Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə20/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

 Bütün türklərin tərcümanı



 

63



 ~ 

 

tərəfindən  əngəllənməsəydi,  elə  təxmin  edirik  ki,  bu  gün  uğurla 



nəticələnəcəkdi.  Türk  milləti  üçün  xeyirli  olan  hər  işin,  nədənsə 

daxili  və  xarici  bədxahları  olmuşdur,  bundan  sonra  da  olacaqdır. 

Bizim  borcumuz,  İsmayıl  Qaspiralı  əzmi  və  səbrini  göstərərək  bu 

oyunun  qurucularını  elmin  və  ağlın  yardımı  ilə  bitərəf  etməkdir». 

(«İsmayıl Qaspiralı» əsərindən). 

 

 



Adas  Yakubaskas  (Yakub  oğlu):  «İsmayıl  Qaspiralı  Polşa 

və  Litvadakı  tatarların  həyatı  ilə  çox  maraqlanmışdır».  (Ağməscid, 

mart  1991,  İ.Qaspiralının  yubileyi  münasibəti  ilə  keçirilən 

toplantıdakı çıxışından). 

 

 

Prof.dr.  Tuncer  Gülənsoy:  «…İ.Qaspiralı  yalnız  Krım 



türkünün  deyil,  bütün  dünya  türklərinin  səadəti  və  əbədi  qurtuluşu 

üçün çalışmışdır. 

…İsmayıl  Qaspiralı  hələ  sağ  ikən  çox  gənc  olan  Mustafa 

Kamalın  onun  fikirlərindən  yararlanmadığını  söyləmək  olmaz. 

Atatürkün  gənc  Türkiyə  Cümhuriyyətinin  təməlini  qoyarkən  irəli 

sürdüyü «dil və tarix tezislərinin» əsasında İ.Qaspiralı fikirlərindən 

yararlandığı  aşkar  görünür.  Bu  mövzu  mütləq  elmi  araşdırmaya 

möhtacdır.  Bundan  başqa  Atatürkə  ilham  qaynağı  olan  Ziya 

Göyalpın  da  «türkləşmək,  islamlaşmaq,  müasirləşmək»  düşüncəsi 

və  eyni  adlı  əsərinin  də  Qaspiralı  fikirlərindən  qidalandığı 

inkaredilməzdir.  Bu  problemin  də  müqayisəli  şəkildə  araşdırılması 

aktualdır». 

(«İsmayıl 

Qaspiralı 

və 

Anadolu 


türklüyü» 

məqaləsindən). 

 



 Abid  Tahirli



 

64



 ~ 

 

Krım  mədəniyyət  xadimi,  yazıçı,  publisist,  tədqiqatçı 



Osman  Nuri-Asan  Aqçoqraqlı:  «Sözündən,  fikrindən  dönmək 

bilməyən  Qasprinski  qəzet  buraxmaq  üçün  çarələr  axtarırdı.  Çarə 

tapıldı. 1882-ci il ərzində  «Tonğuç»,  «Şəfəq»,  «Qəmər»,  «Günəş», 

«Yıldız»  kimi  12  risalə  çıxardı.  Təbii  ki,  bu  risalələrin  adları 

müxtəlif olsa da, içi jurnal və ya qəzet olduğundan şübhə etməyən 

əski  Rusiya  senzur  idarəsi  bunlara  mane  olurdu.  Qasprinski  ona 

badalaq  vuran  düşmənin  ta  ürəyinə,  mərkəzinə  (Peterburq  nəzərdə 

tutulur – T.A.) getdi. Nə necə də olsa da, rus və tatarca olmaq şərti 

ilə  «Tərcüman»  adlı  həftəlik  bir  qəzet  çıxarmağa  ruxsət  aldı». 

(«Qart  müəllim  və  yazıçılarımızdan  İsmayıl  Qasprinski»  əsərindən 

(1925). 

 

 

İ.Qaspiralının  nəvəsi  İnci  Ertəm:  «İsmayıl  Qaspiralının 

nəvələrindən  biri  olmağıma  rəğmən  qənaətimcə  əsil  nəvələri  onun 

«Dildə,  fikirdə,  işdə  birlik»  əməlini  mənimsəyib  bu  yolda 

yorulmadan çalışanlardır. Onlar necə də xoşbəxtdirlər». (Ağməscid, 

mart  1991.  İ.Qaspiralının  yubileyinə  həsr  olunmuş  toplantıdakı 

çıxışından). 

 

 

Doç.dok.  Giray  Saynur  Bozqurt:  «Qaspiralı  Rusiya 



imperiyasındakı türklər arasında birliyin simvolu və onların mümtaz 

şəxsiyyəti  olduğu  kimi  ümumtürk-müsəlman  hərəkatı  fəaliyyəti  ilə 

məşğul  olan  türk  ziyalılarının  əksəriyyəti  də  ya  onun  tələbələri, 

yaxud  onun  sisteminin  yetişdirmələri  idi».  («Qaspiralı  və  Rusiya 

müsəlmanlarının kimlik mücadiləsi» doktorluq işindən). 

 



 Bütün türklərin tərcümanı



 

65



 ~ 

 

Prof.dr. Mustafa Kafalı: «…Krımda doğulub Krımda vəfat 

edən  və  Krımda  dəfn  olunan  İsmayıl  Qaspiralı  Türkiyə  də  daxil 

olmaqla  bütün  türk  dünyasında  ən  çox  tanınan  və  bilinən  kimsə 

olmaq  vəsfini  qorumaqdadır.  Onun  bu  ölçüdə  tanınması  və 

bilinməsinin  ən  böyük  səbəbi  yəqin  ki,  çoxşaxəli  fəaliyyəti  ilə 

bağlıdır. Çünki  İsmayıl  Qaspiralı düşünən bir kimsə olduğu qədər, 

bir məfkurə adamı, məfkurə adamı olduğu qədər öndər bir maarifçi, 

maarifçi  olduğu  qədər  idealist,  idealist  olduğu  qədər  qəzetçi  və 

naşirdir. Bütün bunların üstündə bir dava adamı və həyatı boyunca 

yorulmadan  inancı  yolunda  mücadilə  verən  kimsədir.  Bütün  bu 

keyfiyyətləri  özündə  birləşdirmiş  İ.Qaspiralı  istər  öz  nəslinin,  istər 

özündən  sonra  gələn  bir  çox  dəyərli  insanın  fövqündə  duran, 

tanınan bir insan kimi təzahür etməkdədir». («İsmayıl Qaspiralının 

naşirliyi və qəzetçiliyi» məqaləsindən). 

 

 



Prof.dr. Mehmet Saray:  «Qaspiralı İsmayıl bəyin türkcənin 

bütün türk dünyasının istifadə edə biləcəyi dil halına gəlməsi üçün 

verdiyi bu səssiz və əsil mücadilə son dərəcə uğurlu olmuşdur. Belə 

ki,  «Tərcüman»  qəzetində  istifadə  etdiyi  sadə  türkcə  qəzetin 

yayıldığı hər yerdə, xüsusilə Kazanda, Şərqi və Qərbi Türkistanda, 

Azərbaycanda,  Balkanlarda,  Osmanlı  Türkiyəsində  yaşayan  bütün 

türklər  tərəfindən  anlaşılan  bir  dil  halına  gəlmişdir.  Ziya  Göyalp 

«Türkçülüyün  əsasları»  adlı  əsərində  bu  mövzuda  yazır: 

«Tərcüman»  qəzetini  Şimal  türkləri  olduğu  qədər  Şərq  türkləri  ilə 

Qərb  türkləri  də  anlardı.  Bütün  türklərin  eyni  dildə  birləşmələrinin 

mümkün olduğuna bu qəzetin vücudu canlı bir dəlildir». 

…Bu  gün…  gerçəkləşməsini  çox  arzu  etdiyimiz  dil  və 

mədəni birlik ideyasının həyata keçməsi üçün, Qaspiralının ruhunun 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə