Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə2/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   ...   73

 Bütün türklərin tərcümanı



 

5



 ~ 

 

lənməsi məqsədi ilə kitabda qeyd etdiyi tədbirlərin reallaşacağı gün 



uzaqda deyil. 

Əsərdə  bir  çox  məqamlar  diqqətimi  çəkdi.  Bildiyimə  görə, 

Abid  Tahirli  İ.Qaspiralı  ilə  bağlı  ötən  əsrin  90-cı  illərinin 

əvvəllərindən  məşğuldur.  Mətbuatda  A.Tahirlinin  Ceyhun 

Hacıbəylinin  İ.Qaspiralı  ilə  bağlı  yazısını  da  elə  həmin  dövrdə 

oxuduğumu xatırlayıram. Bununla demək istəyirəm ki, A.Tahirli bu 

müddət  ərzində  İ.Qaspiralı  ilə  bağlı  külli  miqdarda  mənbəyə, 

məxəzə  istinad  etmiş,  Krım,  Kazan,  Türkiyə,  Rusiya,  Azərbaycan 

alimlərinin  çox  sayda  araşdırmalarını  tədqiqat  müstəvisinə  cəlb 

etmiş,  onları  saf-çürük,  təhlil,  müqayisə  etmiş,  dəyərləndirmişdir, 

müəyyən  elmi-nəzəri  qənaətlərə  gəlmişdir.  Diqqətimi  müraciət 

olunan  mənbələrin  çoxluğu,  rəngarəngliyi  çəkdi.  Maraqlı  və 

təqdirəlayiqdir  ki,  A.Tahirli  ilk  dəfə  İ.Qaspiralının  irsini  –  onun 

publisistikasını  və  bədii  əsərlərini  qruplaşdırmış,  mövzu,  ideya 

baxımından təsnifatını aparmış, təhlil etmişdir. Əsərdə diqqətimi bir 

məqam  da  çəkdi.  A.Tahirli  İ.Qaspiralının  bütün  irsindən  inciləri, 

kəlamları  seçmiş,  toplamış,  təqdim  etmişdir.  Tədqiqatçı  İ.Qaspiralı 

irsinə  müraciət  edən  Azərbaycan  və  xarici  ölkə  tədqiqatçılarının 

siyahısını  tərtib  etmiş,  onların  bir  çoxunun  İ.Qaspiralı  ilə  bağlı 

əsərlərindən  Ən  dəyərli,  təsirli  sitatları  da  oxucuların  diqqətinə 

çatdırmışdır.  Əlbəttə,  bu  əsərdən  daha  çox  və  daha  əhatəli  bəhs 

etmək  olardı.  Buna  lüzum  görmürəm.  Ən  əsası  odur  ki,  bu  əsəri 

oxuyan hər kəsin qəlbinə və hafizəsinə bir İ.Qaspiralı portreti həkk 

olacaq, hakim kəsiləcək və hər kəs  İ.Qaspiralı arzularını gerçəkləş-

dirmək  üçün  böyük  ideoloqun  «əgər  xidmət  etmək  istəyirsənsə, 

bacardığın  işlə  başla»  tövsiyəsinə  riayət  etməyə  çalışacaq.  Bu  isə 

«sözdə, fikirdə, işdə birliyə» aparan böyük yoldur. 



 Abid  Tahirli



 

6



 ~ 

 

….1914-cü  ildə  63  yaşında  ikən  vəfat  edən  İsmayıl 



Qaspiralının  ölümünü  Rusiya  müsəlmanları,  onların  qabaqcıl 

ziyalıları  Milli  matəm  kimi  qeyd  etdilər.  Xalq  xadimlərinin  bu 

böyük  itki  ilə  əlaqədar  qəzetlərdə  dərc  etdirdikləri  yazıların 

əksəriyyəti  İ.Qaspiralının  vəfatına  işarə  vuraraq  «millətin  çırağı 

söndü»  ifadəsini  işlədirdi.  Şübhəsiz  ki,  qaspiralısevərlər  bu  zaman 

onun yalnız cismən aralarından getdiyini nəzərdə tuturdular. Amma 

əslində  İ.Qaspiralı  çırağının  işığı  onun  ölümündən  sonra  da 

azalmamış,  əksinə,  əbədi  məşələ  çevrilərək,  böyük  və  qüdrətli  bir 

millətin getməli olduğu yolu nura boyamışdır. 

Xalqımızı Türk dünyasının böyük fikir və qələm adamlarıyla 

daha yaxından tanış etmək vacib və şərəfli işdir. Bu baxımdan Abid 

Tahirlinin  uzun  illərin  zəhməti,  axtarışları  və  tapıntıları  zəminində 

araya-ərsəyə  gətirdiyi  kitab  İsmayıl  Qaspiralı  xatirəsinə  dəyərli 

töhfə  olmaqla  bərabər,  Azərbaycan  oxucularına  ölümsüz  mütəfək-

kirin  həyatı  və  yaradıcılığını  təqdim  etməsilə  də  əhəmiyyətlidir. 

Türk düşüncə tarixinə həsr olunmuş əsərlər sırasında bu kitabın da 

layiqli yer tutacağına inanıram.  

 

 



 Bütün türklərin tərcümanı



 

7



 ~ 

 

 



ĠSMAYIL QASPĠRALI DÜNYASI, 

ĠSMAYIL QASPĠRALI DÜHASI 

 

Ġlk addımlar, ilk axtarıĢlar 

 

XIX  əsrin  ikinci  yarısı  Rusiya  müsəlmanlarının  mənəvi-

milli-ideoloji lideri, maarifçi-publisist, naşir, redaktor İsmayıl bəy 

Qaspiralı  (1851-1914)  öz  qəzetinə  «Tərcüman»  adını  verməklə 

səpələnmiş,  parçalanmış,  hüquqları  əlindən  alınmış  türkdilli 

xalqları  birləşdirmək,  onların  istəyini,  iradəsini  ifadə  etmək  kimi 

tarixi missiyanı öz üzərinə götürmüş oldu və fəaliyyəti ilə türkdilli 

xalqların  gələcək  taleyinin  müəyyənləşməsinə,  özünüdərkə  və 

özünütəsdiqə  təkan  verdi,  onların  həyat  və  təfəkkür  tərzinin 

dəyişməsində,  tərəqqisində  misilsiz  rol  oynadı.  «Tərcüman» 

türkdilli  xalqların  tərcümanı  İsmayıl  Qaspiralının  tribunasına 

çevrildi.  Bu  nəşrin  tarixi  xidməti  həm  də  ondadır  ki,  türkdilli 

xalqlar  üçün  həmişəyaşar  və  bütün  dövrlər  üçün  keçərli,  yararlı 

ideya  verdi:  fikirdə,  dildə,  əməldə  birlik!  XX  əsrin  əvvəllərində 

formalaşmış  türkçülük  ideologiyasının  təməlində  də  məhz  bu 

ideya durur… 

Məşhur  Qaspiralılar  nəslinin  türk  dünyasına  bəxş  etdiyi 

İsmayıl  düz  160  il  bundan  əvvəl  mart  ayının  8-də  Krımın  Avçı 

kəndində  dünyaya  göz  açmışdır.  Atası  –  keçmiş  çar  ordusunun 

zabiti  Mustafa  bəy  və  nüfuzlu  mirzə  ailəsindən  olan  anası  Fatimə 

Sultan  İsmayılın  təlim-tərbiyəsinə  ciddi  yanaşır,  onun  təhsilinə 

qayğı göstərirdilər. Bir müddət müsəlman məktəbinə gedən İsmayılı 




 Abid  Tahirli



 

8



 ~ 

 

atası  –  Mustafa  Qasprinski  xeyli  çətinlikdən  sonra  Ağməsciddəki 



(Simferopol) gimnaziyaya düzəltməyə nail olur və 2 il orada təhsil 

alır.  Gimnaziya  mühiti  İsmayılın  atası  Mustafa  kişini  qane  etmir. 

Odur  ki,  o,  oğlunu  Voronejdəki  hərbi  məktəbə  qoyur.  İsmayıl 

burada  bilir  ki,  ünvana  düz  gəlməmişdir.  Tezliklə  İkinci  Moskva 

Hərbi  Gimnaziyasına  düzəlir.  Gənc  İsmayıl  Moskvadakı  üç  illik 

(1864-1867)  gimnaziya  həyatı  dövründə  dərk  edir  ki,  seçdiyi  yol 

onun  istəklərinə,  arzularına  uyğun  deyil:  təhsilini  yarımçıq  qoyur, 

gimnaziyanı  tərk  edir.  Hərbi  gimnaziyadakı  tədris  yox,  oradakı 

mövcud  əxlaqi,  mənəvi  mühit  və  İsmayılın  dindaşlarına,  dildaş-

larına  alçaldıcı  münasibət  onu  növbəti  dəfə  qərarını  dəyişməyə 

məcbur etmişdi. Gimnaziyada qeyri-ruslara, xüsusi ilə türk-tatarlara 

təhqiramiz,  şovinist  münasibət  İsmayılı  daha  dərindən  düşünməyə 

vadar  edirdi.  Əslində,  elə  bu  vaxtdan  onun  gələcək  fəaliyyətinin 

konturları  cızılırdı.  Krit  adasındakı  yunanların  Osmanlı  dövlətinə 

qarşı üsyan xəbəri İsmayıldakı milli təəssübkeşlik hissini o dərəcədə 

alovlandırmışdı  ki,  o,  üsyanın  yatırılması  üçün  türklərə  kömək 

etmək  məqsədi  ilə  cəbhəyə  getməyə  cəhd  göstərir,  lakin  sərhədi 

keçməyə nail olmur. Doğma Krıma qayıdır, Yalta və Baxçasarayda 

1870-ci  ildən  ibtidai  sinif  müəllimi  kimi  fəaliyyətə  başlayır.  O, 

şagirdlərinə  rus  dilini  öyrədir,  özü  isə  rus  ədəbiyyatını  böyük 

ehtirasla mütaliə edirdi. 

İ.Qaspiralı  dövrü  üçün  çox  xarakterik  olan  xalqçılıq, 

maarifçilik hərəkatının, digər müxtəlif ideya və cərəyanların intişar 

tapdığı,  inkişaf  etdiyi  bir  mühitdə  formalaşırdı.  O,  bir  tərəfdən 

M.N.Katkovun  (İ.Qaspiralının  müəllimi,  «Moskovskiye  vedo-

mosti»,  «Russkiy  vestik»  qəzetlərinin  redaktoru)  millətçi  görüşləri 

ilə tanış olur, digər tərəfdən M.N.Katkovun vasitəsi ilə tanıdığı tatar 

əsilli  yazıçı  İ.S.Turgenevin,  eləcə  də  rus  ictimai-ədəbi-mədəni 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə