Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə10/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

 Abid  Tahirli



 

30



 ~ 

 

ağır itki kimi dəyərləndirmişlər. Bakıda buraxılan mətbu orqanlar da 



-  «Məktəb»,  «Dirilik»,  «İqbal»,  «İrşad»,  bir  sözlə,  istisnasız  bütün 

milli  mətbu  nəşrlər  İ.Qaspiralının  vəfatını  milli  matəm  kimi  qeyd 

etmişlər. 

İsmayıl  bəyin  vəfatı  ilə  bağlı  dövri  mətbuatda  dərc  edilən 

əksər  yazılar  ya  bütöv,  ya  da  bir  hissəsi  «Tərcüman»da  da 

verilmişdir.  Qəzet  eyni  zamanda  Rusiyanın  hər  tərəfindən 

göndərilən  başsağlığı  və  hüzn  teleqramlarını  da  dərc  etmişdir.  Bir 

neçə  sətirlik  həmin  teleqramlar  da  İ.Qaspiralının  parlaq  sima  və 

böyük itki olduğunu kifayət qədər geniş əks etdirir. 

Əli  Mərdan  bəy  Topçubaşov  Bakıdan  «Tərcüman»a 

göndərdiyi  teleqramda  yazırdı  ki,  vəfasız  əcəl  müsəlmanların 

yolunu  nurlandıran  çırağı  söndürdü,  tək  «Tərcüman»  yox,  bütün 

Rusiya müsəlmanları yetim qaldı.  

Zaqafqaziya  müftisi  Qayıbov  Baxçasaraya  ünvanladığı 

teleqramda  İ.Qaspiralının  bütün  ömrü boyu müsəlmanların  mədəni 

tərəqqisinə 

qəhrəmanə 

çalışdığını  vurğulayır.  Zaqafqaziya 

şeyxülislamı  Pişnamazadə  İsmayıl  bəyi  həqiqi  millət  xadimi  və 

müsəlman ədəbiyyatının ruhi-piranəsi adlandırır. 

M.Ə.Rəsulzadə Bakıdan  yazırdı:  «Turanın  əmsalsız mədəni 

qəhrəmanı  və  Rusiya  müsəlmanları  ustadının  matəm  dəstəsi 

arxasında ağlayıb gedənlərə mən də göz yaşları ilə qoşuluram». 

Orenburqdan  «Müsəlman  tələbələrə  yardım  cəmiyyəti»nin 

sədri 

Hüseynov  Qaspiralı  ideyalarından  birinin  icrasına 



çalışdıqlarını bildirir və yazır ki, kədərimi mərhumun tabutu üzərinə 

bir  əklil  kimi  qoyuram.  Orenburqdan  gələn  başqa  bir  teleqramı 

Qızlar  məktəbinin  müəllim-şagirdləri  göndərmişdir:  «…Rusiyada 

ana  dilində  qadınlar  üçün  jurnal  çıxaran,  məktəb  açan  Qaspiralının 

vəfatından  fövqəladə  məhzun  və  mükəddər  olduq».  Orenburqda 



 Bütün türklərin tərcümanı



 

31



 ~ 

 

çıxan  «Vakit»  və  «Şura»  qəzetləri  İsmayıl bəyi  «əzəmətli  ustaya», 



özlərinin mənəvi atasına bənzədir. Ufadan müfti Sultanov Qaspiralı 

ailəsinə  baş  verən  kədəri  öz  ailəsinin  kədəri  hesab  edir,  Ufadakı 

«Müsəlman xeyriyyə cəmiyyəti»nin rəisi Həkimov həqiqəti müdafiə 

edən qəhrəman və millət xadiminin –  İ.Qaspiralının vəfatı xəbərini 

dəhşətlə  qarşıladığını  dərin  hüznlə  çatdırır,  «Durmus»  qəzeti  isə 

İ.Qaspiralını  «birinci  böyük  ustad»  adlandırır  və  mükəddər 

olduğunu  izhar  edir.  «Millətin  mənəvi  atası  vəfat  etdisə  də,  onun 

fikirləri  daim  tatar  gənclərinin  yolbaşçısı  olacaqdır»  –  bu 

məzmunda teleqramı Kazan müxbir və ədibləri imzalamışlar. 

Kazandan  «Yıldız»  qəzeti  İ.Qaspiralını  «əziz  yol 

göstəricisi»,  Petroqraddan  «Müsəlman  nəşri-maarif  cəmiyyəti»nin 

rəisi  Əminə  Sırtlanova  isə  onu  «islam  dünyasının  çırağı»  kimi 

səciyyələndirir. 

Petroqraddan  «İl»  qəzeti  İ.Qaspiralının  vəfatını  «milli  yas» 

hesab edir. Simferopol, Yalta, İstanbul, Tiflis, Moskvadan… gələn 

çox sayda teleqramlarda  İ.Qaspiralının  –  «Rusiya müsəlmanlarının 

ən  böyük  adamının»,  «millətinin  ən  alicənab  və  fazil  oğlunun», 

«qadın  tərəqqisi  və  maarifinin  ölməz  müdafiəçisi  və  camaat 

xadiminin»,  «möhtərəm  pədərin»  vəfatı  ilə  bağlı  hüzn  və  eyni 

zamanda  onun  tarixi  xidmətləri  qısa,  kədərli,  həm  də  təsirli 

cümlələrlə əksini tapmışdır. 

Biz bilərəkdən  İ.Qaspiralının  vəfatı ilə  bağlı teleqramlardan 

bir  qədər  geniş  bəhs  etdik.  Böyük  sevgi,  həm  də  emosional  dillə 

qələmə  alınmış  bu  teleqramlara  nəzər  saldıqca  ümumxalq  matəm 

mənzərəsi  dərin  təəssürat  yaradır,  böyük  xalq  xadiminə  bəslənən 

sevginin  nəhayətsizliyi  bir  daha  əyan  olur,  həm  də  Qaspiralı 

ideyalarının hələ sağ ikən yayıldığı, təqdir olunduğu ucsuz-bucaqsız 

coğrafi ərazi göz önündə canlanır… 




 Abid  Tahirli



 

32



 ~ 

 

Ölkədə,  regionda  baş  verən  ictimai-siyasi,  tarixi 



təbəddülatlara  (I  Dünya  müharibəsi,  Burjua  inqilabı,  Vətəndaş 

müharibəsi,  Böyük  Oktyabr  Sosialist  inqilabı,  Çar  Rusiyası 

ərazisində  qısa  müddətli  olsa  da,  bəzi  müstəqil  dövlətlərin 

yaranması, onların süqutu və s. və i.) baxmayaraq, İ.Qaspiralının adı 

vəfatından  sonra  da  bir  müddət  qəzet  və  jurnalların  səhifəsindən 

düşməmişdir. 

Sovet  hakimiyyəti  illərində  İ.Qaspiralı  irsi  və  şəxsiyyətinə 

rejim  və  kommunist ideologiyası  qatı düşmən kəsilmişdir. Şovinist 

Katkov,  missionerlər  Pobedonostnov,  Ostroumov,  İlminski, 

Maşanov,  çar  senzuraları,  türk-islam  əleyhdarı  olan  çox  sayda 

qəzetlər,  İsmayıl  bəyi  «kafir»  adlandıran  müsəlman  din  xadimləri, 

ona  «xəyalpərəst»  -  deyə  hücum  edən  bəzi  üzdəniraq  ziyalılarımız 

diri, canlı İ.Qaspiralı üçün real, ciddi təhlükə olsa da, qarşısıalınmaz 

deyildilər.  Qaspiralı  onları  susdururdu.  Daha  qəddarı,  zalımı 

Qaspiralı  ruhundan,  ideyasından  təşvişə  düşən,  əndişələnən,  elə 

buna  görə  də,  onu  tarixin  səhifəsindən  silməyi  qərara  alan  sovet 

quruluşu  və  bolşevik  ideologiyası  idi.  Təsadüfi  deyil  ki,  Sovet 

hakimiyyəti  hər  vəchlə  İ.Qaspiralını  pantürkist,  panislamist  adı  ilə 

yaddaşlardan silməyə, unutdurmağa çalışırdı. 

 

Hicrət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti 



 

İsmayıl bəy mühacirətlə, mühacirlərlə bağlı «Tərcüman» da 

dəfələrlə  məqalələrlə  çıxış  etmişdir.  O,  mühacirətin  yaranması 

səbəblərini,  müxtəlif  dövlətlərin  mühacirət  probleminə  münasibə-

tini, ayrı-ayrı xalqların, mühacirlərin özünəməxsus xüsusiyyətlərini 

təhlil  etmiş,  müəyyən  qənaətlərə  gəlmişdir.  Başlıca  nəticə  ondan 

ibarətdir  ki,  İ.Qaspiralı  mühacirətə  qarşı  olmuşdur,  onun  fikrincə, 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə