətamizisə  Molla  Abbasın  qənaətləridir:  oxumalıyıq,  təlim 

keçməliyik,  öyrənməliyik.  Rahat  yaşamaq,  məsud  olmaq,  tərəqqi 

etmək istəyirsənsə, maariflənməlisən! 

 

Darrürrahat müsəlmanları 

 

Əvvəldə də söylədiyimiz kimi, bu əsər «Firəngistan məktub-

ları»nın  davamıdır  və  hissə-hissə  «Tərcüman»da  dərc  edildikdən 

sonra  1906-cı  ildə  Baxçasarayda  kitab  şəklində  nəşr  olunmuşdur. 

Müəllif  burada  Molla  Abbasın  İspaniyaya  səyahətindən,  oradakı 

insanların,  o  cümlədən  müsəlman  toplumunun  həyat,  düşüncə 

tərzindən  bəhs  edir.  Fransadan  İspaniyaya  qədəm  qoyandan  bu 

ölkənin abadlığı, təbiətinin gözəlliyi səyyahın diqqətini çəkir: «Hər 

tərəfdə  iş  və  qeyrət,  hünər  və  mərifət  gördüm,  xarabalığa,  sahibsiz 

bir mahala, yerə rast gəlmədim». Molla Abbasın fikrincə, ispanlarda 




 Abid  Tahirli



 

150



 ~ 

 

da  nizam-intizam,  əməksevərlik,  ədalət  hissi  güclüdür,  lakin  onlar 



«fransızlardan  ziyadə  dindar  olub,  ibadətxanalara  ziyadə  hörmət 

edərlər». Müəllif İspaniyanın tarixindən, ərəb xilafətinin bu ölkənin 

işğalından  və  islamdan  sonra  İspaniyanın  çiçəklənməsindən  bəhs 

edir,  zamanında  hərbin,  elmin,  maarifin,  mədəniyyətin,  ticarətin 

inkişafına  görə  bütün  dövlətlərdən  üstün  olduğunu  vurğulayır. 

Cəhalət  və ətalət bataqlığında can verən Türkistandan tərəqqi  edən 

Avropaya  gələn,  burada  təhsilin,  elmin,  mədəniyyətin  sürətli 

inkişafını  gözləri  ilə  görən  Molla  Abbas  «Firəngistan  məktub-

ları»ndan  tanıdığımız  Şeyx  Cəlalla  və  ərəb  qızları  ilə  birlikdə  çox 

çətinliklə  də  olsa,  tunelləri,  gizli  yolları  dəf  edə-edə  Darrürrahat 

şəhərinə – müsəlman toplumunun məskunlaşdığı ölkəyə təşrif gətir. 

Burada  gördükləri  türkistanlıların  xəyallarına  belə  gətirə 

bilməyəcəkləri, fransızların isə yalnız arzulaya biləcəyi bir cəmiyyət 

mövcuddur. Haqq-ədalət tam bərqərar olmuşdur, qanunlardan kənar 

əməl  insanların  düşüncəsinə  yaddır,  oğurluq  yox,  yalan  danışmaq 

yox,  qul,  dilənçi  yox,  məktəblərdə  islam  dini  ilə  yanaşı  dünyəvi 

elmlər  tədris  edilir,  hər  yer  abaddır,  hər  yerdə  təmizlik,  səliqə-

sahman hakimdir, küçələr Avropadakı kimi fənərlərlə yox, elektrik 

işığı  ilə  nura  boyanır,  telefon,  poçt  xidməti  qüsursuz  xidmət 

göstərir,  pulsuzdur.  Molla  Abbası  islam  mədəniyyətinin  bu  ali 

dərəcəsi  məftun  etmişdir.  Molla  Abbas  bu  islam  ölkəsinin 

mədəniyyətinin,  məişətinin  «Avropadan  çox  irəli  olduğunu, 

türkistanlıların  çox  geridə  qaldığını  anlayır.  Yaraşıqlı  baxçalar, 

bərəkətli  bağlar,  dəmiryol  xətləri,  məktəblər  göz  oxşayır. 

Darrürrahat  sakinləri  biləndə  ki,  Türkistan  mədrəsələrində  yalnız 

dini  elmlər  öyrədilir,  onlar  buna  çox  təəccüblənirlər,  «nə  ayıb,  nə 

qorxunc  qəflətdir  bu,  gözü  bağlı  adam  hərəkət  edərmi,  torpağı 

bilməyən  onu  əkərmi,  suyu  bilməyən  suyu  içərmi,  dünyanı 




 Bütün türklərin tərcümanı



 

151



 ~ 

 

bilməyən  yaşaya  bilərmi?!  Vah,  nə  yazıq,  vah  nə  qəflət!  Allah 



dadınıza  çatsın»  -  deyə  heyrətlənirlər,  Molla  Abbasa  ünvanlanan 

suallar  bir-birini  əvəz  edir:  -  «Sizin  diyarlarda  təbib,  kimyagər, 

memar  və  mühəndis  lazım  olmurmu?  Sizin  xanlar,  ölkəni  idarə 

edənlər  dövlət  üçün  məmurların,  maliyyə  işçilərinin,  memarların 

olmasına hacət  görmürlərmi? Sənin sözünə görə mədrəsələrdə dini 

elmlərdən  başqa  bir  fənn  təhsil  edilmir,  tibbi,  həndəsə,  kimya, 

fəlsəfə  və  bu  kimi  qeyri  elmlərdən  dərs  keçilmir,  belə  çıxır  ki,  din 

adamlarından başqa millətin və məmləkətin məsul şəxsləri yetişmir, 

beləmi?» 

Darrürrahatda  kişili  qadınlı  hər  kəs  oxumağı,  yazmağı 

bacarır, qəzetlər, kitablar buraxılır, kitabxanalar zəngin ədəbiyyatla 

doludur.  Burada  məktublar  zərfə  qoyulmur,  gizlədiləsi  bir  fikir, 

əməl  yoxdur,  əxlaqa  və  qanuna  zidd  hərəkət  barədə  heç  kim 

fikirləşmir. Xəyanət edənlər, xalqı aldadanlar üçün nə qamçı var, nə 

həbsxanalar.  Adamın  günahı  məlum  olan  kimi  bütün  ölkə  ona 

əcnəbi  və  yad  adam  kimi  baxır,  heç  kim  ona  salam  vermir,  hamı 

ondan vəbadan qorxan kimi kənar durur. Həbsxanadan ziyadə tənha 

və  yalnız  qalır.  Arzusu  ilə  ölkənin  bir  küncünə  çəkilir,  ibadətlə, 

xidmətlə  və  dərs  oxumaqla  məşğul  olur,  əxlaqını  düzəltməyə  səy 

göstərir, ona nail olduqdan sonra topluma qayıdır. 

Molla 

Abbas  Darrürrahatda  gördüklərinə  heyrandır: 



«…bunca ölkələr seyir və səyahət etdim, Darrürrahat kimi lətafətli 

mahal  görmədim,  bunca  insanlar  gördüm,  bu  mahalın  islami  kimi 

mahir,  mədəni  olanları  görmədim».  Molla  Abbas  darrürrahatlı 

müsəlmanları  «ən  mədəni  və  mərifətli,  ən  rahat  və  məsud  xalq» 

adlandırır  və  göstərir  ki,  onları  uca  peyğəmbərimizin  tövsiyəsi  ilə 

elm  harada  olursa  olsun,  onun  arxasınca  gedirlər.  Molla  Abbas  bu 

diyarda  ən  böyük  sərmayənin  xeyirxahlıq,  yaxşılıq  və  ən  böyük 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə