Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə18/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

 Bütün türklərin tərcümanı



 

55



 ~ 

 

məhsullar da faydalıdır.  Onun  əkdiyi  güllərdən çıxacaq çiçəklər də 



dilbərdir,  gözəldir.  Onun  təməlini  qoyduğu  bina  da  sağlamdır.  … 

«Tərcüman» babanın ruhu bütün tatar hərəkatında ulu başlıq olaraq 

yaşayacaqdır» («Böyük ustad İsmayıl bəy» məqaləsindən). 

 

 



Tanınmış  türkoloq  Fuat  Körpülüzadə:  «Tərcüman»  təkcə 

Krımda deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, 

Sibirdə,  Rumıniyada,  Bolqarıstanda,  Osmanlı  imperiyası  daxilində, 

xülasə  bütün  türk  məmləkətlərində  böyük  bir  təsir  buraxdı, 

türklərin, xüsusi ilə Rusiya türklərinin intibahında mühüm bir amil 

oldu,  hər  tərəfdə  İsmayıl  bəyin  bir  çox  tərəfdarları,  ardıcılları 

yetişdi…». («İsmayıl Qasprinski» məqaləsindən). 

 

Dilqəm  Əhməd:  «Ona  («Türkçülüyün  tarixi»  əsərinin 

müəllifi  Yusif  Akçuraoğlu  nəzərdə  tutulur  –  T.A.)  təsir  edən  ilk 

şəxs tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrə xanımın həyat 

yoldaşı,  türk  dünyasının  əvəzedilməz  aydınlarından  İsmayıl  bəy 

Qaspiralı  idi  («Yusif  Akçura  –  türkçülüyün  tarixini  yaradan  və 

yazan aydın» əsərindən). 

 

 



Azər  Turan:  «Kulikov  döyüşündən  bəri  Toxtamışın  boş  və 

sahibsiz qalmış taxtına beş yüz ildən sonra bir İsmayıl bəy çıxdı… 

Həzrəti  Musanın  sehirli  əsasına  bənzəyən  «Tərcüman»ı  ilə  küfran 

dənizini  yaran  bu  böyük  kəramət  sahibi  türk  milli  varlığının 

müqəddəs  yazılarını  Baxçasaraydan  Bombeyə,  Bakıdan  Qahirəyə, 

Balkanlardan  Çin  səddinə  yaymağı  bacardı».  («Qaspiralı  dalğası» 

məqaləsindən). 



 Abid  Tahirli



 

56



 ~ 

 

Azat  Axunov:  «Qasprinskinin  maarifçilik  və  sülhpərvərlik 

fəaliyyətini qeyd etmək üçün əvvəl Hindistanda, sonra isə Fransada 

onun Nobel mükafatına namizədliyi irəli sürülür. Dünyanın bir çox 

ölkəsində,  o  cümlədən  Rusiyada  çox  sayda  jurnal  və  qəzetlər  bu 

ideyanı  dəstəkləsələr  də,  onu  həyata  keçirmək  mümkün  olmadı. 

Sovet  dövründə  türk  xalqının  böyük  maarifçisi  pantürkizm  və 

panislamizmdə ittiham edildi, adı tarixdən silindi. Əslində, elə indi 

də  böyük  maarifçinin  şərəfli  adının  bərpası  bir  çoxlarının  xoşuna 

gəlmir…  Sovet  dövründə  onun  məzarı  dağıdılmış,  yerlə  yeksan 

edilmişdir,  yalnız  1999-cu  ilin  martında  Krım  tatarları  onun 

xatirəsinə qəbirüstü daş ucaltmışlar.  

Türk  tatar  dünyasında  İsmayıl  Qaspiralı  ən  tanınmış 

simalardan  biridir.  Bu  insan  qeyri-adi  zəkası,  novator  düşüncəsi, 

tükənməz  enerjisi  ilə  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  türk-

tatar  dünyasının  yenilikçi  bayraqdarı  olmuşdur».  («İsmayıl  bəy 

Qasprinski» əsərindən). 

 

 



T.Polkanova:  «Öz  xalqının  maariflənməsinə  Krım  tatarları 

İ.Qasprinski və Krım qəraimi İ.Kazas böyük töhfə vermişdir. Onlar 

arasında  dostluq  əlaqəsinin  olduğu  yaxşı  məlumdur.  İ.Kazas  – 

«Tərcüman»ın çox illik senzoru bütün illər ərzində qəzetdə bir sözə 

belə  toxunmamış  ki,  bu  da  dəfələrlə  rəhbərliyin  iradına  səbəb 

olmuşdur.  Çox  az  adama  məlumdur  ki,  İ.Qasprinskinin  ünsiyyət 

dairəsinə  qəraim  türklərinin  digər  böyük  xadimi  Səray  Şapşal  da 

daxil  olmuşdur…  Onlar  Baxçasarayda  türk  mədəniyyəti  muzeyi 

yaratmaq barədə ortaq fikrə gəlmişlər». («İ.Qasprinski və S.Şapşal» 

əsərindən). 

 



 Bütün türklərin tərcümanı



 

57



 ~ 

 

Rəmzi 



İlyasov:  KMR  Ali  Radasının  millətlərarası 

münasibətlər  üzrə  daimi  Komissiyasının  sədri,  Krım  tatar  xalqları 

Məclisi  sədrinin  müavini:  «İ.Qaspiralı  bütün  türk  dünyası  və  bəşər 

sivilizasiyasının sərvətidir…». 

 

 

Şairə  F.Süleymaniyə:  «İ.Qasprinski  müsəlman  qadınlarını 



cəhalət  bataqlığından  çıxardı  və  onları  işıqlı  və  aydın  yola 

istiqamətləndirdi» («Süyüm Bikə» jurnalı, 1914). 

 

 

İlahiyyatçı  alim  Musa  Biqiyev:  «Əgər  bilsəm  ki,  bizim 



hörmətli müəllimimiz dirilər və bundan sonra heç olmazsa, daha 15-

20  il  millətimizə  xidmət  edə  bilər,  mən  fikirləşmədən  həyatımı 

qurban  verər,  onun  yerinə  qəbirə  uzanardım».  («Mülahizələr» 

əsərindən, 1914). 

 

 

Yazıçı Əzizə Cəfərzadə: «Nəsib bəyin (Nəsib bəy Yusifbəyli 



nəzərdə tutulur – T.A.) gənclik illərində Baxçasarayda tanış olduğu 

tatarların  maarifpərvər  ziyalısı  İsmayıl  bəy  Qaspiralı  «Tərcüman» 

adlı  bütün  türk  dünyasını  birliyə  dəvət  ideallı  bir  qəzet  çap 

etdirirdi». («Əqidə bəxtəvərləri» məqaləsindən). 

 

 

Ömər  Unal:  «Dildə,  fikirdə,  işdə  birlik»  çağırışına  ən  çox 

səs  verən  və  ardından  böyük  bir  yanğı  ilə  Qaspiralıdan  gələn  səsi 

ölkəsinə yönəltmiş olan kişilər şübhəsiz ki, Mustafa Kamal Atatürk 

və  Kamalist  yolu  ilə  irəliləyən  aydınlarımızdır.  Bu  aydınlarımızın 




 Abid  Tahirli



 

58



 ~ 

 

başında da dəyərli müəllimimiz Nəcib Hablemitoğlu gəlməkdədir». 



(«İsmayıl Qaspiralının ayaq izləri ilə gedərkən «Dildə, fikirdə, işdə 

birlik» çağırışına səs vermək» məqaləsindən). 



 

 

Dos.dr.İsmayıl  Türkoğlu:  «O  dönəmdə  İstanbulda  təhsil 

alan  Kazan  aydınlarından  Fatih  Kərimi  İstanbulda  «Tərcüman»ın 

çox  yaxşı  izlənildiyini,  ictimai  yerlərdə  –  masa  başına  toplanmış 

xalqın  «Tərcüman»  oxuduğunu,  küçələrdə  qəzet  satıcılarının 

«Tərcüman»  gəldi»  -  deyərək  bağırdığını  yazırdı».  («İsmayıl  bəy 

Qaspiralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

 

 

Prof.dr.Bekali 



Kasımov 

(Daşkənd 

Universiteti): 

«Tərcüman»ın özü bir reforma idi. 

…İndi  bu  vəziyyət  (İ.Qaspiralı  irsinə  yasaq  qoyulması 

nəzərdə tutulur – T.A.) kommunistlərin hökm sürdüyü Çində davam 

etməkdədir.  Məsələn,  Uyğur  türk  xalqının  maarif  tarixi  haqqında 

yazılan  kitablarda  İ.Qaspiralının  adı  belə  çəkilmir.  Sanki  belə  bir 

adam tarixdə heç olmamışdır. Bu düzgün münasibət deyil. SSRİ-də 

isə  perestroykadan  sonra  İ.Qaspiralıya  münasibət  dəyişməyə 

başladı».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində  çıxışından. 

TRT-2, 7-14-21 aprel 2004). 

 

 

Dos.dr.Zühal  Yüksəl  (Krım  Mühəndislik  və  Pedaqoji 



Universiteti):  «İsmayıl  bəy  ərəb  və  farsca  söz  və  terminləri  ilə 

yüklü  olan  Osmanlı  ədəbi  dilinin  ifrat  çətinliyini  tez-tez  təhlil  və 

tənqid  edirdi.  Onun  türkcəsi  xalq  danışıq  dili  əsasında  inşa 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə