Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə14/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

 Abid  Tahirli



 

42



 ~ 

 

olduğu hörməti təmin edəmirik. Fəqət nə mane olur: biz səflərimizi 



sıxlaşdıralım.  Mücadilələrimizi  tənzim  edəlim.  Mücadiləmizi 

qüvvətləndirəlim budur, «Tərcüman»a və böyük İsmayıl bəyə layiq 

ən  dəyərli  qayğı,  ən  münasib  xatirə!»  («Ortaqlı  bir  ildönümü» 

məqaləsindən. «İstiqlal» qəzeti, 13 aprel 1933). 

 

 

Sultan  Məcid  Qənizadə:  «Tərcüman»  qəzetəsi  Həzrət 



Musanın  bəni-İsrail  üçün  gətirdiyi  lövhələr  kimi  idi  ki, 

müsəlmanların  qəlbində  nəqş  bağlayırdı.  Və  «Tərcüman»ın 

yazılarının  bu  qədər  mütəəssir  olması  İsmayıl  bəyin  özünün  batini 

atəşi idi. Necə ki, demişlər:  «şəm  əgər gur  yanmasa,  yandırmaz od 

pərvanəni».  Hədisdə  deyilir  ki,  Allah  bir  neməti  aldıqda  əvəzində 

ikisini  verər…  Biz  də  ümid  ediriz  ki,  İsmayıl  bəy  gedəndə  onun 

yerində  Rusiya  müsəlmanları  arasında  İsmayıl  bəylər  çıxar.  Çünki 

İsmayıl bəyin özünün çalışdığı da bu yolda idi». 



 

 

Tanınmış  qaspiralışünas  Zəfər  Karatay:  «Doğmuşam 

Krımda  Avcı  köydə  min  səkkiz  yüz  əlli  bir  də.  Məkanım 

Baxçasaraydır,  məzarım  kim  bilir  nerdə»  -  söyləyən  İsmayıl 

Qaspiralının  məzarı  həqiqətən  18  may  1944-cü  ildə  Krım  türkləri 

sürgün  ediləndə,  Zincirli  mədrəsə  yaxınlığında  olan  məzarı  yox 

edilmişdi.  Amma  onun  nəvələri  yox  olmadı.  Geri  döndülər.  Ona 

xatirə məzarı düzəltdilər…». 

…İşə  də  dərhal  başladı.  Bir  tərəfdə  çar  Rusiyasının 

inanılmaz təzyiqi və senzurası, bir tərəfdə cəhalət içərisində inləyən 

xalqı  vardı.  İmkanları  məhdud  olsa  da,  möhtəşəm  əzmi  vardı, 

peyğəmbər  səbri  vardı.  Son  dərəcə  realist,  sağlam  ruhlu  və 



 Bütün türklərin tərcümanı



 

43



 ~ 

 

uzaqgörən  idi.  Çalışdı,  çalışdı,  çalışdı».  («Yaxşı  ki,  doğuldun 



İsmayıl bəy  Qaspiralı» məqaləsindən). 

 

Naşir,  redaktor  Haşım  bəy  Vəzirov:  «Dünən  Krımın 

Baxçasaray  şəhərindən  aldığımız  bir  teleqram  təğyire-qəzadan 

tamam millətimizin uğradığı böyük bir siyah xəbərini yetirdi. 

Qırx  illərdən  bəri  əsla  yorulmaq  və  usanmaq  bilməyərək 

müsəlmanlar  və  müsəlmanlıq  yolunda  çalışan  İsmayıl  bəy 

Qasprinski vəfat etdi». 

 

 

Böyük  ideoloq  Əhməd  bəy  Ağaoğlu:  «Dünyada  türk  və 

türkçülük qaldıqca İsmayıl bəy də bərhəyatdır (diridir, yaşayandır – 

T.A.),  yəni  İsmayıl  bəy  əbədi  və  cavidandır  (daimidir  –  T.A.). 

İsmayıl  bəy  hələ  də  yaşayır,  yetişdirdiyi  yüzlərlə  şagirdlərində, 

tərbiyə etdiyi minlərcə ruhlarda yaşayır». («İsmayıl bəy Qasprinski» 

məqaləsindən). 

 

 

Böyük  ideoloq  Yusif  Akçuraoğlu:  «…İsmayıl  bəy  təkdir, 



ona bərabər xadimi… ötən bir neçə əsrlik islam və türk həyatından 

tapıb  çıxarmaq  çətindir.  Məncə,  İsmayıl  bəyi  haqqı  ilə  tərif  edə 

biləcək  bir  sifət  vardır  ki,  o  da  ilahiyyat  alimlərinin  həzrəti  İsadan 

bəhs  edərkən  istifadə  etdikləri  «müəllim»  təbiridir.  İsmayıl  bəy 

«müəllim»  idi:  o  bir  qisim  bəşəriyyətin  dünyaya  və  həyata 

baxışlarını  dəyişməyə  müvəffəq  oldu  («Müəllimə  dair» 

məqaləsindən). 

«İsmayıl  bəy  yaxşı  bir  müəllim,  mahir  bir  qəzetçi,  mümtaz 

bir mühərrir, ictimai və fəal bir ictimai xadim idi. Lakin, bütün bu 



 Abid  Tahirli



 

44



 ~ 

 

keyfiyyətlər İsmayıl bəyi tanıda bilməz. Türk-islam aləminin yarım 



əsrlik  dövründə  saydığım  keyfiyyətlərə  malik  ola  biləcək  iyirmi-

otuz şəxsin adı çəkilə bilər. Ancaq İsmayıl bəy təkdir. 

Əslində,  Şimal  türklüyünün  duyan  və  anlayan  hissəsi 

Qasprinskinin  mahiyyəti  fikriyyəsini,  qayeyi  məqsədini  təyində 

gecikməmiş və yanılmamışdır. Əlifbanın sürətli təlimi məsələsindən 

nəşət  etmiş  kimi  görünən  «Üsuli-cədid»  nizam  əzm  ümranisi  xətti 

zatında 

Şimal 


türklüyünün 

qərbçiləri 

ilə 

şərqçilərinin, 



mühafizəkarları ilə tərəqqipərvərlərinin müsaidəmeyi tarixiyələridir. 

XIX əsrin axırıncı rübündən etibarən Şimal türkləri fikir, umran və 

ictimai nöqteyi nəzərlərindən iki böyük firqəyə – «Üsuli-cədid» və 

«Üsuli-qədim»  firqələrinə  –  ayrılaraq  bu  iki  firqənin  çəkişməsi 

sayəsində  tərəqqiyə  çatmışdır.  Uşaqların  tərbiyəsi,  məişət  tərzi, 

ictimai  və  həyat  qayəsi  kimi  ən  mühüm  həyat  məsələsi  də 

«Cədid»lərlə  «Qədim»lərin  prinsipləri  çarpışırdı.  Bu  gün 

«Cədid»çilər hər sahədə müvəffəqiyyətlərini təmin etmiş kimidirlər. 

«Cədid»lərin,  yəni  tərəqqini  qərbin  təqib  və  təmsilində  görənlərin 

cümləcə  müsəlləm  və  müqəddəs  rəisi  İsmayıl  bəy  Qasprinski  idi. 

İsmayıl  bəy  bu  cərəyanı  fikri  və  ictimainin  yalnız  rəisi  deyil, 

mühəddis  və  xaliqidir».  («Müəllimə  dair»  məqaləsindən.  «Türk 

yurdu» dərgisi, 1330, № 12). 

 

 



Qaspiralışünas  Ənisə  Həbibullayeva:  «İsmayıl  Qaspiralı 

türk  xalqlarının  proqressiv  inkişafının  əsasını  qoymuşdur.  İsmayıl 

bəyi  xatırlayanda  ən  əvvəl  biz  onun  barəsində  görkəmli  siyasətçi, 

maarifçi,  ziyalı,  naşir,  ədəbiyyatçı  kimi  bəhs  etməliyik.  O,  Rusiya 

imperiyasında  və  qonşu  dövlətlərdəki  türk  xalqlarını  bir  ideya 

ətrafında birləşdirdi. O, tərəqqinin yol xəritəsini göstərdi, bu vasitə 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə