Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə15/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

 Bütün türklərin tərcümanı



 

45



 ~ 

 

ilə  gənc  nəsil  ənənəvi,  dini  biliklərlə  yanaşı  dünyəvi  elmlərə  də 



sahib  olmalıdır».  (İ.Qaspiralının  yubileyində    çıxışından,  Krım, 

28.03.2011). 



 

 

Prof.dr.  Nadir  Dövlət  (Yeditəpə  Universiteti):  1908-ci  ilin 

sonlarında  Türkiyədə  formalaşmağa  başlayan  «islamçılıq», 

«qərbçilik»,  «türkçülük»  kimi  fərqli  fikri  axınlarının  hamısı 

müxtəlif  baxışlardan  da  olsa,  Qaspiralıda  özlərinə  uyğun  nöqtələr 

tapa  bilirdilər».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində 

çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

«Krım  tatarlarından  kənarda  –  Kazanda  –  tatar  aydınları 

arasında da bu mövzuya (ruslarla dil tapmaq nəzərdə tutulur – T.A.) 

maraq  olduqca  çoxdur.  Ən  son  olaraq,  1993-cü  ildə  Çiym  vakfı 

tərəfindən  «Fikir»  seriyasından  olmaq  üzrə  «Rusiya  və  Şərq»  adlı 

bir  əsər  nəşr  edilmişdir.  İsmayıl  Qaspiralıya  həsr  olunmuş  bu 

kitabda  onun  yuxarıda  adı  çəkilən  «Rusiya  müsəlmanları», 

«Ruslarla dil tapmaq» əsərləri, Bennigsenin 1985-ci ildə nəşr etdiyi 

«İsmayıl bey Qasprinski – russian islam»a yazdığı ön söz və 1990-

cı illərdə Qaspiralının bəraət qazanmasına səbəb olan L.Klimoviçin 

«Maarif  xidmətində  türk  dilində  çıxan  ilk  qəzet  «Tərcüman»  və 

onun  naşiri  Qasprinski  haqqında»  adlı  serial  məqaləsi  və 

prof.Mirqasım  Osmanovun  12  səhifəlik  «İ.Qaspiralı  fikrinin  zəfəri 

və faciəsi» adlı məqaləsi verilmişdir». («İsmayıl Qaspiralı dövrü və 

ruslarla dil tapmaq problemi» məqaləsindən). 

«1930-cu ilə qədər Qaspiralının böyüklüyü inkar edilmir və 

yeri gəldikcə ondan bəhs olunurdu. Məsələn, 1926-cı ildə Kazanda 

nəşr  edilən  Əbdülrəhman  Sədinin  «Tatar  ədəbiyyatı  tarixi»  adlı 

əsərində onun haqqında aşağıdakı bu sətirlərdə yer verilmişdir: 




 Abid  Tahirli



 

46



 ~ 

 

«…İşdə  Tatar  dünyasında  reforma  hərəkatının  son,  tam 



anlamdakı hərəkatı «Üsul-ü Səvtiyyə» hərəkatında ilk liderliyi Krım 

mirzələrindən  İsmayıl  Qasprinski  göstərdi,  Türk-tatar  Dünyasında 

ilk  olaraq  səvtiyyə  üsulu  ilə  dərs  verən  məktəbləri  açaraq  bunların 

ilk  nümunələrini  yaratdı.  Onun  1883-cü  ildə  çıxmağa  başlayan 

«Tərcüman»ı  bu  metodu  xalq  arasında  yaymaqda  ilk  güclü  silah 

oldu və nəticədə «Üsuli-cədid», «Üsuli-səvtiyyə» hərəkatının bütün 

Tatar  dünyasında  böyük  güclü  bir  cərəyan  halına  gəlməsində  baş 

komandan  oldu».  (İ.Qaspiralı  yubileyində  çıxışından.  Ağməscid, 

mart 1991). 

«1930-cu  illərdə  qadağan  edilmiş  İ.Qaspiralı  şəxsiyyəti  və 

irsi  üzərindən  bu  yasaq  1987-ci  ilin  sentyabrınadək,  yəni  yarım 

əsrdən çox bir müddət davam etmiş və bunun nəticəsində Sovetlər 

Birliyindəki,  bəlkə  də  bütün  dünyadakı  türk  və  müsəlman 

topluluqlara xüsusi ilə mədəni yöndən böyük təsiri olan İsmayıl bəy 

Qaspiralının  adı  unudulmuşdu.  SSRİ-də  son  5-6  ildə  əmələ  gələn 

dəyişikliklər  nəticəsində  isə  bu  növ  unutdurulan  şəxslərin  təkrar 

tanıdıla  bilinməsi  imkanları  yaranmağa  başlamışdı.  Bu  qədər  uzun 

müddət  haqqında  bəhs  edilməyən  şəxsin  –  bu  hətta  İsmayıl 

Qaspiralı olsa da belə, unudulması təbiidir. Odur ki, bu gün onun bir 

neçə  araşdırmaçı  tərəfindən  tanınması  bizi  heyrətləndirməməlidir. 

Ancaq  bu  cür  anma  toplantılarının  İsmayıl  Qaspiralını  topluma 

yenidən qaytaracağına inanırıq. Lakin əsərlərinin təkrar nəşrinə nail 

olmadan,  dərs  kitablarında  haqq  etdiyi  yeri  tutmadan  Qaspiralının 

gerçək  dəyərinin  gənc  nəsillərə  çatdırılmasının  mümkün 

olmayacağını da xatırlatmaq istərdim».  («Dünən və bu gün İsmayıl 

Qaspiralı» məqaləsindən, 1991-ci il). 

 

 



 Bütün türklərin tərcümanı



 

47



 ~ 

 

Tarix  elmləri  namizədi,  Moskva  Dövlət  Universitetinin 



dosenti  Rüstəm Şükürov:  «İsmayıl Qaspiralının – böyük maarifçi, 

yazıçı-publisistin 

ideyaları 

Rusiya 


imperiyasındakı 

bütün 


müsəlmanların  intellektual  simasını  əsaslı  şəkildə  dəyişdi.  Onun 

səyi  sayəsində  XX  əsrin  əvvəlləri  rus  publisistikasında  islam 

Rusiyasının səsi aydın eşidilməyə başladı, Rusiya müsəlmanları ilk 

dəfə  özlərini  mədəni  güc  kimi  bəyan  etdilər».  («İsmayıl  Qaspiralı. 

Səadət  layihəsi»  məqaləsindən.  «Oteçetsvennıe  zapiski»  jurnalı,  № 

1 (15), 2004). 



 

 

Qaspiralının silahdaşı, böyük dövlət xadimi Əlimərdan bəy 

Topçubaşov:  «Bu  kədər  (İ.Qaspiralının  vəfatı  nəzərdə  tutulur  – 

T.A.)    bir  də  ona  görə  böyükdür  ki,  müsəlmanlar  hələ  öz  xalqına 

sədaqətlə  xidmət  edən  ictimai  xadimlərdən  yoxsulluq  çəkir.  İndi 

unudulmaz İsmayıl bəy Qaspiralını heç kəs əvəz etmir». («İsmayıl 

Qaspiralının xatirəsi» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 

1914). 


 

 

Fəlsəfə  doktoru  Aynur  Bəşirli:  «Böyük  bir  nəsil  ona 

müəllimimiz  deyirdi.  Kiçiklənən  bir  nəsilsə  onu  unutdu…». 

(«İsmayıl bəy Qaspiralı» məqaləsindən,  «Novruz»  qəzeti, 27 mart, 

1991). 

 

 



Svetlana Çervonnaya: «Pantürkizmin proqramını, onun şüar 

və  kredosunu,  mənəvi  tələblərini  müəyyənləşdirən  hər  halda 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə