Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə21/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

 Abid  Tahirli



 

66



 ~ 

 

şad olması üçün bütün türklərin görəcəyi tək bir iş qalmışdır. O da, 



türklüyün  keçirdiyi  təcrübələrdən  faydalanaraq,  latın  əlifbası 

təməlində bir əlifba hazırlamaqdır». («Qaspiralının türk dünyasında 

verdiyi dil və kültür mücadiləsi» məqaləsindən). 

 

 



Sabri  Osmanoviç  İzidinoviç:  «Az  qala  yarım  əsr  boyunca 

övladından – Krım tatar xalqından ayrılan Krım adası (bu səbəbdən 

də  bəzi  şirinlikləri  qeyb  olsa  da)  gözəl,  əfsanəvi,  dünya  hüzurunda 

başqa  bir  diyara  bənzəməyən  vətənimiz  Allahın  hikməti  ilə,  bizim 

milli  qürurumuz,  muazzam  mütəfəkkir,  ictimai  və  maarif  ərbabı, 

məşhur  təzimatçı,  müsəlmanların  tərəqqisini,  onların  heysiyyətini 

və  mədəniyyətini  yüksəldən…  böyük  insanın  –  İsmayıl  Mirzə 

Mustafaoğlu Qaspiralının da Vətənidir.  

…İsmayıl Mirzə babamızın həqiqi nəvələri sayıla bilməmiz 

üçün  bizlər  evdə  olsun,  işdə  olsun,  camaatçılıqda  olsun,  rahat 

dönəmlərdə  belə  hər  addımımızı,  hərəkətimizi,  niyyətimizi, 

üsullarımızı  xalqımızın  şan  və  etibarını  itirməməsi  nöqteyi-

nəzərindən  etməliyik  («İsmayıl  Qaspiralı  və  Krım  türkləri» 

məqaləsindən). 

 

 

Polşadakı  Krım  tatarlarının  lideri,  prof.Selim  Hazbiyeviç: 



«Yusif  Akçura  və  Ziya  Göyalp  kimi  «Pantürkizm»  nəzəriy-

yəçilərindən və müdafiəçilərindən biri olan İsmayıl Qaspiralının bir 

çox  tələbəsi  vardı.  Çələbixan  və  Cəfər  Seyd  Əhmədin  də  olduğu 

tələbələri  arasında  eyni  zamanda  Polşa,  Litva  və  tatar  türklərindən 

də  çox  sayda  insan  vardı.  …Rusiyada  əsir  edilmiş  müsəlman-türk 

xalqının  hürriyyət  və  istiqlal  mücadiləsində  iştirak  etmiş  bir  çox 




 Bütün türklərin tərcümanı



 

67



 ~ 

 

Polşa,  Litva  tatar  türklərindən  bəzilərini  xatırlayıram.  Məsələn, 



Krım  hökuməti  bürosu  idarəçisi  və  Azərbaycan  hökuməti  bürosu 

idarəçisi  olan  Arslan  Nayman  Mirzə  Kırğın,  onun  qardaşı  və 

Azərbaycan  hökuməti  ədalət  naziri  Nayman  Mirzə  Kırğın,  Krım 

Demokratik Cümhuriyyəti ədalət naziri İsgəndər Əhmədoğlu, Krım 

tatar  hökumətinin  mətbu  orqanı  olan  «Krım»  qəzetinin  baş 

redaktoru  Əliəsgər  Miharoğlu,  Krım  tatar  hökuməti  Başkanı,  eyni 

zamanda  Azərbaycan  Ordusu  Komutanı  və  Müsavat  Partiyasının 

üzvü  Marsey  Süleyman  Sulkeoğlu»  («İsmayıl  bəy  Qaspiralı: 

Pantürkizm və Polşa ilə münasibəti» məqaləsindən). 

 

 

Volkan  Ekiz:  «Adına  istər  post-modern,  istər  bilgi  çağı 

deyin,  istərsə  başqa  ifadə  tapın,  amma  modernlikdən  sonrakı 

dönəmin giriş ərəfəsində olduğumuz və keçid dönəmini yaşadığımız 

mütləqdir.  Bu  şəraitə  İsmayıl  Qaspiralı  ideyaları  ilə  adaptasiya 

olunan türkçülük öz strategiyası və hədəfini müəyyənləşdirməlidir. 

Bu  yeni  dövr  üçün  bəlkə  Qaspiralının  irəli  sürdüyü  simvol  kifayət 

etməyəcək, bəlkə də başqa bir simvol yetərli olacaq, lakin o simvol 

tapılmalıdır.  Türkçülük  modern  dönəmdə  çağdaş  olduğu  kimi 

modern  sonrası  da  çağdaş  qalmalıdır»  («Alternativ  bir  «Dildə, 

fikirdə, işdə birlik» axtarışı» məqaləsindən). 

 

 

Qaspiralının  qızı,  Azərbaycan  Xalq  Cümhuriyyətinin 



qurucularından,  liderlərindən  Nəsib  bəy  Yusifbəylinin  həyat 

yoldaşı,  «Aləmi-nisvan»  jurnalının  redaktoru  Şəfiqə  xanım 

Qaspiralı:  «Rəhmətlik  atam  biz  övladlarını  daim  oxumağa  təşviq 

edərdi. Oxuyacağımız kitabları seçərək satın alar, xüsusi ilə klassik 




 Abid  Tahirli



 

68



 ~ 

 

əsərlərə  üstünlük  verər  və  dərgilərə  də  abunə  olardı.  Seçdiyi 



əsərlərin hamısı mənalı, millətsevərlik duyğusu təlqin edən olardı» 

(Atamdan xatirələr. «Əməl» jurnalı, № 12, sentyabr 1962). 

 

 

Ədib  mühərrir,  böyük  xalq  xadimi  Məhəmməd  Fatih 



Kərimi: «Yuxarıda bəyan edilmiş vəziyyətdə olan bir millət (ətalət, 

cəhalət,  mövhumat  içində  boğulan  millət  nəzərdə  tutulur  –  T.A.) 

üçün  qəzet  təsis  etməkdə  məqsəd  mal  toplamaq,  şöhrət  qazanmaq 

və  sairə  kimi  şəxsi  və  nəfsi  arzular  olmadığını,  millət,  vətən 

sevgisinə,  …ümumiyyətlə  insaniyyətə  xidmət  və  cəhalət  vərəminə 

mübtəla olan çarəsizlərə şəfa verə bilmək üçün fövqəladə bir qeyrət 

göstərdiyini insaf sahibi olan hər kəs təsdiq etməlidir. Çünki o vaxt 

millət qarşısında yeni mətbuat ərbabının ölüyuyan bir molla, yaxud 

məscid  süpürücü,  bir  müəzzin  qədər  də  hörmət  və  etibarı  yox  idi. 

Həm də qəzet buraxmağa və müxtəlif ləhcələrdə yazılmış risalələrə 

görə  pul  sərf  edib  günaha  batmaqdan  (!)  fövqəladə  dərəcədə 

qorxurdular.  O  halda  «Tərcüman»  qəzetinin  sahibi  nə  üçün  təsis 

etdi?  Heç  şübhəsiz,  cəhalət  qaranlığında  məhv  olan  milləti  maarif 

nuru  ilə  aydınlatmaq  və  çürüməyə  başlayan  əzalarını  mədəniyyət 

ziyası  ilə  sağaltmaq  üçün.  Buna  əsla  şübhə  yoxdur.  Qəlbi  qeyrət, 

həmiyyət və mətanət dolu İ.Qaspiralı bütün çətinliklərə sinə gələrək 

işə təşəbbüs etdi. 

…Xəstənin  təbiətini  bilib  dərman  verən  təbib  kimi  millətin 

idrak dərəcəsinə  və  ehtiyacına  görə  ona xitab edərək böyük səbirlə 

onu yavaş-yavaş salamat sahilinə, yəni maarif və mədəniyyətə sövq 

etməsi «Tərcüman»ın ən böyük xidməti və təqdirəlayiq məharətidir.  

…Millət  özünün  cahil,  elm  və  maarifə  möhtac  olduğunu, 

maarif  və  mədəniyyətdən  kənar  həyatın  mümkün  olmadığını 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə