Bütün türklərin tərcümanı
~
175
~
yox, zahiri süsünü əldə etmiş müsəlman, təəssüf ki, faydalı və
hərəkətli həyat üçün itirilmiş insandır. Allah bizi mədəniyyət və dil
bilmənin belə meyvələrindən qorusun («Rusiya müsəlmanları»).
Böyük zindanlar bir açarla açılır… («Sibirdə – Tümən
şəhərində»).
Həyat, zaman üstüörtülü sözləri təhlil edəcək və
yanlışlıqları atacaqdır («Rus-Şərq anlaşması»).
Başqalarını müsəlman-türklərin maariflənməsi lehinə
çalışmağa və fəaliyyət göstərməyə dəvət edərkən, özüm də əli-qolu
bağlı qalmadım, 1883-cü ildən etibarən «Tərcüman» adlı həftəlik
rusca-tatarca qəzetin nəşrinə başladım («Rus-Şərq anlaşması»).
Müsəlman dövlətləri və qövmləri ilə Rusiyanın gözəl bir
şəkildə qaynayıb-qarışmasını və yola getməsini avropalılar xoş
qarşılamazlar: çünki belə münasibət siyasi oyunçuların hesab və
alətlərini qarışdıra bilər («Böyük Şərq məsələsi»).
…parlayan əşyaların hamısı qızıl və gümüş deyildir
(«Avropa mədəniyyəti»).
İlk baxışda Avropa məişəti və mədəniyyəti çox süslü,
ziynətli və yaraşıqlı bir qadına bənzəyir, lakin bir az diqqət
edildikdə görünür ki, bu qadının dişləri uydurma, saçları taxma, o
dolu-dolu köksü qabartma pambıqdır. Bu libas çıxarılarsa, qoturlar
görünər, üz çevirməkdən başqa əlac qalmaz («Avropa
mədəniyyəti»).
Avropanın məişət və mədəniyyət bir adamı güldürüb
məsrur (şad, şən – T.A.), yüz adamı güldürüb xəstə etdikcə,
sosializm, sosialist düşüncələr ölməyəcək («Avropa mədəniyyəti»).
Avropada və bəlkə dünyada… inqilab sosializm üzündən
gələcəkdir («Avropa mədəniyyəti»).
Abid Tahirli
~
176
~
Statistika elmi nə qədər inkişaf etsə də, daha çox nöqsanı
olan bir fəndir («Avropa mədəniyyəti»).
İnsanların davranışında bir-birinə fayda və faydadan əvvəl
verəcək bir şey varmı? Vardır! Bu da haqq-ədaləti, doğruluqdur
(«Avropa mədəniyyəti»).
Bəşərin məişətinə əsas ola biləcək haqq-ədalətdən başqa
bir şey yoxdur («Avropa mədəniyyəti»).
Haqq-ədalət üzərində təsis olunan məişət ən pak məişət
olacaqdır. Bu məişətin içində olan insanlar rahat yaşaya biləcəklər
(«Avropa mədəniyyəti»).
İnsanların hər hərəkəti haqqa, ədalətə istinad edərsə, zülm
ortadan qalxar, məzlum da olmaz («Avropa mədəniyyəti»).
Nəfs və zülm meydandan çəkilən zaman haqq və ədalətdən
yaranmış əhvala və məişətə hansı insan qarşı və düşmən olacaq?
(«Avropa mədəniyyəti»).
Kiminsə hüququmun əleyhinə olmadığına inanaramsa və
özüm də kimsənin haqqına göz dikməmişəmsə, kim məndən
şikayətçi olacaq, mən kimdən şikayətçi ola bilərəm ki?! («Avropa
mədəniyyəti»).
Təsəvvür edək ki, bütün cəmiyyət üzvləri işlərini və
hərəkətlərini tam haqq və ədalətlə icra edirlər. O zaman insanlar bir-
birindən narazı, şikayətçi ola bilərmi, bir-birinə qəsd edərmi?
Qətiyyən («Avropa mədəniyyəti»).
Sərmayə, mülk, işləmək və fayda haqqında Quranın
hökmləri Avropada əsas hüquq və əxlaqa çevrilsəydi, müdhiş
sosialist düşüncələrə yer qalmazdı («Avropa mədəniyyəti»).
Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına
hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək:
Bütün türklərin tərcümanı
~
177
~
məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı
ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa
çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan
kimi götür-qoy edək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət
xaricində deyil ki? («Avropa mədəniyyəti»).
Kasıblıq, çarəsizlik yalnız malda, sərmayədə deyil, elmdə,
fəndə, bilikdə, sənaye və hünərdə daha ziyadə zahir olur və ortaya
çıxar («Məzhəbi-iştirakıyyun» – sosialist cərəyanı – T.A.).
İslam aləminə maddi və mənəvi bərabərlik, rahatlıq
dalaşmaq, dartışmaq yolu ilə deyil, haqq-ədalətlə gələcəkdir
(«Məzhəbi-iştirakıyyun»).
Ey qardaşlar, Yaponiyadan ibrət alaq. Bunlar bizim kimi
tək-tək oxumadılar, yüz-yüz Avropa, Amerika universitetlərində
təhsilə yiyələndilər. Bizim kimi başdansovdu savad əldə etmədilər.
Avropanın bütün qazanlarına girib qaynayıb çıxdılar. Milli torpaq
və tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və
səadəti öz milləti dairəsində axtarmağa və vücuda gətirməyə
çalışdılar və gətirdilər (Məzhəbi-iştirakıyyun).
Yapon gəncləri Çində Amerika ticarətinin qarşısını alıb,
milli mallarına yol açırlar. Bizim gənclər Kazan bazarında səkkiz
tacirlə on beş prikazçiki dalaşdırmaqdan başqa iş bilmirlər. Yapon
ziyalıları ilə bizim ziyalılar arasındakı təfavüt budur («Məzhəbi-
iştirakıyyun»).
Bütün nöqsanlarımız milli məktəblərimizin nöqsanından,
pərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»).
Bir mujikin yarmarkada tapıb geydiyi pencəkdə
meymunanə qiyafətə düşməsi bizim bəzi müsəlman ziyalıların da
Dostları ilə paylaş: |