Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə67/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

 Abid  Tahirli



 

208



 ~ 

 



 Qadınların müəllimə, qəzetçi, müəllifə kimi ortaya çıxması 

cəmiyyətin  və  millətin  tərəqqisini  göstərir.  Bunlar  isə  İstanbulda 

mövcuddur («Osmanlı ədəbiyyatı və məişəti»). 

  …qəzetin  «filan  müsyö  filan  əfəndi  ilə  görüşdü»  – 



xəbərindən  fayda  və  ibrət  nədir?  Tatar  ağlım  bunu  dərk  etmir. 

Məncə,  məsləhət  və  iş  məlum  olmadıqdan  sonra  müsyö  və  əfəndi 

gündə  beş  deyil,  on  kərə  görüşsün,  faydasızdır  («Osmanlı 

ədəbiyyatı və məişəti»). 

  Mədhiyyə  yazsaydım,  bilirsinizmi  kimi  mədh  edərdim  və 



bunun  üçün  heç  bir  mükafat  istəməzdim.  Anadolu  türklərini  mədh 

edər və divan bağlardım, şair deyiləm, əlimdən gəlmir. Bu türklər ki 

var,  hər  biri  bir  aslandır,  səbirləri  zaman  kimi…  tükənməz, 

sədaqətləri  günəşin  ziyası  kimi…  ləkə  götürməz,  əxlaqları  almaz 

daşı  kimi…  təmiz  və  sadədir.  Bunları  ildə  bir  dəfə  mədh  etməyən 

şairin  səsi  səs  deyil!  Yunan  qalxdı  –  gəl,  Anadolu!  Qaradağ  içəri 

girdi – aman, Anadolu! Belqrad çevrildi – yetiş, Anadolu! Ərəbistan 

bulandı  –  gəl  yatır,  Anadolu!  Para  lazım  –  ver,  Anadolu!  Rum 

elində  yol  çəkilir  –  kömək  et,  Anadolu!  Gəl,  baba  Anadolu,  gəl, 

qəhrəman Anadolu – deyilir, lakin müqabilində şairlər ildə beş sətir 

təşəkkür  yazmırlar  –  ayıb  deyilmi?  …Bizə  görə  Osmanlı  dövləti 

demək  –  Anadolu  türkləri  deməkdir.  Dövlətin  əsgər  qüvvəsi  bu 

türklərdir («Osmanlı ədəbiyyatı və məişəti»). 

  Dünya  belədir:  nə  tərəqqinin,  nə  nöqsanın  sonu  var. 



Bugünkü  tərəqqi  ertəsi  gün  daha  bir  tərəqqi  istər,  durmaq  yoxdur. 

Zaman hər gün tərəqqi istəyir («Osmanlı ədəbiyyatı və məişəti»). 

  Ədəbi  tənqid  ədəbiyyatın  mizanıdır.  Mizansız  bazar, 



tənqidsiz ədəbiyyat kimidir («Osmanlı mətbuatı»).  


 Bütün türklərin tərcümanı



 

209



 ~ 

 



  Parça-bez  bazarına  arşın,  çörək  bazarına  okka  necə 

lazımdırsa,  ədəbiyyata  ölçü  olan  tənqid,  bəlkə  daha  artıq  lazımdır 

(«Osmanlı mətbuatı»). 

  Ədəbiyyat  mənəvi  qidamızdır,  lakin  maddi  qidadan  daha 



çox mizan istər. Hər nə olsa geymirik, hər nə olsa  yemirik, hər nə 

olsa, oxumalımıyıq? («Osmanlı mətbuatı»). 

 Tənqid lazımdır, lakin tənqidçi kim olacaq? Bu elə işdir ki, 



təndirdə  çörək  bişirməkdən,  gəmi  kömürçülüyündən  daha  ağırdır. 

Təkrar  edirəm,  çətin  və  ağır  işdir,  lakin  lazımdır.  Ədəbi  şivəni 

qabıqdan və çürükdən ayıracaq tənqiddir («Osmanlı mətbuatı»). 

  İzzət  bəy  (bir  başqası  olsun)  coğrafiya  yazmış,  Molla 



Hüseyn  elmi-hal  yazmış,  Süleyman  əfəndi  yeni  üsullu  əlifba 

çıxarmış,  qardaşım  Əli  ağa  milli  roman  yazmış,  filankəs  qardaşım 

komediya  uydurmuş…  Bunların  hər  birinə  iki  «afərin»  ilə  üç 

«maşallah» deyib keçilirsə, kitab bazarında yaxın zamanlarda boyalı 

kağızdan  tərpənmək  olmaz  və  ədəbiyyatda  tərəqqi  və  məslək 

görülməz, boyalı kağızların içində itib batar («Osmanlı mətbuatı»). 

  Bu  gün  ədəbi  tənqid  olmadığı  üçün  kitabın  adına  görə 



alınması  düzgün  deyil,  içini  araşdırmaq  lazımdır,  çünki  adı  ilə 

mayası arasında Balkan dağları ola bilər («Osmanlı mətbuatı»). 

  Tənqid,  yalnız  nöqsanı  gösərməkdən  ibarət  deyildir.  Bu 



əsərin  nə  dərəcə  istifadəli  olduğunu  meydana  çıxarmaq,  onu  isbat 

etmək də tənqidə məxsusdur… («Osmanlı mətbuatı»). 

 Filan Jozefinanın filan Alfred ilə olan münaqişəsini, yaxud  



bizim  Fatmalardan  birinin  bizim  Süleymanların  birinə  yaşmaq 

arxasından  çəkdiyi  ah  və  vahları  qələmə  almaq,  roman  yazmaq 

deyil («Tənqid»). 



 Abid  Tahirli



 

210



 ~ 

 



  Romançı  gözəl  və  işlək  bir  qələm  sahibi  olmaqla  yanaşı, 

zəngin  düşüncə  sahibi,  insan  ruhunu  anlayan,  elmi  mövzuları 

sadələşdirməyə  mahir  olmalıdır  və  bunlarla  bərabər  az  görüb,  çox 

anlamaya,  hər  gördüyünün  və  düşündüyünün  rəssamı  kimi,  lakin 

fırçasız,  yalnız  dil  və  yazı  ilə  çatdırmaq  üçün  istedadlı  olmalıdır 

(«Osmanlı mətbuatı»). 

  Hüqonun  «Səfillər»indəki  qəhrəmanlara  Anadoluda  rast 



gəlinməz,  lakin  onlar  kimi  canları  ağrıyan,  onlar  kimi  şənlənən 

insanlar burda da tapılar («Tənqid»). 

  Bursa  və  Əskişəhər  Fatmalarının  halını  yazan,  hisslərini 



bəyan  edən  kamil  ədib  olsa,  Dümanın,  Zolyanın  qələmlərindən 

tökülən  madamlardan  daha  artıq  ibrətli  və  təsirli  dərs  alınacağı 

şübhəsizdir («Tənqid»). 

  ...çox  qəribədir  ki,  bəzi  Osmanlı  yazıçıları  Avropasayağı, 



Qərb  adət-ənənələrinə  uyğun  romanlar  yazırlar,  guya  Avropada 

romançı azdır və Şərqdən yardım istəmişlər («Tənqid»). 

 …gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü 



olmayan,  lakin  faydalı  bir  milli  hekayə  yazmaq  daha  əfzəldir 

(«Tənqid»). 

  Diqqət  və  təfəkkür  etsəniz  görərsiniz  ki,  Osmanlı  məişəti 



əsrlərcə  –  gecə-gündüz  davam  edən  ən  parlaq  bir  hekayədir,  ən 

dəhşətli  bir  faciədir,  ən  gözəl  bir  tarixdir.  Bunlardan  bəhs  etsəniz 

ibrətli, təsirli, dəhşətli şeylərin üstünü açmış olarsınız ki, oxuyan da 

faydalanar («Tənqid»). 

 Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələrdir, milli 



məhəbbəti, milli düşüncəni, milli dili irəlilədəcək və süsləndirəcək, 

təbiət  və  əxlaqı  tərbiyə  edəcək  milli  hekayələrdir.  Buna  çalışmaq 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə