Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə7/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   10   ...   73

 Bütün türklərin tərcümanı



 

21



 ~ 

 

«Moskovskiye  vedomosti»yə,  «Novoye  vremya»ya,  eləcə  də 



«islamçı  professorlar»  Smirnov  və  Çerevanskiyə  layiqli  cavab 

verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-

naşirin  adı  ilə  sinonim  kimi  qəbul  edir  və  bilirdilər  ki,  onların 

tərcümanı  öz  «Tərcüman»ında  mütləq  haqsız  və  doğru  olmayan 

sözə  lazımi  cavabı  verəcək.  Ə.M.Topçubaşov  İ.Qaspiralının  bir 

islahatçı  kimi  məktəb  və  ortaq  dillə  bağlı  fikirlərinə  yüksək  dəyər 

verir, bu sahədə  mühüm işlər həyata keçirdiyini  göstərir. Müəllifin 

fikrincə, müsəlman əhalisinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl 

bəy  ora  getməsin.  Hara  qədəm  qoyurdusa,  orada  izi  qalırdı:  yeni 

məktəbin,  maarif  müəssisəsinin,  xeyriyyə  cəmiyyətinin,  ədəbi 

məclisin…  əsası  qoyulurdu.  İ.Qaspiralı  H.Zərdabini  həmişə 

minnətdarlıq  hissi  ilə  xatırlayır,  onu  müsəlman  ictimai  və  maarif 

işlərində  ilk  pioner  sayırdı.  Müsəlman  həyatının  bütün  sahələrində 

müşahidə  edilən  canlanmaları  unudulmaz  İ.Qaspiralının  məhsuldar 

fəaliyyətinin  nəticəsi  hesab  edən  Ə.M.Topçubaşov  məqaləsini  belə 

bitirir:  «İsmayıl  bəy  Qaspiralı  kimi  bir  insanın  itkisi  müsəlmanlar 

üçün böyükdür, onların  kədərini anlamaq olar.  Ancaq təsəlli  verən 

odur ki, onun xidmət etdiyi müsəlmanların hər biri mərhumun təzə 

məzarı  üzərində  söyləyirlər:  «Sağ  ol,  İsmayıl  bəy,  sən  öz  xalqının 

maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan 

kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!» 

Xalqımızın  böyük  oğlu  Nəriman  Nərimanov  da  uzun  illər 

boyu  İ.Qaspiralı  ilə  əlaqə  saxlamış,  əməkdaşlıq  etmişdir.  O, 

«Tərcüman»ın  10  illik  yubileyi  münasibəti  ilə  İsmayıl  bəyə  təbrik 

məktubu  göndərmiş,  1903-cü  ildə  tələbə  ikən  Baxçasaraya  gələrək 

İ.Qaspiralını  ziyarət  etmişdir.  İ.Qaspiralı  vəfat  edəndə  –  1914-cü 

ildə  «Bəsirət»  qəzetində  N.Nərimanov  «Baxçasarayda  imtahan 

meydanı» adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz 




 Abid  Tahirli



 

22



 ~ 

 

verdiyini  kədərlə  bildirərək  yazırdı  ki,  İ.Qaspiralının  adı 



əbədiləşdirilməli,  onun  haqqında  kitab  yazılmalı,  xatirəsinə  abidə 

ucaldılmalıdır.  N.Nərimanov  yazırdı:  «…səndə  millət  hissi 

oyanıbsa, öz hüququnu düşünmüsənsə, bismillah, imtahan meydanı 

açıqdır.  Sənin  yolunda  bütün  ömrünü  sərf  edən,  axır  nəfəsinədək 

səni  nicat  yoluna  dəvət  edən  şəxsin  qəbri  səndən  ancaq  bir  daş 

gözləyir.  Elə  bir  daş  ki,  çox  təəssüf,  Sabirimiz,  Tukayımız  ümum 

millətdən bu daşı almadılar…». 

Türk  dünyasının  böyük  ideoloqu  Ə.Ağaoğlu  ilə  İ.Qaspiralı 

münasibətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında 

fikir  mübadiləsi  aparmış,  Peterburq  və  İstanbulda  dəfələrlə 

görüşmüş,  «Türk  ocağı»  cəmiyyəti  və  «Türk  yurdu»  jurnalı  ilə  də 

əməkdaşlıq etmişlər. Təbii ki,  İ.Qaspiralının vəfatı Əhməd bəyi də 

bərk  sarsıtmışdı  və  bu  duyğularını  o,  «Türk  yurdu»nda  dərc 

etdirdiyi  (1914-cü  il,  №  12)  nekroloqda  oxucularla  bölüşmüşdür. 

Ə.Ağaoğlu  İ.Qaspiralının  vəfatından  söz  açmağın  çox  ağır 

olduğunu  etiraf  edir  və  yazır:  «Mən  İsmayıl  bəyin  vəfat  etdiyinə 

hələ  də  alışa  bilmirəm!  Çünki  o,  o  qədər  diri  və  zirək,  canlı  idi, 

həyat  onda  o  qədər  daşqın  idi  ki,  mənim  xəyalımda  İsmayıl  bəydə 

həyat  əbədi,  daimidir.  İsmayıl  bəyə  əcəlin  yaxınlaşacağına  əsla 

inanmıram! Hətta  İstanbula bir neçə ay  əvvəl  son gəldiyi  zaman o 

möhtərəm  ustadı  25  il  əvvəlki  kimi  görmüşdüm.  Nə  o  sevimli 

çöhrəsində,  nə  o  yüksək  ruhunda  əsla  dəyişiklik  görmədim. 

Dostlardan  bəziləri  xəstə  olduğunu  söylədilər:  fəqət,  mən  inana 

bilmədim.  Çünki  İsmayıl  bəy  həmin  o  tanıdığım,  hörmət  etdiyim, 

sevdiyim… əvvəlki İsmayıl bəy idi». Ə.Ağaoğlunun dərin hüzn və 

kədərlə  qələmə  aldığı,  göz  yaşları  içərisində  yazdığı  «artıq  əsilli-

nəcabətli  çöhrədən  əbədiyyən  məhrum  olduq»  sözləri  adamın 

yadına  istər-istəməz  tatar  teoloqu  Musa  Bikiyevin  1914-cü  ildə 




 Bütün türklərin tərcümanı



 

23



 ~ 

 

qələmə aldığı «Mülahizə» adlı əsərdəki sətirləri salır: «Mən, əlbəttə, 



heç  nə  fikirləşmədən  həyatımı  onun  yerinə  qurban  verər  və  onun 

yerinə  qəbirə  uzanardım.  Əgər  mənim  bu  böyük  hörmət  etdiyim 

müəllimimi  ayağa  qaldırmaq  mümkün  olsa  idi,  mən  ondan  heç 

olmazsa, hələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim». 

Qayıdaq  Ə.Ağaoğlunun  yazdıqlarına.  O,  qeyd  edir  ki, 

İ.Qaspiralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm, 

əslində,  milli  şüur  və  mənəvi  vəhdətini  duymuş  olur.  Bu  qayeyə 

çatmaq üçün İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini 

pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və 

bunun  üçün  ən  müəssir-təsirli  amil  kimi  mətbuatla  məktəbə 

müraciət  etdi.  Məktəb  və  mətbuat:  budur  türklüyü  qurtaracaq  iki 

silah! Mərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi. 

Bəy  ailəsi  ilə  həm  mühərrir,  həm  mürəttib,  həm  də  müvəzirlik-

poçtolyonluq  vəzifələrini  ifa  edirdi.  Qəzetini  oxutdurmaq  üçün 

İsmayıl  bəy  dəfələrlə  Krımdan  Qafqaza,  Türkistana,  Buxaraya, 

Kazana, 


Orenburqa 

səfər 


edərək 

qapı-qapı 

dolaşmaq 

məcburiyyətində  idi.  «Tərcüman»  damla-damla  axırdı  və  hər 

damlası  hər  yerdə  yavaş-yavaş  təzə,  gözəl  çiçəklər  yetişdirirdi. 

«Tərcüman»ın lisanı Kazandan Qafqaza, Krımdan Türkistana qədər 

anlaşılırdı. Bu böyük bir məharətdir. Bununla mərhum, düsturunun 

birinci  bəndini  icra  etmiş  olurdu.  Türklər  hər  yerdə  bir-birini 

anlamağa başlayırdı. 

«İqbal»  qəzetinin  28  sentyabr  1914-cü  il  tarixli  749-cu 

nömrəsində  Firudin  bəy  Köçərlinin  «İsmayıl  bəy  Qasprinski»  adlı 

yazısı  da  eyni  hisslərlə  qələmə  alınmış  və  o  dərəcədə  də  təsirlidir. 

İ.Qaspiralını  «Diriliyimizin  mayası  və  millətimizin  ruh  mənzili» 

adlandıran  F.Köçərli onun ölümünə heç cür inanmır:       «İsmayıl 

bəy  Qasprinskinin  ölmək  xəbəri  bizə  də  yetişdi.  Bu  dəhşətli  xəbər 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə