Bütün türklərin tərcümanı
~
193
~
Azərbaycan türk şivəsində mart ayının 30-dan etibarən
(1903) Tiflisdə nəşrə başlayan «Şərqi Rus» qəzetinin bir-iki
nüsxəsini görüb sevindik… Təbrik edir, müvəffəqiyyət arzulayırıq.
İyirmi ildən artıq «Tərcüman» tək çalışırdı. İndi dostu zühur etdi.
Təkliyimiz bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi,
iki oldu («Tiflisdə yeni qəzet»).
Kazanda, Krımda, Orenburqda, Tiflis, Bakı və Daşkənddə
kitab çap edilir, kitab çıxarılır. Bunlar əksər halda nəşr olunduğu
yerdə qalır, kənar yerlərə dağıdılmır, görülmür, eşidilmir, buna görə
də satılmır, iş ağırlaşır. …Məlum mərəzin dərmanı axtarılsa, tapılar.
Cümlə kitabçılar və naşirlər görüşməli, yazışmalı, kitablarını bir-
birinə əmanət etməli, nəşrlərini hər tərəfə yaymağa səy
göstərməlidirlər («Kitab və kitabçılıq»).
Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün
dil can və ruhdur («Kitab və kitabçılıq»).
Qəzetlərimiz nə qədər çox olursa-olsun, bundan millətə
fayda gözlənilir, zərər dəyməz, lakin hər bir mühərrir, hər bir
qəzetçi başqa bir dil, başqa bir şivə və imladan istifadə edərsə,
məsələ çox müşkülə düşər («Lisan məsələsi»).
Hər millətin hal və istiqbalı üçün dininin bir olması nə
qədər mühümdürsə, dilinin də bir olması eləcə əhəmiyyətlidir.
Ədəbi dildən məhrum qalmış millət sayca nə qədər böyük olsa da,
kiçik sayılır («Lisan məsələsi»).
Dil ayrılığı, məkan ayrılığından daha ağır, daha zərərlidir.
Millətin birliyi dilin birliyi sayəsindədir. Maarifə, kamala
yiyələnmək yalnız ədəbi dil sayəsində mümkün ola bilər («Lisan
məsələsi»).
Abid Tahirli
~
194
~
İyirmi beş ildən bəri bütün mühərrirlərimiz dil birliyi
uğrunda çalışır. Zənn edirəm ki, bu yoldan ayrılmamaq lazımdır.
Ona görə də «Həyat», «Nur», «Kazan müxbiri» və sair kimi
nəşrlərin mühərrir rəfiqlərimizdən də candan və ürəkdən rica edirəm
ki, bu məsələyə ziyadə diqqət yetirsinlər («Lisan məsələsi»).
Hazırda bir də ən çox möhtac olduğumuz şey cümlə
şivələri ehtiva edən bir türk lüğətidir («Lisan məsələsi»).
Əziz və müqəddəs üç şey vardır ki, nə qədər söylənsə,
yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir
(«Dil, dil, dil»).
Dil məsələsi yalnız bir ədəbi məsələ deyildir. Bəlkə daha
çox ictimai, siyasidir. Elm, tarix, etnoqrafiya və siyasi elmlərə aşina
olanlara bu iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və
millət 5-10 yox, hətta 100 milyon can olsa belə, yenə millət
sayılmaz («Bizim mətbuat»).
«Aləmi nisvan» idarəsinə (İ.Qaspiralının qadınlar üçün
nəşr etdiyi jurnal – T.A.) xanımlardan və xanım qızlardan gələn
məktubların yüzdə səksəninin onlarda ədəbi dilə həvəs və marağın
olduğunu şükran ilə bildiririk. Nicat və xilasın birinci vasitəsinin dil
birliyi olacağı ta xanım qızlara qədər məlum olmuşdur: bizə bu
kifayətdir, başqa mükafat lazım deyil («Dil birliyi»).
Möhtərəm rəfiq, «Həyat»! (Bakıda, 1905-ci ildə
Ə.Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən nəşr edilən qəzet –
T.A.) «Həyat»ın bir illik nüsxələrini qızıl, qırmızı yazı ilə adıma
cildlədib, bu da azmış kimi məxsusi bir səhifə də əlavə edib, yenə
qızıl, qırmızı boya ilə yazılmış təqdimnamə ilə birlikdə mənə
göndərmisən. Çox yaşa, qardaşım, çox yaşa, lakin mən bu qədər
rəğbətə özümü layiq görmədiyimdən, belə bir hədiyyə alacağıma,
Bütün türklərin tərcümanı
~
195
~
doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. …Qafqazda
«Həyat»ın zühuruna duaçı olduğum gizli deyildir («Həyat»).
Şükür Xudaya! Maşallah zamana! İyirmi illik bir həsrətimə
qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, həyat irşada
və irşad həyata xidmət edib durğunluğu, ölümü ta Qaf dağlarına
qədər qovmağa cəhd və qeyrət edəcəkdir («Həyat»).
İnsanları bir-birindən üç şey ayırır: məsafə, din fərqi, bir
də dil fərqi («Həyat»).
... «obrazovannı», «ziyalı» qardaşlarım kimi mən də 25 il
əvvəl (1881-ci il – T.A.) türkcə adımı yaza bilmirdim. Lakin başımı
daşa vurub, əlimə qələm alıb, vicdanımın səsi ilə sətirləri («1881-ci
ildə bir vərəqlik «Tonquç» adlı broşüranı nəzərdə tutur – T.A.)
yazdım.
25 ildən bəri (1881-ci ildən bəri nəzərdə tutulur – T.A.)
dediyim, yazdığım, çalışdığım budur: cığır açmaq, yol açmaq, başqa
heç nə. Çünki qüdrətli, nəcib, ömürlü, dözümlü və cəsarətli türk
millətinin pərakəndə düşüb, Çin səddindən Ağdənizədək yayıldığı
halda, səssiz-səmirsiz və dalğın qalması dilsizlikdən, yəni ümumi
dilə malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə yaşadım, bu
etiqadla məzara gedəcəyəm. 25 ildən bəri bu məslək üçün yoldaş
gözləyirdim. «Həyat»ın vücudu mənə böyük təsəlli oldu («Həyat»).
Əziz qardaşım, mənə «Həyat»ın hamisi demisən, gözəl,
amma bu sözün şərhə ehtiyacı var. «Həyat»ın əsl hamisi millətdir.
Mən yalnız onun tərcümanıyam. Millət sənə daim hamilik edər,
fəqət yeganə şərti unutma: hər nə yazacaqsansa, qələmi üç qəpiklik
qara mürəkkəbə batırma, ürəyinə batırıb qanın ilə yaz, sözün ötər
vicdanlara yetər, əks halda səmərəsiz olar, keçər gedər. Qardaşım,
Dostları ilə paylaş: |