Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə65/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

 Abid  Tahirli



 

202



 ~ 

 

bilirik, odur ki, Bakılı dostlarımızı ürəkdən təbrik edir, uzun, gözəl 



ömürlərini təmənnə edirik («Bakı qəzetləri»). 

  …hər  cür  mübahisə  edilirsə-edilsin,  şəxsiyyətə  toxunmaq 



caiz  deyildir.  Sevgili  dostlar,  bu  artıq  ədəbi  mübahisə  deyil,  bazar 

qavğası  rəngini  alır.  Mühərririn  mühərrirə  «xuliqan»  deməsi, 

həmkarına  «sən»  -  deyə  xitab  etməsi  üsuldan,  ədəbdən  deyildir 

(«Bakı qəzetləri»). 

  Əfəndi  qardaşlar!  Ağ  kağızın  üzərimizdə  haqqı  vardır! 



Bizlər  mübahisə  edəndə  hambal  dilindən  istifadə  ediriksə, 

hamballara nə qalar? («Bakı qəzetləri»). 

  …istər  İstanbullu,  istər  kaşqarlı  bir  türkün  qələmindən 



«günəşli»  əvəzinə  «xurşiabad»  (farsca  –  günəş  şəhəri),  ya  da 

«beldetüş-şəms»  çıxarsa,  bu  ədəbi  cinayətdir.  Ağır  gəlməsin: 

imanımdır («İki böyük şair»). 

  Birliyi  olmayan  bir  millətin  bir  qanadı  buzlu  suda 



donmağa,  bir  qanadı  atəşlərdə  qovrulub  kül  olmağa  məhkumdur. 

Durbin  göz  bunları  uzaqdan  görməli,  sevdalı  gönül  pərdələr 

arxasından duygulanmalıdır, sonraya qalarsa,  gec olar («Əfəndilər, 

dil gərəkdir, dil»). 

  Bir  çox  məsələlərdə  avamın,  xalqın  haqqı  böyükdür, 



müqəddəsdir,  lakin  elm  və  ədəbiyyat  baxımından  alimlərə  və 

ədiblərə tabe olmaqla islah və tərəqqi yolları açılır («Əfəndilər, dil 

gərəkdir, dil»). 

  Qəzetlərdə  üç  cür  qələm  işlədilir:  uçitel  qələmi,  müəllim 



qələmi,  ədib  qələmi  –  qarmaqarışıqlıqdır!  Əfəndilər!  Türk  qələmi 

hacət, türk («Əfəndilər, dil gərəkdir, dil»). 

 Qafqazda fars dili hakim idi. Azərbaycan türkcəsi ilə yazı 



yazmaq  ayıb  idi.  Lakin  qafqazlılar  fars  dilini  tərk  edib  ana  dilinə 


 Bütün türklərin tərcümanı



 

203



 ~ 

 

keçdilər,  az  zamanda  ata-baba  dilinin  hakim  olduğu  ədəbi  dilə 



xidmət etdilər və ona sahib oldular («Əfəndilər, dil gərəkdir, dil»). 

 Elm və ədəbiyyatdan, tək millət olduğumuzdan dəm vuran 



bizlər  deyilikmi?  Əfəndilər,  dilsiz  millət  və  ədəbiyyat  harada 

olmuşdur ki, bizdə də olsun? («Əfəndilər, dil gərəkdir, dil»). 

 Dilimiz kimi imla, yazı üsulumuz da islaha möhtacdır. Bu 



gün türk dili adı altında yüzlərcə şivə olduğu kimi, imla üsulumuz 

da  qarmaqarışıqdır.  Dilin  islahı  imlanın  islahına  möhtacdır  («İmla 

məsələsi»). 

 Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil, 



hər  mühərrir  özünəməxsus  bir  imladan  istifadə  edərsə,  nə  dilimiz, 

nə imlamız düzələcəkdir («İmla məsələsi»). 

  Müsəlman  sobraniyası,  müsəlman  ciyunu,  məclisi  zamanı 



deyildir.  Bir  az  səbr  etmək  lazımdır.  Hər  necə  olsa,  «at  altından 

buzov»  axtarılan  zamandır.  Zamanımız  panislamizm,  pantürkizm, 

panmongolizm xəyallarından istər ciddi, istər adəti olsun ürkülmüş, 

şübhələrə düşülmüş bir zamandır («Baxçasaray, 22 may»). 

 «İqbal» qəzetinin (Bakı – T.A.) 1913-cü il iyul ayının 23-



də  çıxmış  nüsxəsində  «Türk  ibni  Yafes  Əfəndi»  təxəllüslü  bir 

müəllif  dil  mövzusundan  bəhs  edərək  türk  milləti  üçün  ümumi  bir 

ədəbi  dilin  lüzumuna  və  sadə  türkcənin  beləliklə,  meydan  ala 

biləcəyi qənaətinə gəlmişdir («Dil ətrafında»). 

 …  «Tərcüman»ın imanı çox güclüdür. Bu imanı, bu gücü 



bizə  vermiş  və  verməkdə  olan  50  milyon  insanın  (Rusiya 

müsəlmanlarının sayı nəzərdə tutulur – T.A.) milli vicdanıdır («Dil 

ətrafında»). 



 Abid  Tahirli



 

204



 ~ 

 



  Müxtəlif  adları  olan,  müxtəlif  məkanlarda  məskunlaşan 

türk  tayfalarının  «lüğətlərini»  yan-yana  qoyub  baxdıqca  sözlərin 

yüzdə 90-nın müştərək olduğu üzə çıxar («Dil ətrafında»). 

 1875-ci ildə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi 



təşəbbüsü  ilə  Bakıda  «Əkinçi»,  bir  az  sonra  general  Staroselskinin 

maddi  köməyi  ilə  Tiflisdə  mərhum  Səid  Əfəndi  Ünsizadənin 

«Ziyayi  Qafqasiyə»  qəzeti  çıxarılmışdı.  Həm  bunları,  həm  də 

İstanbulun «Təqvim-i vəkəyi» və «Bəsirət»ni gözə aldırıb biz də bu 

«Tərcüman»ın  vücuda  gətirilməsinə  və  davam  etdirilməsinə 

çalışdıq. Ədəbiyyat tarixi bizə rəhbərlik edirdi («Dil ətrafında»). 

 Başqa millətlərin daha ertə dırmanıb qalxdığı yüksək dağa 



türklər  indi  qalxırlar  və  əminik  ki,  qalxacaqlar.  Bunu  görən  tək 

«Tərcüman» deyildir: həyat, fərasət və milli vicdandır, «Tərcüman» 

böyük cərəyana qoşulmuş bir zərrədir («Dil ətrafında»). 

 «Əkinçi» və «Ziyayi Qafqasiyə»nin dilinə baxın, bugünkü 



(1913)  «İqbal»ın  dilinə  də  baxın:  millətin  qəzeti  Azəri  şivəsi  ilə 

yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. «Tərcüman» 

da elədir, biz də «İqbal»ın dilindən istifadə edirik («Dil ətrafında»). 

  Xuda  səlamətlik  versin!  Yazınız,  oxuyunuz.  Azəricə, 



tataricə,  kaşqaricə…  biz  buna  müxalif  deyilik,  lakin  türk  milləti 

türkləşmək, türkcə söyləyib yazışmaq istəyir. Bu zamanın tələbinin 

inkar  etmir,  alqışlayırıq,  çünki  təbii  və  uluğ  bir  cərəyandır  («Dil 

ətrafında»). 

 30 ildən bəri (1883-cü ildən nəzərdə tutulur – T.A.) xəyal 



arxasınca qaçmırıq, cilalanmaqda olan türk dilinə inam və iman ilə 

acizanə xidmət göstəririk (Yenə dil ətrafında). 

  Buxaradakı  «Turan»ı  oxuyanlar,  Baxçasaray  «Tərcü-



man»ını,  Orenburq  «Şura»sını  oxuyanlar  İstanbulun  «Türk 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə