Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə19/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

 Bütün türklərin tərcümanı



 

59



 ~ 

 

edilmişdi»  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində  çıxışından. 



TRT-2, 7-14-21 aprel 2004). 

 

Doç.dr.Hakan Kırımlı (Bilkənt Universiteti): «Qaspiralının 

hər  mövzuda  dəyişmək  «parolu»  olan  «birlik»  bu  anlayışın  əhatə 

dairəsini  Rusiya  sərhədləri  daxilindəki  dindaş  və  soydaşları  ilə 

məhdudlaşdırmırdı»  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində 

çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

 

 

Prof.dr.Kamil Vəli Nərimanoğlu (Bakı Avrasiya Araşdırma 



Mərkəzi  başqanı):  «İsmayıl  Qaspiralı  yalnız  Krım  tatarlarının, 

Krım  türklərinin  deyil,  bütün  türk  dünyasının  iftixar,  şərəf 

qaynağıdır.  Xüsusi  ilə  Azərbaycanda,  bütün  Qafqazda  İsmayıl 

Qaspiralını  çox  sevirlər.  Onun  həm  şəxsi  həyatı,  həm  də  ictimai, 

fəlsəfi,  ədəbi,  mətbu  fəaliyyəti  Azərbaycanla,  Qafqazla  sıx  bağlı 

olmuşdur»  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində  çıxışından. 

TRT-2, 7-14-21 aprel 2004). 

 

 

Doç.dr.  İbrahim  Maraş  (Ankara  Universiteti,  İlahiyyat 

fakültəsi):  «İsmayıl  Qaspiralı  tatar,  hətta  bütün  Rusiya 

müsəlmanlarının, Rusiya türklərinin milli oyanış hərəkatının rəhbəri 

idi. Lakin onun, bu hərəkatın qarşısında çox ciddi bir maneə vardı. 

Bu  maneə  o  dövrün…  qədimçiliyi  idi»  («İsmayıl  bəy  Qaspiralı» 

sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

 

 




 Abid  Tahirli



 

60



 ~ 

 

Prof.dr.  Yavuz  Akpinar  (Ege  Universiteti):  «Qaspiralının 

reformalarını islam dünyasının türk olmayan qisminə «ixrac etmək» 

istiqamətində son bir təşəbbüsü də oldu. 1912-ci ilə doğru dünyada 

ən  çox  müsəlman  əhaliyə  sahib  ölkə  olan  Hindistanda  «Üsuli-

cədid»i  tanıtmaq  və  tətbiq  etmək  qərarına  gəldi».  («İsmayıl  bəy 

Qaspiralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

«Tərcüman»  qəzeti  təkbaşına  İsmayıl  bəyin  1883-cü  ildən, 

yaxud  1905-ci  ildən  sonra  çap  etdiyi  bütün  nəşrlərdən,  kitablardan 

daha  böyük  iş  görmüş,  türk  dünyasında  heç  bir  qəzetlə  müqayisə 

edilməyəcək  qədər  xidmət  göstərmiş,  şərəfli  bir  tarixə  sahib 

olmuşdur». («İsmayıl Qaspiralının fəaliyyətlərinə ümumi bir nəzər» 

məqaləsindən). 

 

 



Prof.dr.  Xəlil  İnalcık  (Bilkənd  Universiteti):  «Türk 

dünyasının  qurtuluş  yolunu  modernləşmədə,  modern  elmin  və 

texnologiyanın mənimsənilməsində görən böyük mütəfəkkir, böyük 

türk  lideri  olaraq  İsmayıl  Qaspiralını  görürəm.  Türkçülük  əslində 

onun  «Tərcüman»  qəzeti  ilə,  onun  təlqinləri  ilə  başlamışdır 

(«İsmayıl bəy Qaspiralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-

21 aprel 2004). 

 

 



Prof.dr. Turan Yazgan (Türk Dünyası Araşdırmaları Vakfı 

başqanı): «Məncə, İsmayıl Qaspiralı türk tarixinin yetişdirdiyi, türk 

millətinin  gələcəyinin  təsbit  edilməsində  ən  doğru  idealları  irəli 

sürmüş  çox  böyük  bir  mədəniyyət,  siyasət  xadimi  və  düşüncə 

sahibidir».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində  çıxışından. 

TRT-2, 7-14-21 aprel 2004). 



 Bütün türklərin tərcümanı



 

61



 ~ 

 

Doç.dr.  Timur  Kocaoğlu  (Koç  Universiteti):  «Qaspiralının 

çox  böyük  xidmətləri  var,  lakin  ən  əhəmiyyətlisi  bu  gün  bizim 

Qaspiralı  bəyi  xatırlamamıza  əsas  verən,  həm  də  «Tərcüman» 

qəzetidir».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli  filmində  çıxışından. 

TRT-2, 7-14-21 aprel 2004). 

 

 

Süleyman  Dəmirəl  (Türkiyə  Cümhuriyyətinin  9-cu 

Cümhurbaşqanı):  «Dildə,  fikirdə,  işdə  birlik»  -  abidə  adam  deyə 

biləcəyimiz  Qaspiralı  tərəfindən  təsbit  edilmişdir».  («İsmayıl  bəy 

Qaspiralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 

 

 



Prof.dr.  Şükrü  Elçin:  «Bütün  həyatı  boyunca,  xüsusi  ilə 

məşhur  «Tərcüman»  qəzetində  «Dildə,  fikirdə,  işdə  birlik» 

prinsipini  ortaya  qoymaqla  xalqının  mədəni  bir  səviyyəyə  çatması 

üçün 35 ilini heç bir mükafat gözləmədən, sevə-sevə xərcləyən, fikir 

və  mücadilə  adamı,  qəzetçi,  yazıçı,  şair  İsmayıl  Qaspiralı  yeni 

nəsillərin örnək olacağı bir şəxsiyyətdir». («İsmayıl Qaspiralı: təhsil 

və maarif problemləri» məqaləsindən). 

 

 



Süleyman Kələmci: «Texniki kəşflər, müharibələr, Osmanlı 

imperatorluğunda  aparılan  islahatlar,  müstəmləkəsi  Avropa,  qadın 

haqları… və s. kimi bir çox mövzulara müraciət edən «Tərcüman» 

dil  birliyinə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata 

keçirilməsini vacib hesab edir və bunun üçün çalışırdı: 

-  türk  dilini  mümkün  olduğu  qədər  yad  dillərdən  və  onun 

qaydalarından təmizləmək; 



 Abid  Tahirli



 

62



 ~ 

 

-  hər  şivədə  ifrat  məhəlli  olmayan  kəlmələri  ümumi  türk 



dilinə uyğunlaşdıraraq istifadə etmək

-  oxuyub  yazanlar  tərəfindən  anlaşılmayan  ərəbcə  və  farsca 

sözlərdən xilas olmaq

- türklər üçün ortaq bir yazı dili müəyyənləşdirmək

- məktəblərdə müasir təhsil qaydalarını tətbiq etmək. 

…  «Tərcüman»  qəzetinin  (1883-1918)  tam  bir  kolleksiyası 

dünyanın  heç  bir  kitabxanasında  yoxdur.  Ən  çox  ilə  sayına  sahib 

kitabxana Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasıdır. 

…Türklərin  bütün  olduğuna  inanaraq  onlara  tatar,  Azeri, 

başqırt, özbək kimi isimlər verilməsinin doğru olmadığını anlayır və 

bütün  bu  isimlərin  sadəcə  bölmək,  parçalamaq,  dağıtmaq  məqsədi 

ilə  ortaya  atıldığını  bilirdi.  Əslində,  Kaşqarlı  Mahmud  «Divani 

lüğat-it türk» adlı əsərində türk dilinin çeşidli qollarının bir-birindən 

fərqli səs özəlliklərini aydın göstərmişdir». («Qaspiralı İsmayıl bəy» 

məqaləsindən). 

 

 



Yrd.doç.dr.  Əhməd  Toksoy:  «…türk  milləti  Qaspiralının 

işarət  etdiyi  «Dildə,  fikirdə,  işdə  birlik»  hədəfini  gerçəkləşdirəndə 

onun da ruhu şad olacaq və adı hörmətlə anılmış olacaqdır». («XX 

yüz ilə girərkən türk dünyası və İsmayıl Qaspiralı» məqaləsindən). 

 

 

Qaspiralışünas  Mustafa  Tokər  (Səlcuq  Universiteti):  «Bu 



gün də aktual və canlı olan «dildə birlik» fikrini ortaya atan İsmayıl 

Qaspiralını…  bir daha xatırlamaq şübhəsiz ki,  tək bir dillə danışıb 

yazmaq  həyəcanını  duyan  hər  kəs  üçün  ödənməsi  vacib  bir  vəfa 

borcudur.  Onun  açdığı  cığır  bir  sıra  daxili  və  xarici  düşmənlər 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə