Bütün türklərin tərcümanı
~
199
~
ədəbi dilə malik və sahib olduqları sayəsindədir («Can, yəni dil
məsələsi»).
Çarəsiz bir dilsiz kişinin lu-lu-lu-lu, bu-bu-bu-bu-bu…
kimi bir-iki heyvanca səsi ilə insanlıq mümkün olmadığı kimi, ədəbi
dildən məhrum millət də tərəqqi etməz, mədəniləşməz («Can, yəni
dil məsələsi»).
Aslan kimi millətimizin başına gələn fəlakətlər və
çarəsizlik hər su boyunda bir xan və ya əmirə tabe olduğu deyildir,
hər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi
dili vücuda gətirməkdə etdiyi qəflətdir («Can, yəni dil məsələsi»).
…bir neçə ildən sonra ortaq dil naminə daha fəal
çalışılacağımıza ümidim artmaqdadır («Can, yəni dil məsələsi»).
Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi
dilimizin sütunu Füzulidir. Doğma dil demək, millətin ədəbi dili
deməkdir, bizim də doğma dilimiz türk dilidir, ədəbi dilimizdir
(«Can, yəni dil məsələsi»).
…çobanların, yedəkçilərin, aşbazların şivəsi millət,
ədəbiyyat və təhsil dili deyildir. Maarif nəzarəti bu xüsusda böyük
xəta işlədir. Belə bir xəta Peterburqda edilsə, ayıb edilməz, lakin
Baxçasarayda, Bakıda, Orenburqda, Kazanda edilsə, xəta ayıb yox,
böyük cinayət olar («Can, yəni dil məsələsi»).
Çalışaq, çalışaq, ortaq ədəbi dil uğrunda çalışaq («Can,
yəni dil məsələsi»).
Tərcümançıların millətə ərz və təqdim etdikləri «dil və
məslək» maddələri sosializm və marksizm müddəalarından çox
asandır və millətin ruhuna, idrakına və halına daha yaxın şeylərdir
(«Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)
Abid Tahirli
~
200
~
İndi çarəsiz millət ancaq bir şey gözləyir. Gözlədiyi şey
milli intelligensiyadır, milli işçilərdir. Bunlar yetişəcəkdir.
Allahdan, ya da təbiətdən ümidi kəsmək olmaz. …Ümidsizlənib
qələmi qırmağa səbəb görmürük («Bizlərdə dil və məslək birliyi ola
bilərmi, ya yox?»)
Millətin ədəbi dilini vücuda gətirən böyük ədiblərdir. Bu,
doğrudur, fəqət, bunlara zəmin hazırlayan millətin özüdür, adi, sadə
mühərrirlərdir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya
yox?»)
Dil birliyi xüsusunda kazanlılar «Tərcüman»a etiraz edə
bilərlər, şivələri xeyli başqadır, amma «Həyat», «Tazə həyat»,
«İrşad», «Füzüyat» və «Tərəqqi» dili ilə «Tərcüman»ın dili arasında
təfavüt qalmamışdır. Deməli, dil birliyi fikri ideyadan əmələ
keçməkdədir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)
Bir cins, bir millət olduğumuzu dünyaya göstərəcək,
ictimai haqlarımızı təmin edəcək dilimiz harada qaldı? Bu gün
mövcud vəziyyət, sabah bu sualı daha şiddətli surətdə ortaya
qoyacaqdır. Bu suala və millətimizə nə kimi cavab verəcəyik? («Dil
və məsuliyyət»).
«Şəms-abad» deməklə bir türk oğlu nə fars olur, nə şair,
ancaq ana dilinə təpik atmış olur («Beldetüş-Şemsmi, veled degil,
oğulmu?»)
İçəri Rusiyada Ağcigidovun «Hüsaməddin mollası»ndan
başlayıb Abdürrəşid Əfəndi İbrahimov və Rzaəddin Fəxrəddinov,
Kültəsilər, Feyizixanov və sairlərin əsərləri, Azərbaycanda Sultan
Məcid bəy Qənizadələrin və Adüsəlam Əfəndi Axundzadələrin
ədəbiyyatımıza və ədəbi dilimizə böyük xidmət etdikləri
meydandadır («Dillərin birləşdirilməsi gəlir»).
Bütün türklərin tərcümanı
~
201
~
…mərhum Qəyyum Əfəndi Nasırovun Kazanda, Həsən
bəy Məlikovun Qafqazda ədəbi dilə və ali türk məsləyinə xidmət
etdikləri inkar edilməz («Dillərin birləşdirilməsi gəlir»).
Qafqaz qəzetləri xalq danışıq dilinin yox, ədəbi dilin, ortaq
dilin inkişafına çalışdılar. Həqiqətən gediləcək yol hələ xeyli
zəhmət və vaxt istəyir, lakin əsas odur ki, dilimiz lazım olan yola
çıxmışdır və dərə-təpə, qar-boran demədən yavaş-yavaş irəliləyir
(«Dillərin birləşdirilməsi gəlir»).
…Xəlilbəy Xasməmmədov «tatar» kəlməsinə razı olmayıb
(söhbət Dövlət dumasının təhsil komissiyasının məktəblərdə
tədrisin hansı dildə keçirilməsinə dair iclasından gedir – T.A.), daha
doğrusu, həmin sözün əvəzinə «türk» kəlməsinin istifadə
olunmasının düzgün olduğunu iddia etsə də, komissiya üzvlərinin
əksəriyyəti (erməni, gürcü və müsəlman deputatlar) «türk» sözünün
pantürkizmə xidmət edəcəyindən qorxaraq, təklifi rədd etmişlər
(«Dillərin birləşdirilməsi gəlir»).
Vay politika, politika! Məktəblərə girməsəydin, nə gözəl
olardı! Tatar xalqı mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə
ad verilirsə verilsin, türk dilindən başqa bir şey olmayacaqdır
(«Dillərin birləşdirilməsi gəlir»).
Böyük məktəblərin hər birinə bir molla ayrılmasını
istədikcə, buna «panislamizm» dedilər. İndi milli dildə təhsil tələb
edirik, «pantürkizm» əndişəsi irəli sürülür («Dillərin birləşdirilməsi
gəlir»).
Bakıda nəşr olunan «Səda» və «Həqiqət» qəzetləri
müxtəlif səbəblərə görə bir müddət çıxmadı, indi təkrar zühur
etdiklərini şükranlıqla görürük. Qəzet çıxartmaq, qırx kərə yazıb bir
kərə anlatmağın nə qədər müşkül olduğunu biz hər kəsdən yaxşı
Dostları ilə paylaş: |